Cek london ağDİŞ



Yüklə 1,73 Mb.
Pdf görüntüsü
səhifə1/69
tarix19.07.2018
ölçüsü1,73 Mb.
#56909
  1   2   3   4   5   6   7   8   9   ...   69



 
CEK LONDON 
 
 
 
 
AĞDİŞ 
 
 
 
 
 
 
 
 
 
downloaded from KitabYurdu.org



 
Birinci hissə 
VƏHŞİ 
YEMƏK HƏSRƏTİNDƏ 
Donmuş  çayın  hər  iki  sahili  boyu  qalın  küknar 
meşəlikləri  uzanırdı.  Bir  az  əvvəl  külək  ağacların 
yarpaqlarındakı  qarı  çırpmışdı  və  indi  onlar  bir-birinə 
söykənərək  ala-toranlıqda  daha  məsum  görünürdülər. 
Ətrafı dərin sükut bürümüşdü. Heç bir həyat nişanəsi yox 
idi. Hava soyuq, şaxtalıydı və bu tənha səhralıqda hökm 
sürən  sükutu  kədərli  adlandırmaq  olmazdı.  Ən  dəhşətlisi 
bu idi ki, qulağa qaqqıltı səsi dəyirdi. Yaman qorxunc səs 
idi. Fərəhsiz səs elə bil qədim sfinkslərin şaqqanağına bən-
zəyir,  buz  kimi  adamı  dondururdu.  Dünyanın  ətəyindən 
sallanmış köhnə, amiranə bir müdriklik hər şeyə rişxəndlə 
gülürdü; həyatın mənasız, mübarizənin faydasız olduğuna 
gülürdü. Bura kimsəsiz, tənha bir yer idi, qəlbi də, iliyi də 
donmuş  uzaq  şimal  çölləriydi.  Lakin  belə  şaxtalı,  tənha 
çöllərdə  də  canlılar  gözə  dəyirdi.  Minik  itləri  qoşulmuş 
kirşə buz bağlamış çayın üstüylə gedirdi. İtlərin pırtlaşıq 
tüklərini  qırov  basmışdı.  Nəfəsləri  buxarlanıb  havada 
donur,  sonra  büllur  dənəciklərə  dönüb  yerə  tökülürdü. 
İtlərin  boynuna  dəri  xaltalar  keçirilmişdi,  qoşquya 
bağlanmış qayışlarla onlar kirşəni dartırdılar. Tozağacının 
qalın qabıqlarından düzəldilmiş kirşə qarın içinə otururdu. 
downloaded from KitabYurdu.org



 
Kirşənin qozlası yuxarı qalxaraq lüləni xatırladırdı. Bunu 
ona  görə  etmişdilər  ki,  o,  qabağına  çıxan  yüngül  qar 
təpəciklərini  basıb  əzsin.  Kirşədə  qayışlarla  möhkəm 
bağlanmış  uzunsov  bir  yeşik  gözə  dəyirdi.  Orada  pal-
paltar,  balta,  qəhvədan,  tava  da  vardı.  Amma  kirşənin 
yarıdan çox hissəsini tutan uzunsov yeşik nəzəri daha çox 
cəlb edirdi. 
İtlərin qabağında xizəkli adam zorla addımlayırdı. Lap 
arxadan  ikinci  adam  gedirdi.  Üçüncü  adam  da  vardı. 
Amma o, kirşənin içindəki həmin ensiz, uzunsov yeşikdə 
uzanmışdı  və  onun  üçün  dünyanın  bütün  məşəqqətləri 
birdəfəlik  qurtarmışdı.  Çünki  şimalın  tənha  hikməti  onu 
məğlub  etmişdi.  Elə  əyib  sındırmışdı  ki,  hərəkətsiz 
uzanmış, döyüşü mübarizəsiz dayandırmışdı. Soyuq şimal 
hərəkəti  sevmir.  O,  həyatın  əleyhinədir,  çünki  həyat 
hərəkət deməkdir. Hərəkət edən nə varsa tənha şimal onu 
dondurub  məhv  edir;  dənizə  axmaq  istəyən  suları 
dondurur, ağacların şirəsini qarsıdır. Tənha şimalın daha 
bir cəhəti var: insana qarşı amansızdır. Onun inadını daha 
qəzəblə  sındırır.  Çünki  insan  dünyanın  ən  yırtıcı 
məxluqudur!  Çünki  insan  -  bu  ikiayaqlı  məxluq  həmişə 
şimalın iradəsi əleyhinə, onun “hər hansı bir hərəkət axır 
ki, donmalıdır!” hökmünə qarşı çıxır. 
Bununla belə, kirşənin qabağında və arxasında iki cəsur 
downloaded from KitabYurdu.org



 
adam  həyat  eşqiylə  irəliləyirdi.  Əyinlərinə  dəri  palto 
geymişdilər.  Kirpikləri,  yanaqları  və  dodaqları  ağımtıl, 
xırda  buz  sırsıralarına  bürünmüşdü.  Adamların  ağzından 
çıxan buğ büllur dənəciklərinə dönür, sonra bu dənəciklər 
onların  üz-gözünə  qonur,  sifətlərini  görünməz  edirdi. 
Onların əcaib görkəmi vardı. Elə bil bu adamlar hansı bir 
xəyali  köl-  gənisə  o  dünyada  basdırıb  qayıdan 
qəbirqazanları  xatırladırdılar.  Amma  xəyali  məxluq 
deyildilər;  dünyanın  qəmli  səhrasına,  fərəhsiz  gülüş  və 
sükunət  aləminə  düşmüş  adamlardı.  Bu  cəsurlar  var 
güclərini  inadlı,  məğrur  niyyətlərinə  həsr  etmiş,  şimal 
dünyasının  qəddarlığı  ilə  bəhsə  girmişdilər.  Bu  kimsəsiz 
dünya onlar üçün yad kosmosun əlçatmaz ənginliyi qədər 
uzaq idi. 
Onlar  dinməzcə  irəliləyir,  sanki  danışığa  güc  sərf 
etməkdən qorxurdular. Ətrafı ölü sükut bürümüşdü. Sükut 
onların  bütün  vücudunu  əsir  eləmişdi.  Bu,  dənizin 
dərinliklərində üzən dalğıcın bədəninə suyun etdiyi təzyiqə 
bənzəyirdi. Sükunət qətiyyət adlı qanunu ilə onları əsarət 
altına almış, şüurlarının ən gizli qatlarına soxularaq elə bil 
oradan bütün saxtalıqları, yalanları, xudbinlik əlamətlərini 
üzüm  şirəsi  kimi  sormuşdu.  Bu  səssiz  dünya  onların 
qulağını  sanki  belə  bir  fikirlə  deşirdi:  siz  miskin,  yazıq 
adamlarsınız, ölü canlarsınız, toz dənəciklərisiniz, havada 
downloaded from KitabYurdu.org



 
hara  gəldi  uçuşan,  təbiətin  kor  qüvvələrinin  əsiri  olan 
mığmığasınız. 
Bir neçə saat keçdi. Qısa, tutqun günün bozumtul işığı 
görünəndə ətrafı bürümüş sakitlik pozuldu. Uzaqdan zəif 
bir ulartı gəldi. Səs get- gedə artdı, daha zildən gəldi və bir 
xeyli bu vəziyyətdə qaldı, titrədi, sonra gücünü azaltmadan 
yavaş-yavaş  susdu.  Bu  səsdə  qəmli,  həm  də  şiddətli  bir 
aclıq  həsrəti  vardı,  Belə  olmasaydı,  yəqin  ki,  bu  ulartını 
nəyinsə ölən ruhunun iniltisinə bənzədərdin. 
Qabaqda gedən adam geriyə qanrılaraq kirşənin dalınca 
gələn dostuna  əliylə  işarə  etdi. Həmin  ulartı  yenə  sükutu 
iynə  kimi  deşməyə  başladı.  Adamlar  qulaq  verib,  səsin 
istiqamətini müəyyən etməyə çalışdılar. Səs onların bir az 
bundan qabaq ötüb keçdiyi qarlı düzən- gahdan gəlirdi. 
Az sonra cavab ulartısı eşidildi, o da arxadan, amma bir 
az sol tərəfdən gəlirdi. 
-  Bili,  deyəsən,  axı  onlar  bizim  dalımızca  düşüblər,  - 
qabaqda  gedən  adam  dilləndi.  Səsi  xırıltılıydı,  elə  bil  öz 
səsi deyildi, çox çətinliklə danışırdı. 
-  Yəqin yemək tapmırlar, - dostu cavab verdi. - Neçə 
gündü bir dənə də olsun dovşan izi gözümə dəymir... 
İkisi də susdu və təşvişlə ard-arası kəsilməyən ulartıya 
qulaq asdı. 
Qaş qaralan kimi adamlar itləri meşəyə tərəf döndərib 
downloaded from KitabYurdu.org


Yüklə 1,73 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   69




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə