Chovdar esiA



Yüklə 134,43 Kb.
tarix11.04.2018
ölçüsü134,43 Kb.
#37278








ÇOVDAR MƏDƏN-FİLİZ YATAĞININ İŞLƏNMƏSİNİN I FAZASI

ƏTRAF MÜHİT VƏ SOSİAL TƏSİRLƏRİN QİYMƏTLƏNDİRİLMƏSİ HESABATI

İyul, 2012

MÜNDƏRİCAT

1. HESABATIN İCMALI 3

1.1 GİRİŞ 3

1.2 YATAQ HAQINDA MƏLUMAT 5

1.3 İSTEHSAL MEYDANÇASI 7

1.4 İLKIN TIKINTI İŞLƏRI 8

1.5 YATAĞIN AÇIQ MƏDƏN ÜSULU İLƏ İŞLƏDILMƏSI 9

1.6 MINERAL XAMMALIN EMALI 10

1.7 SU TƏCHIZATI 15

1.8 ENERJI TƏCHIZATI 17

1.9 ƏTRAF MÜHITIN MÖVCUD DURUMU 17

1.10 QORUNAN ƏRAZILƏR 19

1.11 MÖVCUD SOSIAL-IQTISADI MÜHIT 19

1.12 ARXEOLOGIYA VƏ MƏDƏNI İRS 19

1.13 TƏSIRLƏRIN PROQNOZLAŞDIRILMASI VƏ QIYMƏTLƏNDIRILMƏSI 20

1.14 MƏCMU VƏ QALIQ TƏSIRLƏRL 20

1.15 ƏTRAF MÜHITƏ TƏSIRLƏRIN YUMŞALDILMASI VƏ ƏTRAF MÜHITIN İDARƏEDILMƏ PLANI 21

1.16 ALTERNATIVLƏRİN MÜƏYYƏNLƏŞDIRILMƏSI 23

1.17 MƏDƏNIN BAĞLANMASI VƏ BAĞLANMA XƏRCLƏRI 23

1.18 İCTIMAIYYƏTLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR 23

1.19 Nəticə və tövsiyələr 23




1.HESABATIN İCMALI

1.1GİRİŞ


Azerbaijan International Mineral Resources Operating Company Ltd. (Azərbaycan Beynəlxalq Dağ-Mədən Ehtiyyatları üzrə Əməliyyat şirkəti) Çovdar yatağının 1-ci fazasının açıq mədən üsulu ilə işlənilməsinə başlamağı planlaşdırır. 1-ci fazada oksid və keçid zonasi filizləri işlənəcəkdir.

Azərbaycan Respublikasında Daşkəsən rayonu ərazisində yerləşən Çovdar qızıl yatağının öyrənilməsi, tədqiqi, kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında Azərbaycan Respublikası hökuməti ilə iştirakçı payına malik tərəflər arasında Azərbaycan Respublikasının 5 iyun 2007-ci il tarixli Qanunu ilə təsdiq edilən Hasilatın Pay Bölgüsü haqqında Saziş (HPBS) imzalanmışdır. Sazişə əsasən yatağın işlənməsində operator kimi fəaliyyət göstərəcək Azerbaijan International Mineral Resources Operating Company Ltd (AİMROC) yaradılmışdır.

İştirakçı payına malik Tərəflərin adından çıxış edən AİMROC HPBS-nin şərtləri çərçivəsində bütün HPBS müddəti ərzində (30 il) Çovdar yatağını işləmək hüququna malikdir.

Çovdar yatağı Azərbaycanın Daşkəsən İnzibati Bölgəsində, Gəncə şəhərindən təxminən 49, Bakı şəhərindən 370 km qərbdə yerləşir. Yataq Daşkəsən dəmir yatağı və mədən kompleksindən və Zəylik alunit yatağından 5 km şimal-qərbdə yerləşir (Şəkil 1.1).

Çovdar yatağının mineral resursları təxminən 40 ton proqnozlaşdırılır.

Hasilatın Pay Bölgüsü Sazişinin (HPBS) 4.2(b)(2) və 4.12-ci maddələrinin, Azərbaycan hökuməti tərəfindən qəbul edilmiş beynəlxalq konvensiyaların müvafiq tələblərinə və AR Mövcud qanunvericilik tələblərinə üvafiq olaraq layihə ərazisində nəzərdə tutulan fəaliyyət üçün Ətraf Mühit və Sosial Təsirlərin Qiymətləndirilməsi (ƏMSTQ) prosesi aparılmalı, görüləcək işlər ictimaiyyətə açıqlanmalı və hesabatın ictimai müzakirələri keçirilməlidir. Yekun hesabat Ekologiya və Təbii Sərvətlər Nazirliyində razılaşdırılmalıdır.

Yuxarıda göstərilənlərə əsasən Çovdar yatağı ərazisinin 1-ci fazasının (oksid və keçid zonası filizlərinin) işlənilməsi üçün ƏMSTQ sənədi hazırlanmışdır.

HPBS-nin ətraf mühitin mühafizəsi sahəsində aid olan 4.12-ci maddəsinə görə bütün əməlityatlar müvafiq sağlamlıq, təhlükəsizlik və ətraf mühit (SƏTƏM) sahəsində qanun və qaydalara müvafiq aparılmalı, istismar fəaliyyətinə başlamazdan öncə yatağın istismarının ətraf mühit tələblərinə müvafiqliyini əsaslandıran ƏMSTQ sənədi Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə razılaşdırmalıdır.

ƏMSTQ sənədində əsas məsələlər kimi aşağıda qeyd edilənlərə baxılmışdır:


  • Ətraf mühitin mövcud durumu, Mövcud Ətraf mühit və sosial durum haqqında baza məlumatlar;

  • Təklif edilən Layihənin potensial birbaşa və dolayı ekoloji və sosial-iqtisadi təsirləri;

  • Yuxarıda qeyd edilən təsirlərin ekoloji nəticələri;

  • Təklif edilən layihənin potensial ekoloji və sosial təsirlərinin azaldıldılması sahəsində texniki və iqtisadi baxımdan yerinə yetirilməsi mümkün olan tədbirlər;

  • Layihənin Texniki və iqtisadi baxımdan yerinə yetirilməsi mümkün olan alternativ həlləri də daxil olmaqla layihə alternativlərinin qiymətləndirilməsi nəticələri;

  • Layihənin biofiziki və sosial mühit effektləri

2007-ci ildən başlayaraq, AİMROC tərəfindən (Şirkətin sifarişi əsasında yerli və beynəlxalaq şirkətlərin, mütəxəssislərin iştirakı ilə) layihə ərazisində geniş ətraf mühit və sosial tədqiqatlar aparılmış, “Kəşfiyyat-qazma işləri üçün ƏMTQ hesabatı.SRM, 2007”, “Hidroloji Qiymətləndirmə. URS/Scott Wilson 2010”, “Çovdar Qızıl Yatağı Layihəsi. İlkin Ekoloji və Sosial Vəziyyətin Hesabatı URS/Scott Wilson, sentyabr 2011“ , “Çovdar qizil yatağinin 1-ci fazasinin işlənməsi layihəsi. İlkin tikinti işləri proqrami. ƏMSTQ hesabatı . dekabr, 2011” hesabatları hazırlanmış və bu hesabatlar Ekologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ilə razılaşdırılmışdır.

Təqdim edilən ƏMSTQ hesabatında əsas məlumat bazası kimi yuxarıda qeyd edilən mənbələrdən istifadə edilmişdir.

ƏMSTQ hesabatında aşağıdakı bölmələr üzrə qiymətləndirilmələr aparılmışdır:


  • Torpaq və torpaqlardan istifadə;

  • Yerüstü sular, o cümlədən yerüstü suların keyfiyyəti;

  • Qrunt (Yeraltı) sular;

  • Geokimya;

  • Hava keyfiyyəti;

  • Səs-küy;

  • Yer (terrestrial) ekologiyası;

  • Su ekologiyası;

  • Qorunan ərazilər;

  • Sosial-iqtisadi aspektlər;

  • Mədəni irs;

  • Visual estetika və

  • Mədənin bağlanması və bağlanmanın qiymətləndirilməsi

Çovdar yatağı layihəsi (ÇYL) üçün ƏMSTQ layihəsi hazırlanarkən beynəlxalq standartlardan (xüsusilə Dünya Bankı, Avropa Birliyinin ƏMSTQ qaydaları və Beynəlxalq Səhiyyə Təşkilatının) , mütərəqqi praktika və metodlardan, Azərbaycan qanunvericiliyi tələbləri, o cümlədən “Azərbaycanda ƏMTQ prosesi haqqında Əsasnamə.1996” –dən istifadə edilmişdir. Azərbaycan Respublikasının qoşulduğu beynəlxalq konvensiya və mövcud qanunvericilik tələblərinə müvafiq olaraq ƏMSTQ prosesinin tərkib hissəsi kimi, layihənin ictimai müzakirələri keçirilmişdir.

Hesabatda layihənin təbii ətraf mühit və sosial vəziyyətə potensial təsirləri müəyyənləşdirilmişdir. Layihə hazırlığının bir hissəsi kimi, layihənin ətraf mühit və sosial təsirlərinin qiymətləndirilməsi aparılmış, layihənin mümkün mənfi təsirlərinin qarşısını almaq, aradan qaldırmaq və minimuma endirmək məqsədilə qabaqlayıcı fəaliyyət və yumşaltma üsulları (müvafiq monitorinq daxil edilməklə) müəyyənləşdirilmişdir.

ƏMTSQ hesabatına Potensial mənfi təsirlərin yumşaldılması üzrə işlərin yerinə yetirilməsi üçün Ətraf Mühit və Sosial İdarəetmə Planı (ƏMSİP) və Ətraf Mühitin Monitotorinq Planı (ƏMMP) daxil edilmişdir. Bundan başqa, layihə və təklif olunan Ətraf Mühit və Sosial İdarəetmə Planı planını müzakirə etmək üçün ictimai məsləhətləşmələr aparılmışdır.




1.2YATAQ HAQINDA MƏLUMAT


Ç
ovdar yatağı Azərbaycanın Daşkəsən İnzibati rayonu ərazisində yerləşir. Çovdar Saziş sahəsi hündürlüyü 1300 metrdən 1600 metrə qədər dəyişən kəskin oyulmuş relyefə malik orta dağ massivi ilə xarakterizə edilir. Çovdar Saziş sahəsi (ÇSS) bütövlükdə sahəsi 573,93 km2 olan ərazini əhatə edir. Bu ərazinin daxilində Layihə Sahəsi (LS) 226 ha olan ərazini əhatə edir.

Şəkil1.1. Layihə sahəsinin yerləşmə xəritəsi


Ş
əkil 2. Yatağın üçölçülü təsviri

Geomorfoloji cəhətdən kontrakt sahəsi Kiçik Qafqazın Murovdağ, Şahdağ silsilələrinin şimal önqabağı hissəsini əhatə edən dərin dərələr vo sıldırımlı çay vadiləri ilə kəsilmiş enişli-yoxuşlu relyefə malikdir. Əsas çay şəbəkəsi çoxlu sayda xırdalı-irili qolları olan Qoşqarçay, Gəncəçay, Xeyrəçay və Danayeriçay çaylarından ibarətdir.Bu çaylar səciyyəvi dağ çayları olub, yüksək aşındırma xüsusiyyətlərinə malikdirlər. Bitki örtüyü müxtəlifdir. Meşə örtüyü əsasən Xeyrəçayın və Qoşqarçayin vadilərini əhatə edir.

Aparılmış tədqiqat nəticələrinə əsasən faydalı qazıntı ehtiyatları oksid minerallaşması, aralıq oksid-sulfid minerallaşması və dərin qatlarda sulfid minerallaşması şəkilində yerləşmişdir .

Oksidləşmiş fılizlər yatağın üst hissəsində yayılaraq, qalınlıqları 30-110 metr arasında dəyişir. Oksidləşmə zonasından aşağı, ilkin sulfid lilizləri 100-200 m qalınlıqlarda dəyişərək, yer səthindən təxminən 250 m aşağıya uzanırlar. Oksidləşmiş fılizlərlərin mineral tərkibləri əsas etibarı ilə gil və dəmir oksidlərdərı ibarət məsaməli kvarsla təmsil olunur. Sulfıd filizlər əsasən piritlə, az miqdarda xalkopiritlə və filiz cisminin dərin hissələrində isə, safelirit, qalenitn və nadir hallarda enargitlə təmsil olunurlar.

Aparılan tədqiqatlar zamanı oksidləşmə sayılan zonanın səth hissəsində narın-dənəvər kvarts karkas (matriksi) daxilində narın mötəvi sulfıd minerallaşmasının olduğini müşahidə edilmişdır. Oksidləşmiş filizlərdən sulfid filizlərinə (sulfid minerallaşmasma) keçid qradasiya əsasında baş verir və bu zona qarışıq oksid-sulfid minerallaşma zonası kimi qəbul edilir.

Çovdar qızıl yatağmın resurslarının müəyyən edilməsində və qiymətləndirilməsində/hesablanmasında 2008-2010-cu illərdə yataqda apanlmış buruq-qazma, kəşfıyyat, sinaqlaşdırma məlumatlarların sistemləşdirilməsindən və geostatistik parametrlərinin hesablanmasından alınan məlumatlar toplusundan istifadə olunmuşdur ("Çovdar Gızıl Yatağı üzrə Texniki Hesabat", Micon 2011).

Resursların qiymətləndirilməsində 2008-2010-cu illər ərzində ümum dərinliyi 29 736 m olan 145 quyudan götürülmüş sınaqların, eləcə də 2002-2003-cu illərdə keçiıilmiş 240m dərinlikli 2 ədəd mağaradan götürülmüş sınaqların kimyəvi təhlilindən əldə olunan nəticicələr əsas götürülmüşdür.

AİMROC tərəfindən Çovdar yatağının optimal açıq mədən üsulu ilə oksidləşmiş və keçid sahələrinin filizlərinin işlənmısi üçün dağ-mədən işlərini planlaşdırılır. Oksid filizləri yer səthinə yaxın sahədə yerləşdiyindın, yatağın açıq mədən üsulu ilə işlənməsi metodu başlanğıc emal üçün ən sərfəli metod kimi qəbul edilir. Yatağın işlənməsinin 5 il davam etməsi planlaşdırılır.

Təqdim edilən ƏMSTQ hesabatı yatağın istismarının I fazası kimi qəbul edilən oksidləşmiş və keçid sahələrinin işlənməsinin ətraf və sosial-iqtisadi qiymətləndirilməsi məsələlərini əhətə edir.

.


1.3İSTEHSAL MEYDANÇASI


Çovdar HPBS ilə müəyyən olunan Kontrakt sahəsinin bütövlükdə sahəsi 573,93 km2 olan ərazini əhatə edir. Bu ərazinin daxilində Layihə Sahəsi 226 ha olan ərazini əhatə edir.

Çovdar layihə sahəsinə daxil olan İstehsal meydançasında (Şəkil 3) aşağıda eyd edilən hissələr yerləşəcəkdir:



  • Mühafizə Hasarı/Məhdudlanmış Giriş: İnsanların və heyvanların daxil olmasını məhdudlaşdırmaq üçün sahə perimetr boyunca (9.0 km) hündürlüyü 1,8 m olan metal tor ilə hasarlanacaqdır. Sahəyə giriş mühafizə olunan giriş qapısından həyata keçiriləcəkdir;

  • Açıq Karxana: oksid filizlrinin üçün açıq karxana 10 ha yaxın sahəni əhatə edir;

  • Boş Süxurların Saxlanılması Sahəsi (BSSS) : boş süxurlar boşaldılma üçün müəyyən edilmiş iki sahədə (12 ha və 2,7 ha) yerləşdiriləcəkdir;

  • Topa Aşınma Sahəsi (TAS): oksid filizlərini aşındırmaq üçün topa aşınma meydançası və müvafiq məhlul gölməçələri;

  • Filizin Emalı sahəsi: 4 mərhələli xırdalama sxemi, konveyer sistemi, aqlomerasiya (bərkidilmə zavodu) və aktivləşdirilmiş kömürlə adsorbsiya-desorbsiya-ayırma (ADB) zavodu;

  • Suyun Saxlanması və Paylanması: yaxınlıqdakı mənbələrdən gətirilən su üçün anbar, xam suyun saxlanması üçün çənlər, yanğının söndürülməsi üçün su cənləri və nasos qurğuları;

  • Yerli Elektrik Enerji Təchizatı: 6 ədəd 1100 kWt -liq dizel-generator

  • Köməkçi Vasitələr: laboratoriya, emalatxanalar, mal anbarları/açıq anbarlar, inzibati binalar, fəhlələr üçün otaqlar, zibil quyuları, yanacaq çəni və təhlükəli materiallar üçün anbar.

  • Giriş. İstehsal meydançasına giriş Gəncə-Daşkəsən şosesindən Quşçu kəndindən iki zolaqlı giriş yolundan həyata keçirilir.

Ş
əkil 3. Layihə sahəsinin baş planı


1.4İLKIN TIKINTI İŞLƏRI1


Hal-hazırda həyata keçirilməkdə olan ilkin tikinti işləri proqramına (İTİP ) aşağıdakılar daxildir:

  • Layihə sahəsi hüdüdlarında olan xüsusi mülkiyyətdə olan torpağın alınması; (Layihə sahəsi hüdudlarında xüsusi mülkiyyətdə olan torpaq sahələri alınmışdır. Hazırda layihə sahəsindəki bütün torpaq sahələri HPBS-nin müddəti ərzində müvafiq qanunvericilik tələblərinə əməl olunmaqla AİMROC tərəfindən idarə ediləcəkdir.)

  • 1-ci Mərhələnin qurğuları inşa ediləcək sahədə torpağın təmizlənməsi, düzləndirilməsi və hamarlanması; giriş yolunun bərpası və yenilənməsi;

  • Su kəmərinin və qurğuların inşası (bənd, drenaj strukturları, saxlama çənləri);

  • Perimetr üzrə mühafizə hasarının (çəpərinin) qurulması;

  • Müvəqqəti ofislərin və saxlama yerlərinin yaradılması;

  • İTİ işçi heyəti üçün müvəqqəti düşərgənin yaradılması;

  • Aşıdırma meydançasının tikilməsi;

  • Məhlul hovuzlarının tikilməsi .


1.5YATAĞIN AÇIQ MƏDƏN ÜSULU İLƏ İŞLƏDILMƏSI

1.5.1Mədən işlərinin layihələndirilməsi və planlaşdırılması


Beynəlxalq şirkətlər tərəfindən Çovdar yatağının optimal açıq işlənmə üsulu ilə oksidləşmiş və keçid zonaları filizlərinin , dağ-mədən işlərinin ətraf mühit, təhlükəsizlik və sağlamlıq tələblərinə əməl etməklə işlənməsi üçün planlaşdırma işlərini həyata keçirmişdir. Oksid filizləri yer səthinə yaxın sahədə yerləşdiyindən , yatağın açıq mədən üsulu ilə işlənməsi metodu yatağın işlənməsinin I fazası üçün iqtisadi və ekoloji cəhətcə ən sərfəli metod kimi təklif edilmişdir.

Yataq sahəsinin xarakteri birbaşa mədənnın mərkəzində oksid filizləşməsi və ya zəngin filizli zonaya daxil olmağa imkan verir.Karxananın fıliz üzrə gündəlik məhsuldarlığı 3000 t/gün, illik 975.000 t (təxminən 1.0 mln.t.). Karxanaya yaxın örtük və ya boş suxurlar karxanadan 2km məsafədə yerləşən tullantı sahəsinə (tullantı bəndinin tikintisində istifadə üçün) daşınacaqal planına əsasən fılizləri xırdalanmaq və saflaşdırılmaq üçün birbaşa karxanadan l km məsafədə yerləşən sənaye sahələrinə çatdırılması nəzərdə tutulur . Doğranmış fılizlər hərəkətedici konveyerlər vasitəsi ilə aşılanma sahəsinə çatdırılacaqdır.



Şəkil 4. Boş Süxur Saxlanma Sahələri də daxil olamaqla Mədənin son layihəsi



1.5.2 Boş Süxurun İdarə Olunması


Mədən əməliyyatları zamanı 4,9 milyon tona və ya 2,2 milyon m3 -ə yaxın boş süxur hasil olacaq və Boş Süxur Saxlanma sahəsində (BSSS) toplanacaqdır. Mədəndən çıxan bütün boş süxur materialını yerləşdirmək üçün, iki BSSS yeri layihələndirmişdir. (Şəkil 3)

Əsas zibilxana açıq mədənnın cənub tərəfində cənuba doğru vadidə yerləşən Cənub Saxlanma sahəsidır (ümumi sahəsi ± 12.0 ha təşkil edir). Mədənnın şimal hissəsində yerləşən ikinci kiçik tullantı saxlanma sahəsindan, Şimal BSSS –dən (sahəsi ± 2.7 ha-dır) yalnız tələb olunduqda istifadə ediləcəkdir.

Yumşaldılma əmsalının 1,65-ə bərabər olduğunu hesab edərək, əsas BSSS ± 3.0 milyon m3 boş süxurun yerləşdirilməsi üçün layihələndirilmişdir.

Boş süxurların böyük hissəsi Cənubi BSSS-də boşaldılacaq. Boş süxur tullantıları yüngülcə itələnməklə vala doğru və boş süxur buldozerlə yavaş-yavaş itələnməklə daha yüksək səviyyəyə çıxarılacaq.

Layihədə BSSS-lardan ayrılan suların (yağıntı sularının) ətraf mühitə təsirlərinin minima endirilməsi üçün idarə edilməsi də nəzərdə tutulmuşdur.

Su hövzələinə buraxılmadan qabaq suyun keyfiyyətinin idarə olunması üçün BSSS-nin aşağı hissəsində çöküntü tutucuları qurulacaqdır.



1.6MINERAL XAMMALIN EMALI



1.6.1Xırdalama Qurğusu .


Filiz yük avtomaşınlarından birbaşa olaraq birinci pillə xırdalayıcı qurğusunun bunkerinə boşaldılacaq və ya frontal yükləyici ilə veriləcəkdir. (Şəkil 5)

Mədəndən Çıxarılan Filizin (MÇF) ölçüsünün kiçildilməsi modullu, dörd pilləli xırdalama mərhələləri ilə aparılacaqdır. Birinci xırdalama mərhələsi açıq tsikldə, ikinci, üçüncü və dördüncü xırdalama mərhələləri isə qapalı tsikldə aparılacaqdır. Birinci doğrayıcı mədənnın yaxınlığında yerləşdiriləcəkdir və torpaqüstü transportyorlar ilkin doğranmış filizni son ölçüyə qədər doğranandan və transportyorla qalağa daşınma və son aşınmadan qabaq aralıq qalağa daşıyacaqdır.

Üçüncü doğrayıcının verici hissəsi paralel işləyən iki üçüncü doğrayıcıya bölünəcəkdir. Üçüncü doğrayıcılardan keçən material ələnir, yenidən minus 4 mm-dən kiçik ölçülü son məhsul yığılaraq, ölçüləri böyük olanlar üçüncü doğrayıcıya qaytarılır və aralıq məhsul dördüncü doğrayıcıya göndəriləcək. 4mm-lik ələkdən keçən doğranmış filiz sementlə aqlomerasiya olunacaqdır.



Şəkil 5. Mədəndən yük maşınları ilə daşınan filizin Xırdalanma qurğusunda və aşındırma meydançasında emalının sxematik şəkili

1.6.2Aqlomerasiya Qurğusu


Məhsul üçün ələk ölçüsünü keçən doğranmış material iki saatlıq bufer tutumuna malik aralıq bunker vasitəsilə veriləcəkdir. Ölçülmə sistemi olan sement bunkeri filiznin hər tonuna 2,5 kq sement əlavə edəcək. Filiz və sement rezin araqatları olan aqlomerasiya barabanına boşaldılacaq. Aqlomeratların formalaşmasına kömək etmək kimi aqlomerasiya barabanının içərisinə qızılsızlaşdırılmış məhlul çilənəcəkdir.


1.6.3Topa aşındırma meydançası və məhlul hovuzları


Aqlomerasiya edilmiş filiz daha sonra aşındırma meydançasında yerləşən qaldırıcı yükləmə-boşaltma qurğusu olan konveyerlərə ötürüləcəkdir. Qaldırıcı yükləmə-boşaltma qurğusu olan konveyerlər fırlanan qalaqlayıcı qurğulu retreat qalaqlama sisteminin tərkibində olacaqdır. Fırlanan qalaqlayıcı qurğu filizi 8 m-lik təbəqələr şəklində qalaqlamaq imkanına malik olacaqdır. Yoxsullaşmış (az məhsuldar) məhlul hovuzundan qeyri-məhsuldar məhlul nasos vasitəsilə topanın üst hissəsinə vurulacaqdır. Qalaqlanmış filizin aşındırılması üçün məhlul damcıladıcılar və/yaxud yellənən çiləyicilər vasitəsilə tətbiq ediləcəkdir. Məhlul qalaqlanmış filizin içərisindən axaraq doymuş məhlul hovuzun içərisində toplanacaqdır. Qızılın çıxarılması aktivləşdirilmiş kömürlə adsorbsiya-desorbsiya-bərpa (ADB) qurğusunda baş verəcəkdir

Topa şəklində aşındırma meydançası (TAM) təxminən 260.000 m2 aşınma sahəsindən ibarət olacaqdır. Meydança üç 8 metrlik təbəqə üçün layihələndirilmişdir və tutumu 3,9 milyon ton təşkil edir.





Şəkil 6. Topa aşındırma meydançasının, hovuzların və köməkçi vasitələrin müfəssəl yerləşmə sxemi

Aşınma meydançasının xüsusi ekoloji əhəmiyyəti nəzərə alınaraq əsas tərkib hissələrinin təsviri şəkil 6-da və aşağıda verilir.



  • Stabil və kipləşdirilmiş torpaq özül;

  • Geomembran təbəqəsini qırılmalardan və deşilmələrdən qorumaq üçün kiçik keçirmə xassəsi olan materialdan (gil) kipləşdirilmiş döşənək torpaq qatı (və ya geosintetik gil qatı). Bu qat kompozit örtük sisteminin bir hissəsinin təşkil edir;

  • 1,5 mm qalınlıqlı Yüksək Sıxlıqlı Polietilendən (YSP) hazırlanan geomembran təbəqəsi;



Şəkil 6. Topa şəklində aşındırma meydançasının alt təbəqəsinin kəsiyinin sxematik təsviri

  • geomembranı yerləşdirmə zamanı mühafizə etmək və münasib işçi səthi formalaşdırmaq üçün elastiki materialdan ara qat (yuxarı-təbəqə);

  • Aşınma məhlulunu yığmaq üçün geomembranın yuxarı hissəsində elastiki qatın altında süzülmə zamanı yerləşdirilən bir sıra deşikli drenaj boruları;

  • Sızmaları müəyyənləşdirmək üçün sızmaların aşkarlanması sistemi;

  • Yükləmə-boşaltma qurğusu olan transportyorlar radial yükləyicili təkrar işlənmə yüklənməsi sisteminin bir hissəsi olacaqdır. Radial yükləyici filizni 8 m hündürlüyə qaldırmağa qadirdir.

  • Çovdar layihəsi üçün məhlulun saxlanması sisteminə yoxsullaşmış, doymuş və izafi məhlul hovuzları daxildir. Doymuş və yoxsullaşmış məhlul hovuzları eynidir. Hovuzlar təqribən 14000 m3 tutumuna malik olmalıdır (hər biri 7000 m3). İzafi məhlul hovuzunun tutumu təqribən 55000 m3 olmalıdır.

  • Gölməçələrin ölçüsü elə olmalıdır ki, bütün aşınma məhlullarının hər hansı buraxılışlarının qarşısını almaq üçün nəzarət altında idarə oluna bilsin. İzafi məhlul gölməçəsi izafi işçi məhlulu saxlamaq üçün nəzərdə tutulmuşdur. Güclü qasırğa ilə bağlı leysan yağışları və ya hər hansı bir təbii hadisələr zamanı ətraf mühitə axıntıların qarşısını alacaqdır. .

  • Doymuş və yoxsullaşmış aşınma məhlulu üçün hovuzlar ən dərin nöqtədə 6 m dərinlikdə qazılacaqdır . Hovuzun dibində eni təqribən 40 m və uzunluğu isə təqribən 50 m olacaqdır. İzafi məhlul üçün hovuzun uzunluğu təqribən 145 metr, eni 70 metr və dərinliyi 8 metrdir. Bütün hovuzlar üçün meyllilik 2H:1V olacaqdır.

  • Drenaj kanalının səthinə periodik olaraq səthin zədələnmələrini düzəltmək, gələcəkdə kompozit və ikiqat sistemin, axıntıların yığılması və bərpası sistemlərinin qurulması, bitkilərin kənarlaşdırılması üçün texniki xidmət göstərilməlidir.

  • Nəcib metalların aşınması sianid məhlulundan istifadə edilməklə həyata keçiriləcəkdir. Yoxsullaşmış məhlul yoxsullaşmış məhlul gölməçəsindən nasosla qalağın yuxarı hissəsinə vurulacaqdır. Qalaqlanmış filiz damcılayıcılardan istifadə edilməklə və/və ya yırğalanan tipli çiləyicilərdən istifadə edilməklə durulaşdırılmış sianid məhlulunda yuyulacaq. Məhlul filiz qalağının içərisindən keçəcək və tərkibində böyük miqdarda qızıl olan və ya “zəngin” məhlul aşınma meydançasından öz-özünə zəngin məhlul gölməçəsinə YSPE boruları ilə axacaq.

1.6.4Adsorbsiya-Desorbsiya-Bərpa (ADB) qurğusu


Nəcib metalın ayrılması aktivləşdirilmiş kömürlə adsorbsiya-desorbsiya-Bərpa (ADB) qurğusunda həyata keçirilir. ADB qurğusu sianid məhlulundan qızıl və gümüşü adsorbsiya etmək üçün aşağıdakı sistemlərdən ibarət olacaq.

Qızıl və gümüş zəngin (doymuş) sianid məhlulundan aktivləşdirilmiş kömürə absorbsiya vasitəsilə çıxarılacaq və məhlul qalağa qaytarılacaq. Tərkibində nəcib metal olan məhlul nasosla doymuş gölməçədən 300 m3/saat sürətlə ADB qurğusuna vurulacaqdır. ADP qurğusunda məhlul beş kömür kalonkasından keçəcək və orada qızıl və gümüş aktivləşdirilmiş kömürün səthinə adsorbsiya olunacaqdır. Daha sonra yoxsullaşmış məhlul yoxsullaşmış məhlul hovuzuna axacaq, orada sianidlə zənginləşdiriləcək və nasosla geriyə, aşınma meydançasına vurulacaqdır.

Kömür xlorid turşusunun məhlulu ilə yuyulacaqdır və doymuş kömür nasosla yuma kolonkasına vurulacaqdır. Qızıl və gümüş kömürdən isti natrium-hidroksid məhlulu ilə çıxarılacaq, o, daha sonra istilik udan qurğudan keçiriləcək və iki qalvanoplastika özəyinə axacaq. Qızıl və gümüş qalvanik üsulla qalvanoplastika özəyində paslanmayan polad liflərdən hazırlanmış katodun üzərinə çökdürülür.

Paslanmayan poladdan hazırlanmış katodlar qızıl və gümüşü çıxarmaq üçün yüksək təzyiqli su ilə yuyulacaqdır. Alınan çöküntü süzüləcəkdir. Retortada distillə olunduqdan sonra qızıl və gümüş çöküntüsü flüslə qarışdırılacaq, yırğalanan tigel (puta) sobasında əridilərək külçə halına salınacaq və sahədən kənara daşınacaq.

Nəzərə alınmalıdır ki, topa aşınma prosesi tullantı hovuzlaının olmasını tələb etmir: filizdən yuyulub çıxan sianid məhlulu emal edilir, yığılır və yenidən istifadə olunur.






Şəkil 8. ADB qurğusunun sxematik təsviri
Zəngin (doymuş) məhluldan çıxarılma qızıl üçün 84% və gümüş üçün 70% kimi dəyərləndirilir.

1.6.5Köməkçi Texniki Vasitələr


Köməkçi texniki vasitələrə aşağıdakılar daxil olacaqdır:

  • Nəzarət-Baxış Məntəqəsi / Mühafizə Vasitələri;

  • İnzibati Ofis: İnzibati binanın sahəsi 565 m2 olacaq və orada əsas müdiriyyət, nəzarətci, mühəndis, geoloji və mühasibatlıq heyəti yerləşəcəkdir;

  • Yeməkxana/Soyunub-Geyinmə Otağı: Modullu mətbəx və yeməkxana inzibati binanın yanında qurulacaq və yerləşəcəkdir. Obyektin sahəsi 322 m2 olacaqdır;

  • Təmizləmə Binası/Reagent Anbarı

  • Texnoloji Emalatxana: Emalatxana ADA və xırdalama sahəsinin yaxınlığındakı yerdə inşa ediləcəkdir. Emalatxana hən xırdalama, həm də emal etmə avadanlığınin təmiri sahəsi kimi fəaliyyət göstərəcəkdir;

  • Mal –material anbarı: Anbar emalatxananın qonşuluğunda inşa ediləcəkdir

  • Mədən avadanlığına texniki xidmət sexi.

1.6.6Sahənin Təhlükəsizliyi – Qadağan Zonaları


Təhlükəsizlik məsələlərini, yola nəzarət olunan girişi təmin etmək və heyvanlarının layihə sahəsinə daxil olmasının qarşısını almaq üçün dəmir tordan ibarət olan çəpər quraşdırılır. Mühafizə çəpərinin hündürlüyü 1,8 m, uzunluğu isə təqribən 9.0. km olacaqdır.

1.6.7Yollar


Sahəyə doğru mövcud olan bir neçə yol İİP ərzində yenilənəcək və bərpa ediləcəkdir. Bundan başqa, yeni daxili yollar inşa edilir. Hər bir yol üst əsas qatında torpağın sabitləşdiricisinə və üst çınqıl qatına malik olacaqdır. Yollardan və ətraf sahələrdən drenaj onların uzunluğu boyunca yerləşdirilmiş drenaj kanalları vasitəsilə təmin ediləcəkdir.

1.6.8Laboratoriya


Laboratoriyada istehsal prosesinə nəzarət məqsədi ilə analizlər aparılacaqdır.


1.7SU TƏCHIZATI

1.7.1Su Təchizatı


Çovdar mədəni üçün su təchizatını qurmazdan qabaq sahədə heç bir su təchizatı olmamışdır: ilkin tikinti mərhələsində su hər gün uzaqda yerləşən məntəqələrdən gətirilirdi.

Topa aşınma prosesi üçün 1000 m³-ə yaxın su tələb olunur (Şəkil 8), eləcə də müəyyən qədər su mədənin işləməsi zamanı sahədə tozu yatırmaq, işçi heyət və inzibati binanın ehtiyacları üçün lazımdır. Suyun təchizatı və paylanması sistemi İTİP ərzində qurulur.

Əsas su mənbəyi Xeyrətçay çayıdır; əgər tələb olunarsa, ona digər bulaqlardan su əlavə olunacaqdır.

Su təchizatı sisteminə layihə sahəsinə ən yaxın üç su mənbəyindən bənd/suyun drenajı strukturları və Xeyrətçay çayında kesson daxildir. Suyun sahəyə zəruri ötürülməsi və təchizatını təmin etmək üçün aralıq və əsas su çənləri quraşdırılacaqdır.

İstehsal prosesi üçün suya olan tələbat Q= 11 lt/s (Q=40 t/saat) müəyyən olunmuşdur. Digər tələbatları da nəzərə almaqla suya olan tələbatın ödənilməsi üçün ( təxminən 13 l/san) aşağıdakı su mənbələrindən istifadə ediləcəkdir.


  • Tədqiqatlar nəticəsində müəyyən olunmuşdur ki, bilavasitə layihə yaxınlığında olan 3, 4, 5, N-li bulaqlardan təminatla 6 l/san su götürmək mümkündür. 4 N-li bulağın yaxınlığında (1380 m yüksəklikdə) 10x10x5 m ölçülü su anbarı quraşdırılacaq. Anbara digər bulaqlardan da yığılan sular nasoslar vasitəsi ilə istehsal sahəsinə veriləcəkdir.

  • 7 l/s miqdarında su Xeyrətçay çayından götürüləcəkdir. Bu suyun təbii filtradən keçərək yığılması üçün Xeyrətşay çayında 7.5m, x 6m x 7.5m ölçüsündə kesson qurulacaqdır. . Suyun sahəyə zəruri ötürülməsi və təchizatını təmin etmək üçün aralıq su çən i quraşdırılacaqdır. Aralıq su çəni 2 m uzunluğunda, 2 m enində və səthdən 2 m hündürlükdə olacaqdır.

Su təchizatının belə konstruksiyası Çovdar mədəninə bulaqdan, çaydan azalan suyu kompensasiya etməyə imkan verəcəkdir. Quru mövsümdə çayda orta axının 30 l/s olduğu müşahidə edildikdə, bu, ən pis halda suyun alınmasını bütün axının 33%-dən az olmasına imkan verəcəkdir.





Şəkil 8. Orta illik su tələbatı və və məhlul balansı , m3/gün



Şəkil 9. Su mənbələri

1.7.2Yanğının Söndürülməsi üçün Su Təchizatı


Yanğının söndürülməsi üçün 120 m³-lik su çəni və nasos sistemi ikinci xırdalama sisteminin üzərində quraşdırılacaqdır. Bu sistemlərdə həmişə yanğın hadisələri üçün kifayət həcmdə su ehtiyatı olmalıdır

1.8ENERJI TƏCHIZATI

1.8.1Elektrik Enerjisinə Tələbat


Enerji sahədə dizel generatorlarından istifadə edilməklə alınacaq. Mədəndə aparılacaq əməliyyatlar üçün 6 MVt enerji tələb olunur. Elektrik enerjisi 6 ədəd 1100 kWt-lıq dizel generatoru qurğusundan alınacaqdır.

1.8.2Yanacaq Təminatı


Dizel yanacağı istehsal meydançasına avtosisternlərlə gətiriləcək və sahədə çənlərdə saxlanacaq. Yanacaq saxlanılan çənlər hər hansı axıntının qarşısını almaq üçün ikiqat divarlı və xarici örtülü olacaqdır. İkinci qoruyucu örtük ən böyük çən üçün 110% layihələndiriləcəkdir.


1.9ƏTRAF MÜHITIN MÖVCUD DURUMU

1.9.1Fiziki ətraf mühit


Çovdar qızıl yatağı Kiçik Qafqaz dağlarının Somxit-Qarabağ struktur-metallogenik zonasında yerləşir. Yataq Şəmkir yüksəkliyində və Daşkəsən sinklinoriumuna təmas ərazisində yerləşir. Region, sürətli inkişaf edən geoloji yerdəyişmələrə, ŞQ-dən ŞŞ-ə uzanan çıxıntı və sıldırıma (70-80°) malik mürəkkəb tektonik quruluşu ilə səciyyələnir.

Layihə sahəsinin iqlimi nisbətən mülayim və qışı quru olur. Bahar fəsli mülayim, günəşli və yağışlı olur, yay fəsli quru və isti olur. Payız fəsli mülayim lakin yağışlı olur. Yüksək yağıntı miqdarı əsasən bahar və payız fəslinin sonunda müşahidə olunur.

Çovdar düşərgə stansiyasında qeyd olunan orta hava temperaturu 10.4°C idi. Ən isti aylar maksumal temperaturun təxminən 30°С olduğu iyul-avqust aylarıdır. Yanvar və fevral ayları ən soyuq aylardır, minimal mütləq temperatur təxminən -9°С-dir.

Çovdar yaxınlığınakı ərazilərdə orta illik yağıntının həcmi əsasən 400mm-dən 600mm-ə qədər olur .

Daimi çaylardan tutmuş mövsümi çay qollarına qədər layihə ərazisində çoxlu sayda su axınları vardır. Layihə sahəsinə yaxın olan Xeyrə çayı (şimaldan) ilə Danayer çayı(cənubdan) vadilərinin arasındakı yaylada yerləşir. Gəncəyə daxil olana qədər iki müxtəlif çaydan su alan Qoşqar çayı iş sahəsinin cənubunda yerləşməklə layihənin birbaşa təsirinə məruz qalmayacaqdır. Çaylar və onların qolları təbii bulaqlardan, yağış və qar əriməsindən qidalanır. Saziş ərazisində ilkin ekoloji durumun qiymətləndirilməsi zamanı aparılan analiz nəticələri göstərir ki, layihə ərazisində su yaxşı keyfiyyətdədir. Aparılan analizlərin heç birində metal, qeyri-üzvi və üzvi parametrlər, istifadəyə yararlı milli içməli su standartında və yaxud beynəlxalq standartlarda göstərilən həddi keçməmişdir.

Ərazidə ətraf hava keyfiyyəti Səs-küy üzrə ilkin tədqiqatı həyata keçirilmişdir. Nəticələrə əsasən ucqar dağ mühitinə səciyyəvi konsentrasiyalar müşahidə olumuşdur . İlkin tədqiqatların nəticələri bu ərazilərdə hava keyfiyyətinin yaxşı olmasını göstərir. Səis-küy normaları da müvafiq ərazilərə xarakterik olaraq normativ səviyyələrdən aşağıdır.



1.9.2Bioloji ətraf mühit


Sözü gedən sahə Qafqaz ekoregionu daxilində Kiçik Qafqaz sıra dağlarının orta dağlıq zonasında (dəniz səviyyəsindən 1300-1600 m yuxarıda) yerləşir. Bu ərazi geniş mənada "mülayim temperaturlu və rütubətli dağ" iqliminə malik zonadır (Ümumdünya Təbiəti Mühafizə Fondu ( WWF)-Qafqaz, 2006).

Sözü gedən Layihə sahəsi ilə əlaqədar olan yaşayış mühitləri Avropanın böyük bir hissəsində mövcud olan təbii mühitlərə çox yaxındır və bir sıra geniş yayılmış növlərdən ibarətdir, lakin onlardan əlavə regional olaraq daha çox fərqlənən növlərə də rast gəlmək olar. Mövcud olan əsas yaşayış mühitləri yaxşılaşdırılmamış, floristik baxımdan müxtəlif olan yüksəkliklərdəki və hamar yamaclardakı sub-alp çəmənlikləri və suyun asanlıqla əldə edilə biləcəyi vadilərdəki və nisbətən dik yamaclardakı yarpaq meşələrdir. Vadilərin alt hissəsində isə adətən kiçik, nisbətən sürətlə axan çaylar yerləşir. Meşə və çəmənlik yaşayış mühitləri arasındakı keçid zonalarında kolluqlara rast gəlinir.

Layihə sahəsi daxilindəki çəmənliklər geniş otlaqlar kimi istifadə edilir və bu az intensivliyə malik istifadə tərzi müəyyən edilmiş floristik marağı dəstəkləyir. Taxta-şalban əldə etmək üçün meşələrə qayğı göstərildiyinə görə onlar adətən sıx yerləşir. Onların tipik növləri müxtəlif çeşidli enliyarpaqlı ağac növləridir. Dərin torpaqlarda adətən fıstıq (Fagus orientalis), dayaz torpaqlarda isə vələs (Carpinus betulus) üstünlük təşkil edir. Yüksək yamaclarda bitən Fars poladı (Quercus macrantha) buralarda çox məşhurdur.

Təbii mühitin araşdırılması zamanı heç bir nadir, itmə təhlükəsində yaxud qorunan bitki qeydə alınmamışdır. Müəyyən edilən növlərdən heç biri məhdudiyyət qoyulmuş coğrafi əraziyə aid deyildir.

Çovdar regionuna xarakterik olan məməlilərə aid qırx üç növ qeyd olunmuşdur. Bu növlərin on altısı - Həşərat yeyənlərə, onu – Qoluqanadlılara, on dördü - Gəmiricilərə, biri- Dovşankimilərə, onu Vəhşilərə, ikisi isə Cütdırnaqlılara aiddir.

Çovdar bölgəsində ümumi olaraq on yarasa növü geniş yayılmışdır. Bütün tədqiqat ərazisində gönlücə yarasası (Pipistrellus pipistrellus) geniş yayılmışdır. Onların məskunlaşması hər hektarda 1-5 arası sıxlıqdadır. Çovdar ərazisində on yırtıcı heyvan növünün məskunlaşdığı ehtimal edilir, yerli əhalinin bildirdiyinə görə onlar adi canavar (Canis lupus), qızıl çaqqal (Canis aureus) və qırmızı tülkü (Vulpes vulpes) görmüşlər. Şahidlər gəlincik sincabların ev quşlarını öldürdüyünü bildirirdilər. Layihə ərazisində, xüsusilə meşə və açıq ərazilərin sərhədlərində porsuqların sayı çoxdur. Yerli əhali həmçinin vəhşi qabanın (Sus scrofa) və avropa cüyürünün (Capreolus capreolus) olduğunu bildirirdilər.

Layihə ərazisi və ümumiyyətlə Kiçik Qafqazın bu zonadakı ərazisi amfibiya və sürünən növlərinin məskunlaşması baxımından digər daha əlverişli ərazilərə nisbətən daha kasıbdır

Ornitaloji tədqiqat nəticəsində 7 fəsiləyə (Qazkimilər, Qızılquşkimilər, Keçisağankimilər, Uzunqanadkimilər, Rakşikimilər, Ağacdələnkimilər və Sərçəkimilər) məxsus 38 quş növü aşkar edilmişdir. Aşkar edilən 38 növdən 32-sinin yerli quş növü olduğu müəyyənləşdirilmişdir.

İlkin tədqiqatlar sahədə yerli səviyyədə qorunan tetraçalan-qırğı (Accipiter gentiles) quşundan başqa (Azərbaycan QK) milli səviyyədə qorunan bitki və ya heyvan növləri aşkar etməmişdir. Quşların iki miqrasiya yolu müəyyən edilmişdir; bunlar layihə sahəsindən şimalda və cənubda olan iki vadidən keçir. Xeyrəçayın vadisi quşlar tərəfindən ən tez-tez istifadə edilən sahədir.


1.10QORUNAN ƏRAZILƏR


Ən yaxın qorunan sahə Göy-göl Dövlət Təbiət qoruğudur. Bu qoruq Azərbaycanda ilk olub, 1925-ci ildə əsasə qoyulmuşdur, Göy-Göl rayonu ərazisində yerləşir və layihə ərazisindən təxminən, 10 km cənub şərqdə yerləşir. Qoruq təxminən 6.739 hektar ərazini əhatə edir və 1000-dən 3060 m-ə qədər dəniz səviyyəsindən yuxarıda yerləşir,

Qoruq, layihə ərazisindən kifayət qədər, onun mənfi təsirinə məruz qalmayacaq dərəcədə uzaqda yerləşir.



1.11MÖVCUD SOSIAL-IQTISADI MÜHIT


Layihə sahəsi Daşkəsən rayonunda yerləşir. Çovdar, Çaykənd, Şahdağ və Quşçu kəndləri də daxil olmaqla bir sıra yaşayış məskənləri layihə ərazisinin yaxınlığında yerləşir. 2009-cu ilin məlumatına görə Quşçu kəndində təxminən 2028, Çovdarda 132, Çaykənddə 15 və Şahdağda 15 sakin vardır. Bu sakinlərin 50%-dən çoxu Dağlıq Qarabağ münaqişəsi nəticəsində köçən əhalidir və məcburi köçkün statusunda yaşayırlar. Bu kəndlərdəki əhalinin təxminən 49%-i kişi, 51%-i isə qadındır. Sakinlərin əksəriyyəti 31-50 yaş intervalındadırlar.

Kəndlərin bütün sakinləri elektrik enerjisi ilə təmin edilmişdir. Kənddə heç bir qaz təchizatı sistemi yoxdur. Yemək bişirmə və istilik məqsədi üçün odundan istifadə olunur. Kanalizasiya sistemi və tullantıların kənarlaşdırılması üçün xüsusi yer yoxdur. Bütün sakinlər kəndin yaxınlığındakı bulaqlardan su əldə edir. Ailələr borular vasitəsilə bulaqlardan öz evlərinə su çəkirlər. Yalnız Quşçu kəndində poçt xidməti, ictimai nəqliyyat və telekommunikasiya vardır.




1.12ARXEOLOGIYA VƏ MƏDƏNI İRS


Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqları 2010-cu ildə layihə ərazisində təhlil aparmışlar. Torpaq səthində nəzərə çarpan əşyaların təbiəti və həcmi arxeoloqlar tərəfindən qeydiyyata alınmışdır. Orta əsrlərə, bürünc və dəmir dövrünə aid çatlamış saxsı qablar, muncuqlar və qəbir maddi mədəniyyət abidələri tapılmışdır və həmin tapıntılar barədə ətraflı məlumat İlkin ətraf mühit və sosial vəziyyət hesabatının 8-ci bölməsində verilmişdir. Ərazidə tapılmış bütün mədəni irs sahələri region üçün xarakterik hesab olunur. Onlardan heç biri zərif, incəsənət, sənədli, ətraf mühit tarixi, sosial və ya mənəvi dəyər nöqteyi nəzərindən yerli, milli və ya beynəlxalq standartlara uyğun olaraq qeyd olunmamışdir.

Topa aşındrma və ya müvəqqəti infrastrukturlar ərazisində yer səthində heç bir maddi mədəniyyət abidələri tapılmamışdır. Ən yaxın maddi mədəniyyət abidəsi ərazinin 700 m şimal istiqamətində orta əsr Qafqaz Albaniyasına aid olan qəbir abidəsidir. Qazma müddətində mədəniyyət abidələri tapıntılarının olma ehtimalı vardır.


1.13TƏSIRLƏRIN PROQNOZLAŞDIRILMASI VƏ QIYMƏTLƏNDIRILMƏSI


ƏMTQ prosesi zamanı Azərbaycanda mövcud qanunvericilik və bu sahədə beynəlxalq praktikaya müvafiq olaraq layihənin tikinti, istismar və bağlanma dövrləri üçün ətraf mühit və sosial təsirlər qiymətləndirilmişdir. Hesabatda təsirlərin yumşaldılmadan əvvəl və yumşaldılmadan sonra təsirlərin qiymətləndirilməsi nəticələri verilmişdir və bu zaman beynəlxalq praktikada geniş istifadə edilən və qiymətləndirməni nəticələrinin daha əyani təqdim edilməsinə imkan yaradan matriça qiymətləndirilməsi metodundan istifadə edilmişdir. Layihənin İlkin tikinti fazası üçün ƏMSTQ hesabatı hazırlandığı və müvafiq razılaşma proseslərindən keçdiyi üçün, təqdim edilən ƏMSTQ hesabatında bu hesabat məlumatlarından da istifadə edilmişdir.

ƏMSTQ zamanı müəyyənləşdirilmiş əsas potensial əlaqədar təsirlərin aşağıdakı göstərilmişdir.Bu təsirlər yüksək əhəmiyyətli təsirlər kimi qiymətləndirilmişdir və onlara müvafiq yumşaldılma tədbirləri tətbiq edilir. Potensial təsirlərə daxildir:



  • Yerli su obyektlərində itkilər və çirklənməsi;

  • TA sahəsindən su daşıyıcı qatlarının çirklənməsi;

  • Məhlul hovuzları sahəsindən su daşıyıcı qatlarının çirklənməsi;

  • Yerüstü su mənbələrinin çirklənməsi və onlara digər təsirlər;

  • Açıq mədən işləri zamanı atmosfer havasına toz emissiyaları ;

  • İstifadədə olan torpaq sahələrinə təsirlər;

  • emal edilən yerdən (xırdalanma sahəsi) emissiyalar;

  • Layihə fəaliyyəti nəticəsind yaranan sosial-iqtisadi təsirlər;

ƏMSTQ Hesabatının 5. və 6. bölmələrində, ƏMSTQ hesabatında icmalın giriş bölməsində göstərilən bölmələr üzrə təsirlərin proqnozlaşdırılması və qiymətləndirilməsi aparılmışdır.

1.14MƏCMU VƏ QALIQ TƏSIRLƏRL


Məcmu (Kumulyativ)təsirlər/effektlər adətən müxtəlif fəaliyyətlərin birgə təsirləri nəticəsində yaranan artan təsirlər kimi qəbul edilir. Bu hesabatda verilən məcmu təsirlərin qiymətləndirilməsi regional kontekstdə digər torpaq istifadəsi ilə müqayisə ilə verilir.

Təklif olunan layihə ilə bağlı əsas kumulyativ təsirlərə daxildir:



  • Təklif olunan layihə fəaliyyətlərinin yerüstü su mənbələrinə kumulyativ və məcmu təsirlərinin qiymətləndirilməsi nəticəsinə görə, müvafiq yumşaldılma tədbirlərindən əvvəl bu ümumi təsir mülayim təsir kimi və azaldılma tədbirlərindən sonra isə kiçik əhəmiyyət təsir kimi qiymətləndirilir.

  • Layihə fəaliyyəti nəticəsində meşə örtüyünə təsirlər, otlaq ərazilərin itirilməsi lokal məhdud sahədə baş verəcəkdir. Bu təsirlər qaçılmazdır, amma region miqyasına görə böyük ərazini ahətə etməyəcəkdir. Bu təsirlərin məcmu qiymətləndirilməsi nəticəsinə görə, Gələcəkdə potensial təsirlərin ölçüsü ekologiya baxımından qiymətləndirilməsi nəticələrinə görə, gələcəkdə (müvafiq yumşaldılma tədbirləri nəticəsində) məcmu təsirin miqyası /ölçüsü mülayim olacağı kimi qiymətləndirilir

  • Layihənin yaxın kəndlərə sosial-iqtisadi təsirləri aşağı-yüksək təsirlər kimi qiymətləndirilmişdir. Ama müvafiq yumşaldılma tədbirlərinin həyata keçirilməsi nəticəsində bu təsirlərin minimuma endirilməsi gözlənilir. AİMROC şirkətinin sosial-iqtisadi sahədə tədbirlər planı var və bu sahədə sosial-iqtisadi yönümlü layihələrin həyata keçirilməsinə başlanmışdır (yol çəkilişi, torpaq sahələrinə görə kompensiyaların verilməsi, yerli sakinlərin işə qəbul edilməsi və s).

ÇYL üçün tətbiq edilən qalıq təsirlərin qiymətləndirilməsinin məqsədi əhəmiyyətli qalıq təsirlərin müəyyən edilməsi və onlara müvafiq yumşaldılma tətbirlərinin tətbiq edilməsidir. Təklif olunan layihə ilə bağlı əsas qalıq təsirlər aşağıdakılardır:

  • Torpağa/yerin təkinə layihə sahəsindəki infrastrukturlardan ( Xırdalama qurğusu, TAS, AQ , ADB və s.) daimi təsirlər olacaqdır;

  • Təklif olunan layihənin səthi su obyektləri ilə bağlı təsirlərin müvafiq yumşaldılma tədbirlərinə əməl edilməsi nəticəsində mülayim olması gözlənilir. Əhəmiyyətli qalıq təsirlərin olması gözlənilmir;

  • Layihənin təbii sahədə yerinə yetirilməsi ilə bioloji müxtəlifliyə heç bir təsir etmədən icrası mümkün deyildir. (Layihə ərazisində torpaq qatının götürülməsi, müəyyən miqdarda ağacların çıxarılması və s). Lakin ƏMİP-də göstərilən tədbirlərin icrası nəticəsində biomüxtəlifliyə qalıq təsirlərin minimuma endirilməsi gözlənilir;

  • Təsirlərin qiymətləndirilməsi zamanı müəyyən olunmuş sosial-iqtisadi təsirlərin əksəriyyəti yumşaldıcı tədbirlərin həyata keçirilməsi nəticəsində aşağı əhəmiyyəti səviyyəyə qədər azaldıla bilər. Lakin, fiziki və iqtisadi yerdəyişmələr öz təbii xarakterlərinə görə (insanların düşüncə tərzi faktoru), hətta azaldılma tədbirlərinin həyata keçirilsə də orta əhəmiyyətli təsirlər olaraq qalır.


1.15ƏTRAF MÜHITƏ TƏSIRLƏRIN YUMŞALDILMASI VƏ ƏTRAF MÜHITIN İDARƏEDILMƏ PLANI


Layihənin ətraf mühitə potensial təsirlərinin qiymətləndirilməsi zamanı müəyyən edilmiş və qiymətləndirilmiş potensial təsirlər əsasında Ətraf Mühitin İdarəedilmə Planı (ƏMİP) hazırlanmışdır. Aşağıda layihənin icra müddəti ərzində AİMROC tərəfindən həyata keçiriləcək əsas təsirlərin azaldılması tədbirləri verilir.

  • Torpaq və otlaq sahələrinin itkilərinə görə təsirə məruz qalan əhaliyə kompensiyaların verilməsi və ya digər uyğun torpaq sahələrinin ayrılması (Layihənin Ilkin Tikinti İşləri fazasında bu yumşaldcı tədbirlər həyata keçirilmişdir. Layihə icrası zamanı əgər məcburu köçürmələrə (torpaqların alınmasına) ehtiyac olarsa, onda bu mövcud qanunvericilik və Azərbaycanın qoşulduğu beynəlxalq konvensiyaların tələbləri əsasında həyata keçiriləcəkdir. (Daha ətraflı Əlavə 3)

  • Müxtəlif səbəblərdən, məsələn nəqliyyat vasitələrindən yanacaq və neft dağılması ilə əhəmiyyətli torpaq çirklənmələri baş verərsə, bu halda AİMROC-da qəbul edilmiş proseduralara müvafiq olaraq, çirklənmiş torpaq yığılaraq xüsusi yerdə saxlanacaq və tullantının sonrakı idarəolunması təhlükəli tullantıların idarə olunması qaydaları əsasında aparılacaqdır və ya mütəxəssislərin rəyi əsasında yerindəcə bioremidasiya ediləcəkdir.

  • Yağıntı sularını idarəetmə siteminin tətbiq olunması;

  • Qrunt suları səviyyəsinin müntəzəm ölçülməsi;

  • Çirklənmiş və təmiz yağıntı sularının ayrılıqda idarə olunması;

  • Bütün tullantı sularının toplanması, mümkün təkrar istifadəolunması üçün tədbirlər görülməsi;

  • Yeraltı suların keyfiyyətinin rüblük monitorinqini həyata keçirilməsi;

  • Layihə sahəsinin tkinti/fəaliyyət zonalarına bölünməsi, bu zonaların ölçülərinin mümkün qədər minimum olması və layihə fəaliyyətlərinin yalnız bu ayrılmış yerlərdə həyata keçirilməsinin təmin edilməsi;

  • Tikintidən əvvəl və sonra havanın keyfiyyət modelləşdirilməsinin aparılması;

  • Maşın, yanacaq, kimyəvi maddələrin saxlanma yerlərinin və istehsal prosesində tozun yaranma mənbələrinin həssas reseptorlardan mümkün qədər uzaqda olmasının təmin edilməsi;

  • Layihə sahəsində tozun idarə olunmasına yardım etmək, Sağlamlıq və təhlükəsizlik tələblərinə əməl olunmasının təmin olunması üçün nəqliyyat vasitələrinin sürətlərinin məhdudlaşdırılması sahəsində monitorinqin aparılması,

  • Mümkün olan yerlərdə su iə islatma sistemlərinin tətbiq olunması;

  • Müvafiq emissiya məhdudiyyətləri/standartlara əməl olunmasının təmin edilməsi üçün elekterik stansiyasında (elektrik generatoplarında) baxış və monitorinqin keçirilməsi;

  • Səs-küylü proseslərin (hadisələrin) yaranmasının azaldılması məqsədi ilə işçi heyətin müvafiq qaydalara əməl edilməsi sahəsində təlimləndirilməsi;

  • Torpaq işləri, xüsusilə daşıma əməliyyatları həyata keçirilən yerlərdən səs-küy səviyyələrinin azaldılması üçün maneələr kimi mümkün olan hallarda torpaq baryerlərin qurulması ;

  • Yağıntılarda çöküntülər üçün mümkün olan yerlərdə tələlərin (tutucu bəndləri) quraşdırılması;

  • Drenaj xətləri və çaylarla sərhəd yerlərdə olan bitkilər ekoloji həssas sahələr hesab edilməli və bu sahələrə təsirlərin qarşısının alınması/minimum olması təmin edilməlidir;

  • Yerli əhalinin mümkün iş yaratma və işədüzəlmə imkanlarından istifadə edilməsi üçün imkanların yaradılması;

  • İcmaların İnkişafı Planınını inkişaf etdirmək lazımdır ki, qaçılmaz təsirlər (məsələn, otlaq sahələrinin itirilməsi) nəticəsində yaranan sosial-iqtisadi itkilər aradan qaldırılsın;

  • Yerli əhalinin işlə təmin edilməsi üçün, bacarlqların artırılması sahəsində inkişaf proqramlarının yerinə yetirilməsi;

  • AİMROC kinetk testləşmə daxil edilməklə geokimyəvi qiymətləndirmə aparmalıdır;

  • Təklif olunan layihənin ətraf icmalara tikinti və istismar risklərini azaltmaq üçün Ətraflı sağlamlıq və təhlükəsizlik planı inkişaf etdirilməlidir;

  • Sianidlərin nəqli, saxlanılması və idarə olunması “Sianidlərin Beynəlxalq İdarə olunması Kodu”2 prinsipləri, idarəetmə tədbirləri və qaydaları ilə idarə olunacaq. (Bax :Əlavə 4. Use of Cyanide in the Gold Industry " )



1.16ALTERNATIVLƏRİN MÜƏYYƏNLƏŞDIRILMƏSI


Layihənin mümkünlüyünün ilkin qiymətləndirilməsi və texniki-iqtisadi qiymətləndirilmə prosesində və ƏMSTQ–nin bir hissəsi kimi təqdim edilən hesabatda layihə həllərinin alternativlərinin qiymətləndirilməsi aparılmışdır. Bundan əlavə, su təchizatı mənbələrinin seçimi, infrastruktur komponentlərinin yerləşdirilməsi ilə bağlı alternativlərə də baxılmışdır. Layihə alternativi kimi “heç bir layihə olmayacaq” alternativi də qiymətləndirilmişdir.

1.17MƏDƏNIN BAĞLANMASI VƏ BAĞLANMA XƏRCLƏRI

Bu ÇYL üçün ƏMSTQ hissəsi kimi, bağlanma prosesi və bağlanma məsrəfləri də müəyyən edilmişdir.

.

1.18İCTIMAIYYƏTLƏ MƏSLƏHƏTLƏŞMƏLƏR


Azərbaycanda mövcuq qanunvericilik və ən yaxşı beynəlxalq praktika təcrübələrinə müvafiq olaraq təsirə məruz qalan tərəflərin iştirakı da təmin edilməklə layihənin ictimai məsləhətləşmələri keçirilmişdir. İctimai məsləhətləşmənin protokolları ƏMSTQ hesabatına əlavə edilmişdir (bax əlavə 5)

1.19Nəticə və tövsiyələr


ƏMSTQ üzrə əsas əsas tövsiyələr aşağıdakılardan ibarətdir:

  • Layihə sahəsinə yaxın icmalara təsilərin kompensasiyası (torpaq və gəlir itkiləri) Azərbaycan qanunvericiliyi tələblərinə müvafiq olaraq başa çatdırılmalıdır;

  • AİMROC yeraltı suların səviyyəsinə və keyfiyyətinə potensial təsirləri, ətraf ərazilərdə çaylarda axınlarına və keyfiyyətinə təsirlətrin qiymətləndirilməsi üçün eraltı və yerüstü su monitorinq proqramı həyata keçirməlidir;

  • Yeraltı (Qrunt) sularının öyrənilməsi ilə bağlı olaraq Faza 2 üçün geokimyəvi qiymətləndirilmə aparılmalıdır;

  • Layihənin icrası ilə əlaqədar olan hava keyfiyyətinin idarə olunması və tozun təsirlərinin qiymətləndirilməsi üçün AİMROC hava keyfiyyətinin kəmiyyət modelləşdirilməsini aparmalıdır. (Modelləşmə Saziş sahəsindən atmosferə atılan zərəli maddələr üçün normativ tullantıların müəyyən edilməsi –AYVTH normaları layihəsinin hazırlanması prosesində aparıla bilər);

  • AİMROC ƏMSTQ hesabatına daxil edilən yumşaldıcı tədbirləri həyata keçirməlidir;

  • AİMROC tərəfindən ƏMSTQ-də verilən yumşaldıcı tədbirləri həyata keçirilməsi təmin edilməli və ƏMSİP-lə balı ekoloji və sosial monitorinq keçirilməlidir.

  • ÇYL layihəsi ilə bağlı ətraf mühit və sosial təsirlərin idarə olunması və azaldılması üçün AİMROC üzləşdiyi texniki problemləri standart texniki həllər ilə aradan qaldırıla bilər. Hesabatda beynəlxalq praktikada uyğun mədən əməliyyatlarında rast gəlinən problemlərlə oxşardır və onların praktika olunan mümkün texniki həlləri mövcuddur. Texniki həlləri mümkün olmayan heç bir problem eyniləşdirilməmişdir (identifikasiya olunmamışdır)

  • Təklif olunan layihə dağ-mədən əməliyyatları nəticəsində layihə sahəsi hüdudlarında torpaqdan istifadə və bitki örtüyündə müvəqqəti və daimi dəyişikliklərə səbəb olacaqdır;

Lakin, i.ƏMSİP-də göstərilən idarəetmə və yumşaldıcı tədbirlər qəbul edilmiş və düzgün yerinə yetirilməsinin təmin edilməsi nəticəsində; ii. sahənin bağlanması tədbirlərinin səylə planlaşdırılması və həyata keçirilməsi, iii. yerli ekoloji qanunvericilik və beynəlxalq praktikada istifadə edilən ən yaxşı təcrübə prinsipləri və mütərəqqi texnologiyalardan istifadə etməklə bu təsirləri minimuma endirmək olar.

Təklif edilən ÇYL ilə bağlı ən böyük sosial-iqtisadi təsir yaxın iki kəndin otlaq sahələri kimi istifadə etdikləri torpaq itkiləridir. Lakin layihə sahəsi yaxınlığındakı icmaların maddi və sosial rifahlarının nəzəzrə çarpacaq dərəcədə artması nəticəsində layihənin ümumi sosial-iqtisadi effektlərinin müsbət olması gözlənilir.



ÇYL layihəsi üçün ətraf mühitin idarə edilməsi planının mədənin işlənməsi müddətində müntəzəm olaraq inkişaf etdirilməsi və təkmilləşdirilməsi tövsiyə olunur. O cümlədən, ƏMSTQ-də verilən yumşaldıcı tədbirlər və monitorinq proqramının aktuallığını saxlamaq , mədən sənayesinin ən yaxşı təcrübələri ilə uyğunlaşdırmaq və mədəndəki idarəetmə metodları ilə uzlaşdırılmaq üçün hər il yeniləndirilməsi tövsiyə olunur


1 İlkin Tikinti işləri proqramı üçün ƏMSTQ hesabatı hazırlanmış və ETSN ilə razılaşdırılmışdır. Hazırda Layihə sahəsində İTİP davam edir.

2 The "International Cyanide Management Code For the Manufacture, Transport, and Use of Cyanide In the Production of Gold" (Cyanide Code) http://www.cyanidecode.org/about.php


Yüklə 134,43 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə