C-dir. Qanın klinik analizində: leykositlər 12,8x10



Yüklə 10,41 Kb.
tarix22.03.2018
ölçüsü10,41 Kb.
#33185


Məsələ 1

27 yaşlı cavan qadın, aşpazdır, sağ qoltuqaltı nahiyədə güclü ağrı ilə həkimə müraciət etmişdir. Xəstəlik 2 gün əvvəl kəskin olaraq başlamışdır. Yüksək tər ifrazından əziyyət çəkir. Yanaşı xəstəliyi II dərəcəli piylənmədir. Baxış zamanı sağ qoltuqaltı nahiyədə 1,5sm ölçüdə, dəri ilə birləşmiş, tünd qırmızı rəngli, mərkəzidə flüktuasiyaedici konus formasında bir neçə ağrılı düyünlər qeyd olunur. Bədən temperaturu 37,3oC-dir. Qanın klinik analizində: leykositlər 12,8x109/L, EÇS 16mm/saat.



Suallar:

1. Diaqnostika taktikası: optimal diaqnostik və ya əlavə müayinə metodları hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: Z.H.Fərəcovun redaktəsi altında “Dermatologiya”; O.Y.Olisovanın redaktəsi altında “Dermatovenerologiya üzrə situasion məsələlər”
Məsələ 2

32 yaşlı xəstə qadın, bir ay əvvəl, apendektomiyadan sonra əvvəlcə əməliyyatdan sonrakı çapığın yerində, sonra isə dəri örtüyünün digər nahiyələrinə yayılmış qaşınan səpgilərdən şikayətlə dermatoloqun qəbulunda olmuşdur. Xəstənin dediyinə görə əməliyyata hazırlıq və əməliyyatın özü onun üçün güclü stres olmuşdur. Baxış zamanı: mil-bilək və said sümüklərin oynaqlarının bükücü səthində, baldırın ön səthində, qarın nahiyəsində və əməliyyat çapığı nahiyəsi ilə xətti olaraq səpgilər lokalizə olunmuşdur. Poliqonal, parlaq, bənövşəyi-qırmızı rəngli papulalar, 2-5mm diametrlə, ortasında göbəkvari boşluq olan elementlər müşahidə olunur. Yanaqların selikli qişasında ağımtıl, əhatə olunduğu selikli qişadan yuxarı qalxmayan, torvari xətli papulalar var. Subyektiv: orta xarakterli qaşınma.


Suallar:

1. Diaqnostika taktikası: optimal diaqnostik və ya əlavə müayinə metodları hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: Z.H.Fərəcovun redaktəsi altında “Dermatologiya”; O.Y.Olisovanın redaktəsi altında “Dermatovenerologiya üzrə situasion məsələlər”

Məsələ 3.

23 yaşlı xəstə gövdədə çoxlu miqdarda səpgilərin olmasından şikayətlə həkimə müraciət etmişdir. Dörd həftə əvvəl xəstələnib və sonra yuyunarkən sinə nahiyəsində çəhrayı rəngli iri ləkələrin olmasını qeyd etmişidir. Hər gün liflə yuynmaqda davam etmişdir. Bu fonda dəri örtüyü boyunca daha xırda səpgilər əmələ gəlmiş və tez zamanda yayılmışdır. Subyektiv hissiyyat olmadığı üçün müalicə etməyib. Gövdə dərisinin baxış zamanı sarımtıl çalarlı qırmızımtıl-çəhrayı rəngli çoxlu ləkələr, papiros kağızına bənzər büzüşmüş mərkəzində xırda pulcuqlu qabıqlanması olan səpgilər müşahidə edilir. Ləkələr oval şəklində, Langer xətti boyunca (dərinin dartılma xətti), 1-2sm diametrdədir. Subyektiv hissiyyatlar yoxdur.


Suallar:

1. Diaqnostika taktikası: optimal diaqnostik və ya əlavə müayinə metodları hansıdır?

2. Klinik diaqnoz nədir?

3. Müalicə taktikası: optimal müalicə taktikasını qeyd edin.


Ədəbiyyat: Z.H.Fərəcovun redaktəsi altında “Dermatologiya”; O.Y.Olisovanın redaktəsi altında “Dermatovenerologiya üzrə situasion məsələlər”
Yüklə 10,41 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə