Camalova Gülnar Yaşar qızı mpf-2 219a 5a Fiziologiya 12 barmaq bağırsaqda həzm, mədəaltı vəz



Yüklə 4,8 Mb.
tarix10.05.2022
ölçüsü4,8 Mb.
#86440
2 5262588784582594054

Camalova Gülnar Yaşar qızı MPF-2 219a 5a Fiziologiya 12 barmaq bağırsaqda həzm , mədəaltı vəz


Mədəaltı vəzi –Pancreas onikibarmaq bağırsağın böyük vəzilərindən ikincisidir; boz-çəhrayı rəngdə, yumuşaq konsistensiyada, uzun, nazik və prizma şəklində olub köndələn istiqamətdə, qarın boşluğunun arxa divarında, mədənin arxasında, onikibarmaq bağırsaq ilə dalaq arasında yerləşmişdir. Pankreasin uzunluğu 16-22 sm, eni 4 sm, qalınlığı iki sm və çəkisi 70-80 qramdır. Pankreas üç hissəyə bölünür: sağ hissəsi – başı – lat. Caput pancreatis, orta hissə-cismi – lat. Corpus pancreatis və sol hissəsi – quyruğu – lat. Cauda

Mədəaltı vəzi

Pankreas qarın boşluğunda sağ qabırğaaltı, göbək və sol qabırğaaltı nahiyələri tutur; peritona olan münasibətinə görə ekstraperitoneal üzvlərdən hesab olunur; yəni periton ilə ancaq ön və aşağı səthləri örtülmüşdür.

Pankreas quruluş cəhətcə mürəkkəb alveollu vəzilərdən olub, qulaqaltı vəziyə xeyli bənzəyir. Bu qeyri-müntəzəm şəkilli və boş birləşdirici toxuma vasitəsilə birləşmiş paycıqlardan ibarətdir; birləşdirici toxumada qan damarları və pankreas axacaqları vardır. Pankreasda vəzi ünsürlərindən başqa Langerhans adacıqları – lat. İnsulae Langerhans deyilən epitel hüceyrələr yığıntısı vardır. Bunlar pankeasın şirə ifrazedici kütləsindən ayrı olub vəzifəcə daxili sekresiya vəzilərindən (endokrin vəzilərdən) hesab olunur. Burada ifraz olunan hormon insulin adlanır və qana keçərək bədəndə (qaraciyərdə) karbohidratlar mübadiləsini tənzim edir. Beləliklə pankreas həm xarici və həm də daxili ifrazat (sekresiya) vəzilərinə aiddir.

Pankreas quruluş cəhətcə mürəkkəb alveollu vəzilərdən olub, qulaqaltı vəziyə xeyli bənzəyir. Bu qeyri-müntəzəm şəkilli və boş birləşdirici toxuma vasitəsilə birləşmiş paycıqlardan ibarətdir; birləşdirici toxumada qan damarları və pankreas axacaqları vardır. pankreasda vəzi ünsürlərindən başqa Langerhans adacıqları - lat. insulae Langerhans deyilən epitel hüceyrələr yığıntısı vardır. Bunlar pankeasın şirə ifrazedici kütləsindən ayrı olub vəzifəcə daxili sekresiya vəzilərindən (endokrin vəzilərdən) hesab olunur. Burada ifraz olunan hormon insulin adlanır və qana keçərək bədəndə (qaraciyərdə) karbohidratlar mübadiləsini tənzim edir. Beləliklə pankreas həm xarici və həm də daxili ifrazat (sekresiya) vəzilərinə aiddir.



Endokrin funksiya

İnsulin hormonu betta hüceyrələr tərəfindən sintez olunur və qana daxil olub vücudda karbohidratlar mübadiləsini tənzim edir; qaraciyərdə toplanmış qlikogenin şəkərə çevrilməsini tormozlayır (yalnız normal miqdarda verilməsinə imkan yaradır); odur ki, Langerhans adacıqlarının hipofunksiyasında insulinin miqdarı azalır, nəticədə artıq miqdarda qlikogen xaric olur; bu üsul ilə şəkərli diabet – lat. Diabetes mellitus deyilən xəstəlik meydana çıxır. Sadəcə beyində şəkərin sorulmasini təmin edə bilmir.

Qlükaqonun molekul kütləsi 3495-dir. 29 aminturşudan təşkil olunub. Əvvəlcə α-hüceyrələrində tərkibində 37 aminturşu qalığı olan proqlükaqon əmələ gəlir. Sonra isə hidrolizə uğrayaraq, aktiv qlükaqona çevrilir. Qlükaqon qanda kalsium kationunun və arginin aminturşusunun miqdarını yüksəldir və qlükoza, somatostatinin miqdarınıazaldır.

Nazik bağırsaqlarda karbohidratların, yağların xüsusən də zülalların həzm eilib amin turşular şəklində bağırsaq divarından sovrulmasını təmin edən amilaza (nişastanı oliqosaxaridlərə: qlukoza, maltoza, dekstrinə parçalayır), lipaza (triqliseridləri qliserin və yağ turşularına parçalayır), proteaza (amin turşular arası peptid rabitəsini pozur) kimi fermenlərin sekresiyasında iştirak edir.



Ekzokrin funksiya

Onikibarmaq bağırsaq

duodenum nazik bağırsağın ön ya birinci hissəsini təşkil edir; vəziyyət cəhətdən müxtəlif olub, uzunluğu adətən 25-30 santimetrdir. Onikibarmaq bağırsaq onurğanın bel nahiyəsində yerləşərək, başlanan və qurtaran uclarından başqa qarın boşluğunun arxa divarına hərəkətsiz bir surətdə bağlanmışdır. Nala bənzəyir, çıxıq tərəfi sağa baxır, basıq tərəfi isə soldan mədəaltı vəzin başını əhatə edir.

Nazik bağırsağın daxili səthi xovlarla örtüldü-yü üçün məxmər kimi olur. 1 kv san-də olan 2500-ə qədər xov nazik bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epiteli ilə örtülmüşdür. Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı da-xil olub, burada kapillyar tor əmələ gətirir. Suda həll olmuş aminturşular və qlükoza xovla-rın kapilyarlarından qana sorulur. Xovlar bağırsağın sorma səthini 1000 dəfəyə qədər artırır.

Nazik bağırsağın daxili səthi xovlarla örtüldü-yü üçün məxmər kimi olur. 1 kv san-də olan 2500-ə qədər xov nazik bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epiteli ilə örtülmüşdür. Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı da-xil olub, burada kapillyar tor əmələ gətirir. Suda həll olmuş aminturşular və qlükoza xovla-rın kapilyarlarından qana sorulur. Xovlar bağırsağın sorma səthini 1000 dəfəyə qədər artırır.

Brunner vəzləri Parasempatik stimula cavab olaraq qələvi maye ifraz etmə funksiyasına sahib olan onikibarmaq bağırsağın vezileridir. Onikibarmaq bağırsaq divarının submukozal qatında yerləşən, əyri kanalları və budaqlı ucları olan, əzələ mukozasından keçən Lieberkühn kriptalarına axan asinotubular vəzlərdir.

12 barmaq bağırsaqdakı epitel qatında Goblet hüceyrələr Enterositler vardır.

Goblet hüceyrələr mukus , Enterositler isə su və elektrolit sintez edir.

Həmçinin Paneth hüceyrələri lizosim sintez edir.



1

2

3



4
Yüklə 4,8 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə