CəFƏR İbrahimov



Yüklə 2,91 Kb.
Pdf görüntüsü
səhifə31/31
tarix17.09.2017
ölçüsü2,91 Kb.
#29
1   ...   23   24   25   26   27   28   29   30   31

verirsə,  bu  ədəbi  istedaddır.  Eyin  sözlər  istedadın  başqa  növ-
lərinə də aiddir. 
Qabiliyyət  və  iste'dad  əmək  fəaliyyətinin  konkret,  tarixən 
inkişaf etmiş formalarından təcrid olunmuş şəkildə edilə bilməz. 
Onlar  konkret  tarixi  dövrdə  fəaliyyətin  ictimai  cəhətdən 
əhəmiyyətli  olan  hansı  növlərinin  təşəkkül  etməsindən  və 
"fəaliyyətin  müvəffəqiyyətli  icrası"  dedikdə  hansı  meyarın  başa 
düşülməsindən asılıdır. 
İndi  də  psixologiyada  qabiliyyətlərin  ölçülməsi  və  əqli  in-
kişaf əmsalını aydınlaşdıraq. 
Qabiliyyətlər  nəinki  keyfiyyət,  həm  də  kəmiyyət  baxı-
mından  bir-birindən  fərqlənirlər.  Qabiliyyətlərin  ölçülməsi  de-
dikdə onların kəmiyyət cəhətdən xarakterizə olunmasını nəzərdə 
tuturlar. 
Psixologiya tarixində ölçmə  ilk dəfə  hələ XVII əsrin 30-cu 
illərində  irəli  sürülmüşdü.  Psixometriya  (  yunanca  psushe-ruh, 
metreo-ölçmə  deməkdir)termini  də  məhz  həmin  illərdə  əmələ 
gəlmişdir.  Bu  haqda  maraqlı  fıkirlər  irəli  sürülsə  də,  qa-
biliyyətlərin  ölçülməsi  sahəsində  ilk  mühüm  addım  XIX  əsrdə 
atılmışdır. 
XIX əsrin 70-ci  illərindən  başlayaraq  ingilis alimi Haltonun 
tədqiqatları  həmin  sahənin  inkişafında  mühüm  rol  oynamışdır. 
Onun  "Talantın  irsiliyi"  (1869),  "İngilis  alimləri:  onların  təbiəti 
və  tərbiyəsi"  (  1874),  "insan  qabiliyyətlərinin  və  onların  inkiş-
faının  tədqiqi"  (1883)  və  b.  əsərlərində  fərdi  fərqlər  psixolo-
giyası  və  testlər  metodunun  bir  çox  mühüm  məsələləri  ilk  dəfə 
özünün geniş əksini tapmışdır. 
Halton  1884-cü  ildə  Londonda  Beynəlxalq  sağlamlıq  sə-
rgisində  Antropoloji  laboratoriya  təşikl  etdi.  Qısa  müddətdə 
həmin laboratoriyada 10 minə qədər adamın boyu, çəkisi və s. ilə 
yanaşı  olaraq  müxtəlif  psixoloji  xüsusiyyətləri,  eləcə  də 
qabiliyyətləri də ölçüldü Halton bu sınaqları əqli testlər (ingiliscə 
test-sınaq  deməkdir)  adlandırdı.  Bütün  psixoloji  anlayışlardan 
fərqli olaraq bu termin Qərb ölkələrində tezliklə kütləvi terminə 
çevrildi. 
 
 
94 


1904-cü  ildə  Fransada  əqli  cəhətdən  geri  qalan  uşaqları 
müəyyən  etmək  üçün  komissiya  yaradılmışdı.  Komisiyaya  Al-
fred Bine (1857-1911) başçılıq edirdi. O, 1903-cü ildə öz qızları 
Armand  və  Marqerit  üzərində  apardığı  tədqiqatları  ümumi-
ləşdirərək  məşhur  əsəri  -"intellektin  eksperimental  tədqiqi" 
monoqrafiyasını nəşr etdidi. 
İntellekt-latın  sözüdür,  müxtəlif  dillərdə  anlama,  dərketmə, 
başa düşmə, dərrakə , ağıl mənasında işlənir. 
İntellektin səviyyəsini  necə  müəyyən etmək və  ya onu necə 
ölçmək olar? 
XIX  əsrin  sonu  XX  əsrin  əvvəllərində  bu  sual  psixologiya 
üçün  təkcə  praktik  əhəmiyyətə  malik  deyildi.  O,  birinci  növbə-
də,  metodoloji  məsələ  idi.  A.Bine  T.  Simon  adlı  başqa  fransız 
psixoloqu  ilə  birlikdə  müxtəlif  yaşlı  uşaqalrın  diqqətini,  hafizə-
sini,  təfəkkürünü  və  s.  öyrənməyə  başladı.  Bu  eksperimentlər 
əsasında yeni testlər yaradıldı. Psixologiyada həmin testlər Bine-
Simon  testləri  kimi  məlumdur.  Bine-Simon  testlərində  fərdi 
fərqlər  öz-özlüyündə  deyil,  yaşla  əlaqədar  surətdə  ölçülürdü. 
Əgər  uşaq  öz  həmyaşıdlarının  əksəriyyəti  tərəfindən  yerinə 
yetirilən  tapşırıqları  həll  edə  bilirdisə,  o  normal  uşaq  hesab 
edilirdi.  Lakin  bir  sıra  hallarda  həmin  tapşırıqlar  uşaq  üçün  ya 
həddindən  artıq  asan,  ya  da  çtəin  olurdu.  Bu  faktın  müəyyən 
edilməsi və psixoloji cəhətdən təhlil olunması onunla nəticələndi 
ki,  testologiyada  xronoloji  yaş  -CA  (ingilis-cə  Chroniloqusal 
Age) anlayışı ilə yanaşı yeni anlayışdan -ağıl yaşı -MA (ingilsicə 
Mental  Age)  anlayışından  istifadə  olunmğa  başlandı  .  1912-ci 
ildə V. Ştern onların nisbətini intellekt əmsalı adlandırdı 
İntellekt əmsalı -LQ aşağıdakı düsturla hesablanır: 
 
100
*
CA
MA
LQ

 
Ağıl yaşı (MA) müvafiq şkalaya görə müəyyən edilir. Tutaq 
ki, Leylanın xronoloji (pasport) yaşı 10, 5, sevilin14-dür. Onların 
hər  ikisinə  müəyyən testlər təklif  edirik:  Leyla da, sevil  də 120 
xal  toplayır.  Onların  intellekt  əmsalını  hesablamaq  üçün 
xronoloji yaş ilə yanaşı ağıl yaşı müəyyən olunmalıdır. 
95 
 


Bunun üçün şkalaya baxmaq lazımdır; şkalada 120 xal toplamış 
uşağın  ağıl  yaşının  11,5  olduğu  göstərilir.  Həmin  göstəricilərə 
əssən  testoloq  Leylanın  İntellekt  əmsalını  aşağıdakı  kimi 
hesablayır: 
5
,
109
100
*
5
,
10
5
,
11


LQ
 
Sevilin isə intellekt əmsalı aşağıdakı kimi olur: 
1
,
82
100
*
14
5
,
11


LQ
 
Beləliklə də, Leylanın intellekt əmsalı 109, 5 , Sevilin isə 82, 
1 olur. Bu o deməkdir ki, Leyla  əqli cəhətdən Sevilə görə daha 
çox 
iste'dadlıdır.Testalogiya 
praktikasında 
LQ- 
130-a 
bərabərdirsə, uşaq istedadlı 180-dan çoxdursa, ən iste'dadlı hesab 
edilir. 
Müasir  psixodiaqnostikada  testlərin  müxtəlif  növlərindən 
istifadə  olunur.  Onların  içərisində  intellekt  testləri,  qabiliyyət 
testləri.nailiyət testləri və s. xüsusi yer tutur. 
Hal-hazırda  ölkəmizdə  testlərdən  ictimai  praktikanın 
müxtəlif  sahələrində  istifadə  olunur.  Bu  zaman  onların  elmi 
cəşətdən əsaslı olmasına xüsusi diqqət yetirilir. 
Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətəlrin  
formalaşması 
Qabiliyyətlər uşaq və yeniyetmələrin psixi həyatının mühüm 
cəhətlərindən  birini  təşkil  edir.  Bu  o  deməkdir  ki;  a)  qabi-
liyyətlər  də  bütün  psixi  proses  və  xassələr  kimi  kiçik  yaşlardan 
formalaşmağa  başlayır;  inkişaf  edərək  yeni  keyfiyyətlər  kəsb 
edir. Müasir psixologiyada bu sahədə inkar edilməz faktlar əldə 
edilmişdir.  Hətta  vaxtilə  testoloqlar  ümumi  istedad  əmsalının 
dəyişməz olduğunu iddia etdikləri halda, bu gün yaş artıqca LQ-
in dəyişildiyini onlar qəbul edirlər. 
Qabiliyyətlərin  formalaşması  prosesini  psixoloji  cəhətdən 
düzgün  təhlil  etmək  üçün  bu  sahədə  özünü  göstərən  yaş 
xüsusiyyətlərini ətraflı öyrənmək lazımdır. Hər bir yaş döv- 
96 
 


 
ründə  qabiliyyətlərin  formalaşması  sahəsində  köklü  kəmiyyət  və 
keyfiyyət  dəyişikləri  baş  verir.  İstər  məktəbəqədər  və  kiçik 
məktəbli,  istərsə  də  yeniyetməlik  və  erkən  gənclik  yaşı  dövrlə-
rində  ümumi  və  xüsusi  qabiliyyətlər  iki  istiqamətdə-makro  və 
mikro  istiqamətlərdə  inkişaf  edir.  Biz  makro  inkişaf  dedikdə, 
qabiliyyətlərin  müəyyən  bir  yaş  dövründə  qarşılıqlı  əlaqədə 
inkişafını nəzərdə tuturuq. 
Mikro  inkişaf  dedikdə  isə  ayrı-ayrı  qabiliyyətlərin  öz-
özlüyündə inkişafı prosesi nəzərdə tutulur. Bu mənada biz obrazlı 
təfəkkür,  yaradıcı təxəyyül  və s. kimi qabiliyyətlərin  inkişafından 
danışırıq.  Qabiliyyətlərin  makro  və  mikro  inkişafı  bir-biri  ilə 
vəhdət təşkil edir. 
b)  Hər  bir  yaş  dövrünün  öz  xüsusiyyətləri  vardır.  Kiçik 
məktəblinin  bilik  sahələrinə  marağı  yeniyetmənin  xüsusi  fəallığı 
və  meyllərinin genişliyi,  böyük  məktəblinin özünü şüurlu  surətdə 
tənzimetmək meyli - bunların hamısı bu və ya digər yaş dövrünün 
səciyyəvi  xüsusiyyətləri  kimi  qabiliyyətlərin  formalaşmasına 
mühüm  tə'sir  göstərir.  Bu  xüsusiyyətləri  nəzərə  almadan 
qabiliyyətlərin  inkişaf  xüsusiyyətlərini  düzgün  qiymətləndirmək 
olmaz. 
Psixi  inkişaf  qeyri-bərabər  xarakter  daşıyır.  Ayrı-ayrı  yaş 
dövrlərində  psixi  inkişafın  sürətlənməsi  və  ya  ləngiməsi  ,  göz-
lənilmədən  yüksəlməsi  və  ya  geriləməsi  müşahidə  olunur.başqa 
sözlə,  eyni  yaşlı  uşaqların  psixi  inkişafı  bir  variantda  deyil, 
müxtəlif  variantda  özünü  göstərir.  Qabiliyyətlərin  inkişafı 
prosesini  bu  istiqamətdə  xarakterizə  etmək  üçüi  bəzi  məsələlərlə 
tanış olaq. 
Senzitiv  yaş  dövrləri  haqqında.  Senzitiv  (Latınca  sen-sus-
hiss, duyğu deməkdir) dövr uşağın ontogenetik inkişafının mühüm 
mərhələlərini təşkil edir. Bu zaman inkişaf edən uşaq ətraf mühitin 
müəyyən təsirlərinə xüsusilə həssas olur, psixikanın bu və ya digər 
istiqamətdə inkişafı üçün əlverişli şərait yaranır. 
Ayrı  -  ayrı  qabiliyyətlərin  (musiqi,  riyazi,  rəsm,  aktyorluq, 
şairlik, vəs.) formalaşması və inkişafı baxımından məktəbə- 
 
 
97 


qədər,  kiçik  məktəbli  və  yeniyetməlik  yaş  dövrlərinin  öz  im-
kanları vardır. 
Aydın  məsələdir  ki,  senzitiv  yaş  dövrü  hələ  öz-özlüyündə 
qabiliyyətlərin  inkişaf  səviyyəsini  müəyyən  etmir.  Bunun  üçün 
məktəbəqədər  və  ya  kiçik  məktəbli  yaşı  dövründə  müvafiq  qa-
biliyyətin  inkişafı  üçün  əlverişli  pedaqoji  şərait  yaradılmalıdır. 
Senzitiv yaş dövrlərinin imkanlarından vaxtında səmərəli isfıfadə 
edilmədikdə,  bu  sonralar  qabiliyyətin  inkişafı  prosesində 
müəyyən çətinliklərin əmələ gəlməsi ilə nəticələnir. 
Kiçik  yaşlı  uşaqlarda  qabiliyyətlərin  parlaq  təzahür 
halları və ya vunderkind uşaqlar haqqında. 
Yüksək  adlı  qabiliyyətlərə  malik  olan  uşaqlar  haqqında 
psixoloqiyada çoxlu faktlar toplanmışdır. Öz həmyaşıdlarını xeyli 
ötüb keçən vunderkind uşaqlar belə hallara misal ola bilər. 
Almanca  vunder-qəribə,  kind-uşaq  deməkdir.  Mədəniyyət 
tarixində  sonralar  görkəmli  yazıçı,  bəstəkar,  alim  və  s.  kimi 
tanınmış çoxlu vunderkind uşaqdar məlumdur. 
Psixoloji  ədəbiyyatda  belə  uşaqlardan  biri  haqqında  aşa-
ğıdakı  məlumata  rast  gəlirik:  7,5  yaşında  1  sinifdə  oxumağa 
başlamış , 2-3 gündən sonra onu ll-ci sinifə, 10 gündən sonra III 
sinifə,  ikinci  rübdən  etibarən  isə  V  sinifə  keçirmişlər.14-15 
yaşında  M.Lomonosov  adına  Moskva  Dövlət  universitetinin 
tələbəsi olan çoxlu belə uşaqlar məlumdur. 
Lakin  bununla  belə, bu uşaqların  çoxu sonralar  adi adamlar 
olurlar.  Bu  görəsən  nə  ilə  əlaqədardır?  Sualın  cavabı  aydındır: 
vunderkind  uşaqları  çox  vaxt  düzgün  tərbiyə  etmir-lər. 
Valideyinlər  və  tərbiyəçilər  vunderkind  sözünün  bəzən  birinci 
tərəfinə  (vunder-qəribə)  xüsusi  diqqət  yetirdikləri  halda,  ikinci 
tərəfinə (kind-uşaq) əhəmiyyət vermirlər. Halbuki  bu  son dərəcə 
maraqlı  hadisədə  ən  başlıca  cəhət  məhz  vunderkind  sözünün 
ikinci tərəfi ilə bağlıdır.Vunderkindlər, birinci növbədə uşaqdırlar 
və  bütün  başqa  uşaqlar  kimi  onlar  da  müəyyən  yaş 
xüsusiyyətlərinə malikdirlər. 
Müəllim  və  tərbiyəçilər  çox  vaxt  bu  cəhəti  nəzərə  almır, 
vunderkind uşaqları az qala qeyri-adi adam kimi təqdim edir, 
 
98 


onlarda özləri haqqında düzgün təsəvvür yaratmırlar. Belə tərbiyə 
üsulunun nəticələri isə çox vaxt fərəhli olmur. 
Yeniyetməlik  və  böyük  məktəbli  yaşı  dövründə  qabi-
diyyətlərin bəzi inkişaf xüsusiyyətləri. 
Yeniyetməlik  yaşı  dövründə  özünün  əqli  qabiliyyətlərinin 
inkişafı  etibarı  ilə  həmyaşıdlarından  fərqlənən  xeyli  şagirdə 
təsadüf olunur.Belə şagirdlərin iki tipi diqqəti daha çox cəlb edir; 
onların  bir  qismi  maraqlara  və  ətrafdakı  adamlara  münasibəti 
etibarilə daha çox kiçik məktəbliyə bənzəyər. Dərsi asanlıqla başa 
düşür,  məsələni  daha  asan  yolla  həll  edir,  lakin  özünü  sadəlöv 
aparır,  aşağı  qiymət  alanda  ağlayır,  qızlarla  kiçik  uşaq  kimi 
vuruşur, bütün fənlərlə eyni dərəcədə maraqlanır; digər qismi isə 
özünü  əslində  böyük  məktəbli  kimi  aparır;  müəllimlərin  bir  çox 
məsləhətlərinə  əməl  etmir,  dərsdə  bə'zən  kanar  işlərlə  məşğul 
olur, ancaq maraqlandığı fənnə xüsusi diqqət yetirir, həmin fənnə 
aid əlavə ədəbiyyat oxuyur, xüsusi dəftər tərtib edir. 
Böyük  məktəbli  yaşında  da  biz  bu  sahədə  maraqlı  hallarla 
rastlaşırıq. Onlardan biri aşağıdakından ibarətdir; aşağı siniflərdə 
öz  həmyaşıdlarından  fərqlənməyən  bə'zi  şagirdlərdə  güclü 
intellekt əlamətləri özünü göstərməyə  başlayır. Onlar birdən-birə 
yaxşı  oxumağa  başlayırlar.  Məyyən  bir  elm,  ədəbiyyat  və 
incəsənət sahəsi ilə daha çox maraqlanır, həmin sahə ilə saatlarla 
məşqul olurlar. 
Yeri  gəlmişkən  onu  da  qeyd  edə  bilərik  ki,  görkəmli 
adamların  bir  çoxunu  kiçik  yaşlarında  valideynlər  və  müəlimlər 
adi  uşaqlar  hesab  etmiş  bir  çoxunu  "tənbəl",  "qabiliyyətsiz" 
adlandırmışlar. 
Tərbiyə  işi  sahəsindəki  bu  nöqsanlar  ondan  irəli  gəlir  ki, 
müəllimlər çox vaxt uşaqların qabiliyyətləri haqqında təkcə təlim 
müvəffəqiyyətinə 
görə 
mühakimə 
yürüdürlər. 
Halbuki 
qabiliyyətlərin  müxtəlif  inkişaf  variantları  vardır.  Psixi  inkişafın 
qeyri-bərabər xarakteri bu sahədə xüsusilə aydın nəzərə çarpır. 
 
         99 


Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular 
1.
 
Temperament anlayışı. 
2.
 
Temperament haqqında təlimlər tarixi. 
3.
 
Temperamentin fizioloji və psixoloji əsasları. 
4.
 
Temperament tiplərinin psixoloji xarakteristikası. 
5.
 
Xarakter haqqında anlayış. 
6.
 
Xarakter haqqında təlimlər tarixi. 
7.
 
Xarakterin fizioloji əsasları. 
8.
 
Xarakter əlamətləri. 
9.
 
Xaraktenrin aksensuasiyası. 
10.
 
Qabiliyyət anlayışı. 
11.
 
Qabiliyyətəlrin ölçülməsi və əqli inkişaf əmsalı. 
12.
 
Qabiliyyət və istedad. 
13.
 
Şagirdlərin  yaş  xüsusiyyətləri  və  qabiliyyətlərin  forma-
laşması (vunderkind uşaqlar). 
 
Ədəbiyyat 
1.
 
Bayramov Ə.S. , Əlizadə Ə.Ə. Psixologiya. Ali məktəblər 
üçün dərslik. Bakı, Maarif, 1989, 540 s. 
2.
 
Ümumi  psixologiya.  Prof.  Petrovskinin  red.  ilə.  Bakı, 
Maarif, 1982, 495 s. 
3.
 
Bayramov Ə.S. və b. Sosial psixologiya. Bakı, ADU nəşri, 
1976, 180 s. 
4.
 
Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.  Sosial  psixologiyanın  ak-
tual məsələləri. Bakı, Azərnəşr, 1986, 350 s. 
5.
 
Qədirov  Ə.Ə.,  Xəlilov  N.Ə.  Yaş  psixologiyası.  Dərs  və-
saiti Gəncə, 1999, 380 s. 
6. 
Həmzəyev M.Ə. Pedaqoji psixologiya. Bakı, 1986, 294 
s. 
7.
 
Əlizadə  Ə.Ə.  Müasir  Azərbaycan  məktəbinin  psixoloji 
problemləri. Bakı, 1998. 
8.
 
Məmmədov  A.Y.  Təlimin  psixoloji  əsasları.  Bakı,  "Maa-
rif' 1993, 296 s. 
 
100 


9.
 
Əlizadə Ə.Ə. Müəllim- şagird münasibətəlri müasir dərsin 
qlobal  problemi  kimi.  "Azərbaycan  məktəbi"  ,  1998,  N°4,  s.  77-
83. 
10.
 
Həsənov  O.  Şagirdlərin  mənəvi  keyfiyyətlərinin  forma-
laşdırılmasına dair. «Azərbaycan məktəbi», Ns3, 2000, s. 68-75. 
11.Мерлин  В.С.  Очерк  теории  темперамента.гл  М., 
"Пpocвeщенue" 1964. 
12.
 
Левятов 
Н.Д.Психология 
характера.Изд.З-е. 
M., 
"Пpocвeщeнue", 1989. 
13.
 
Немов  Р.С.Психология.В.трех  книгах.Книга  I.Общие 
основы психологии.M., 2001, 687 c. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
101


MÜNDƏRİCAT 
 
BİR NEÇƏ SÖZ ......................................................................... 3 
BİRİNCİ HİSSƏ ......................................................................... 4 
PSİXOLOGİYAYA GİRİŞ. ŞƏXSİYYƏT. FƏALİYYƏT. 
ÜNSİYYƏT ................................................................................4 
Psixologiyanın predmeti........................................................... 4 
Psixoloji təlimlər tarixindən ..................................................... 8 
Psixologiyanın tədqiqat metodları .......................................... 12 
İnsanın fərd və şəxsiyyət kimi inkişaf mərhələləri .................. 15 
İnsan şəxsiyyətinin fəallığı və davranışın motivləri ................ 22 
Şəxsiyyətin iradi keyfiyyətləri və onların formalaşması .......... 25 
Şəxsiyyətin fəaliyyətinin hissi-emosional sahələri .................. 27 
Hisslərin keçirilməsi formaları. Ali hisslər ............................. 31 
İnsanların qarşılıqlı münasibətləri və ünsiyyət ........................ 36 
Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular ................ 37 
Ədəbiyyat .............................................................................. 38 
 
İKİNCİ HİSSƏ..........................................................................39 
ŞƏXSİYYƏTİN İDRAK PROSESLƏRİ................................... 39 
İdrakın formaları və səviyyələri. Duyğuların yaranması ......... 39 
   Qavrayış və onun əsas xüsusiyyətləri. Appersepsiya ...............40 
Duyğuların təsnifatı və həsaslığın növləri. Adaptasiya. 
Sensibilizasiya. Sinesteziya .................................................... 43 
Qavrayışın növləri .................................................................. 48 
Diqqət və hafizə çoxcəhətli psixi proses kimi ......................... 50 
Diqqət və hafizənin fızioloji əsasları ...................................... 54 
Diqqət və hafizənin növləri .................................................... 57 
Hafizə prosesləri, mnemotexniki üsullar ............................ ...61 
Təfəkkürün əsas formaları ................................................. ...64 
Təfəkkür prosesləri və ya fikri əməliyyatlar. Təfəkkürün 
növləri ..................................................................................68 
Təxəyyül, onun əsas növləri və fizioloji əsasları ................ ...71 
Təxəyyül və yaradıcı fəaiiyyət ........................................... ...73 
Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular ........... ...75 
Ədəbiyyat .......................................................................... ...76 
 
102 
 


ÜGÜNCÜ HİSSƏ ....................................................................77 
ŞƏXSİYYƏTİN PSİXOLOJİ XÜSUSİYYƏTƏLƏRİ. ............ 77 
Temperament anlayışı. Onun psixoloji və fizioloji əsasları.......77 
Temperament tiplərinin psixoloji xarakteristikası .................. 81 
Xarakter haqqında anlayış. Onun fizioloji əsasları ................. 83 
Xarakter əlamətləri və xarakterin aksentuasiyası .................... 86 
Qabiliyyətlər.  Qabiliyyətlərin ölçülməsi və əqli inkişaf 
əmsalı .................................................................................... 91 
Şagirdlərin yaş xüsusiyyətləri və qabiliyyətlərin 
formalaşması ......................................................................... 96 
Seminar məşğələlərinə hazırlaşmaq üçün mövzular ............. 100 
Ədəbiyyat ..........................................................  ................. 100 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
     103


Yığılmağa verilmişdir 04.04. 2002-ci il  
Çapa imzalanmışdır 25.04.2002-ci il  
Kağızformatı 1/8, Kağız №1. uçot çap vərəqi 6,5  
Sifariş 20, tiraj 500  
Qiyməti müqavilə yolu ilə 
 
 
Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutunun kompüter 
mərkəzində yığılmış və çap olunmuşdur.  
Bakı ş. Azərbaycan prosp. 40. 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
104 

Yüklə 2,91 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə