Бяйляр абдуллайев



Yüklə 1,32 Mb.
Pdf görüntüsü
səhifə1/67
tarix22.10.2018
ölçüsü1,32 Mb.
#75551
  1   2   3   4   5   6   7   8   9   ...   67



 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 

 
Namiq Abbasov, Rəhim Həsənov 
 
 
 
 
 
 
 
NƏSĠRƏDDĠN TUSĠNĠN 
MÜDRĠKLĠK FƏLSƏFƏSĠ 
 
 
 
 
 
 
 
 
 
Bakı – 2012 
 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
2        
Elmi redaktor:      Niyazi Mehdi –  
                       Fəlsəfə elmləri doktoru,  professor  
Rəyçilər:              Apdin Əlizadə   
                      Fəlsəfə üzrə fəlsəfə doktoru,  dosent 
                      Əlikram Tağıyev – 
                      Fəlsəfə elmləri doktoru,  professor 
                      Ġlqar Hüseynov –  
                      Kulturologiya elmləri doktoru, professor 
                      Elfira Məlikova – 
                      Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
 
Namiq Abbasov, Rəhim Həsənov, ―NƏSĠRƏDDĠN TUSĠ-
NĠN MÜDRĠKLĠK FƏLSƏFƏSĠ”, Bakı, 2012. 220 səh. 
 
Dünyanın  bir  sıra  məşhur  ensiklopedik  filosofları  ilə  adı 
birgə  çəkilən,  bəşəriyyətin  idrak  tarixinin  yaradıcılarından  biri 
olan N.Tusi dövrünün ən parlaq simalarından biri olmuşdur. 
N.Tusi  özünün  çoxcəhətli  yaradıcılığı,  ensiklopedik  zəkası, 
təkzibedilməz mütəfəkkirlik qabiliyyəti ilə təkcə Şərq fəlsəfəsinə 
deyil,  ümumdünya  təfəkkür  tarixinə  təsir  edə  biləcək  bir  yara-
dıcılıq  yolu  keçmışdir.  N.Tusi  fəlsəfə  ilə  yanaşı  kulturologiya, 
astronomiya,  riyaziyyat,  optika,  minerologiya,  məntiq,  etika  və 
başqa  elmlərə  dair  orjinal  fikirlərə  malikdir.  Dünya  şöhrəti 
qazanmış  əsərlərin  müəllifi  olması  onun  tədqiqatçılarının 
müxtəlif elm sahələrindən olmasına səbəb olmuşdur. 
Müasir  dövr  üçün  aktual  olan  mədəni  insan  problemi          
N.Tusi  yaradıcılığında  geniş  təhlil  edilmişdir.  Bu  baxımdan 
böyük  mütəfəkkirin  kamil  və  müdrik  insan  kriteriyaları  müasir 
dövrün mədəni insan probleminin həlledici açarı ola bilər.  
 
© Namiq Abbasov, Rəhim Həsənov, 2012 


 
 
 
 
NƏSİRƏDDİN TUSİNİN MÜDRİKLİK FƏLSƏFƏSİ
 
 
~     ~
 

Müdrikliyə ilkin səbəblər və nəyin idrak üçün 
 daha layiq olması haqqında elm kimi tərif  
verildiyi üçün, müdrikliyin mahiyyət haqqında 
 elm olmasını qəbul etmək lazımdır. 
 Aristotel 
 
Əqli hərəkət, əxlaqi hərəkətin əsasıdır.  
Nəfsi özbaşına buraxsan insanı alçaqlığa, cilovlayıb 
istiqamət versən kamala çatdırar.  
N.Tusi  
 
ÖN SÖZ 
 
Bəşəriyyətin düşüncə tarixi formalaşdığı gündən başla-
yaraq insanın kimliyi, onun ümumi mahiyyəti fikir sahiblə-
rini hər zaman narahat etmiş, bu barədə müxtəlif mütəfək-
kirlər tərəfindən müxtəlif izahatlar özünü biruzə vermişdir. 
İnsanın  mahiyyətindən  bəhs  edən  mütəfəkkirlərin  yal-
nız  cüzi  bir  qismi  insan  barəsində  bitkin  bir  fikir  söyləyə 
bilmişdir. Antik dövrdə klassik yunan filosofları olan Sok-
rat,  Platon  və  Aristotelin  insan  barəsində  irəli  sürdüyü  fi-
kirlər özünün dolğun və bitkin olması cəhətdən diqqət cəlb 
edirdi.  
Sokrat,  Platon  və  Aristotelin  insan  barəsində  olan  bu 
cəlbedici ideyalar Orta əsrlərdə yaşamış türk-islam filosof-
larının da diqqətini özünə cəlb edə bilmişdi. Bu dövrdə ya-
ranmış fəlsəfi cərəyanlar və bu cərəyanların məşhur nüma-
yəndələri  insana  islam  dini  nöqteyi-nəzərindən  yanaşır  və 
yaxud  da  islam  dininin  insan  haqqında  olan  fikirlərini 
klassik  yunan  filosoflarının  dünyagörüşü  aspektindən  şərh 
edirdilər. 


 
 
 
 
Namiq Abbasov, Rəhim Həsənov 
 
~      ~
 
4        
XIII  əsrdə  yaşayıb-yaratmış  dahi  Azərbaycan  filosofu  
Nəsirəddin  Tusi  də  insanın  mahiyyəti  haqqında  bitkin  və 
hərtərəfli fikir söyləyən nadir mütəfəkkirlərdən biridir. Tu-
sinin  zəngin  milli  fəlsəfi  irsinin  toplanılması,  tədqiq  edil-
məsi  və  dərindən  araşdırılması  həlli  keçmiş  Sovetlər  birli-
yində  tam  həllini  tapmamış,  milli  sərvətlərə  qiymət  veril-
məsi məsələsi arxa plana keçirilmişdir. 
İnsanın müdrikləşməsi və kamilləşməsi üzərində qurulan 
belə milli sərvətlərə ən dəyərli nümunə olan Tusinin zəngin 
irsi hər zaman xalqımızın diqqət mərkəzində olmalıdır.  
Xalqımız  təkcə  Tusi  irsinə  deyil,  Tusinin  timsalında 
bütün  milli-mənəvi  dəyərlərimizə,  zəngin  mədəni-fəlsəfi 
irsinə  diqqət  göstərməlidir  və  Tusi  irsinin  təbliğ  edilməsi 
xüsusi bir mahiyyət kəsb etməlidir. 
Nəsirəddin Tusi kimi nəhəng elm korifeyi ensiklopedik 
səciyyə  kəsb  edən  elmi-fəlsəfi  yaradıcılığında  insana  yük-
sək  dəyər  verir.  Nəsirəddin  Tusinin  məşğul  olduğu  bütün 
bilik  növləri  insanın  mahiyyəti  və  onun  parlaq  gələcəyi 
üzərinə qurmuşdu. 
 
                      Elfira Məlikova  
                      Sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent 
 
 
 
 
 
 
 
 


Yüklə 1,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   67




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə