C. V. Qəhrəmananov K. H. Allahyarov



Yüklə 0,72 Mb.
Pdf görüntüsü
səhifə1/22
tarix28.06.2018
ölçüsü0,72 Mb.
#52346
  1   2   3   4   5   6   7   8   9   ...   22



 
 
 
C. V. Qəhrəmananov 
K. H. Allahyarov 
 
 
 
 
 
 
 
 
 
 
Nizami Gəncəvi əsərlərinin 
 əlyazmaları dünya kitab  
xəzinələrində 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gəncə. Elm-2015 



 
 
Azərbaycan Milli Elmlər  
Akademiyası Gəncə Bölməsi  
Nizami Gəncəvi Mərkəzi 
 
 
 
 
 
C.V. Qəhrəmanov 
K. H. Allahyarov 
 
 
 
Nizami Gəncəvi əsərlərinin  
 əlyazmaları  dünya kitab  
xəzinələrində 
 
 
 
 
Ruscadan tərcümə edən  
Prof. X.H. Yusifli 
 
 
 
 
 
 
Gəncə. Elm-2015 



 
 
AMEA  Gəncə Bölməsinin Elmi şurasının  
qərarı ilə çap olunur 
 
 
Qəhrəmanov C.V, Allahyarov K.H. Nizami Gəncəvinin 
əlyazmaları dünya kitab xəzinələrində Gəncə, Elm, 2015.108 
s. Ruscadan  tərcümə edən Xəlil Yusifli 
Kataloqu  çap  olunmuş  dunya  kitabxana  fondlarında 
hazırda  Azərbaycanın  böyük  mütəfəkkir  şairi  Nizami 
Gəncəvinin  ölməz  əsərlərinin  900-dən  çox  əlyazma  nüsxəsi, 
“Xəmsə”dən xülasələr, poemalardan parçalar saxlanılır. 
Hazırki  nəşrə  “Xəmsə”nin  bütöv  əlyazmalarının,  ayrı-
ayrı  poemaların,  həmçinin  şairin  lirik  şeirlərinin  saxlanıldığı 
əlyazmaların qısa biblioqrafik təsviri daxil edilmişdir. 
Bu  nəşr  ədəbiyyat  tarixi  mütəxəssisləri  və  şərqşünaslar 
üçün nəzərdə tutulmuşdur. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Gəncə, Elm  2015 



 
Ön söz 
Hal-hazırda  əlyazma  abidələrə,  o  cümlədən  bədii 
ədəbiyyat  abidələrinə  elmi  və  oxucu  marağı  durmadan 
artmaqdadır.  Xüsusilə  o  ədəbi  abidələrə  diqqətli  maraq  artır 
ki,  onlar  əsrlər  boyu  estetik  və  tərbiyəvi  məzmunu  ilə 
insanları  ruhlandırmış, onlara mənəvi qida vermişdir.  
Şübhəsiz  hümanist  şair  Nizami  Gəncəvinin  yüksək 
bədii  sənət  nümunələri  olan  əsərləri  Yaxın  və  Orta  Şərqdə 
ədəbi  estetik  və  mütərəqqi  ictimai  fikrin  sonrakı  inkişafina 
müstəsna təsir göstərən belə kamil sənət sənət nümunələri idi. 
İnanmaq  çətin  deyildir  ki,  bu  əsərlər  indi  də  öz  mənəvi 
dəyərini itirməmişdir. 
Orta  əsrlər  yazılı  abidələrinin  öyrənilməsi,  onun  əsil 
dəyərinin  müəyyənləşdirilməsi,  əsil  müəllif  mətninin,  yaxud 
ona  ən  yaxın  variantın  ortaya  qoyulması,  onun  bütün 
əlyazmalarının  nəzərə  alınmadan  və  öyrənilmədən    mümkün 
deyildir.  Buradan  aydındır  ki,  klassik  ədəbi  əsərlər  üzərində 
aparılan    hər  bir  işdə  əvvəlcə  lazimi  mətnşünaslıq  təhlili 
aparılmalıdır  ki,  bunun  üçün  isə  bu  işlə  bağlı  bütün 
əlyazmaların  və  digər  qaynaqların  aşkar  edilməsini  müasir 
elmi tədqiqatın səviyyəsi tələb edir. 
Bütün  bunlar  göstərir  ki,  Nizami  əsərlərinin 
əlyazmalarının 
kataloqunun 
yaradılması 
mütəxəsis 
nizamişünasların  praktik  ehtiyaclarını  təmin  etmək  üçün 
indiyə qədər əldə olan əlayazmalarını tamamilə əhatə edən bir 
kataloqun  yaradılması  nə  qədər  təxirə  salınmazdır.  Böyük 
mütəfəkkir şairin poetik irsinin bütün təfərrüfatı ilə hərtərəfli 
öyrənilməsi  üçün  nizamişünaslar  qarşısında  hələ  böyük  işlər 
durur. 



 
Nizami  əsərlərinin  əlyazmalarının  öyrənilməsi  və  qısa 
elmi təsviri üzrə aparılan işi biz əvvəlcə əsasən sovet və xarici 
ölkələrin  ən  böyük    şərq  əlyazmaları  saxlanılan 
kitabxanalarının kataloqları əsasında aparmışıq. Bundan əlavə 
tərtib  olunan    kataloqun  daha  dolğun  və  maksimal  dərəcədə 
olması  üçün  biz  digər  məlumat  xarakterli  mənbələrdən  də 
istifadə  etdik.  Bununla  bərabər  təqdim  olunan  kapaloq  tam 
əhatəli sayıla bilməz, çünki fars dilli əlyazmaların kataloqları 
heç də Nizami əsərlərinin bütün əlyazmalarını əhatə etmir. Bu 
onunla  bağlıdır  ki,  bir  çox  tarixi  səbəblər  üzündən  bu 
əlyazmaları  bütün  dünyaya  və  xüsusi  kolleksiyalara 
səpələnmişdir.  Dünyanın  müxtəlif  ölkələrində,  xüsusən  şərq 
ölkələrində  o  cümlədən  Əfqanıstanda,  Çində,  Hindistanda, 
Pakistanda  və  başqa  ölkələrdə  çoxsaylı  dövlət  və  xüsusi 
kolleksiyalar  vardır  ki,  onlarda  olan  əlyazmalarının  kataloqu 
yoxdur.  Dünyanın  ən  böyük  əlyazma  fondlarının  kataloqları 
isə  təqribən  50-100  il  bundan  qabaq  nəşr  olunmuşdur.  Ona 
görə də bu kataloqlar  həmin fondlara sonrakı daxil olmaları 
əhatə  edə  bilməz.  Nəhayət  ,  çox  mümkündür  ki,  şərq 
əlyazmalarının  bəzi  kataloqları  bizim  nəzərimizdən  kənarda 
qalsın. 
Təbiidir ki, sonrakı dövrlərdə, yeni kataloqların və digər 
sorğu tipli nəşrlərin meydana çıxması nəticəsində bu kataloq 
tamamlana bilər və tamamlanmalıdır. 
Tədqiqatçıların diqqətinə təqdim edilən kataloq Nizami 
əsərlərinin  bizə  gəlib  çatan  əlyazmalarının  çoxunu  (900-ə 
yaxın)  əhatə  edir.  Bunlar  ancaq  öz  sayına  görə  yox,  həm  də 
yüksək  bədii  dəyəri  ilə  heyran  edir.  Onların,  demək  olar  ki, 
hamısı  yüksək  bədii  tərtibata  malikdir:  çərçivələr,  güllər, 
rəngarəng  balıqlar,  naxışlar,  başlıqlara  vurulmuş  bəzəklər, 


Yüklə 0,72 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə