Chingiz Bextever



Yüklə 15,4 Kb.
Pdf görüntüsü
tarix14.05.2018
ölçüsü15,4 Kb.
#43604


 

 

 



 

 

 



 

Ünvan: Azərbaycan, Bakı, Şərifzadə 1, Ayna; Tel/Faks +47-99399225; Email: dunazhak@hotmail.com 

Address: Ayna, Sherifzade 1, Baki, Azerbaijan; Tel/Fax +47-99399225; Email: dunazhak@hotmail.com 

 

 



 

 

DunAzHAK 1 



 

Dünya Azərbaycanlılarının  

The Committee for the Defence of the 

Haqlarını Müdafiə Komitəsi

 

Rights of the World Azerbaijanis



  

 

 



Say : 459/ 2007 

Tarix : 23.07.07

 

 

BMT, İnsan Haqları üzrə Ali Komissarlıq, Cenevrə  



 

 Lütfən bu məktubu aşağıdakı qruplara çatdırasınız: 

 

Çağdaş irqçilik, irqi ayrı-seçkilik və qatlaşmazlıq üzrə Özəl Raporter 



 

Milli Azlıqlar üzrə Müstəqil Mütəxəssis  



 

Öz-xoşuna Tutuqlanma üzrə Çalışan Qrup, 



 

Qazıların və Vəkillərin bağımsızlığı üzrə Özəl Raporter 



 

Üzü Xanım Harrison və Dyke bəy,  Amnesty International, London 

 

 

 



Cənab. Abbas Leysanlı  

 

 



Vicdan dustağı 

Sayın cənablar 

 

İLƏTİŞMƏ:  SON DURUM 7 – CƏNAB ABBAS LEYSANLININ QOVLUĞU  

 

Cənab Abbas Leysanlının insan haqlarını qorumaq üçün Son Durum 7-ni hüzurlarınıza sunuruq. O Güney 



Azərbaycanın milli hərəkətinin görkəmli bayraqçılarından olaraq İranın irqçilik siyasətinə qarşı mübarizə 

aparanlardandır. Bu  Son Durum 7 onun insan haqlarının tapdanması barədə üç başlıca olay ifadəsinə şamildir və 

eləcə də göstərilir ki, İran yetgililəri bu baxımdan yeni boyutlar quraşdırmaqdadırlar. Bu Son-durumdan bəllidir ki, 

demokratik ölkələr  İranda insan haqlarının tapdamasına göz yummaları  nəticəsində  İran yetgililəri cəsarətlənib. 

Aşağıdakı başlıca olayları yığcam surət sənəd olaraq diqqətinizə çatdırmaq istəyirik:  

 

1.



 

Cədvəl 1.1, bir doğru xəbəri təqdim edir ki, İran yetgililəri cənab Leysanlını həbsxananın ruhi xəstəliklərə 

məruz dustaqlar bölməsində saxlamaq istəyirlər. Bəllidir ki, cənab Leysanlının çevik ağılı bu hərəkət içrə 

qurğunu qanıb və ona boyun əyməmiş. Bu hədə hələ də canlıdır və sizin müdaxilənizin ciddi təsiri ola bilər.  

2.

 



Cədvəl 2.1 İran yetgililərinin cənab Leysanlının üzərinə gətirdikləri bir istinaf (apelyasiya) məhkəməsinin 

hökmünün kəskinləşməsini yığcam olaraq təqdim edir. Sizə yazdığımız kimi (Say: 378/2006, tarix: 10 

Septambr 2006) İran yetgililəri onu 5 ya 6 məhkəmə qovluq üzrə  təqib edir. Neçə  dənə  Təcili Aksiya 

buraxan Amnesty International ilə biz eyni qənaətdəyik ki, bu hökmlərin hamısı yetgililərin öz-xoşuna 

apardıqları mühakimədən əmələ gəlmiş və ümid edirik ki, onların ləğvində ciddi addım atacaqsınız.  

3.

 



Cədvəl 3.1 cənab Leysanlı ilə xəstəxanada aparılmış bir müsahibəni təqdim edir. Buradan öyrənirik ki, İran 

yetgililəri onu hədələmişlər ki, bir şərtli sərbəst buraxılmasına boyun əysin və öz qadaqda saxlanmasına qol 

çəksin. Cənab Leysanlının heysiyyətinin toxunulmazlığı bir dəfə daha büruza çıxır və sözünün qüvvəti 

belədir: “sərbəstlik uğrunda üzərimə gətirilən heç bir şərti qəbul etmərəm. Bzim çalışmalarımız şəffafdır və 

doğal insan haqlarımızı qorumaq üzərində əsaslanmış və bu da yerli-dibli dartışılmaz.” 

 

Cənab Leysanlı Güney Azərbaycan millətinin milli hərəkətinin rəmzinə çevrilmişdir və ona qarşı onun insan 



haqlarının tapdanmasının dərinliyini sizə çatdırmaqdayıq. Sizə çatdırdığımız sənədlər bir canlı şahiddir ki bu insan 

müstəsna bir şəxsdir və onun erəki (missiyası)  İran irqçiliyinin iç-qatlarında dustaq olsa da insan haqlarının 

prinsiplərini qorumaqdır. Cənab Leysanlıya  ədalət yalnız sizin mandatlarınız ilə sağlana (təmini) bilər. Qayğınız 

üçün qabaqcadan təşəkkür edirik. 

 

Hörmətlə 



 

Böyük Rəsuloğlu 

Dünya Azərbaycanlılarının Haqlarını Medafiə Komitəsinin Sədri 

 

 



 

Yüklə 15,4 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə