Bvf missiyası Azərbaycana səfərini yekunlaşdırdı; Mətbuat üçün Məlumat No. 5/265; iyun, 2015-ci IL



Yüklə 278,45 Kb.
Pdf görüntüsü
tarix17.09.2018
ölçüsü278,45 Kb.
#69086


 

 

 



 

Mətbuat üçün Məlumat No. 15/265 

TƏXİRƏSALINMADAN DƏRC EDİLMƏLİDİR 

9 iyun, 2015-ci il 

 

BVF missiyası Azərbaycana səfərini yekunlaşdırdı 

 

Missiyanın  sonunda  verilən  mətbuat  üçün  məlumatlar  ölkəyə  səfərin  ilkin  nəticələrini 

açıqlayan  BVF  əməkdaşlarının  bəyanatını  əks  etdirir.  Bu  bəyanat  BVF  əməkdaşlarının 

baxışlarnı  əks  etdirir  və  BVF-in  İcraçı  Şurasının  baxışı  kimi  qəbul  edilməməlidir.  Bu 

missiyanın nəticələri İcraçı Şurada müzakirə edilməyəcəkdir.  

 

2015-ci il, 2–8 iyun tarixində cənab Raja Almarzoqinin rəhbərliyi altında Beynəlxalq Valyuta 

Fondununun (BVF) missiyası makroiqtisadi prosesləri qiymətləndirmək və 2015-ci ilin 

dekabr ayına planlaşdırılan IV Maddə üzrə Məsləhətləşmələr missiyasına hazırlıq məqsədilə 

Bakıya səfər etmişdir.  

Səfərin sonunda cənab Almarzoqi aşağıdakı bəyanatı təqdim etmişdir: 

“2014-cü ilin sonundan Azərbaycan iqtisadiyyatı neftin qiymətinin kəskin enməsi, ABŞ 

dollarının mövqeyini gücləndirməsi və regionda milli valyutaların ucuzlaşması dalğasının 

təsirinə məruz qalmış və nəticədə fevral ayında manat əhəmiyyətli dərəcədə ucuzlamışdır.  

Devalvasiya dövlətin hesablar balansını yaxşılaşdırsa da, dollarlaşma kəskin yüksələndən və 

devalvasiya bankların kapital və manat likvidliyi mövqelərinə təsir edəndən sonra maliyyə 

sektorunun həssaslığının artması ilə bağlı narahatçılıqlar yaranmışdır. Azərbaycan Mərkəzi 

Bankının (AMB) ehtiyatları aprel ayının ortalarından xeyli dərəcədə sabitləşmişdir və hal-

hazırda idxalın 7 ayına bərabərdir, yəni hələ narahatçılıq doğurmayan bir səviyyədədir (neft 

fondu daxil olmaqla xarici ehtiyatlar 35 aylıq idxalın dəyərinə bərabərdir). 

Yaxın müddətli dövrdə makroiqtisadi perspektivlər əhəmiyyətli dərəcədə pisləşmişdir. Qeyri-

neft ÜDM-sinin artım tempinin bu il 3.5 faizə enəcəyi gözlənilir, belə ki, neft ixracından 

daxilolmaların xeyli azalması və və dövlət investisiyaları dinamikasının səngiməsi özəl 

sektora olan tələbata təsir edəcəkdir (özəl sektora tələbat devalvasiyadan sonra əminliyik 

müəyyən qədər itirildiyindən artıq zəifləmişdir). Gələn il neftin qiymətinin müəyyən qədər 

bərpası 2016-cı ildə qeyri-neft ÜDM-sini, demək olar ki, 4.5%-ə qaldırmağa kömək 

etməlidir. Tələb daha aşağı olduğundan və bu ilin əvvəlində qiymət artımının qarşısını almaq 

üçün hökumət tərəfindən tədbirlər görüldüyü üçün inflyasiyanın 2015-ci ildə təqribən 8.5%-ə 

Beynəlxalq Valyuta Fondu 

Vaşinqton, K.D. ABŞ 20431  

 



 

çatacağı güman edilir. Neftin qiymətinin aşağı olacağı təqdirdə, cari hesab profisiti ÜDM-nin 



5%-inə enəcək, büdcədə isə təqribən ÜDM-nin 7%-i səviyyəsində kəsir yaranacaqdır. Neftin 

qiyməti daha aşağı enərsə və ya bank sisteminin devalvasiyadan sonra yaşadığı stres 

gözləniləndən daha geniş olarsa, ÜDM-nin kəskin və ehtimal ki, davamlı enişinin qarşısını 

almaq mümkün olmayacaqdır. 

BVF missiyası hökumətin büdcə xərclərini neft qiymətinin xeyli daha aşağı olduğu yeni 

reallığa uyğunlaşdırmaq planını dəstəkləyir. 2015-ci ilin təsdiq olunmuş büdcəsinin daha 

aşağı səviyydə icrasının nəzərdə tutulması və parlamentə 2016-cı ilin büdcəsini neftin bir 

barelinə $50 qiyməti əsasında təqdim etmək planları neft fondu vəsaitlərindən istifadəni 

məhdudlaşdırmağa, devalvasiyadan sonrakı dövrdə inflyasiya təzyiqləri riskini azaltmağa 

kömək edəcək, eləcə də dövlət investisiya xərclərini daha davamlı səviyyəyə endirəcəkdir ki

bu, potensialın məhdud olduğu mövcud şəraitə və hazırda daha da çox diqqət yetirilən 

layihələrin səmərəliliyi məsələsinə uyğundur. Bu yaxınlarda Dünya Bankı ilə birgə başa 

çatdırılan dövlət xərcləri və maliyyə hesabatlılığı qiymətləndirməsinin tövsiyələrinin icrası, 

habelə BVF-in son texniki yardımı zamanı verilən tövsiyələrə uyğun pensiya islahatlarını 

həyata keçirmək üçün 2015-ci ilin payız aylarında qanunvericilik layihəsinin parlamentə 

təqdim edilməsi orta müddətli fiskal konsolidasiya strategiyasına inam yaradacaqdır. 

Fevral ayında baş vermiş devalvasiyadan etibarən Azərbaycan Respublikasının Mərkəzi 

Bankı valyuta məzənnəsini möhkəm idarə etmiş, maliyyə sabitliyini dəstəkləmək 

istiqamətində önləyici tədbirlərlə yanaşı, xalis aşıq mövqelər və kreditlərin restrukturizasiyası 

üzrə qarışıq güzəşt addımlarını tətbiq etmişdir. Digər amillərlə yanaşı, əvvəlcədən 

xəbərdarlıq etmədən yerində yoxlamanı məhdudlaşdıran qaydalar, habelə AMB-i nəzarət 

etdiyi təsisatın natamam sahibi kimi qəribə bir vəziyyətə salan ABB-ə verilən subordinasiya 

kreditləri banklar üzərində nəzarəti çətinləşdirir. Yaxın keçmişdə baş vermiş devalvasiya 

rəqabətədavamlılığı bərpa etməyə yardım etsə də, pul ehtiyatlarının gələcəkdə 

tükənməməsini təmin etmək və özəl sektorun milli valyutaya etibarını saxlamaq zərurəti 

vardır. Bu məqsədlə, BVF-nin işçi heyəti orta müddətli dövrdə tədricən daha çevik valyuta 

məzənnəsi rejiminə keçidi tövsiyə edir. BVF xarici valyuta (“foreks”) bazarının inkişafı üzrə 

rəsmi qurumların səyləri, həmçinin Mərkəzi Bankda son olaraq inflyasiya dərəcəsinin 

hədəflənməsinə keçid üçün şərait yaradan bacarıqların təmin edilməsi baxımından dəstək 

göstərməyə hazırdır. 

Maliyyə sektorunun qiymətləndirilməsi proqramı (“FSAP”) çərçivəsində tövsiyələrə uyğun 

olaraq normativ-hüquqi bazanın gücləndirilməsi və nəzarət səviyyəsinin müvafiq qaydada 

artırılması maliyyə stabilliyinin qorunmasında mühüm əhəmiyyət kəsb edir. Hazırda xalis 

açıq mövqelərə qarşı və kapital tələbi ilə bağlı qəti tədbirlərdən çəkinmə halına mümkün 

qədər tez son qoyulmalıdır. Digər prioritetlər nəzarətin və banklarla bağlı qərarlaşma 

praktikasının səlisləşdirilməsinə şərait yaratmaq məqsədilə qanunvericiliyə dəyişikliklərin və 

risklərin daha təkmil qaydada monitorinq edilməsindən, həmçinin Azərbaycan Beynəlxalq 



 

Bankının həcminin kiçildilməsi və müfaviq qaydada şəffaf formada özəlləşdirilməsinə yol 



açmaq məqsədilə bankın beynəlxalq miqyasda qəbul edilmiş prinsiplərə uyğun 

restrukturizasiya edilməsindən ibarətdir. 

Xarici mühitdə yaşanan çətinliklər nəticəsində hökumətin aparıcı qüvvəsi özəl sektor olan 

iqtisadi şaxələnmə məqsədinə doğru irəliləyişi sürətləndirmək zərurəti daha da aktuallaşıb. 

Özəl sərmayə fiskal konsolidasiya nəticəsində yaranan qısamüddətli mənfi təsirləri 

yumşaltmağa yardım edə bilər, lakin bu, idarəçiliyin təkmilləşdirilməsi, işgüzar fəaliyyətin 

aparılması xərclərinin azaldılması, həmçinin rəqabət qarşısındakı əngəllərin və olduqca baha 

başa gələn gömrük prosedurlarının aradan qaldırılması istiqamətində islahatların aparılmasını 

tələb edəcəkdir. Hökumətin effektivliyini artırmaq, korrupsiyaya qarşı tədbirləri 

genişləndirmək, qanunun aliliyini və məhkəmə sisteminin müstəqilliyini möhkəmləndirmək 

üçün əlavə səylərə ehtiyac vardır.  

 Missiya fiskal və xarici sektor statistikasının beynəlxalq standartlara uyğun 

təkmilləşdirilməsi istiqamətində cari addımları alqışlayır. Büdcə təsnifatının 

möhkəmləndirilməsi və beynəlxalq investisiya mövqeyinin (“IIP”) açıqlanması siyasəti 

formalaşdıran şəxslərə və investorlara məlumata daha çox söykənən qərar vermək imkanını 

yaradar.  

Səfər əsnasında, missiya yüksək vəzifəli dövlət rəsmiləri, habelə özəl sector və diplomatik 

dairələrin nümayəndələri ilə müzakirələr aparmışdır. BVF əməkdaşları göstərdikləri 

qonaqpərvərlik və konstruktiv müzakirələrə görə rəsmi qurumlara minnətdarlığını bildirir”. 

 

 



Yüklə 278,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə