Camal Zeynaloğlu



Yüklə 1,18 Mb.
səhifə1/48
tarix25.06.2018
ölçüsü1,18 Mb.
#51821
  1   2   3   4   5   6   7   8   9   ...   48


 

 



 


 

         



Camal  Zeynaloğlu            

 

 

 

 

 

 

 

     

Gecikmiş sevgi 

 

 

 

 

 

                

 

 

 

 

 

                           “Ünsiyyət” nəşriyyatı 

           

                    

Bakı  -  2014           


 

 



 

 Az 2 

-------- 

 2014 

 

 

Camal Zeynaloğlu:

 

“Gecikmiş sevgi” 

 

                            

(Azərbaycan dilində)

                          



 

 

Redaktor:     Həqiqət Kərimova, 

                  

fəlsəfə elmləri namizədi.

       


 

 

Bakı, “Ünsiyyət” nəşriyyatı –

 2014,  - 160 

səh.

 

 

 

    


Bu  kitab  Camal  Zeynaloğlunun  oxucuları  ilə  on  birinci 

görüşüdür.  Kitabda  yazıçının  yeni  hekayələri  və  esseləri 

verilmişdir. 

 

 

        26470007 

C------------------   Qrifli nəşr 

       

095 - 2014

 

                                           

© C. Zeynaloğlu – 2014 

 

İSBN: 978-9952-440-32-7 

 

 


 

                           Ön söz  



 

      


     İnsan  təbiəti  iki  xassəlidir.  Zahirən  görünən,  maddi 

xüsusiyyətlərə  malik  olan  insan  -  yəni  zamanın  təsiri  ilə 

dəyişən insan; ikincisi daxili aləminə aid olan, yəni zəka, idrak, 

vicdan  kimi  keyfiyyətləri  özündə  birləşdirən  mənlikdir  ki, 

maddi  aləmdə  nisbi  olan  hər  şeyi  onunla  anlayıb  təyin  edir, 

dəyişkənlikləri müqayisə edirik. Məhz insana xas olan bu ikinci 

xassə məkan və zamanın təsirindən dəyişmir. Vicdan həqiqət və 

mənəvi  Əxlaqdır.  Hər  bir  insanın  təbiətinə  Allah  tərəfindən 

bəxş  edilmiş,  yerləşdirilmiş  nurdur.  Lakin  hər  adam  bunu 

lazımi  səviyyədə  dərk  etmir.  Camal  Zeynaloğlunda  qəlbindən 

zahirinə süzülən ilahi işıq var. 

    Bəzən  düşünürəm;“Camalı  öz  dövrünün  Ziyalılarından 

fərqləndirən  əsas  cəhətlər  hansılardır?  Doğulub  böyüdüyü 

mühitdə aldığı tərbiyəmi? Kamilliyə can atmağı, Allaha qəlbən 

bağlılığı, sadəliyimi?” 

    Bütün bunların hamısı Camalda var. O, elmə, savada yüksək 

qiymət  verən  ailə  mühitində  kamilliyə  çatmaqda  yol  göstərən 

müəllimlər  əhatəsində,  ona  halallıq  təlqin  edən,  Allahın 

böyüklüyünə  sığınan  ata-anasının  tövsiyələri  ilə  böyümüşdü. 

Bəs  sadəlik?    “Sadəlik  onun  geyindiyi  ən  gözəl  libasdır”  - 

desəm,  daha  doğru  olar.  Ata  tərbiyəsi,  qardaş  himayədarlığı 

onun dünyagörüşünün formalaşmasında az rol oynamamışdır.       

     Camal  Zeynaloğlu    zamanın  nəbzini  tutan,  yazıçı-publisist, 

tərcüməçi-psixoloq  kimi  öz  əsərləri  ilə  ədəbiyyatımıza 

yeniliklər  gətirən  yazarlardandır.  O,  nə  yazırsa  yazsın  bütün 

əsərlərində  bugünkü  həyatın  reallıqlarını  əks  etdirdiyinə  görə 

oxucu onu sevə-sevə oxuyur. Çünki onun qələmə aldığı hekayə 

və  povestlərdə  haqsızlığa  qarşı  mübarizə,  qanunun  aliliyini 

qoruyub  saxlayan,  ona  hörmətlə  yanaşan  bəzi  hüquq 

müdafiəçilərin  hələ  də  cəmiyyətdə  var  olmaları,  insan 


 

ləyaqətini,  şərəfini  hər  şeydən  uca  tutan  qəhrəmanların 



mövcudluğu  və  onların  cəmiyyətdə  tör-töküntülərinə  qarşı 

mübarizə  aparması  oxucularda  istər-istəməz  sabaha  ümid  və 

inamla baxmasına stimul verir.      

    C.Zeynaloğlunun əsərlərində yaratdığı, bəzən adını dəyişdiyi 

qəhrəmanları  həyatda  bizimlə  çiyin-çiyinə  çalışan,  hər  gün 

rastlaşdığımız  real  insanlardır.  O,  qəhrəmanları  ilə  görüşüb 

söhbət edir, onlarla dərdləşir, onları narahat edən problemləri 

birgə cözməyə çalışır. Ona görə də Camal müəllimin yaratdığı 

qəhrəmanlar  oxucular  tərəfindən  sevilir.  Çünki  bu  görüşlər, 

ünsiyyətlər  olmasa  o,  yazmır.  Bəlkə  elə  buna  görə  də  onun 

yazdıqlarında oxucunu cəlb edən, ovsunlayan nə isə var. 

    Kitabda  toplanmış  “Ziyarət”,  “Paxıllıq”,  “İftira”,  “Qızıl 

külqabı”,  “Quru  çörək”,  “Qonşu  tikəsi”,  “Nərəy  dərəsində 

qanlı döyüş”, “Ölüm düşərgəsindən qaçış” adlı hekayələrində 

hər  bir  oxucunu  düşündürən,  onu  narahat  edən,  onun 

psixolojisinə  təsir  göstərən,  iç  dünyasını  titrədən  və  ibrət 

götürüləsi  çox  şeylər  var.  Məsələn,  “Gecikmiş  sevgi” 

hekayəsini  həyəcansız  oxumaq  mümkün  deyil.  Şəxsən  mən 

hekayəni  oxuyanda  həm  kövrəldim,  həm  də  təəssüf  hissi 

keçirdim.  Kövrəldim  ona  görə  ki,  ömrünün  ahıl  çağında 

özündən  asılı  olmadan  sevdaya  düşən  bir  qadının  taleyi  yenə 

də  gətirmir.  Təəssüfləndim  ona  görə  ki,  bugünkü  gənclərimiz 

kaş ki, bu qadının “ahıl yaşında həyatına müsafir olan və çox 

da  gecikmiş  əsl  sevgi  hissi”  keçirə  biləydilər.  Mən 

C.Zeynaloğlunun əsərlərini təhlil etmək fikrim yoxdur, çünki bu 

məsələni dəyərli oxucularımızın ixtiyarına buraxıram. 

     Bir  qədər  də  Camal  Zeynaloğlunun  yeni  yaradıcılıq  janrı 

olan  esseləri  haqqında  söz  demək  istəyirəm.  Etiraf  edim  ki, 

mən  bu  esseləri  daha  diqqətlə  oxudum.  “Əlim  yetmədi  sənə”, 

“Yuxularına  gələcəyəm”,  “Sənsizəm”,  “Həsrət”,  “Sən 

gedəni”, “Şəhid anası”, “Kaş biləydin ki...”, “Həsrətə dözmür 

ürək”, “Mənimçün heç qocalmadın ki...”, “Başqasına dəyişdin 

məni”, “Mənə dözüm ver, İlahi!”  kimi esselər yazıçının dərin 


Yüklə 1,18 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   48




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə