Chandon, Mclaren Honda Formula 1(TM) Komandasının yeni rəsmi tərəfdaşı oldu



Yüklə 17,64 Kb.
Pdf görüntüsü
tarix26.09.2017
ölçüsü17,64 Kb.
#1970


 

 

Chandon, Mclaren Honda Formula 1(TM) 



Komandasının yeni rəsmi tərəfdaşı oldu 

LONDON, 30 Sentyabr, 2015/PRNewswire/ --  

Bu gün Chandon, McLaren Honda Formula 1 Komandası ilə yeni maraqlı bir tərəfdaşlığa imza 

atdığını açıqladı.  Formula 1 tarixinin ən uğurlu komandalarından biri kimi McLaren, canlı 

köpükləri ilə məşhur Chandon şərabını sonsuz bir fəth etmə ruhu ilə qarşılayır.  Bu tərəfdaşlıq 

Chandon-un azad ruhunu təmsil edən 'joie de vivre'  (“həyatın nəşəsi”) devizini və həyata 

spontan baxış tərzini  mükəmməl şəkildə vurğulayır.  

Sözü gedən tərəfdaşlığı, Chandon-un özünəməxsus köpüklü şərabları ilə McLaren Honda 

Formula 1 Komandasına gətirdiyi yeni bir yanaşma, uzun-müddətli və qlobal bir əməkdaşlıq da 

adlandırmaq olar. 

Tərəfdaşlıq bu gün rəsmi olaraq Vokinq, Surrey, İngiltərədə yerləşən McLaren Texnologiya 

Mərkəzində  imzalandı. İmzalar, Moët Hennessy-nin Sədri və Baş İcraçı Direktoru Christophe 

Navarre və  McLaren Technology Group-un Sədri və Baş İcraçı Direktoru Ron Dennis 

tərəfindən atıldı. 



Chandon və McLaren Honda Formula 1 Komandası: Uzun-müddətli əməkdaşlıq üçün iki 

rəmzin birləşməsi 

Formula 1 yarışı, həyəcan dolu beynəlxalq bir idman tədbiridir və  McLaren Honda Formula 1 

Komandasının  ehtirası və əfsanəvi çempionları uzun müddət hamımızın qəlbində özünə yer 

etmişdir. 

McLaren və Honda 2015 Formula 1 mövsümünün başında hippodroma tərəfdaş olaraq 

qayıtdılar. Bu tərəfdaşlıq mühərrik idmanları tarixinin ən dominant cütlüklərindən birini 

birləşdirir: 1988 və 92-ci illər arasında  McLaren və Honda səkkiz dünya çempionatı, 44 qran-pri 

qazanmış,  53 poul-mövqe və 30 ən sürətli dairə yarışı göstərməklə isə ümumilikdə 80 qran-pri 

əldə etmişdir.  

"McLaren Honda Formula 1 Komandasının hekayəsi  qlobal idman səhnəsində duran və 

qəhrəmanlıq çempionları ilə dolu insan səyləri ilə xarakterizə olunur.  O, anı yaxalayan və yeni 

mübarizələrə hər zaman açıq olan bir komandadır” deyə, Christophe Navarre əlavə etdi: 

"Chandon üçün McLaren Honda Formula 1 Komandası ilə tərəfdaşlıq etməkdən daha xoş bir 

yenilik ola bilməzdi. Bu, bütün dünyadakı azarkeşlərimizi bir araya gətirmək və bu birləşmənin 

dərinliyindən zövq almaq üçün yeni və zəngin bir imkandır." 

Ron Dennis dedi: " Moët Hennessy-nin birgə və uzun-müddətli tərəfdaşlıq yaratmaq üçün 

Chandom vasitəsilə McLaren Honda komandası ilə birləşməsi son dərəcə həyəcan verici bir 

yenilikdir. Nə etməyimizdən asılı olmayaraq buna özünəməxsus stil və baxış tərzi ilə birgə 

yenilik qatmaq üçün hər ikisinin də paylaşdığı ehtiras Chandon ilə  McLaren Honda arasındakı 



 

 

təbii uyğunluğu qoruyur. McLaren Honda-da hər kəs üçün nüfuzlu Moët Hennessy portfelinin 



rəmzi markalarından biri olan Chandon ilə tərəfdaşlıq etmək böyük bir imtiyazdır.”  

Chandon-un əsası bu cür azad ruh və əməkdaşlıq ilə qoyulmuşdur: bu, nəzərə çarpan və 

məhsuldar görüşləri özünə cəlb edən bir düşüncə tərzidir. Tanınmış enoloq Renaud Poirier 

dünyanı kəşf etmək və köpüklü şərab istehsalı üçün ən yaxşı terruarları tapmaq məqsədilə yola 

çıxdı. Əvvəlcə o 1959-cu ildə Mendoza, Argentinaya çatdı və ənənəvi Fransız şərabçılığına 

məxsus ustalığı yerli növlərlə uyğunlaşdıraraq yerli şərab istehsalçıları ilə əməkdaşlıq etdi. 

Nəticədə, fərqlilik yaratmaq üçün bu universal açıq fikirlilik və əlverişli yanaşma sayəsində  yerli 

köpüklü şərabların qeyri-adi yeni bir növü ortaya çıxdı. Bu gün, artıq 55 il sonra, Argentinada 

(1959), ABŞ-da (1973), Braziliyada (1973), Avstraliyada (1986), Hindistanda (2013) və Çində 

(2014) Chandon-un üzüm bağları salınıb. Orijinal və sayılıb-seçilən marka kimi Chandon 

şərablarından dünyanın dörd bir yanında zövqlə istifadə olunur. 

Chandon və McLaren  

Zamana qucaq açmanın və qabaqcıl texnologiyalarla ayaqlaşmanın yollarını hər kəs McLaren və 

Chandon kimi doğru təxmin edə bilməz! McLaren-in misilsiz yarış avtomobilləri, Chandon-nun 

isə şərabçılıq sahəsindəki məharətləri və şərab istehsalında mükəmməllik əldə etmək üçün 

apardığı qlobal tədqiqatları hər iki tərəfdaşın da fəth etmə ruhunu və qüsursuz yeniliyi 

birləşdirməsi ilə nəticələndi.  

İddialı bir yarışın və yaxud da yaxşı bir günün sonunda hər zaman qeyd etməyə, zövq almağa və 

bir az dincəlməyə səbəb tapılar! Həyatın sürprizlərinə açıq ola bildiyiniz anlarda Chandon

mükəmməl köpüklü tostunuz və mağazalardan əldə edə biləcəyiniz xoş fürsətlərdir. 

Chandon və McLaren Honda birlikdə dünyanın ən kosmopolit şəhərlərində təqdim olunur. 

Formula 1 beş qitənin 19 ölkəsində keçirilir və Chandon öz şərablarını altı ölkədə istehsal 

etməklə yanaşı, o da beş qitədə özünü göstərir.  



Chandon haqqında  

Chandon LVMH qrupunun bir hissəsini təşkil edən Moët Hennessy-nin rəmzi Maison-larından 

(Ev) biridir. Parlaq və təsadüfi şıqlığa sahib köpüklü şərabın yeni bir növü olan Chandon, 

spontan, açıq bir ruhla və orijinal əlaqələr yaratmaq arzusu ilə qurulmuşdur. Fransanın ənənəvi 

şərabçılıq sahəsinin ustalıqlarını yerli bacarıqlara uyğunlaşdıran Chandon, bu gün dünya 

miqyaslı altı şərab zavoduna sahibdir. Argentina, ABŞ, Braziliya, Avstraliya, Hindistan və Çində 

yerləşən bu zavodlardan hər birisi, Maison-un köpüklü şərabları yaratmaq üçün ən yaxşı 

terruarları tapmaq məqsədilə dünyadakı səyahətlərinin nəticəsidir.  



McLaren Honda Formula 1 Komandası haqqında  

McLaren komandası 1963-cü ildə Yeni Zelandiyanın yarış sürücüsü Bruce McLaren tərəfindən 

yaradılmışdır. McLaren 20 dünya çempionatı və 180-dən çox qran-pir qazanmışdır. Hazırda 

McLaren qlobal olaraq ən uğurlu  idman yarışçıları və ən məşhur yüksək texnologiyalı markaları 

ilə tanınır.   



 

 

McLaren-Honda və Chandon 2016-cı il F1 mövsümündən tərəfdaşlığa başlayacaqdır.  



 

Mənbə: Chandon 

Mətbuat sahəsində əlaqədar şəxslər: Moët Hennessy üçün Line Crieloue ELAN-Edelman 

line.crieloue@elanedelman.com Tel: +33-1-86-21-51-01 McLaren Technology Group üçün isə 

Daniel Golding Group Corporate PR Meneceri, daniel.golding@mclaren.com Tel: +44-7717-

450-469  



Yüklə 17,64 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə