Ci tədris ILI Fənn: Klinik psixologiya Müəllim: Dos. N. Z.Çələbiyev



Yüklə 154,34 Kb.
Pdf görüntüsü
tarix14.04.2018
ölçüsü154,34 Kb.
#38072


 

- 1 - 


2017-2018-ci tədris ili   

Fənn: Klinik psixologiya            

Müəllim:  Dos.N.Z.Çələbiyev 

İxtisas: Təhsildə

 

sosial psixoloji xidmət 

Kurs: III kurs 

III  MÖVZU:      Psixi sağlamlıq meyarları və səviyyələri. 

 

Plan: 

1.

 

Psixi sağlamlıq anlayışı və onun mahiyyəti 



2.

 

Psixi sağlamlığın üçölçülü (bioloji, psixoloji və sosial) səviyyələri. 



3.

 

Psixi pozğunluqları və xəsləlikləri şərtləndirən amillər. 



4.

 

Patopsixoloji sindromlar. 



 

Ədəbiyyat. 

1.

 



 Şəfiyeva E.İ.Klinik psixologiya. B,2002 

2.

 



 Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri, Bakı, 1981. 

3.

 



Bayramov  Ə.S.,  Əlizadə  Ə.Ə.,Seyidov  İ.Ə.  Məhkəmə  psixologiyası  məsələləri,  ADU, 

1985. 


4.

 

İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” nəşriyyatı, 



Bakı, 2002. 

5.

 



İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya  (dərslik)  2-ci  nəşr, 

Bakı, 2008. 

6.

 

İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 



7.

 

Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 



8.

 

Метделевич  В.Д.  Клиническая  и  медицинская  психология.  Практическое 



руководство.M., 1998 

 

Müasir  dövrün  aktual  problemlərindən    biri  də  insanın  sağlam  psixoloji  inkişafı  ilə 



bağlıdır. Bu,onunla izah edilir ki, sağlam psixoloji mühit sağlam rəqabətdən  doğur. Belə rəqabət 

yalnız  sağlam  insanlar  arasında  aparıla  bilər.Bu  baxımdan  dünyanın  hər  bir  ölkəsində  insan 

hüquqlarını  qorumaq  gənc  nəsli  cəmiyyətin  həm  fiziki,  həm  də  mənəvi  cəhətdən  sağlam  üzvü 

kimi yetişdirmək sahəsində mütərəqqi işlər həyata keçirilir. 

Normal halda insanın psixikası, yaxud şəxsiyyəti, fəaliyyəti və davranışı heç də həmişə 

normal  vəziyyətində  qalmır.  Bu  və  digər  səbəblərdən  tarazlıq  pozulur.Hələ  qədim  dövrlərdən 

psixikada tarazlığının pozulması psixoloji gərginlik yaradan səbəblərdən biri kimi insanlara bəlli 

olub.  Hind,Çin,  Misir,  Türk  mənbələridə  bu  barədə  geniş  bəhs  olunur.  Həmin  mənbələrdə 

psixoloji vəziyyətin dəyişməsi “ həyat gücü”nün azalması kimi izah edilir. 

Bu izahlara görə, müxtəlif enerji mərkəzlərinə təsir göstərməklə psixikada oyanma əmələ 

gətirməklə onun tarazlığını bərpa etmək mümkündür. LşUotsona görə “oyanış”- transsendensiya 



 

- 2 - 


hadisəsində    mühüm  rol  oynayır.  Bu  anlayış  İ.Kanta  məxsus  olub  onun  –transsendental 

fəlsəfəsinin mahiyyətini ifadə edir. Klassik Şərq fəlsəfəsində “oyanış” –işiqla, səhərlə, Günəşlə 

bağlı  anlayışdır.  Müəyyən  edilmişdir  ki.  Görmə  hallüsinasiyaları  zamanı  göz  örtüyünün 

hücüyrələrində elmə hələ yaxşı məlum olmayan lakin şüur tərəfindən xüsusi bir proqramla idarə 

edilən    “oyanmaya””  bənzər  proseslər  baş  verir.  Həyat  enerjisi  ilə  birbaşa  bağlı  olan  bu 

proseslərin  başvermə  mexanizmini  elmi  konteksdə  öyrənmək  çətindir,  lakin  Qədim  Şərq 

fəlsəfəsində onlar özünəməxsus fəlsəfi aspektdə izah edilir. 

Son  onilliklərdə  dünyada  baş  verən  qlobal  hadisələr  səbəbindən  insanların  psixi 

sağlamlığında bir sıra problemlər  yaratmışdır. Bu kimi amillərin nəticəsidir ki,təhsil sisteminin 

bütün pillələrində, xüsusilə məktəbəqədər yaşlı uşaqlar arasında zəif psixikaya malik olan kifayət 

qədər uşaqlar var.  Bu sahədə  səmərəliliyin  yüksəldilməsi  təhsil, ailə  və  cəmiyyətin  əlaqəsindən 

çox asılıdır. Yetişən nəslin sağlam psixikaya malik olması üçün bu üç tərəf arasında əməkdaşlıq 

olmalıdır.  

K.Q.Yunq,  K.Xorni,  A.Freyd,  Q.S..Sallivan,  İ.S.Viqotski,  K.  Holdşteyn,  A.Anqval, 

K.Levin,  S.L.Rubinşteyn,  D.B.Elkonin,  A.V.Zaporojes  və  b.  Tədqiqatlarından  məlum  olub  ki, 

yeni şərti refleklərin ləng yaranması baş beyin funksiyalarının ümumi zəifliyi ilə nəticələnir. Bu 

zəiflik  əqli  cəhətdən  ləng  inkişaf  edən  uşaqların  əsas  xüsusiyyətlərini  əks  etdirir.  Ona  görə  də 

problemli insanlarla aparılan işdə onlara fərdi yanaşmaq olduqca vacibdir. Bu, onlarda psixoloji 

təsəvvürlərin    yaradılması,  özünüdərkin  inkişafı  və  emosional  sferaya  münasibətdə 

gözlənilməlidir. 

Hələ  uşaqlıqdan  bünövrəsi  qoyulmuş  “sağlam  həyat  tərzi”  motivasiya,  davranış 

modelləri,  maraqlar  və  ustanovka  əsasında    formalaşır.  Yaşadığı  ailənin  təhsil  aldığı  məktəbin 

mühitindən, valideyn nəzarətindən asılı olaraq hər bir insan şüurlu şıkildə özünün sağlam həyat 

tərzinin  qaydalarını  müəyyənləşdirir.  Psixoloji  sağlamlıq  vəziyyəti  insanın    təbii  imkanları  ilə 

yanaşı,  fəaliyyət  və  ünsiyyət  prosesində  yaranan  sosial  əlaqələrində    də  əks  olunur.  Hazırda 

insanlarda sağlam həyat  tərzinin formalaşdırılması uşaq və  yeniyetmələrlə aparılan praktik işin 

tərkib hissəsidir. Bu iş  motivasiyanın  artırılmasına  yönəldilir. Belə  düşünülmüş və  motivləşmiş 

hərəkətlərin  əsasında  özünəinam  durur.  Onun  köməyilə  insan  çətinlikləri  aradan  qaldırdıqca, 

onların  həlli  yollarını  mənimsədikcə  yeni  hyərəkət  imkanlarına  sahib  olur..  Bu  halda 

motivasiyanın inkişafı üçün daha əlveriçli psixoloji mühit yaranır. 

Şəxsiyyətin 

öz 


uğurlarına, 

çatışmazlıqlarına 

özünütənqidə 

münasibəti 

özünüqiymətləndirmədən  də  asılıdır.  Qiymətləndirmə  fəaliyyətin  səmərəliliyinə  şəxsiyyətin 

inkişafına bir başa təsir  göstərir. Riyaziyyatdan  böyük  qabiliyyəti  olduğunu hesab edən, lakin 

olimpiadada  sonuncu  yer  tutan  insanın  vəziyyətini  təsəvvür  etməklə  çox  şeyləri  özümüz  üçün 

aydınlaşdıra  bilərik.Adekvat  qiymətləndirmə  olmadan  özünü  dərk  etmək  və  şəxsiyyətdaxili 

konfiliktlərdən qaçmaq olmaz. 

Mürəkkəb  canlı sistem kimi insanın həyat və fəaliyyəti  müxtəlif, lakin bir –biri ilə sıx 

əlaqədə olan səviyyələrdə təmin olunur. Bu baxımdan 3 əsas spesifik səviyyələri fərqləndirmək 

olar:  bioloji  psixixoloji,  sosial.  Adları  qeyd  olunan  hər  bir  səviyyələrdə  insanın  sağlamlığı 

öxünəməxsus  təzahürlərə  malikdir.  Bioloji  səviyyədə  sağlamlıq  orqanizmin  bütün  daxili 

orqanlarının  dinamik  müvazinətini  və  ətraf  xarici  aləmin  təsirlərinə  adekvat  uyğunlaşmanı 

nəzərdə tutur.  Sağlamlığın profilaktikası, orqanizmin müdafiə qüvvələrinin möhkəmləndirilməsi 

və  somatik  xəstəliklərin  müalicəsi  ənənəvi  tibbdə  qədimdən  həyata  keçirilir.  Bioloji  səviyyədə 

sağlamlıq  isə  öz  növbəsində  psixoloji  səviyyə  ilə  sıx    bağlıdır.  Belə  bir  sual  qarşıda  durur: 

Sağlam  şəxsiyyət  nə  deməkdir?  Məşhur  rus  psixiatrı  S.S.Korsokovun  qeyd  etdiyi  kimi, 

şəxsiyyəti  təşkil  edən  bütün  xüsusiyyətlər  nə    qədər    davamlı  və  əks  təsirlərə  qarşı 



 

- 3 - 


müvazinətlidirsə,  onda  şəxsiyyətin    bütövlüyünü  pozmaq  mümkün  deyildir.  Psixi  cəhətdən 

sağlamlıq  şəxsiyyəti  dəyərləndirən    əsas  amildir.  Müəyyən  neqativ  xarakter  əlamətləri,  əxlaqi 

sahədə  qüsurlar,  sərvət  yönəlişliyindəki  yanlışlıqlar  şəxsiyyətin  dəyərini  aşağı  salır.  Psixoloji 

sağlamlıqdan  sosial  sağlamlıq  səviyyəsinə  keçid  kifayət  qədər  şərtidir.  Psixoloji  xüsusiyyətlər 

insanın  əhatə  olunduğu  ictimai  münasibətlər  sistemindən  kənarda  deyildir.  Bu  səviyyədə  insan 

ictimai  varlıq  kimi  fəaliyyət  göstərir.  Burada  uyğun  olaraq  sosiumun  şəxsiyyətin  sağlamlığına 

təsiri məsələsi ön plana çıxır. Şəxsiyyətin psixi sağlamlığı müxtəlif sosial əlaqələrin, o cümlədən 

ailə, dostlar və qohumlarla ünsiyyət, iş, asudə vaxt, dini və digər təşkilatlara mənsubiyyət və s. 

təsirinə məruz qalır. Bu təsirlər müsbət və neqativ xarakterli ola bilər. Yalnız sağlam  psixikaya 

malik  olan  insanlar  özlərini  sosial  sistemin    fəal  iştirakçıları  kimi  hiss  edirlər.  Tərbiyə  işinin 

özbaşına  buraxılması  və  ətraf  mühitin  əlverişsiz  təsiri  insanın  cəmiyyətdə  qeyri-adekvat 

davranışlarının müxtəlif təzahürlərinə, şəxsiyyətin kriminal inkişafına və deqradasiyasına səbəb 

ola  bilər.  Şəxsiyyət  o  vaxt  dəyişir  və  deqradasiyaya  məruz  qalır  ki,  onun  insanlara,  əməyə  və 

kollektivə qarşı normal münasibəti dəyişir. Yalnız davamlı və daimi fəal münasibətlər şəxsiyyətə 

şəxsi inamını qorumağa, ətraf xarici aləmin neqativ təsirlərini aradan qaldırmağa, maneələri dəf 

etmək


,  son  nəticədə  qarşıya  qoyulmuş  məqsədə  nail  olmaq  imkanı  verir.  Sosial 

səviyyədə psixi sağlamlıq ideyasının reallaşması cəmiyyətdə özünü doğrultmayan, 

dəyərini  itirmiş  adət  və  ənənələri  aradan  qaldırmağı,  təlim  və  tərbiyə  sistemində 

islahatlar yolu ilə onu təkmilləşdirməyi, sosial məşğulluğu, asudə vaxt problemini 

səmərəli təşkil etməyi, qida sənayesində dəyişikliklər etməyi və s. tələb edir. 

Bir  sıra  ədəbiyyatlarda  psixi  sağlamlıq  kateqoriyasının  xarakteristikasına  onun  bir  sıra 

ayrı-ayrı  ifadəli  əlamətləri  daxil  edilir.  Onların  sırasında  psixi  müvazinət  kateqoriyası  birinci 

yerdə durur. Onun köməyi ilə insanın psixi  fəaliyyətinin xarakteri haqqında (idraki,  emosional 

və  iradi)  fikir  yürütmək  olar.  Şəxsiyyətin  inkişaf  anomaliyası  onun  şəxsiyyət  baxımdan 

disharmoniyasının  ayrı-ayrı  təzahürləri,  onun  sosial  mühitdə  öz  mühazinətini  itirməsi,  yəni 

cəmiyyətdə sosial adaptasiya proseslərinin pozulması haqqında fikir irəli sürməyə əsas verir. Bu 

kiriteriya  üzvi  şəkildə    digər  iki  amillə-psixikanın    ahəngdar  təşkili  və  onun  uyğunlaşma 

imkanları ilə bağlıdır.  

Psixi  müvazinət  və  onun    ifadəlilik  dərəcəsi  insanın  obyektiv  şəraitə  mütəhərrik  olaraq 

uyğunlaşması ilə bağlıdır. Rus psixoloqu V.N.Myasinsevanın fikrincə, insanın mütəhərrikliyi və 

onun  ətraf  xarici  təsirlərə  reaksiyasının  adekvat  olması  norma  və  patologiyanın  sərhədlərinin 

aydınlaşdırmağa  təkan  verir.  Aydın  məsələdir  ki,  qeyri-mütəhərrik,  davamsız  reaksiyaları  ilə 

diqqəti  cəlb  edən  insanın  faktiki    olaraq  müvazinəti  və  onun  şəxsi  statusunun  əsasında  duran 

hormonik qarşılıqlı təsirlər pozulmuşdur. Yalnız  psixi cəhətdən sağlam, yəni mütəhərrik adamda 

biz davranışın nisbi sabitliyini və onun xarici şəraitə adekvat olmasını müşahidə edirik. 

Bütün  bunlarla  yanaşı  insanın  psixi  sağlamlığına  kompleks  yanaşmada  və  onun 

qiymətləndirilməsində  yeni  perspektivlər  mövcuddur.  Elmi  ədəbiyyatlarda  bir  çox  kriteriyalara 

kompleks  yanaşaraq  psixi  sağlamlıq  anlayışını  səciyyələndirmək  təşəbbüslərinə  heç  də  az 

təsadüf  olunmur.  Bunlardan  iki  başlıca  nəticə  çıxarmaq  olar.  Həmin  kriteriyalar  içərisində 

şəxsiyyətin  optimizmi,  mütəhərrikliyi,  mənəviyyatı  (ləyaqətli,  vicdanlı  və  s.)  olması,  adekvat 

iddia  səviyyəsi,    borc  hissi,  özünə  inam,  incikliyi  bağışlamağı  bacarması,  azad  və  əməksevər 

olması,  məsuliyətliliyi,  yumor  hissinə    malik  olması,  xeyirxahlığı,  səbrliliyi,  özünəhörməti  və 

özünənəzarəti kimi xüsusiyyətlər əsas yer tutur. 

Psixi  sağlamlıqdan  söhbət  gedərkən  psixi  vəziyyətlər  sahəsinə  adətən  emosional 

dayanıqlılıq  (özünüəlalma) hisslərin  yaşa uyğun  yetkinliyi,  neqativ emosiyaların (qorxu, günah 




 

- 4 - 


hissi,  acgözlük,  nifrət  və  s.)  olmaması,  hiss  və  emosiyaların  sərbəst  və  təbii  təzahürləri, 

sevinmək, adət edilmiş əhval-ruhiyyənin üstünlüyü aid edilir. 

Psixi  sağlamlığı  şərtləndirən  psixi  proseslər  sırasına  duyğu  və  qavrayışın  adekvat 

xarakterdə  olması,  diqqəti  mərkəzləşdirmək  qabiliyyəti,  informasiyanı  hifz  edib  saxlamaq  

bacarığı,  informasiyanı  məntiqi  cəhətdən  emal  etmək  qabiliyyəti,  təfəkkürün  tənqidiliyi, 

kreativlik  (yaradıcılıq,  intellektdən  istifadə  qabiliyyəti),  özünü  tanıma,  əqli  intizam  (fikirləri 

idarə etmək) qabiliyyəti aid edilir. Şəxsiyyətin psixi sağlamlığında həmrəylik, həqiqətə can atma, 

humanist  dəyərlərin  prioritet  olması,  özünüinkişaf  orientasiyası  və  özünüzənginləşdirmə  kimi 

keyfiyyətlər  aktuallıq  kəsb  edir.  İradi  güc,  hisslərin  əxlaqi  tərbiyəlilik  səviyyəsi,  fəallıq  və 

enerjilik  özünənəzarət  qabiliyyəti  kimi  mühüm  keyfiyyətləri  də  psixi  sağlamlığın  kriteriyaları 

kimi dəyərləndirmək olar. 

Şəxsiyyətin sosial sağlamlığı öz əksini onun sosial gerçəkliyi adekvat davramasında, ətraf 

aləmə  qarşı  marağında,  fiziki  və  ictimai  mühitə  uyğunlaşmasında,  ictimai-faydalı  əməyə 

yönəlişliyində, 

istehlak 

mədəniyyətində 

alturizm, 

empatiya, 

başqaları 

qarşısında 

məsuliyyətliliyində, demokratik baxışlarında əks etdirir. 

Psixi  xəstəlik  kimi  şəxsiyyətin  psixoloji  portretində    zərərli  vərdişlərə  aludəçilik, 

məsuliyyətdən  qaçma,  özünə  inam  və  etibarı  itirmə,  passivlik,  əsəbilik,  utancaqlıq,  pintilik, 

yalançılıq,  kütlük,  səbəbsiz  qəddarlıq,  insanlara  düşməncəsinə  münasibət,  qisasçılıq,  hədsiz 

qorxaqlıq və s. aid edilir. 

İdraki  sferada  psixi  pozğunluqlara  qavrayışın  qeyri-adekvat,  illüzior  xarakterdə  olması, 

öz  “Mən”ini  qiymətləndirə  bilməmək,  məntiqsizlik,  hədsiz  təlqinə  düşmə,  doğma  adamlara 

biganə  münasibət  passiv    həyat  mövqeyi,  iradə  zəifliyi,  destruktiv  davranış,  münaqişəyə 

meyllilik, erosentrizm, qəddarlıq əşyabazlıq aiddir.  

Psixi  sağlamlığın  təyin  edilməsində  özünüidarə  ideyası  XX  əsrdə  çox  psixoloq  və 

psixiatrların  diqqətini  cəlb  etmişdir.  Belə  bir  fikir  mövcud  olmuşdur  ki,  xəstə  insandan  fərqli 

olaraq sağlam insan özünün psixikasını idarə etməyi və ona nəzarəti daha yaxşı bacarır.  

Sağlam  psixikanın  təmin  olunmasında  müəyyənedici  rol  şəxsiyyətin  ətraf  aləmlə 

qarşılıqlı əlaqəsi və təsiri amilinə məxsusdur.  

Müasir  dövrdə  psixiatriyaya  insan  şəxsiyyətinin    ruhi  sağlamlığının  və  rifahının 

qorunması və idarə olunmasına xidmət  göstərən elmi əlavə kimi baxırlar. 

Belə bir fikri əsas götürürlər ki, psixi xətəliklərin spesifik xüsusiyyətləri psixi özünüidarə 

ümumiliklə psixi sağlamlığın ən mühüm kriteriyalarından hesab edilir. 

Psixoloji özünüidarəyə aşağıdakı mərhələlər daxildir: 

a)

 



idarəetmə məqsədinin  qoyulması; 

b)

 



informasiyanın qəbulu və işlənməsi; 

c)

 



qərara qəbulu; 

d)

 



qərarın həyata keçirilməsi və nəzarət. 

Bu mərhələlərin hər birində psixi sağlamlığı təmin etməyə təsir göstərən proseslər inkişaf 

edir. Fikrimizi izah edək. 

Məqsədyönlülük  şəxsiyyətə  məxsus  olan  keyfiyyət  olub,  insana  onun  nəyin  naminə 

hərəkət  etməsini  göstərir.  Həyatda  məqsədin  düzgün  seçilməsi,  psixi  sağlamlığın  təmin 

olunmasının ən mühüm şərtlərindən biridir. 

Məsələn, həyat yolunun düzgün seçilməsi. Sənət seçimi, cəmiyyətdə yerini və mövqeyini 

müəyyənləşdirmək və s.hər bir şəxsin qəbul edəcəyi həyati əhəmiyyətə malik olan məsələdir. 

İstər  əmək  sahəsində,  istərsəd  də  həyatda  öz  yerini  tapa  bilməyən  hər  bir  insanın 

timsalında  cəmiyyət  əvəzedilməz  şəkildə  maddi  və  mənəvi  zərər  çəkər,  itki  verir.Psixoloji 




 

- 5 - 


zədənin  ən  böyüyü  isə  şəxsiyyətin  özünə  dəyir.  İnsanın  uzunmüddət    xoşlamadığı  bir  işdə 

çalışması  onun  daxili  psixoloji  durumunun  pozulmasına,  şəxsiyyətin  deformasiyasına  gətirib 

çıxarır. 

Özünüidarə  sisteminin  funksional  bütövlüyü  ilk  növbədə  ondan  asılıdır  ki, 

informasiyaların qəbulu və təhlili prosesi nə dərəcədə səmərəli cərəyan edir. Elə həmin zəmində 

də orqanizm xarici aləmi və öz halətini, vəziyyətini əks etdirir. 

Yəni insanın ətraf mühitə bələdləşməsinin əsas şərtini onun psixikasının daxili və xarici 

mühitinin  düzgün  əks  etdirilməsi  təşkil  edir.  Praktikada  baş  verən  hər  bir  psixoloji  dəyişiklik 

ətraf mühitdən gələn idrak məlumatlarının şəxsiyyət tərəfindən düzgün əks edilməsi ilə bağlıdır. 

İnsanın  süni  şəkildə  informasiya  axınından  məhrum  edilməsi  (sensor  aclıq)  üzrə  aparılan 

təcrübələr  göstərdi  ki,  belə  şəraitdə  insanlar  uzun  müddət  qala  bilmirlər.  İnsanın  uzun  müddət 

“sensor  aclıq”  şəraitində  saxlanılması,  onun  psixikasında  bəzi  neqativ  hallara  gətirib  çıxarır 

(illüziya, hallyüsinasiya) və s. 

Müasir təhsil sisteminin əsas xüsusiyyətlərindən biri hələ də insana ətraf aləm haqqında 

daha  çox  bilik  vermişdir.  Bu  səbəbdəndir  ki,  insanın  özü  haqqında,  psixi  imkanları  haqqında 

malik  olduğu  bilik,  həcm  etibarilə  ətraf  aləm  haqqında  bildiklərindən  çox  azdır.  Olanlar  da 

fraqmental və dayazdır. 

Özünün  psixi  sağlamlığını  qorumaq  üçün,  özünü  idarəetmək  üçün  insan  özü  haqqında 

əsaslı  nəzəri  və  praktik  biliyə  yiyələnməlidir.  Belə  bir  biliyin  çatışmamazlığını  hamımız  etiraf 

edirik və onun törətdiyi ağır nəticələrdən isə təəssüf ki, çoxumuzun xəbəri yoxdur. 

İnsan  özünün  psixi  vəziyyətinin  “dilini  aça  bilməlidir”  və  ona  təsir    göstərməyi,  yeri 

gəldikdə  isə  idarə  etməyi  bacarmalıdır.  Hər  bir  insan  özünün  güclü  və  zəif    xüsusiyyətlərini, 

həmçinin  fiziki  və  psixi  imkanlarının  səviyyəsini  düzgün    və  adekvat  şəkildə 

qiymətləndirməlidir. İnsan psixi sağlamlığını idarə etməyi bacarmalıdır. 

Hər  bir  kiçik  psixi  problemlərdən    ötrü  həkim  –psixoterapevtə,  ekstrasensə,  hipnozçuya 

və digər şəfaverici insanlara müraciət etmək insanı ətraf mühitdən asılı və passiv vəziyyətə salır. 

İnsan öz gücünə inanmalı, imkanlarının sərhədlərini bilməli və lazım olduqda onların hesabına 

öz –özünü tənzimləməlidir. 

Psixi özünüidarəetmə məsələsində, özünənəzarətin xüsusiyyətləri bir prosesə deyil, bütün 

psixi  proseslərə aid olmalıdır. Beləliklə, dövri sxem üzrə (qəbul, yenidən işlənmə, qərar qəbulu 

və onun həyata keçirilməsi) informasiyanın dəyişilməsi özünənəzarətlə müşayiət olunmalıdır. Bu 

da  əvvəlcədən  qarşıya  qoyulmuş  məqsədə  nail  olmanı  və  özünüdərketmə  prosesinin  səmərəli 

cərəyan etməsini təmin edəcəkdir. 

Psixi  sağlamlığın  mühüm  meyarı  olan  özünənəzarət,  lazımi  səviyyədə  təsdiq  olunmaq 

əvəzinə daha çox xatırlanır. Bununla yanaşı yaxşı məlumdur ki, texnikanın idarə olunmasında ən 

çox pozuntular özünənəzarətin itirilməsindən irəli gəlir. 

Xəstə  adamın  davranışında  aqressivlik,  özündənçıxma, impulsivlik  kimi  özünü  göstərən 

psixi pozuntular emosional nəzarətin zəifləməsinin  məntiqi nəticəsi kimi başa düşülməlidir.Psixi 

pozuntuların bir sıra formaları emosional nəzarətin zəifləməsi nəticəsində baş verir. Buna misal, 

xəstə adamların davranışında özünü göstərən  impulsivlik, çılğınlıq, aqressivlik kimi halları qeyd 

etmək olar. 

Uzunömürlülüyün  psixoloji  əsasları  da  maraqlıdır.  Nəzərə  almaq  lazımdır  ki,  insanın 

sağlamlığı  bir  sıra  zəruri  amillərdən  asılıdır.  Müəyyən  edilmişdir  ki,  sağlamlığın  50%  insanın 

həyat  tərzindən,  20%  irsi  xüsusiyyətlərindən,  10%  isə  tibbi  xidmətlərdən  asılıdır.  Həyat  tərzi 

dedikdə insanların müəyyən ictimai-iqtisadi şəraitdə həyat və fəaliyyəti, onun bu şəraitdə maddi 

və  mənəvi  təlabatlarının  ödənilməsi,  həmçinin  ünsiyyət  və  davranış  normaları  başa  düşülür. 




 

- 6 - 


Sağlam  həyat  tərzi  nisbətən  məhdud  bir  anlayışdır.Həmin  anlayış  insan  orqanizminin  həyat 

fəaliyyətinin daxili və xarici amillərinin vəhdəti nəticəsində bu sistemin uzun müddət işləməsini, 

həmçinin  orqanizmin  möhkəmlənməsinə,  şəxsiyyətin  ahəngdar  inkişafına,  əmək  və  istirahət 

üsullarının qarşılıqlı təsirini bildirir. 

Sağlam  həyat  tərzi,  psixi  sağlamlıq  insanların  təbii  tələbatına  çevrilməlidir.  Belə  olan 

halda insan heç bir çətinlik çəkmədən, könüllü şəkildə ona nail olacaqdır. 

Sağlam  həyat  tərzinin  tərbiyə  olunmasına  lap  kiçik  yaşlarından  başlamaq  lazımdır.  Elə 

etmək lazımdır ki, uşaqlarda sağlam həyat tərzinə daxili təlabat yaransın.  

Adətən  sağlam  həyat  tərzinin  tərbiyə  olunması,  öyrədilməsi  işində  bir  problemlə 

qarşılaşılır. Bu elə bir problemdir ki, onunla kiçik uşaqdan  yaşlı adama kimi hamı üzləşir. Bu, 

sağlam  adamın  öz  orqanizminin  qayğısına  qalması  ilə  bağlıdır.  Belə  ki,  sağlam  adam  özünü 

yaxşı  hiss  etdiyi  üçün  səhhəti  ilə  maraqlanmır.  O,  sağlamlığının  qədrini  bilmir.  İnsan  öz 

sağlamlığı  ilə  maraqlanmır.  O,  sağlamlığının  qədrini  bilmir.  İnsan  öz  sağlamlığı  ilə  naxoş 

olduğu, xəstələndiyi zaman yaxından maraqlanmağa başlayır, onun qayğısına qalmaq istəyir.  

Herontologiyanın  banilərindən  sayılan  İ.İ.Meçnikov  bu  məsələ  ilə  bağlı  qeyd  edirdi  ki, 

ölüm qorxusu ahıl yaşında olan insan üçün öz mənasını itirir. İnsanlar öz təbii ölümlərini axıra 

kimi yaşaya bilmədikləri üçün ölümdən qorxurlar. 

Uzunömürlülər ailə üzvləri və yaxın adamları ilə çox yaxşı münasibətdə olmağa çalışır, 

ətrafdakılara  qarşı  qayğıkeş  və  diqqətcil  olurlar.  Onlar  çalışırlar  ki,  qohumları,  qonşuları  və  iş 

yoldaşları konfliktə düşməsinlər, özləri də konfliktlərdən uzaq olmağa səy göstərirlər. 

Uzunömürlülər  öz  həyatlarını  taleyin  hökmü  ilə  deyil,  arzu  və  bacarıqları  əsasında 

qururlar. Onlar sağlamlıqlarına xüsusi diqqət  yetirilər. Uzaqgörənlik belələri üçün adi  davranış 

normasına çevrilir. 

Uzunömürlülər  hafizənin,  diqqətin  zəifləməsi  ilə  əlaqədar  olaraq  davranış  və 

hərəkətlərinə  psixomotorikanın  hesabına  nəzarət  edir,  bununla  qarşıya  çıxa  bilən  səhv  və 

xataların qarşısını alırlar. 

Uzunömürlülük yolunda ən çətin sınaq dövrü öz sənəti, peşəsi ilə bağlı olaraq, rayon və 

kənd  əhalisi  üçün  “təqaüd  məşğuliyyətçi”  məsələsi  o  qədər  də  ciddi  problem  olmur.  Belə  ki, 

həyatyanı sahədə çalışma meyli problemin həlli üçün yaxşı çıxış yoludur. 

Yaşa  görə  təqaüdə  çıxmaqla  bağlı  olaraq,  ortaya    bir  neçə  riskli  amillər  çıxır.  Bunlar 

aşağıdakılardan ibarətdir: 

1.

 



İşçinin yüksək peşəkarlığı, peşəkarlıq nə qədər yüksək olarsa, işdən ayrılmaq da bir qədər 

ağır olur. 

2.

 

İşi  davam  etdirmək kimi  daxili  istəklə, işdən çıxmanın  zəruriliyi  arasında uyğunsuzluq, 



ziddiyyətin olması. 

3.

 



Təqaüd  yaşına  psixoloji  cəhətdən  hazır  olmamaq,  işdən  başqa  heş  bir  şeyə  marağın 

olmaması. 

4.

 

Təqaüdə çıxmaqla bağlı insanda gərəksizlik və lazımsılıq hissinin baş qaldırması. 



5.

 

Ailə və cəmiyyətə ağır yük olmaq hissinin yaranması və s. 



 

Özünün psixi sağlamlığını qorumaq və özünü idarə etmək üçün insan özü haqda əsaslı nəzəri 

və  praktiki  biliyə  yiyələnməlidir.Bu  müddəa  həmçinin  insanın  səhhəti  ilə  əlaqədar 

mənimsənilməli biliklərdə aiddir.Belə ki, QİÇS-ə necə yoluxmanın səbəbləri sırasında şəxsin 

bu  sahədə  olan  informasiya  kasadlığını  göstərmək  olar.  Etiraf  etməliyik  ki,  həm  psixoloji, 

həm də bioloji sağlamlığımızla bağlı bilikçatışmazlığın və bundan törənən ağır nəticələrdən  

təəssüf ki, çoxumuzun  xəbəri yoxdur. 



 

- 7 - 


 

İnsanın  qəbul  etdiyi  informasiyanın  həddən  ziyadə  çox  olması  da  psixikanın  normal 

fəaliyyətinin  pozulmasına səbəb olur. Məsələn, QİÇS haqqında həddən artıq informasiyaya 

malik olmağın öz-özlüyündə müsbət tərəfləri olduğu kimi mənfi tərəfləri də vardır. Həddən 

artıq informasiyaya malik olan bir çox insanlar QİÇS-in əlamətlərini özündə tapmağa  çalışa, 

bu  virusa  yoluxduğun  zənn  edə  bilər  və  lazımsız  dərinliklərə  gedə  bilirlər.Buna  görə  də 

insanın həyat fəaliyyətinin normal şəkildə davam etməsi üçün onun qəbul etdiyi informasiya 

axını  və  ən  əsası  bu  informasiyanın  harda  və  necə  istifadə  etmək,  məlumatları  düzgün 

yönəltmək insanın özünə mühit tərəfindən idarə edilməlidir. 

 

Psixopatoloji sindromlar 

    Psixi  xəstəliklərin  diaqnostikasında  böyük  əhəmiyyətə  malik  olan  psixopatoloji  sindrom  bir 

neçə əlamətin birləşməsinə deyilir. Sindrom xəstəliyin hər hansı bir mərhələsini əks etdirməklə 

eyni  zamanda  dəyişə  bilər.Məsələn,  şizofreniya  xəstəliyində  təsadüf  edilən  nevrotik  sindrom 

xəstəliyin  başlanğıcında,  hallüsinator-paranoid  sindrom  inkişaf  mərhələsində,  apato-obulik 

sindrom  isə  son  dövründə  təsadüf  edilir.  Beləliklə  hər  bir  sindrom  sadədən  mürəkkəbə  doğru 

inkişaf edərək xəstəliyin inkişafını xarakterizə edən patogenetik qanunauyğunluğu əks etdirir. 

    Psixiatriya  təcrübəsində  qəbul  olunmuş  “kiçik”  və  “böyük”,  “neqativ”  və  “pozitiv”  sindrom 

anlayışı  vardır.  Sindromların  böyük  və  kiçikliyi  patoloji  prosesin  yayılma  dərəcəsini  göstərir. 

Pozitiv əlamətlər xəstəliyin inkişafının dinamikasını əks etdirən kəskin əlamətləri nəzərdə tutur. 

Onlara misal olaraq psixi avtomatizm, maniakal, paranoyal sindromları göstərmək olar. Müalicə 

nəticəsində  bu  əlamətlər  tamamilə  yox  ola  bilər.  Neqativ  sindromlar  isə  xəstəliyin  qüsur 

əlamətləri  kimi  meydana  çıxır,  əksər  hallarda  stabil  əlamətlərdir.  Belə  sindromlardan  enerji 

potensialının  enməsini  (şisefreniyada)  şəxsiyyətin  dəyişməsini  (epilepsiyada),  psixi  marazmı 

(qocalıq ağıl zəifliyində) göstərmək olar. Xəstəliyin gedişi zamanı sindromların təyininin bir sıra 

praktik əhəmiyyəti vardır. 

                                         Nevrotik sindromlar 

      Astenik sindrom qıcığa qarşı həssaslığın artması və tez yorulma əlamətləri ilə özünü büruzə 

verir.  Əhvali-ruhiyyə  asanlıqla  və  qısa  müddət  ərzində  müxtəlif  istiqamətlərdə  dəyişə  bilər. 

Xəstələr  ümumi  narahatlıqdan,  başağrısı  və  yuxunun  pis  olmasından  şikayət  edirlər.  Əsassız 

somatik şikayətlər (ürək, mədə, qaraciyər nahiyələrində ağrılar), yaddaşın zəifliyi, vegetativ sinir 

sisteminə  aid  əlamətlər (ürəkdöyünmə, tərləmə) astenik sindromun  daimi əlamətləridir. Bir sıra 

hallarda  astenik  vəziyyət  sarışan  qorxular,  isterik  tutmalar,  əhvali-ruhiyyənin  düşkünlüyü  və  s. 

əlamətlərlə ağırlaşaraq müəyyən müddət xəstələrin əmək qabiliyyətinin itməsinə səbəb ola bilər. 

      Sarışın hallar sindromu sarışan qoxuların, fikirlərin və hərəkətlərin eyni vaxtda birlikdə və 

ya  ayrılıqda  meydana  çıxması  ilə  xarakterizə  olunur.  Xəstələr  onları  narahat  edən  halların 

lüzumsuzluğunu başa düşür (tənqidi münasibət göstərir) lakin, mübarizə apara bilmirlər. Qeyri-

normal  fikirlər,  qorxu,  mənasız  hərəkətlər,  sanki  onları  aramsız  olaraq  təqib  edir,  əlçəkməz, 

yorucu  olurlar.  Sarışan  hallar,  bir  qayda  olaraq,  əhvali-ruhiyyənin  enməsi,  ipoxondrik 

şikayətlərlə  birlikdə  təsadüf  edir.  Xəstələr  daim  mənəvi  iztirablar  keçirir,  vəziyyətlərinin 

ağırlaşması qorxusu bir an belə onları sakit buraxmır. 

   Sarışan  hallar  sindromu,  əsasən,  nevrozlarda,  endogen  psixi  xəstəliklərin  (şizofreniya,  MDP) 

başlanğıc mərhələlərində və epilepsiya zamanı rast gəlinir. Bu sindrom özünü olduqca müxtəlif 

formalarda büruzə verə bilər. Geniş yayılmış klinik variantları aşağıdakılardır: sarışan şübhələr 

–  xəstə  gördüyü  işə,  hərəkətlərinə  və  s.  şübhə  ilə  yanaşır,  inamsızlıq  göstərərək  öz-özünü 

dəfələrlə  yoxlayır.  Məsələn,  evin  işığını  söndürmüşdürmü,  qapını  bağlamışdırmı.Bu  kimi 

şübhələrin  təsiri  altında  yarı  yoldan  geri  dönərək  özlərini  yoxlayırlar.  Sarışan  xatırlamalar 



 

- 8 - 


zamanı  xəstə  xoşagəlməyən  nalayiq  hərəkətləri  yada  salır,  heç  cür  onları  unuda  bilmir,  iztirab 

keçirir. 



    Sarışın  meyllərdə  hər  hansı  bir  təhlükəli  hərəkət,  qəddarlıq  etmək  fikri  meydana  çıxır.  Belə 

meyllər bəzən yaxın adamlara (həyat yoldaşına, sevdiyi şəxsə, övladlarına) qarşı yönəlir. 

      Sarışan  qorxularda  xəstələr  hündürlükdən,  geniş  meydandan,  izdihamdan,  sudan  və  s. 

Qorxur.  Bir  sıra  hallarda  bəzi  xəstəliklərə  tutulmaqdan  qorxurlar.  Məsələn,  siflisə 

(sifilissofobiya),  spidə  (spidofobiya),  xərçəng  xəstəliyinə  (kanserofabiya)  və  s.  Bir  nəfər  xəstə 

özünü infeksiyadan mühafizə etmək məqsədi ilə daima əlçəkdə gəzir, əl verməkdən imtina edir. 

Ən yaxın adamları ilə məcburən görüşdükdən sonra, əlini dəfələrlə yuyub sonra sakitləşirdi. 

       Sarışan  hərəkətlər  zamanı  xəstələr  müxtəlif  yersiz,  bəzən  gülünc  hərəkətlər  edir.  Məsələn, 

küçədəki maşınların nömrələrini əzbərləyir, hündür binaların mərtəbələrini sayır, ağacların yaşıl 

yarpaqlarını qıraraq əzişdirir və s. Bəzən xəstələr öz hərəkətləri üçün xəcalət çəkir. Biri onların 

hərəkətlərini gördükdə bəraət qazandırıcı izahat verməyə cəhd göstərirlər. 

       İsterik  sindrom.  İsteroid  xasiyyətə  malik  olan  şəxslərdə  psixi  travmalarla  əlaqədar  olaraq 

meydana çıxır. Bu sindrom müxtəlif kliniki formalarla təzahür edə bilər (isterik tutmalar, Qanzer 

sindromu,  psevdodemensiya,  pueriliəm  və  s.)  Bir-birinə  zidd  istiqamətdə  dəyişə  bilən  parlaq 

emosional  reaksiyalarla  ifadə  olunan  əlamətlərlə  özünü  büruzə  verir.  Xəstəliklərin  davranış  və 

rəftarında qeyri-təbii hərəkətlərlə zəngin olan eqosentrizm - ətraf adamların nəzər diqqətini cəlb 

etməsi  xasiyyəti qabarıq şəkildə ifadə olunur. Belə  şəxslərin danışıq tərzi, səsin  intonasiyası  və 

işlətdiyi sözlərin məzmunu (çox vaxt uydurmalar, şişirtmələr) nəzər diqqəti cəlb edir. Ətrafdakı 

adamları  inandırmaq,  onları  özləri  ilə  həmfikir  etmək  məqsədilə  bəzən  ucadan  qışqırmaq,  göz 

yaşı  axıtmaq, qab-qacağı sındırmaq,  yaxud özünə xəsarət  yetirmək belə xəstələrin adi davranış 

tərzi kimi qeyd olunur. Affektiv epizodlardan sonra bəzən xəstələrdə funksional xarakterli, geri 

dönən parez və ifliclər, korluq, karlıq, lallıq kimi əlamətlər müşahidə olunur. 

      İsterik  sindromun  kliniki  variantlarından  aşağıdakıları  görmək  olar:  isterik  tutma,  hər-hansı 

bir psixi qıcıqla əlaqədar olaraq xəstə əsəbiləşir, sonra yıxılır, həm də özünə xəsarət yetirmədən, 

münasib  yerə,  sonra  müxtəlif  xaotik  hərəkətlər  edir,  əcayib  səslər  çıxarır,  ritmik  olaraq  əlini-

ayağını,  bəzən  başını  döşəməyə  çırpır,  sifətini,  bədəninin  müxtəlif  nahiyələrini  cırmaqlayır, 

hönkürtü ilə ucadan ağlayır, saçını yolur və s. 

      İsteriya  sindromunun  xarakter  əlamətlərindən  biri  də  isteriya  cəngolma  tutmasıdır.  Belə 

tutma  zamanı  xəstə  əzələlərini  qıcıqdaraq  başı  ilə  dabanları  üstə  dayanmaqla  bütün  bədənini 

qıvsvarı şəkildə havaya qaldırır (isteriya qövsü). Epilepsiya tutmasından fərqli olaraq müəyyən 

ardıcıllıqla  cərəyan  edən  tonik  və  klonik  cəngolma  əlamətləri  olmur.  Xəstənin  düşüncəsi 

pozulmur.  Tutma  nisbətən  uzun  -20-30  dəq.,  bəzən  daha  çox  çəkir.    Tutma  zamanı  xəstələrə 

diqqətlə yanaşmaq, qayğıkeşlik göstərmək, tutmanın müddətini daha da uzada bilər. Bunu nəzər 

alan  təcrübəli  həkim  xəstənin  hərəkətlərinə  əhəmiyyət  vermir,  əksinə  ona  acıqlanma,  təmbeh 

etməklə tutmanı tez bir zamanda dayandıra bilir. 

    Qanzer  sindromu.  Reaktiv  psixozlar  zamanı  rast  gəlinən  primitiv  müdafiə  reaksiyasıdır. 

Düşüncənin  isterik  (funksional)  alaqaranlıq  şəkildə  pozulması  halıdır.  Güclü  psixi  travma 

nəticəsində baş verir və adətən, bir neçə gün davam edir. Xəstələr veilən suallara səhv (şox vaxt 

yanlış)  cavab  verirlər.  Davranışları  bayağı  və  gülünc  olur.  Məsələn,  şalvarı  tərsinə  geyir, 

papirosu  tütün  olan  tərəfdən  ağzına  qoyub,  müştuq  tərəfini  yandırırlar  və  s.  Mühütə  bələdliyi 

pozulur öz halından sonra amneziya qeyd olunur. 



      Puerilizm  –  Qanzer  sindromu  kimi  psixi  travmalar  nəticəsində  meydana  çıxır,  lakin  ondan 

fərqli olaraq ən çox qadınlarda müşahidə edilir. Xəstələr özlərini az yaşlı uşaqlar kimi aparırlar. 

Məsələn,  yaşlı  qadın  kukla  ilə  oynayır,  kiçik  uşaq  kimi  danışır,  yaşca  özündən  kiçik  adamlara 



 

- 9 - 


“dayı”,”əmi”, “xala” deyə müraciət edir və s. Adətən, uzun sürmür, lakin bəzən həftələrlə davam 

edə bilir. 

      İsterik  stupor  nitqin  tormozlanması,  hərəkətsizlik,  bir  sıra  hallarda  isə  yalançı  ağıl  zəifliyi 

əlamətləri  ilə  özünü  büruzə  verir.  Reaktiv  psixozlarda  özünümüdafiə  reaksiyasının  bir  forması 

kimi meydana çıxır. İsterik sindromun müalicəyə çətin tabe olan və uzun sürən formalarındandır. 

      İpoxondrik sindrom əsassız olaraq özünü xəstə hesab etmək, müxtəlif orqanlarda ağrıların 

və  digər  pataloji  halların  olmasından  şikayətlənmək  kimi  əlamətlərlə  təzahür  edir.  Xəstələr 

müxtəlif  ixtisas  həkimlərinə  müraciət  edərək  mövcud  olmayan  xəstəliklərin  tapılmasını  tələb 

edirlər.  Belə  xəstələr bəzən cərrahi  müdaxilə etdirərək orqanlardakı  “çatışmazlığı” ləğv etməyə 

çalışırlar.  Bu  sindrom  nevrozlarda,  mərkəzi  sinir  sisteminin  orqanik  xəstəliklərində, 

şizofreniyanın bəzi kliniki variantlarında rast gəlinir. 

                                     Emosional (affektiv) sindromlar 

 

    Maniakal sindrom əhvali-ruhiyyənin səbəbsiz yüksəlməsi, fəaliyyətin və təfəkkürün (nitqin) 

sürətlənməsi ilə xarakterizə olunan haldır.Xəstələr özlərini çox şən və çevik aparırlar. Müxtəlif 

hərəkətlər  nümayiş  etdirirlər.  Bir  sıra  hallarda  maniakal  sindrom  özünüböyütmə  ideyaları  ilə 

birlikdə  müşahidə  olunur.  Xəstələr  özlərini  güclü,  istedadlı  adamlar  kimi  qələmə  verir.  Lakin 

onların hərəkətlərində məqsədəuyğunluq, ardıcıllıq olmur, müxtəlif yersiz, mənasız tələblər irəli 

sürürlər.Yerinə yetirilmədikdə qəzəblənirlər (qəzəbli maniya). 

      Maniakal  sindrom  MDP-nin  maniakal  fazasında  və  dövri  (sirkulyar)  psixozda,  bəzən  isə 

toksik hallarda əlaqədar meydana çıxa bilər. 



     Depressiv  sindrom  maniakalsindromun  əksinə  olan  əlamətlərlə:  fəaliyyətin  enməsi, 

hərəkətlərin  və  nitqin  tormozlanması  ilə  xarakterizə  olunur.  Xəstələr  bütün  günü  qəmgin  halda 

başlarını  aşağı  dikərək  çarpayıda  oturur.Ətraf  mühitdə  olan  əşyalar  solğun,  adamlar  məyus 

görünür. 

      Stupor  (donuqluq)  vəziyyətində  olan  xəstələrdən  fərqli  olaraq  belə  xəstələrlə  kontakt 

yaratmaq  mümkün  olur.  Lakin  suallara  ləng,  asta  və  yekcinc  səslə  cavab  verirlər.  Depressiya 

vəziyyətində  olan  xəstələr  bəzən  özünü  kiçiltmə,  izləmə  və  müflücləşmə  sayaqlamaları 

söyləyirlər.  Bəzən  isə  narahat,  həyəcanlı  olurlar  (ajitəli  depressiya).  Özünə  qəsd  etmə  fikirləri 

olarsa, xəstələrə nəzarəti gücləndirmək tələb olunur. 

      Depressiv sindrom  əsasən MDP-nin  depressiya  fazasında qocalıqönü  psixozlarda və  reaktiv 

hallarda rast gəlinir. 

      Apatiya  sindromu  –  tam  laqeydlik,  fəaliyyətsizlik,  bütün  istək  və  arzuların  yoxluğu  ilə 

xarakterizə olunur. Xəstələr bütün günü çarpayıda uzanıb, gözlərini bir nöqtəyə dikərək mənasız 

vaxt keçirir. Özlərinə adi gigiyenik xidmət etmək (əl-üzünü yumaq, başını daramaq və s.) həvəsi 

olmur. Bu sindrom çox vaxt iradi hərəkətlərin (fəaliyyətin bütün formalarının) tormozlanması ilə 

birlikdə müşahidə olunur (apato-abulik sindrom). Şizofreniyanın son dövrü üçün xarakterikdir. 

                                   Paranoud (sayıqlama) və hallüsinator. 

                                         Paranoid sindromlar 

      Paranoyal  sindrom  –  aydın  düşüncə  fonunda  meydana  çıxan,  emosional  boyalarla  zəngin. 

əsasən  məişət  mövzularını  əks  etdirən  sayıqlama  ideyalarıdır.  Bu  sindromun  xarakter 

cəhətlərindən  biri  hallüsinasiyaların  və  psixi  avtomatizmin  olmamasıdır.  Bu  sindrom  kəskin  və 

xronik olmaqla iki formada rast gəlinir: a)kəskin paranoyal sindrom tutma şəklində, qəflətən baş 

verir.  Qısa  müddət  davam  edir  və  nəzərə  çarpan  kobud  iz  qoymadan  keçib  gedir.  Şubvarı 

şizofreniya zamanı rast  gəlinir; b)xronik variant isə tədricən şiddətlənərək uzun müddət davam 



 

- 10 - 


edir.  Şəxsiyyətin  dəyişməsi  əlamətləri  ilə  müşayiət  olunur.  Şizofreniyada,  beyinin  orqanik  və 

damar pozuntularında rast gəlinir. 

    Hallüsinator-paranoud  sindrom,  eyni  zamanda  meydana  çıxan,  hallüsinasiyalardan  və 

sayıqlama  ideyalarından  ibarət  olan  bu  sindrom  həm  müstəqil,  həm  də  psixi  avtomatizm 

(Kandinski-Klerambo)  sindromu  formasında  rast  gəlinir.  Bir-birilə  əlaqədar  olan  yalançı 

hallüsinasiyalar, təqib (və ya təsir) sayıqlamaları, xəstənin iradə və fikirlərinin başqasına mənsub 

olması əlamətlərinin birlikdə rast gəlməsi psixi avtomatizm sindromu adlanır. Onu ilk dəfə təsvir 

edən  rus  alimi  B.X.Kandinskinin  (1880)  və  fransız  alimi  Klerambonun  (1920)  şərəfinə 



Kandinski-Klerambo  sindromu  adlanır.  Bu  sindromun  xarakter  cəhətlərindən  biri  də  xəstələrin 

dediyinə  görə  fikirlərinin  başqasına  mənsub  olması  və  kənar  qüvvə  tərəfindən  idarə 

olunmalarıdır.  Xəstələr  özlərini  tez-tez  avtomata,  robota  bənzədirlər,  fikirlərinin  yadlaşmasını 

hərəkətlərinin avtomatik olaraq cərəyan etməsini söyləyirlər. Xəstələr bəzən fikirlərinin hamıya 

bəlli  olmasından  (“aşkarlıq”  əlaməti),  fikirlərin  çoxluğundan  və  ya  axmasından  (mentizm) 

şikayət  edirlər.  Bir  xəstə  söyləyirdi  ki,  kənardan  elektron  qurğusu  vasitəsilə  idarə  olunan 

robotdur.  Onları  istənilən  vaxt  gülüb-ağlamağa  və  qışqırıb-bağırmağa  vadar  edə  bilirlər.  Psixi 

avtomatizm sindromu əsas etibarilə şizofreniyada, tək-tək hallarda isə intoksikasion, somatik və 

orqanik psixozlarda, epilepsiya zamanı təsadüf olunur. 

     Parafren  sindrom  sistemləşmiş,  fantastik  məzmunlu  təqib  və  təsir  sayıqlama  ideyalarının, 

psevdohallüsinasiyaların  və  psixi  avtomatizm  əlamətlərinin  birlikdə  təsadüf  olunmasından 

ibarətdir.Xəstələr özünü qeyri-adi istedada, qüvvəyə malik şəxs hesab edirlər. Böyük səlahiyyət 

sahibi olduqlarını qeyd edurlər. Bir xəstə özünü eyni zamanda bütün dünyanın baş hakimi, bütün 

akademiyaların  prezidenti,  bütün  orduların  komandanı  kimi  qələmə  verir.  Lomonosovun  oğlu 

olduğunu  söyləyirdi.  Yaxın  günlərdə  ayla-yeri  birləşdirib  bir  neçə  yeni  ölkələr  yaradıcığını 

deyirdi.  Parafreniya  sindromu  kəskin  və  xronik  formalarda  meydana  çıxa  bilər. 

A.B.Snajnevskiyə  görə  parafen  sindrom  pranoyal,  hallüsinator-paranoid  (psixi-avtomatizm) 

sindromlarının  inkişafı  kimi  meydan  çıxan,  ümumi  patogenezə  malik  vahid  psixopatoloji 

prosesdir.  Hallüsinasiyalara  (psevdohallüsinayalara)  nisbətən  sayıqlamaların  üstünlük  təşkil 

etməsi  psixi  fəaliyyətin  daha  kəskin  pozulmasını  göstərir.Parafreniya  sindromu  şizofreniya 

xəstəliyinin  müstəqil  kliniki  variantı,  bəzən  isə  xəstəliyin  inkişafının  müəyyən  mərhələsi  kimi 

rast gəlinir. Bu əlamət qocalıq psixozlarında da (beyin aterosklerozu) təsadüf olunur. 

       Kotar  sindromu  ipoxindrik,  nigilistik  (inkar)  sayıqlamaların  və  depressiv  əlamətlərin 

birləşməsindən  ibarət  olan  sindromdur.  Xəstələr  heç  vaxt  ölməyəcəklərini  və  həyatları  boyu 

əzab-əziyyət  çəkəcəklərini  söyləyirlər.  Onlar  nəinki  özlərini,  həmçinin  ətrafdakı  adamların  da 

iztirab  içində  yaşadıqlarını  deyir  və  bunun  üçün  təqsirkar  olduqlarını  bildirirlər.  Yeməkdən 

imtina edərək həmişə tox olduqlarını bildirirlər. Yeməkdən imtina edərək həmişə tox olduqlarını 

söyləyirlər.  Belə  xəstələr  bütün  günü  əli  qoynunda  gəzərək  tezliklə  bütün  dünyanın  suda  qərq 

olacağını  və  hamının  məhv  olacağını  deyirlər.  Başqa  birisi  bütün  daxili  orqanlarının 

yoxluğundan,  beyinin  çürüməsindən  şikayətlənir,  yüz  illər  belə  ağır  vəziyyətdə  yaşayacağını 

söyləyir. Bu sindrom əsasən qocalıq psixozlarında rast gəlinir. 



                                     Katatonik sindromlar 

 Katatonik  oyanma  sindromu  səbəbsiz,  məntiqsiz  və  pərakəndə  (bəzən  stereotip) 

formada  meydana  çıxan,  təhrif  olunmuş  hərəkətlərlə  ifadə  olunan  oyanma  halına  deyilir. 

Xəstənin  xarici  görünüşü  qeyri-təbii,  yöndəmsiz,  nitqi  isə  anlaşılmaz  olur.  Hər  şeyi  əksinə 

etmək-  neqativlik  qeyd  olunur.  Məsələn,  xəstəyə  üst  paltarını  geyinməyi  təklif  etdikdə  alt 

paltarını  soyunur,  utancaqlıq  hissi  itmiş  olur.  Hamının  gözü  qarşısında  çılpaq  dayanıır,  bəzən 

hətta  ananizmlə  məşğul  olur.  Oyanma  halı  bir  sıra  hallarda  güclənərək  impulisiv  (qəflətən  və 




 

- 11 - 


mənasız)  hərəkətlər  şəklində  təzahür  edir.  Bəzən  isə  yersiz  və  gülünc  formada  meydana  çıxır. 

Buna kataton-hebefrenik oyanma deyilir. Xəstələr mənasız hırıldayır, sifətlərini gülünc vəziyyətə 

salırlar.  Yaxud  da  ətrafdakı  adamlara  hücum  edirlər.  Belə  xəstələr  izolə  olunmalı  və  nəzarət 

altında saxlanılmalıdır.  Əks təqdirdə ətrafdakılara xəsarət yetirər, qapı-pəncərəni sındıra bilərlər. 



       Katatonik  stupor.  Hərəkətlərn  və  nitqin  tormozlanması  ilə  təzahür  edən  bu  sindrom  ya 

katotonik  oyanmadan  sonra,  ya  da  müstəqil  olaraq  meydana  çıxır.  Bu  halı  keçirən  xəstələr 

saatlarla hər hansı bir vəziyyətdə donub qalır, məcburi belə onları  yerindən tərpətmək mümkün 

olmur. Onlar qolunu və qıçlarını qarınlarına yığaraq (çömbəlmiş vəziyyətdə) bir küncdə otururlar 

və  ya  yataqda  uzanırlar.  Buna  embrional  vəziyyət  deyilir.  Hava  balıncı  əlaməti  zamanı  xəstə 

başını balıncdan bir qədər aralı saxlayaraq saatlarla bu vəziyyətdə qalır. Bir ayağını və qolunu 

yuxarı  qaldırıb,  başını  yana  əyərək  belə  yöndəmsiz  vəziyyətdə  xeyli  müddət  dayana  bilirlər. 

Buna  katalepsiya  (mumabənzər  gərginlik)  deyilir.  Bəzən  xəstələrə  heç  bir  vəchlə  hər  hansı  bir 

hərəkəti etdirmək mümkün olmur. Xəstə əks müqavimət göstərir (neqativizm əlaməti). 

      Katatonik sindromlar əksər təsadüflərdə bir sıra məhsuldar psixopatoloji əlamətlərlə birlikdə 

rast  gəlinir.  Aydın  düşüncə  fonunda  hallüsinasiyalar  və  sayıqlamalarla  müşayiət  olunan 

katatoniya  sindromu  yaman  gedişə  malik  şizofreniyanın  bir  forması  kimi  rast  gəlinir  (Lüsid 

katatoniya).  Emosional  gərginliklə  ifadə  olunan  hallüsinasiyalar,  sayıqlamalarla  və  düşüncənin 

oneyroid  vəziyyətdə  pozulması  ilə  müşahidə  olunan  katatonik  sindrom  xoşxassəli  gedişə  malik 

şizofreniya üçün xarakterikdir. (Oneyroid katatoniya). 

       Hebefrenik  sindrom.  Əhvali-ruhiyyənin  səbəbsiz,  məzmunsuz,  yüksəlməsi  fonunda  nitqin 

və  davranış  hərəkətlərinin  oyanıqlığı  ilə  müşayiət  olunan  psixi  pozuntulardır.  Xəstənin 

hərəkətləri  gülünc  və  cəfəng  (yöndəmsiz)  olur.  Müxtəlif  təfəkkür  pozuntuları,  nitqin  qırıqlığı, 

şəxsiyyətin  enməsi  əlamətləri  bu  sindromun  ağırlıq  dərəcəsini  göstərir.  Hebefrenik  sindrom 

əsasən  gənc  yaşlarda  başlayan  bədxassəli  şizofreniyada  rast  gəlinir.  Nadir  hallarda  epizodik 

olaraq müxtəlif zəhərlənmələrdə - intoksikasion və reaktiv psixozlarda da rast gəlinir. 

                                   Düşüncə pozuntusu sindromları 

    Depersonalizasiya 

–derealizasiya  sindromu.  Özünü  dərk  etmənin  pozulması 

depersonalisaziya,  xarici  mühitə  qarşı  dərk  etmənin  pozulması  (ətraf  mühitin  düzgün  dərk 

edilməməsi)  isə  derealizasiya  adlanır.  Bir  sıra  psixi  xəstəliklər  nəticəsində  meydana  çıxan  bu 

əlamətlər əksər hallarda birlikdə təsadüf edilir. 

    Depersonalizasiya və ya özünü dərketmənin pozulması şəxsiyyətin ikiləşməsi və ya tamamilə 

inkar edilməsi formasında ola bilər. Məsələn, Səməndər adlı bir xəstə söhbət zamanı onun həm 

Səməndər,  həm  də  Arif  olduğunu  söyləyir  və  qeyd  edirdi  ki,  Arif  Səməndərin  bütün 

hərəkətlərinə  nəzarət  edir.  Bəzən  də  o,  fikirlərinin,  hissiyyatının  və  hərəkətlərinin  ona  məxsus 

olmadığını  israr  edir.  Depersonalizasiya    zamanı  xəstə  bəzən  yaxşı  tanıdığı  küçəni  və  ya 

adamları  tanımadığını  söyləyir.  Bəzən  isə  hadisələrin  çox  sürətlə  cərəyan  etdiyini  (vaxtın 

sürətlənməsini)  və  ya  əksinə  onun  tam  hərəkətsizliyini  qeyd  edir.  Məsələn,  gündüzü  gecədən 

ayıra bilmir, ətrafdakı adamların hamısını bir sifətdə, bir boyda qavrayır. 

    Depersonalzasiya və derealizasiya sindromu müxtəlif emosional pozuntularla müşayiət olunur. 

Kədər,  qorxu  və  ya  bütün  hissiyyatların  sönməsi  kimi  əlamətlər  qeyd  edilir.  Bu  sindrom 

şizofreniyada  (süst  gedişli  fasiləsiz  formada)  MDP-nin  depressiv  fazasında,  epilepsiya 

xəstəliyində,  mərkəzi  sinir  sisteminin  orqanik  pozuntularında,  nadir  hallarda  isə  psixopatiyalar 

zamanı rast gəlinir. 

                              Şəxsiyyətin dəyişməsi sindromları 

    Şəxsiyyət dedikdə, hər şeydən əvvəl, ictimai məzmun kəsb edən, tarixi inkişafın məhsulu olan 

konkret  adam  nəzərdə  tutulur.  Hər  bir  şəxsiyyətin  özünəməxsus  təfəkkürü,  dünyagörüşü, 



 

- 12 - 


xasiyyəti, hissiyyatı, iş görmə qabiliyyəti, cəmiyyətdə, o cümlədən dostları, iş yoldaşları yanında 

fərdi, təkrarolunmaz xüsusiyyətləri vardır. Şəxsiyyətin formalaşması ictimai mühitdə, yəni təhsil, 

əmək  fəaliyyəti,  mədəni  səviyyəsinin  inkişafı  proseslərində  baş  verir.  Şəxsiyyətin  ən  xarakter 

cəhətlərindən  biri  onun  mənəvi  keyfiyyətləridir.  Şəxsiyyətin  inkişafında  sinir  sisteminin 

tiplərinin,  temperamentin,  ümumi  psixi  sağlamlığın  böyük  əhəmiyyəti  olduğunu  qeyd  etmək 

lazımdır. 

     Şəxsiyyətə  tibbi  baxımdan  yanaşarkən,  göstərilənlərlə  yanaşı  onun  sağlamlığına  mane  olan 

cəhətləri,  yaş  xüsusiyyətlərini  və  bir  sıra  başqa  amilləri  nəzərə  almaq  lazımdır.  Şəxsi 

keyfiyyətlərin  düzgün  qiymətləndirilməsinin  tibbi  təcrübədə  böyük  əhəmiyyəti  vardır.  Bunu 

nəzərə almadıqda həkim səhvə yol verər, müalicə prosesinə yardım etmək əvəzinə əksinə mənfi 

təsir  edə  bilər.  Həkim  hər  bir  xəstəni  müalicə  edərkən  unutmamalıdır  ki,  o,  xəstəliklə  deyil, 

özünəməxsus  tərzdə  xəstəliyi  keçirən  konkret  şəxslə  təmasda  olur.  Məşhur  rus  psixiatrı 

prof.B.P.Serbskinin  dediyi  bu  sözlər  nəinki  psixiatrlar,  psixoterapevtlər,  həmçinin  digər  ixtisas 

üzrə çalışan həkimlər üçün də örnək olmalıdır. 

   Psixi  xəstəliklərlə  əlaqədar  olaraq  şəxsiyyətin  dinamiki  xarakterli  dəyişməsinə  səbəb  olan 

xüsusiyyətlərdə:  emosiyalar,  intellektual  və  davranış  qaydalarının  pozulmasında  özünü  büruzə 

verir. 

    Aşağıda təsvir olunan sindromlar psixopatologiyanın ağırlığı dərəcəsinə görə verilmişdir. 



    1.Şəxsiyyətin  ixtilafı (disharmoniyası)  psixi xəstəlik  nəticəsində  meydana  çıxan  şizoid  tipli 

pozuntulardan  ibarət  əlamətlərlə  təzahür  edir.  Emosional  reaksiyaların,  davranışın,  hərəkətlərin 

məqsədyönlü olmaması, şəxsin tələbinə cavab verməyən təfəkkür və fəaliyyət yaxın adamlara, iş 

yoldaçlarına münasibətin, həssaslığın pozulması kimi əlamətlərlə xarakterizə olunur. Xəstələrdə 

müxtəlif  qıcıqlara  qarşı  həssaslığın  yüksəlməsi  ilə  yanaşı  maraq  dairəsi  daralır.Ətrafdakı 

adamlara  qarşı  laqeydlik,  səbəbsiz  əhvalın  enməsi  ilə  yanaşı  onun  eyforik  tipli  yüksəlməsi, 

lüzumsuz  olaraq  az  tanıdığı  adamlarla  şit  zarafatlar  etmək,  utancaqlıq  hissinin  azalması  kimi 

əlamətlərlə təzahür edir. 

    2.Psixi  enerji  potensialının  enməsi.  İntellektual  aktivliyin  və  əmək  qabiliyyətinin  enməsi, 

əvvəllər həmin şəxsə məxsus olan bacarıq və işgüzarlığın kəskin azalması ilə xarakterizə olunur. 

Yuxarıda  təsvir  olunan  sindrom  kimi  bu  da  şizofreniya  xəstəliyində  təsadüf  olunur.  Tədricən 

dərinləşərək şəxsiyyətin enməsi sindromu ilə əvəz edilir. 



   3.Şəxsiyyətin geriyə inkişafı (deqradasiyası).Bəzi psixi xəstəliklər zamanı meydana çıxan bu 

sindromun  müxtəlif  kliniki  variantları  vardır.  Bir  sıra  hallarda  laqeydlik,  emosional  kövrəklik, 

özünə  tənqidi  yanaşmamaq,  intim  münasibətlərdə  utancaqlıq  hissinin  itməsi  ilə  özünü  büruzə 

verir. Bəzən isə səbəbsiz əsəbiləşmək, qaraqışqırıq salmaq, ətrafdakı adamlara, qohum-əqrabay, 

ailə üzvlərinə qarşı kobudluq etmək kimi əlamətlər nəzərə çarpır. 

    Alkoqolizmlə  əlaqədar  meydana  çıxan  şəxsiyyətin  enməsi  sindromu  özünəməxsus  spesifik 

əlamətlərlə  diqqəti  cəlb  edir.  Belə  şəxslər  mənasız,  şit  zarafatlar  edir,  məsuliyyət  hissini  itirir, 

yalan danışır, öz evinin əşyalarını oğurlayaraq hansı qiymətə olursa olsun satır və s. 

    Şəxsiyyətin  enməsinin  bütün  variantları  üçün  ali  hisslərin  (əxlaqi  keyfiyyətlərin),  marağın, 

əmək qabiliyyətinin və özünütənqidin azalması əsas əlamətlərdəndir. 



     4.Şəxsiyyətin tənəzzülü və ya marazm bir sıra psixi xəstəliklərin son mərhələsini təşkil edən 

kobud,  neqativ  əlamətlərdən  olub  şəxsi  keyfiyyətlərin  əsaslı  olaraq  pozulmasıdır.  Bu  zaman 

xəstələrin bütün maraqları sönür, insani keyfiyyətləri, instintiv (heyvani) tələbatlarla əvəz olunur. 

Xəstə hər nə gəldi yeyir, doymaq bilmir (polifargiya), utancaqlıq hissi olmur, seksual tələbat etik 

normalardan kənara  çıxır, xəstə ən adi  gigiyenik qaydalara belə əməl  etmir.Tədricən  ağır fiziki 



 

- 13 - 


çatışmazlıqlar:  bədən  çəkisinin  azalması,  distrofik  yaralar  və  s.  bu  kimi  pozuntular  meydana 

çıxır. 


    5.Korsakov  (amnestik)  sindromu  –  hazırda  baş  verən  hadisələrin  yadda  qalmaması 

(unudulması) ilə yanaşı müşahidə olunan özünü və mühiti dərk etmənin pozulmasıdır. Xəstə bir 

neçə dəqiqə bundan əvvəl baş vermiş hadisəni, görüşdüyü adamı dərhal unudur, eyni adamlarla 

dəfələrlə  salamlaşır,  hər  dəfə  də  onları  yeni  adamlar  kimi  qəbul  edir.  Bunlarla  yanaşı  həmin 

adam  xəstəliyə  qədər  baş  vermiş  hadisələri  olduğu  kimi  xatırlayır,  intellektual  qabiliyyət 

pozulmur.  Bir  sıra  hallarda  xəstələrdə  paramneziyalar  (psevdoreminissensiya,  konfabulyasiya) 

müşahidə  olunur.  Xəstələrin  ümumi  vəziyyəti  nəzər  diqqəti  cəlb  edir:  həddindən  artıq  yorğun, 

halsız görünən, qıcığa qarşı həssas, bəzən isə əhvalı tez-tez dəyişən eyforik vəziyyət qeyd edilir. 

Sindrom ilk dəfə onu təsvir edən alimin – S.S.Korsakovun (1189) adını daşıyır. Əsasən alkoqol 

psixozlarında, bəzi hallarda isə beynin orqanik xəstəliklərində təsadüf edilir.  



Yüklə 154,34 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə