Centro de língua portuguesa



Yüklə 1,5 Mb.
səhifə1/9
tarix13.05.2022
ölçüsü1,5 Mb.
#87013
  1   2   3   4   5   6   7   8   9
Yükləmə-boşaltma islerinin teskili


Azərbaycan Texniki Universiteti

Fakültə:Nəqliyyat və logistika

İxtisas:Logistika və nəqliyyat texnologiyaları mühəndisliyi

Fənn:Nəqliyyat daşımalarının texnologiyaları

Müəllim:Ahəngari Ənvər

Tələbə:Əzizli Gülcan

Qrup:160A3

Mövzu:

Yükləmə-boşaltma

işlərinin təşkili

Avtomobillər dünya nəqliyyat prosesinin əsas icraçı nəqliyyat vasitəsidir. Yük və ya hər hansı məhsulun nəqliyyat vasitəsi üzərinə yüklənərək yükqəbulediciyə göndərilməsi və nəqliyyat prosesinin sonunda onun boşaldılması çox böyük əmək tutumuna malik köməkçi iş hesab olunur. Yükləmə-boşaltma işlərinin işlərinin itkisi xeyli böyük olduğundan son vaxtlar bu proses geniş araşdırılır və onun elementlərinin təyini üzrə tədqiqat işləri aparılır. Yükləmə-boşaltma işlərinin keyfiyyəti avtomobilin konstruksiyasından, yükləmə-boşaltma prosesinin aparılma üsulundan, yüklərin formasından, avadanlıqların səmərəli yerləşməsindən, yükləmə-boşaltma qurğularının tipindən və s. asılıdır. Qədim "İpək yolu" nun bərpası ilə əlaqədar olaraq respublikamızın ərazisindən avtomobil nəqliyyatının yükdaşımalarındakı rolu artır. Avtomobildə yük və sərnişin daşımalarına tələbat 10-15 ildə 1,5-5 dəfəyə qədər artması gözlənilir. Avtomobil yollarında hərəkətin intensivliyi iqtisadiyyatın normal inkişafı dövründə 3-5%, stabilləşməsi dövründə isə 5-7% arta bilər. Müasir avtomobil yolları nəqliyyat vasitələrinin yüksək sürətini təmin etməklə təhlükəsizliyini, daşınan yüklərin keyfiyyətinin qorunub saxlanmasını, sərnişinlərin təhlükəsizliyini, komfortu və servis xidmətini təmin etməlidir.

Yük daşımasının effektivliyinə yükləmə-boşaltma işlərinin təşkili daha təşkili daha çox təsir edir. Bu proses daşınmanın maya dəyərinin qiymətinə bilavasitə təsir edir, avtomobillərin boş dayanma vaxtının dəyişməsinə səbəb olur, hərəkət intensivliyini dəyişdirə bilir və s.

"İpək yolu" ilə daşınmanın Beynəlxalq əhəmiyyəti ilə əlaqədar olaraq yükləmə-boşaltma işləri də Dünya standartlarına cavab verməlidir. Yükləmə-boşaltma işlərində mexanikləşdirmə və avtomatlaşdırmanın tətbiqi daşınmanın maya dəyərinə bilavasitə təsir göstərir.

Xalq təsərüfatında daşınan yüklərin nomeklaturası müxtəlif cürə olurlar. Ancaq bir çox yüklərin nəql olunması eynidir .Ona görədə daşınan yükləri fiziki və nəql olunma tərkibinə görə bir neçə qrupa ayrırırlar Yüklərin tərkibinə qruplara ayrılması nəinki nəqliyyat vasitələrinin seçilməsini təyin edir ,eyni zamanda yüklərin maşınların ,və anbar sahələrinin seçilməsində böyük rol oynayır

Bütün yüklər aşağıdakı qruplara ayrılır . Ədədi yüklər, (o cümlədən bağlamada qablaşdırılmış və qablaşdırılmamış) bu cür yüklər çox geniş yayılmışdır və 1 ədəd bağlamanın çəkisi 100 kq olmuşdur Naval yüklər-(yer qrupları mədən ,dəhliz sino) Qənavar yüklər –(taxıl kübrələr) Özüllü yüklər-(rastvor beton , asvaltbitum) Maje yüklər –(benzin süd ) Böyük kütləvi konteynerlər –(stanoklar aboruda) Bu qrup yüklərə kütləsi 250 kq az olmayan yüklər aiddir Uzun ölçülü yüklər –(metl , mişar material,trub) bu qrup yüklərə uzunluğu 5m az olmayan yüklər kiçik həcmli yüklər ölçüləri hündürlüyü 3,8 m eni 2,5m böyük olmayan yüklər daxildir

Yüklər saxlanma xüsusiyyətinə görə saxlanmasıyla bağlı anbar tələb edən yüklərə və saxlanmasıyla bağlı anbar tələb etməyən yüklərə və özünəməxsus xüsusiyyəti olan yüklərə bölünür .Yük daşınmasının keyfiyyəti daşınan yüklərin qorunması və vaxtında çatdırılmasıdır . Yüklərin daşınma zamanı qorunması onun nəqliyyat vasitələrində yerləşdirilməsindən asılıdır .Beləki hər bir yükü daşıyarkən onun özünəməxsus xüsusiyyətini nəzərə almaq lazımdır . Qənavar yükləri kuzanın bortundan yuxarı qaramaq olmaz ,baqlama yüklərin kuzada kip yerləşdirilməlidir .Poddan yükləri sxemdə göstərilən formada yığılır Şüşə qablarda daşınan yükləri kuzova açıq qablarda yığılmalıdır .Sıxılmış və mayeləndirilmiş qaz balonlarının xüsusiyyətləndirilmiş avtomobildə ancaq üfiqi vəziyyətdə daşınmalıdır .Uzun yüklər xüsusiyyətləşdirilmiş avtomatda yanır . Avtomobillərin yükləmə boşaltmada boş dayanma vaxtını azaltmaq məqsədi ilə yüklərin yükləmə boşaltmada hazırlanması vacib şərtlərdən biridir .Çünki avtomobillərin yükləmə boşaltmada boş dayanması avtomobilin ümumi naryadda olma vaxtının 25% təşkil edir .Əgər yükləmə boşaltma işlərində insan əməyi sərf olunmursa belə yükləmə boşaltma işinə tam mexanizmi üsul deyilir. Xüsusi katiqoriyalı yükləmə boşaltma işlərinə kompleks mexaniki üsul deyilir .

Əgər yükləri yükləmə boşaltma da hazırlanması aparılmaması avtomobillərin yükləmə boşaltmadaboş dayanma vaxtı daha da artır ki, bu da son nəticə etibarı ilə avtomobillərin məhsuldarlığına mənfi təsirgöstərər.Yüklərin yükləmə boşaltmağa hazırlanmasına aşağıda qeyd olunanlar daxildir .

1.Göndəriləcək yüklərin qruplara ayrılması .Bu iş yüklərin yükləmə boşaltmağa metoduna uyğun aparılmalıdır .

2.Yüklərin altlıqlar üzərinə yığılması bu əməliyyatda ədədi və bağlanma yüklərini altlıqlar üzərinə yığılması daxil edilir .

3. Yükləmə boşaltma işlərinin yerinə yetirmə üsullarının və mexanizmlərinin seçilməsi

  • Daşınılan yüklə nəqliyyat vasitəsinin borusunda elə yerləşdirilməlidirki ,nəqliyyat vasitələrinin yük götürmə qabiliyyətindən tam istifadə olunsun .
  • 2. Daşınılan yüklər nəqliyyat vasitələrində elə yerləşdirilməlidirki enişde, yoxuşda və döngələrdə nəqliyyat vasitələrinin səlist hərəkətinə mane olmasın .
  • 3. Daşınılan yüklər ətraf mühiti çirkləndirməməlidir .(üstü örtülməlidir )
  • 4. Daşınılan yüklər nəqliyyat vasitələrində elə yerləşdirilməlidir ki ,onun kəmiyyəti və keyfiyyəti dəyişməsin(üstü örtülməlidir )
  • 5. Daşınılan yüklər hərəkət tərkibində elə yerləşdirilməlidir ki ,onlar sürücünü ətrafı görməyi məhdudlaşdırmamalıdı , yerlə sürünməməlidir yola düşməməli ,nəqliyyat vasitəsinin xarici işıqlandırma cihazlarını və nömrə tanınma nişanlarının üstünü örtməməlidir .
  • 6. Daşınılan yüklər nəqliyyat vasitələrində elə yerləşdirilməlidirki ,yüklə birlikdə qabarit parametrləri eni 2,5 m dən , hündürlüyü yol səthindən 4 m dən , uzunluğu 1 qoşqu ilə 20 m-dən , 2 qoşqu ilə 24 m –dən , arxa tərəfdən 1 m –dən , yana 0,4 m –dən çox çıxmamalıdır . Nəqliyyat prosesinə yükləmə , daşınma və başqa işlər daxildir . Burada yükləmə əməliyyatını yük göndərən təşkilat və boşaltma əməliyyatına isə yük qəbul edən təşkilat yerinə yetirir . Yükləmə boşaltma işləri əsas və köməkçi əməliyyatlardan ibarətdir . Əsas əməliyyat yükün qaldırıcı maşınla verilməsi və ya qaldırıcı maşınla tutulması , qaldırma və endirmə əməliyyatıdır .Köməkci əməliyyata isə yüklərin bərkidilməsi açılması tutqacların çıxarılması , yükün istiqamətləndirilməsi və bərkidilməsi nəqliyyat vasitəsinin yükləmə boşaltma əməliyyatına hazırlanması bağlamanın bağlanması və.s aiddir . Yükləmə boşaltma işləri ağır və çox vaxt tələb etdiyindən ,onun yerinə yetirilməsi üsulları böyük rol oynayır. Yükləmə boşaltma işlərinin yerinə yetirilməsinin bir necə üsulları var .: Əl ilə yükləmə, mexanikləşdirilmiş, kompleks mexanikləşdirilmiş və avtomatlaşdırılmış .


Yüklə 1,5 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə