Cənub qafqazin landşaftlarinin təkamüLÜ g r



Yüklə 187,46 Kb.
Pdf görüntüsü
səhifə1/7
tarix08.04.2018
ölçüsü187,46 Kb.
#36739
  1   2   3   4   5   6   7


CƏNUB  QAFQAZIN LANDŞAFTLARININ TƏKAMÜLÜ 

G R Ş 

Cənubi  Qafqaz  antik  dövrdən  başlayaraq  bir  çox  tədqiqatçıların,  səyyahların 

nəzər-diqqətini cəlb etmişdir. Xüsusilə Xəzəryanı ərazinin neft-qaz yataqları, Kür-

Rion  düzənliklərinin  münbit  torpaqları,  Kolxida  və  Lənkəran  düzənliklərinin 

subtropik  bitkiləri,  Kiçik  Qafqazın  zəngin  faydalı  qazıntı  yataqları,  bu  regionda 

geniş  yayılmış  mineral  suları  (Barjomi,  sti-su  və  s.)  Cənubi  Qafqazın  maraqlı 

regionlardan birinə çevirmişdir. 

Digər  tərəfdən  fiziki  coğrafi  baxımdan  bir-birindən  kəskin  fərqlənən  Cənubi 

Qafqazın  ayrı-ayrı  regionlarının  yeni  tektonik  mərhələdən  (oliqosendən) 

başlayaraq  dəniz  altından  çıxması,  quru  sahələrin  genişlənməsi,  Böyük  və  Kiçik 

Qafqaz,  Kür-Rion  dağarası  çökəkliyinin  formalaşması  haqqında  məlumatların 

tələbələrə çatdırılmasının mühüm əhəmiyyəti vardır. 

Oliqosen-Miosendən başlayaraq müxtəlif əsrlərdə Cənubi  Qafqazın relyefinin 

ə

sas elementlərinin əsası yaranmışdır. 



Cənubi  Qafqazın  müasir  təbiəti  uzun  geoloji  dövr  ərzində  formalaşmışdır. 

Buna  görə  ərazinin  müasir  təbii  şəraitini  öyrənmək    üçün  keçmiş  geoloji  dövrün 

ayrı-ayrı  əsrlərində  mövcud  olmuş  təbii  şəraitin  bərpa  olunması  mühüm 

məsələlərdəndir.  Bu  istiqamətdə  aparılan  işlərdən  Zaqafqaziya  ərazisində  yeni 

tektonik mərhələnin əvvəlindən başlayaraq 30-35 milyon ərzində Cənubi Qafqazın 

relyefinin  iqlim  şəraitinin,  torpaq  örtüyünün,  bitki  və  heyvanat  aləminin 

formalaşması,  inkişafı  ətraflı  təhlil  olunacaq.  Keçmiş  geoloji  dövrün  ayrı-ayrı 

ə

srlərində  mövcud  olmuş  təbii  şəraitin  bərpa  olunmasının  başlıca  məqsədi  həmin 



ə

srlərdə  mövcud  olmuş  təbii  şəraiti  bərpa  etməklə,  müasir  fiziki-coğrafi  şəraiti 

öyrənmək  və  gələcəkdə  Zaqafqaziyanın  təbii  şəraitinin  hansı  istiqamətdə 

formalaşması haqqında qabaqcadan fikir söyləməyə imkan verəcəkdir. 

Qeyd  etmək  lazımdır  ki,  Cənubi  Qafqazın  təbii  şəraiti  uzun  geoloji  dövr 

ə

rzində dəfələrlə dəyişmiş və müasir təbii şəraiti formalaşmışdır. Bu dövr ərzində 



hazırda  böyük  yüksəkliyə  malik  olan  Böyük  və  Kiçik  Qafqaz  dağlarının  yerində 

Behruz Melikov

Behruz Melikov



yenicə  dəniz  altından  çıxmış  alçaq  tirələr  və  düzənliklər  mövcud  olmuşdur.  Eyni 

zamanda quru hissələrin sahəsi də çox kiçik olmuşdur. 

Kür-  Rion  çökəkliyi  daha  genih  əraziləri  əhatə  edərək,  uzun  müddət  dəniz 

suları altında olmuşdur. Lakin zaman keçdikcə Böyük və Kiçik Qafqazın qalxması 

daha  intensivləşmiş  və  bu  qalxmaya  Kür  çökəkliyinin    kənar  hissələri  də 

qoşulmuşdur. Buna görə də dəniz sahələri tədricən kiçilməyə başlamış, əksinə quru 

ə

razilər  genişlənmiş  və  yüksəklik  artdıqca  aşınma  prosesləri  intensivləşmişdir. 



Nəticədə  Kür  çökəkliyinə  külli  miqdarda  qazıntı  materialları  gətirilərək,  qalın 

(5000 m-dən çox) çökmə süxurlarının toplanmasına səbəb olmuşdur. 

Qeyd  etmək  lazımdır  ki,  Cənubi  Qafqazın  relyefinin  formalaşmağa  başladığı 

ilk  zamanlarda  (10-15  milyon  il  əvvəl)  Böyük  və  Kiçik  Qafqazın  çay  şəbəkəsi 

ümumiqafqaz  istiqamətində  formalaşmışdır.  Lakin  sonrakı  mərhələlərdə  ərazinin 

intensiv  qalxması  nəticəsində  çay  şəbəkəsində  ciddi  dəyişilmələr  getmişdir  və 

ə

ksqafqaz istiqamətli çay şəbəkəsinin formalaşmasına səbəb olmuşdur. 



Zaqafqaziyanın  təkamülü  zamanı  yalnız  ərazinin  relyefi  və  çay  şəbəkəsində 

deyil,  həmçinin  torpaq  və  bitki  örtüyündə  də  ciddi  dəyişikliklər  baş  vermişdir. 

Xüsusilə Böyük və Kiçik Qafqazın ərazisinin qalxması ilə əlaqədar olaraq bitki və 

torpaq  örtüyündə  şaquli  zonallıq  formalaşmışdır.  Ərazinin  formalaşdığı  oliqosen-

miosen  dövründə  əsasən  düzənlik  meşələri  (dəfnə,  dəfnə-albalı,  çiyələk  ağacı, 

maqnoliya,  evkalipt,  darçın  ağacı  və  s.)  mövcud  olmuşdursa,  sonrakı  dövrlərdə 

(Sarmat,  pliosen)  yüksək  ərazilərə  məxsus  ağac  növləri  (fısdıq,  vələs,  ağcaqayın, 

cökə, palıd və s.) meydana gəlmişdir. Lakin düzənlik meşələri və həmişəyaşıl ağac 

növləri  Dördüncü  Dövrün  əvvəllərinə  qədər  davam  etmişdir  və  yalnız  Dördüncü 

Dövr buzlaşmaları zamanı həmişəyaşıl bitki növləri məhv olmuşdur. 

Cənubi  Qafqazın  (Zaqafqaziya)  ərazisində  ərazinin  qalxması  ilə  əlaqədər 

olaraq heyvanat aləmində də ciddi dəyişikliklər  baş vermişdir. 

Zaqafqaziyanın  landşaftlarının  dinamikası  fənni  bir  sıra  digər  fənlərlə  çox 

yaxın  əlaqələri  mövcuddur.  Bu  baxımdan  tarixi  geologiya  bölməsi  ilə  daha 

yaxındır.  Belə  ki,  tarixi  geologiya  fənni  bu  və  ya  digər  ərazilərin  relyefinin,  bitki 

örtüyünün formalaşması və inkişafını öyrənir. Elə bu məsələ ilə də Zaqafqaziyanın 

Behruz Melikov

Behruz Melikov




landşaftlarının  dinamikası  fənni  məşğul  olur.  Bu  fənn  eyni  zamanda  geologiya, 

Qafqazın  fiziki  coğrafiyası,  geomorfologiya  fənnləri  də  bu  və  ya  digər  formada 

həmin məsələlərin həlli ilə məşğuldur. 

 

Behruz Melikov



Behruz Melikov


ZAQAFQAZ YANIN  RELYEF  

 

Zaqafqaziyanın  müasir  relyefinin  formalaşmasının  bünövrəsi  yeni  tektonik 

mərhələdən  başlayaraq  (oliqosendən)  uzun  yol  keçmiş,  zaman-zaman  ciddi 

dəyişilmələrə  məruz  qalmışdır.  Digər  tərəfdən  ərazi  bütövlüklə  Alp  orogenik 

sistemi  daxilində  yerləşdiyinə  görə  ərazinin  relyefi  olduqca  müxtəlifliyi  ilə 

fərqlənir.  Ərazidə  intensiv  parçalanmalara  məruz  qalan  Böyük  və  Kiçik  Qafqaz 

dağ  silsilələri  ilə  yanaşı,  oliqosendən  başlayaraq  çöküntütoplanma  sahəsi  kimi 

formalaşan Kür-Rion dağarası çökəkliyi formalaşmışdır. 

Ümumiyyətlə şimaldan cənuba doğru Böyük Qafqaz oroqrafik vahidi, ondan 

cənubda  Zaqafqaziya  dağarası  çökəkliyi,  vulkanizm  proseslərinin  geniş  inkişaf 

etdiyi Kiçik Qafqaz dağ silsilələri, Lənkəran-Talış təbii vilayəti kimi iri oroqrafik 

elementlər formalaşmışdır. 

1.Böyük  Qafqaz  təbii  vilayəti  Zaqafqaziyanın  şimalında  yerləşərək,  intensiv 

parçalanma və aşınma proseslərinin formalaşması ilə səciyyələnir. Şimal sərhəddi 

Böyük  Qafqazın  suayrıcı  silsiləsi  hüdudlaşır.  Lakin  Böyük  Qafqazın  şimal 

şə

rqində həmin sərhəd Sudur silsiləsi və Samur çayının dərəsi ilə hüdudlaşır. 



Böyük Qafqazın qərb sərhəddi Qarqa şəhəri ilə Soçi şəhərləri arasından keçir. 

Cənub  sərhəddi  qərbdən  şərqə  doğru  Rion  düzənliyinin  şimalından  keçərək, 

şə

rqdə  bütövlüklə  Kür  çökəkliyi  ilə  hüdudlaşır.  Şərq  sərhədd  isə  bütövlüklə  Orta 



Xəzərin qərb sahilləri ilə hüdudlaşır. 

Böyük  Qafqaz  fiziki-coğrafi  xüsusiyyətlərinə  (yüksəkliyinə,  iqliminə, 

parçalanma  xüsusiyyətlərinə)  görə  Zaqafqaziya  daxilində  Qərbi  və  Şərqi  Böyük 

Qafqaz  olmaqla  iki  yerə  ayrılır.  Qərbi  Böyük  Qafqaz  müasir  buzlaqların  ən  çox 

formalaşması, yüksək dağ zirvələrinin burada formalaşması, intensiv parçalanması 

ilə kəskin fərqlənir. Kador, Kartali və s. silsilələri (cənubda), suayrıcı silsilə, yan 

silsilə,  Qayalı  silsilə,  otlaq  silsiləsi  Qərbi  Böyük  Qafqazın  ərazisində  yerləşir. 

Zaqafqaziyanın  ən  yüksək  zirvələri  olan  Elburs  (5533  m),  Dıxtau  (5286  m), 

Kazbek (5033 m) və s. yüksəkliklər Qərbi Böyük Qafqazın üzərində yerləşir. 

Behruz Melikov

Behruz Melikov



Yüklə 187,46 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə