Caspian Pipe Coatings



Yüklə 4,4 Kb.
tarix24.02.2018
ölçüsü4,4 Kb.

BP/ABƏŞ-in əməkdaşları “Caspian Pipe Coatings” MMC-nin Layihənin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə tələblərinə uyğunluğunun yoxlanılması üçün audit keçirmişlər.

08 Aprel 2011-ci il tarixində BP/ABƏŞ-in SƏTTƏM üzrə əməkdaşları “Caspian Pipe Coatings” MMC(CPC)-nin Layihənin sağlamlıq, əməyin təhlükəsizliyi və ətraf mühitin qorunması üzrə tələblərinə riayət edilməsinin yoxlanılması üçün audit keçirmişlər. Auditin əsas məqsədi həll edilməmiş qalan SƏTƏMM məsələlərinin və SƏTƏMM planının hazırlıq səviyyəsinin müəyyən edilməsindən, istehsal sahəsində SƏTƏMM qaydalarının yerinə yetirilməsinin və istehsal riskinin təhlilindən, habelə keyfiyyətə nəzarət qaydalarının və Dəyişikliklərin İdarə Edilməsi prosedurunun tətbiq edilməsinin yoxlanılmasından ibarət idi. Auditdə BP/ABƏŞ-in Strateji İcra Bölümünü təmsil edən Alan Dunn, Arvid Sande, Dirk Smit, John Qrosskey, Boris Mullet, Matt Forster və s. mütəxəssislər iştirak etmişlər. İstehsal sahəsində audit başa çatdıqdan sonra BP/ABƏŞ-in mütəxəssisləri CPC nümayəndələri ilə birgə iclas keçirilmişdir. CPC tərəfindən iclasda şirkətin İcraçı direktoru/Layihə direktoru Azər İsayev, Layihə meneceri Eldəniz Hacıməmmədov və SƏTƏMM üzrə menecer Səbuhi Rzayev iştirak etmişdir. Görüşdə müəssisəmizin fəaliyyəti haqqında dolğun məlumat verilmiş,gündəlikdə olan bir sıra məsələlər müzakirə olunmuşdur. Auditin yekunlarına əsasən proqram üzrə bütün maddələr yoxlanılmış və ciddi nöqsanlar aşkar edilməmişdir. Şirkətin fəaliyyəti audit heyətinin yekun rəyində müsbət qiymətləndirilmişdir.








Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə