C a n e r t a s L a m a n Big Bang Və Tanrı



Yüklə 70,94 Kb.
Pdf görüntüsü
səhifə1/61
tarix07.11.2017
ölçüsü70,94 Kb.
#8889
  1   2   3   4   5   6   7   8   9   ...   61




C a n e r   T a s l a m a n 
Big Bang Və Tanrı


Caner Taslaman
BIG BANG VƏ TANRI
232 səhifə. 
Tərcümə:
Turqut Murti
Redaktor:
Ümid Əhmədov
Kompüter dizaynı:
Yaşar Şahlaroğlu
ISBN:  978-9953-8067-6-1
Çap tarixi:  23.11.2013
Format: 84x108 (13x20) 1/32
Tiraj: 500
Qiyməti: 4 AZN. 
© BaşlaKitab


Caner Taslaman
 ilk və orta təhsilini doğulduğu şəhər olan İs­
tanbulda alıb. Anası kimya mühəndisi, atası həkim olan Caner ki­
çik yaşlarından etibarən təbiət elmləri ilə maraqlanmağa başlayıb. 
Boğaziçi  Universitetinin  sosiologiya  fakültəsində  təhsilini  davam 
et dirib.  Universitetdə  təhsil  aldığı  müddətdə  antropologiya,  din 
so siologiyası  kimi  sahələrlə  maraqlanıb.  Mərmərə  Universitetinin 
Fəlsəfə və Din elmləri fakültəsində, Big Bang nəzəriyyəsinin fəlsəfə 
və  ilahiyyat  ilə  əlaqəsi  haqqında  verdiyi  tezislə  magistr,  Təkamül 
nəzəriyyəsinin  fəlsəfə  və  ilahiyyat  ilə  əlaqəsi  haqqında  hazırladığı 
tezislə isə doktorluq dərəcəsini qazanmışdır. Daha sonra isə Kvant  
nəzəriyyəsinin fəlsəfə və ilahiyyat ilə əlaqəsi haqqında yazdığı kitab 
sayəsində  dosent  olub.  Digər  tərəfdən  isə  “Qloballaşma  dövründə 
Türkiyədəki İslam” haqqında olan elmi işi ilə ikinci doktorluq dərə­
cəsini İstanbul Universitetinin Siyasi Elmlər fakültəsində tamam­
lamışdır. İlk dəfə  Tokio Universitetində, daha sonra isə Oksford Uni­
versitetlərində postdoktorant kimi fəaliyyət göstərmişdir. Son illərdə 
əsas diqqət yetirdiyi mövzu isə elm­fəlsəfə­din arasındakı əlaqədir.



7
ÖN SÖZ
Böyük Partlayış Nəzəriyyəsi (Big Bang Theory) doğru-
durmu? Big Bang nəzəriyyəsi fəlsəfi cərəyan və dinlər baxı-
mından hansı nəticələrə gətirib çıxarır? Tanrı varmı? Tanrı-
nın varlığı elmi və məntiqi izahlarla sübut edilə bilərmi? Ka-
inat, elmi qanunlar,təbiəthadisələri, canlılar və biz təsadüf 
nəticəsindəmi  yarandıq,  yoxsa  şüurlu  bir  yaradılışınmı 
məhsuluyuq?  Bu  suallara  verəcəyimiz  cavabların  nəyə 
inanmaq lazım olduğu, həyatın bir mənasının olub-olmadı-
ğı mövzusunda əhəmiyyətli təsirləri olacaqdır. İnandığımız 
bilgilər və həyatın mənası mövzusundakı yanaşmamız isə 
həyatımızın əxlaq kimi praktik sahələrində qərarverici rola 
sahib olacaqdır.
Kainat  haqqında  nə  düşünməyimiz  həqiqətən  də  va-
cib bir məsələdir. Kainat haqqında fikirlərimiz kainatın bir 
hissəsi  olan  özümüz  haqqında  fikirlərimizi  də  yaratmaq-
dadır. Big Bang nəzəriyyəsi kainatın mənbəyi və quruluşu 
haqqında  informasiyamızı  artırmış  və  kainatı  daha  yaxşı 
tanımağımıza  səbəb  olmuşdur.  Big  Bang  nəzəriyyəsi  kai-
natın tək bir nöqtədən çox sıx və isti bir şəkildə meydana 
gəlməyə  başladığını,  kainatın  dayanmadan  genişləndiyini 
və  genişlənməklə  bərabər  kainatdaki  istiliyin  və  sıxlığın 
azaldığını,  bununla  əlaqədar  olaraq  da  kainatdakı  bütün 
mərhələlərin  gerçəkləşdiyini,  bu  mərhələlərdə  atomaltı 
dünyadan ulduzlara qədər bütün yaranmaların necə mey-
dana gəldiyini izah edir. Kitabda “Big Bang” və “Big Bang 
nəzəriyyəsi” deyimlərini bu mənada istifadə etmişəm.


8
Big Bang-lə bağlı elmi izahlarla yanaşı, fəlsəfi və dini ba-
xımdan səbəb olduğu nəticələri də əhəmiyyətlidir. Son bir 
neçə əsrdə elmin, fəlsəfənin və dinlərin arasına qalın divar-
lar hörülüb. Elm adamlarının çoxu kainatın “necə” yarandı-
ğını və quruluşunun “nə” olduğu məsələsinə o qədər diqqət 
ayırdılar ki, əldə etdikləri elmi bazanın, məlumatların, fəlsəfə 
və  ilahiyyat  sahələrinə  təsirləri  və  bu  təsirlərin  nəticələri 
barədə heç düşünmədilər də. Filosofların çoxu elmin inkişa-
fını izləmədilər, ilahiyyatçıların çoxu da elmi araşdırmalara 
“girişməkdən” uzaq duraraq elm, fəlsəfə və dinlər arasında 
hörülmüş bu divarları qəbul etdilər.
Elmin  fərqli,  fəlsəfənin  fərqli,  dinin  fərqli  həqiqətləri 
ola bilməz; ancaq yanlış elm, yanlış fəlsəfə, yanlış din ola 
bilər. Anlaşılandır ki, bu divarların içində qalan hər şeyin 
yanlışlıqlarına müdaxilə edilə bilməməsi və hər sahənin öz 
nüfuzunu qoruyub saxlaya bilməsi üçün bu divarlar hörül-
müşdür.  Bu  isə  elmi  yeniliklərdən  lazımi  nəticələrin  çıxa-
rılmamasına, fəlsəfələrin qısır şübhələr içində boğulub qal-
masına və din sahəsinə saysız xürafatların daxil olmasına 
səbəb olmuşdur.
Bu araşdırmamda bütün bu problemli nəticələrdən qo-
runmaq üçün elm, fəlsəfə və din sahələrinin hər üçünü də 
nəzərdən  keçirmişəm.  Kitabın  ilk  iki  hissəsində  Big  Bang 
nəzəriyyəsi  ortaya  çıxmadan  əvvəlki  fəlsəfə  və  elm  tarixi 
ilə oxuyucularımı tanış etmişəm. Beləliklə, oxuyucunun Big 
Bang nəzəriyyəsini tarixi perspektivdən dəyərləndirməsini 
istədim. Üçüncü, dördüncü və beşinci hissələrdə isə Big Bang 
nəzəriyyəsinin  əsas  və  köməkçi  sübutları  ilə  nəzəriyyəyə 
qarşı  yönəlmiş  elmi  etirazları  və  bunlara  verilən  cavabla-
rı  analiz  etmişəm.  Bu  üç  hissə  daha  çox  Big  Bang-in  elmi 
əsaslarından bəhs edir. Sonrakı 4 hissədə Big Bang-in “işı-
ğında”  fəlsəfə  tarixini  və  dinləri  araşdırmışam.  Tanrının 
var  olub-olmadığı  və  kainatın  əzəli  olub-olmadığı  möv-


Yüklə 70,94 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   61




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə