1
2017-2018-ci tədris ili
Fənn: Klinik psixologiya
İxtisas: Təhsildə sosial-psixoloji xidmət
Kurs: III kurs
Semestr: I semestr
Müəllim: Dos.N.Z.Çələbiyev
Mövzu 15. Psixoanalitik yönümlü dərin psixoloji terapiya üsulları
Plan:
1.K.Rocesin pasiyentə yönələn terapiyası.
2. Psixoterapiyanın formaları və tətbiqi qaydaları.
3. Hipnoz və təlqinə əsaslanan üsullar.
4. Hipnozetmə texnikası.
Ədəbiyyat.
1.
Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri,
Bakı, 1981.
2.
Bayramov Ə.S., Əlizadə Ə.Ə.,Seyidov İ.Ə. Məhkəmə psixologiyası
məsələləri, ADU, 1985.
3.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya.
“Maarif” nəşriyyatı, Bakı, 2002.
4.
İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya
(dərslik) 2-ci nəşr, Bakı, 2008.
5.
İsmayılov N.V. Psixiatriya, Bakı, 1998.
6.
Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997.
7.
Метделевич В.Д. Клиническая и медицинская психология.
Практическое руководство.M., 1998.
8.Həsənov.M.İ., Məhkəmə psixiatriyası, “Plyus” nəşriyyatı, Moskva,1997.
Karl Rocers 1902-ci ildə ABŞ-ın İllinoys ştatının Ouk-Park şəhərində ruhani
ailəsində anadan olmuşdur.Ruhani ailəsinin sərt qayda-qanunları altında
tərbiyələnən Rocers yalnız universitetdə oxuduğu illərdə əsl həyatın nə demək
olduğunu başa düşür. Kolumbiya universitetinin psixologiya fakültəsini bitirdikdən
2
sonra Nyu-York yaxınlığında çətin tərbiyə olunan uşaq və yeniyetmələr
mərkəzində çalışır. Onun psixologiya və psixoterapiyaya aid elmi axtarışlarının
əsas məzmunu üç kitabında əks etdirilir. Bunlardan birincisi: “Problemli uşaqlarla
kliniki iş” kitabı 1939-cu ildə çap edildikdən sonra müəllif populyarlaşmağa
başladı və onun Ohayo universitetinin professoru olmasına imkan yaratdı. İkinci
kitabı “Psixoterapiya və məsləhətlər” (1942), üçüncüsü isə “Müştəriyə yönəlmiş
psixoterapiya”dır (1951).
Rocersin fikrinə görə, “ideal mənlik” özünü ideal, qüsursuz təsəvvür etməkdir.
Əsl mənlik isə, ideal mənlikdən fərqlənir. Bu fərqin dərəcəsi şəxsiyyətin
narahatlığına səbəb olur, bu isə, öz növbəsində, nevrozun yaranmasına
gətirir.”İnsanın necə olmaq istəyi yox, əslində necə olduğunu qəbul etməsi ruhi
sağlamlığın göstəricisidir”.
Rocersin düşündüyü kimi desək, bir çox adamlarda ideal mənlik axtarmaq
cəhdi onun xudpəsəndliyinə, özünü öyməsinə, ambisioz xasiyyətin formalaşmasına
gətirib çıxarır. Bu isə, bir çox hallarda nevrotik pozuntularla nəticələnir. O qeyd
edirdi ki, insan yalnız başqaları ilə münasibət şəraitində özünün əsl mənliyini dərk
edə bilər. “İnsan daima başqaları ilə əlaqəyə mane olan sədləri dağıtmağa
çalışmalıdır. Başqalarının sözünə, hərəkətlərinə hörmətlə yanaşmağı bacarmalıdır”.
Rocersin nəzəri mülahizələrdən təcrübəyə keçməsinə kömək edən əməli
tövsiyələrdən biri və əsası enkaunter-qrupları yaratmışdır. Bu psixoterapiya
metodunu “görüş qrupu” da adlandırırlar. Enkaunter qrupu cəsarətlə müasir
psixoterapiyanın əsas istiqamətlərindən biri hesab edilə bilər. Qrup
psixoterapiyasının bir çox məlum üstünlükləri vardır. Onlardan ən başlıcası qrupda
iştirak edən şəxslərin bir-birinə induktiv təlqin göstərməsidir. Bundan əlavə, qrup
terapiyasında terapevt daha çox adama yardım göstərə bilir. Rocersin təklif etdiyi
qrup terapiyasının gedişində iştirakçılar arasında mübahisələrin, hətta narazılığın
yaranması adi haldır. Bəzən qrup üzvləri qətiyyətlə tələb edir ki, hər kəs öz
problemləri ilə özü məşğul olsun. Şəxsi hisslərini və arzularını aşkarlamasın. Bu
mövzu ətrafında mübahisələr qızışdıqca, təhtəlşüur sahəsində yerləşən, bu günədək
əlçatmaz sayılan arzu və niyyətlər üzə çıxmağa başlayır. Bu isə, öz növbəsində,
mənfi hisslərdən azad olmağa, müalicəyə səbəb olur.
Rocersin yaratdığı enkaunter-qrup terapiya üsulu hal-hazırda “Qeyri-direktiv
qrup psixoterapiyası” adı ilə bütün ölkələrdə geniş yayılmışdır.
Psixoterapiyanın formaları və tətbiqi qaydaları
3
Qeyd edildiyi kimi, psixoterapiyanın ümumi və xüsusi metodları vardır. Hər bir
həkimin gündəlik fəaliyyətində istifadə etdiyi, əsas etibarilə verbal (danışıq
vasitəsilə icra edilən) psixoterapiya haqqında anlayış üsulları haqqında kifayət
qədər məlumatımız vardır. Nəzərə alaq ki, ümumi psixoterapevtik təsir
vasitələrinin formaları olduqca çox və bənzərsizdir. Hətta bəzi alimlər hesab edir
ki, nə qədər həkim varsa, bir o qədər də xəstəyə psixoloji yanaşma, təsir etmə üsulu
vardır. Məhz bu baxımdan təqdim edilən bölmədə psixoterapiyanın xüsusi forma
və metodlarından bəhs olunacaqdır.
Psixoterapiyanın geniş yayıldığı ölkələrin (Almaniya, ABŞ, İngiltərə, Rusiya,
Fransa və s.) istifadə etdiyi metodlara diqqət yetirsək görərik ki, bu ölkələrdə
tətbiq edilən üsullar, daha doğrusu bu üsulların təsnifatı heç də yekcins deyil.
Məsələn, Amerika alimlərinin qəbul etdiyi təsnifatdan fərqli olaraq İngiltərə
psixoterapevtləri bütün psixoterapiya formalarını 3 əsas qrupda birləşdirməyə
üstünlük verirlər:
I.
Hər hansı həkim tərəfindən ilk yardım məqsədilə tətbiq edilən sadə
psixoterapiya.
II.
Psixiatr tərəfindən tətbiq edilən qısamüddətli və ya uzunmüddətli qoruyucu
psixoterapiya.
III.
Psixoterapevt tərəfindən tətbiq edilən psixoterapiya formaları. Buraya
aiddir: 1) fərdi, qoşa, böyük qrup psixoterapiya formaları; 2) davranış və
koqnitiv terapiya; 3) biodayaq, diversiya terapiya formaları; 4)
hipnoterapiya, autogen məşq və meditasiya üsulları; 5) uşaq
psixoterapiyası.
Amerika alimləri müasir psixoterapiyanı aşağıdakı formalara ayırır:
1.Psixoanaliz;
2.Psixoanalitik terapiya;
3.Qısa müddətli dinamiki psixoterapiya;
4.Qrup psixoterapiyası (kombinə edilmiş fərdi, qrup psixoterapiya formaları və
psixodrama);
5.Ailə (o cümlədən nikah) psixoterapiyası;
6.Davranış psixoterapiyası (o cümlədən bioloji dayaq üsulu);
7.Hipnoz (hipnosuggestiv terapiya və autogen məşq);
8.Koqnitiv psixoterapiya.
Rusiyada (həmçinin əksər MDB ölkələrində) tətbiq edilən psixoterapiya üsullarını
aşağıdakı qruplara bölmək qəbul edilmişdir:
4
I.Təlqin və hipnoz üsulu;
II. Özünətəlqin (autogen məşq);
III.Məqsədyönlü psixoterapiya (o cümlədən psixoanaliz), şəxsiyyətə yönəlmiş
psixoterapiya;
IV.
Neyrolinqvistik proqramlaşdırma (NLP);
V.
Qrup psixoterapiyası. Buraya daxil edilir:a) treninq qrupu, b)görüş qrupu,
v) geştalt terapiya, q) psixodrama, d) vərdiş treninq qrupu, e)
strespsixoterapiya və s. üsullar.
Aşağıda təqdim edilən təsnifat həm qərb, həm də MDB ölkələrində geniş istifadə
edilən, müalicənin məzmununa əsaslanan psixoterapiya üsullarını özündə
birləşdirir.
I.Hipnoz və təlqinə əsaslanan üsullar (hipo-suggestiv terapiya, Erikson
hipoterapiyası, narkohipnoz, emosional stress terapiyası, auotogen məşq).
II.Psixoanalitik yönümlü dərin psixoloji terapiya üsulları (ənənəvi
psixoanaliz, psixoanalitik terapiya, qısamüddətli dinamiki terapiya, psixodrama).
III.Real şəraitə uyğun, hal-hazırkı problemlərin həllinə yönəlmiş
psixoterapiya üsulları (məqsədyönlü terapiya, şəxsiyyətə yönəlmiş fərdi
(rekonstruktiv)
psixoterapiya,
koqnitibihevioterapiya,
geştalt
terapiya,
loqoterapiya,
qrup
psixoterapiyası,
ailə
psixoterapiyası,
autoanalitik
psixoterapiya).
Hipnoz və təlqinə əsaslanan üsullar
Hipnoz və ona bənzər hadisələrlə insanlar cəmiyyətin inkişafının bütün tarixi
mərhələlərində qarşılaşmışlar. Tarixi mənbələrdən bəlli olan məlumatlara görə,
eramızdan əvvəl II-ci əsrdə Yunanıstanda və Misirdə dərvişlər hipnozetmə
qabiliyyətinə malik olmuşlar. Onlar öz bacarıqlarını nümayiş etdirmək məqsədilə
meydanlarda, küçələrdə adamları bir yerə toplayaraq hipnoz seansları təşkil
edərmişlər. Eramızdan əvvəl yaşamış məşhur yunan həkimi Asklepiadın verdiyi
məlumata görə, hipnoz və təlqin vasitəsilə xəstələrin müalicəsi geniş yayılmışdı.
Bəzi din xadimlərinin hipnozdan istifadə etməsi faktları da bizə məlumdur. İsa
peyğəmbərin həyatı və fəaliyyətini əks etdirən mənbələrdən və haqqında çəkilən
filmlərdən məlum olur ki, o, hipnozdan və təlqindən müalicə məqsədilə istifadə
etmişdir.
Uzun illər keçdikdən sonra, nəhayət, dirçəliş dövründə yenidən hipnoza maraq
oyanmağa başladı, “heyvani maqnetizm” anlayışı da elə həmin illərdə XVI əsrin
sonu, XVII əsrin əvvəllərində meydana çıxdı. Fantastika və mistikaya arxalanan bu
5
baxışları həmin dövrün məşhur həkimi Parasels də müdafiə edirdi. Bir qədər sonra
Van-Helmont və Fluyid sübut etməyə çalışırdılar ki, bir şəxs digərlərinin beyninə
gözləri və əlləri vasitəsilə xüsusi “həyat qüvvəsi” ötürmək və beləliklə həmin şəxsi
öz təsiri altına salmaq qabiliyyətinə malikdir. Sonralar bu “qüvvə” Fluyid
adlandırıldı və onun tərkib hissəsinin maqnit olması fikri söylənildi.
XIX əsrdə hipnologiya elmi heç də hamar yolla, maneəsiz inkişaf etmədi. XIX
əsrin axırlarında müşahidə edilən güclü maraq soyuqqanlıqla əvəz olundu,
hipnozun bəzi cəhətləri – məsələn, müalicə işində o qədər də səmərəli olmadığı
haqqında mülahizələr söylənməyə başladı. Hipnoza qarşı soyuqluq, xüsusilə
Fransada – hipnoz elminin vətəni sayılan ölkədə daha çox nəzərə çarpırdı.
Həkimlərdə hipnoza olan marağı gücləndirmək məqsədilə Britaniya tibb
assosiasiyası 1955-ci ildə hipnozu yenidən bərpa edən xüsusi qərar qəbul etdi,
1958-ci ildə ABŞ tibb assosiyası isə hipnozun müalicədə tətbiqinə aid təlimat çap
etdirdi. Amerika Psixiatriya Assosiasiyasının 1961-ci ildə çap edilmiş hesabatında
deyilirdi:”Hipnoz
xüsusi psixoterapiya metodu olmaqla həkim-xəstə
münasibətlərini tənzim edən vasitədir. Psixiatriya təcrübəsində hipnoz yaxşı
müayinə, diaqnostika və müalicə üsuludur. O həmçinin təcrübi təbabətin
digər sahələrində və tibbi müayinələr də faydalı ola bilər”.
Hipnozun son illərdə şöhrətlənməsi, müalicə məqsədilə mütəxəssislərin ona tez-
tez müraciət etməsi bu hadisənin köhnədən bəlli olan, lakin həmişə yeni görünən
fenomenləri ilə əlaqədardır. Daha doğrusu, hipnozun imkanlarından bacarıqla
istifadə edən şəxslərin hesabına o yeniləşir və maraqlananları yeni qüvvə ilə özünə
cəzb edir. Belə entuziastlar demək olar ki, bütün ölkələrdə vardır. Rusiyada bu
sahədə daha böyük müvəffəqiyyət qazanan A.Kaşpirovski oldu. Onun televiziya
vasitəsilə kütləvi müalicə seansları bir çox mütəxəssislər tərəfindən tənqid atəşinə
tutulsa da, hipnoza olan marağı nəinki canlandırdı, hətta onun çox böyük gizli
imkanlarını zahirə çıxartdı.
Bu məqsədlə 1989-1991-ci illərdə Bakı şəhərində və Naxçıvanda
prof.N.V.İsmayılovun iştirakı ilə kütləvi hipnoz müalicə seansları təşkil olundu.
Həmin müalicə seanslarının nəticələri və hansı xəstəliklərdə daha səmərəli olması
haqqında bir sıra yazılarda, o cümlədən kütləvi informasiya vasitələrində kifayət
qədər məlumatlar verilmişdir. Kütləvi hipnoz müalicəsi seanslarında iki il
müddətində 23600 nəfər iştirak etmişdir. Onların arasında sinir sisteminin
funksional pozuntularından əziyyət çəkən (nevrozlar, stress nəticəsində yaranan
pozuntular, psixosomatik xəstəliklər, mastopatiyalar, qan təzyiqinin artması, şəkər
6
xəstəliyi, bəzi dəri xəstəlikləri və s.) 86%-dən çox adamın müalicə olunması faktı
qeydə alınmışdır.
İlk növbədə qeyd etməliyik ki, hipnoz tətbiq edildiyi qədim dövrlərdən ta
indiyədək müşahidəçilər və mütəxəssislər bu hadisəni təhlil etməyə, onun əsl
mahiyyətini açıqlamağa cəhd göstərmişlər. Hipnozun elmi əsaslarla öyrənilməyə
başladığı illərədək (XVIII əsrin axırlarında Mesmerin maqnetizm təcrübələri və
XIX əsrin II-ci yarısı C.Bridin elmi təhlilinə qədərki dövr) bu hadisəni məhşur
Avstriya yazıçısı S.Sveyqin qeyd etdiyi kimi “qeyri-adi” və ya “ruhi qüvvə” ilə
bağlamağa, ruhun bədən üzərində hakimliyinin təzahürü kimi dərk etməyə
çalışmışlar.
Q.Brenheymlə eyni vaxtda yaşamış və hipnologiya elmi sahəsində böyük
xidmətləri olmuş məşhur Fransa psixiatrı Ş.Şarkonun irəli sürdüyü nəzəriyyəyə
görə, hipnozun meydana çıxmasını güclü sarsıntının yaratdığı reaksiya kimi qəbul
etmək lazımdır (məsələn, kəskin əsəb gərginliyi, hündürlükdən yıxılmaq və s.).
Göstərilən hadisələrdə olduğu kimi, hipnoz zamanı da şəxs düşüncəsini itirir, öz
hərəkətlərinə müstəqil nəzarət edə bilmir, hipnoz edənin əmrlərinə tabe olur.
Şarkonun ən böyük səhvi hipnozu patoloji bir hal, süni yaradılan isteriya sindromu
hesab etməsi idi.
Hal-hazırda “hipnozu yuxuyabənzər hal” kimi qiymətləndirmək bütün
təsadüflərdə özünü doğrultmadığı üçün hamı tərəfindən qəbul edilmir. Doğrudan
da, hipnoz zamanı şahidi olduğumuz bir çox hadisələrdə, məsələn, gözü açıq
vəziyyətdə hipnoz edənin əmrinə əsasən ən mürəkkəb hərəkətləri edən şəxsin
yuxulu olduğunu demək qeyri-mümkündür.
1995-ci ildə Britaniya Tibb Assosiyasiyasının verdiyi izaha görə “hipnoz
edənin təsiri nəticəsində subyektin qısamüddətli diqqətinin dəyişməsi ilə müşayiət
edilən və müxtəlif fenomenlərlə təzahür edən vəziyyətdir”. Hipnoz zamanı
düşüncənin və yaddaşın dəyişməsini, təlqinin məzmunundan asılı olaraq subyektin
reaksiya və fikirlərini, əzələ tonusunu, hissiyyatını müxtəlif formalarda idarə etmək
və yenidən əvvəlki vəziyyətinə qaytarmaq mümkündür. Qeyd edilənlər hipnozun
əsl mahiyyətinin indiyədək tam aydınlaşdırılmamasını sübut edir və bu günədək
yaranmış nəzəriyyələri yenidən nəzərdən keçirməyi tələb edir.
Hipnoz nədir? Hipnozun min illərlə təcrübədə tətbiq olunmasına və fizioloji
mahiyyətinin elmi şəkildə öyrənilməsinin 200 ildən artıq tarixinin olmasına
baxmayaraq, bu gün də biz onun dəqiq tərifini verməkdə acizik. Lakin bu o demək
deyil ki, biz hipnoz fenomeninin nə olduğunu anlamırıq. Başlıca problem hipnoz
7
zamanı bir-biri ilə ziddiyyət təşkil edən hadisələrin (təcrübi effektlərin) müşahidə
edilməsində və universal bir təriflə bu hadisələri izah etməyin qeyri-
mümkünlüyündədir.Hipnoz etmək qabiliyyəti başqalarını cəlb etmək, öz fikir və
istəklərini təlqin etmək qabiliyyətidir. Hipnozun mahiyyətini bir qədər də geniş
açıqlayan Britaniya Tibb Assosiasiyasının 1955-ci ildə irəli sürdüyü mülahizədir:
“Hipnoz başqası tərəfindən verbal və digər stimüllara qarşı yaradılan
diqqətin qısamüddətli yayınması vəziyyətidir. Bu fenomenlər adi halda
subyektin ruhuna məxsus olmayan düşüncənin və yaddaşın dəyişməsi, təlqini
qəbul etmə həssaslığının yüksəlməsidir. Bunlardan əlavə, hipnotik vəziyyətdə
hissiyyatın itməsi, iflic, əzələ gərginliyi və vazomotor dəyişikliklər kimi
fenomenləri yaratmaq və aradan qaldırmaq mümkündür”.
Psixoanalitik psixoterapiya heç də psixoanaliz demək deyil, onu
psixoanalizdən fərqləndirən cəhət bundan ibarətdir ki, burada hər şey bugünkü,
konkret hadisələrə: baş vermiş konfliktlərə, sarsıntıların məzmun və xarakterinə
yönəlmiş olur. Psixoanalitik psixoterapiyanı apararkən həkim sərbəst assosiyalara
ya əhəmiyyət vermir və ya olduqca az əhəmiyyət verir. Həkimin başlıca məqsədi
xəstənin şikayət və iztirablarını araşdıraraq ona konkret yardım göstərməyə
çalışmaqdır. Psixoanaliz apararkən xəstə adətən çarpayıda uzanır və həkimin
üzünü görmür. Psixoanalitik terapiyada isə həkimlə xəstə üz-üzə oturur və bərabər
tərəflər kimi söhbət edirlər. Psixoanalitik psixoterapiya iki üsulla aparılır:
1.Tənqidə yönəlmiş –ekspressiv üsul.
2.Davametdirici (münasibət) üsul.
Psixoanalitik psixoterapiyanın gedişində təhlükəli sayılan mühüm amillərdən
biri reqressiya və asılılığın yaranmasıdır. Həkim müalicənin lap başlanğıcında
bunu nəzərə almalı və müvafiq tədbirlər görməlidir.
Əgər xəstəyə kartof verib təlqin edilsə ki, bu almadır, o, bunu alma kimi qəbul
edib yeyəçəkdir. Burdan belə nəticəyə gəlmək olur ki, hipnoza düşən adamın istər
gözü açıq, istərsə də gözü yumulu vəziyyətdə bütün duyğu üzvlərinə təsir etmək
mümkündür. Bununla yanaşı hipnoza düşən adamda gözü açıq vaxtı yaddaşı
gücləndirmək və ya yaddaşdan silmək kimi hallar da yaratmaq olar.
Bütün bunlar hipnozdan sonrakı təlqinlərlə mümkündür. Belə proseslər bəzi
adamlarda təlqinsiz də əmələ gəlir. Belə ki, avtohipnoz vəziyyətinə düşən adamın
gözünə nə görünürsə, əlavə şüura və yaddaşa həkk olur.O, bu vəziyyətdən
çıxdıqdan sonra bunu həqiqət kimi qəbul edir. Belə hallar çox vaxt hər hansı bir
sahəyə marağı olan, o haqda daim fikirləşən adamlarda avtohipnoz zamanı ancaq
8
həmin qıcıqlar baş qaldırır və onu həqiqət kimi görür. Bəzən təkliyə düşən adam
uçan boşqablar, başqa planetdən gələn adamlar haqda dərin fikrə gedir. Bütün ətraf
Mühit yadından çıxır, əlavə şüur fəallaşır, əqli şüur isə tam passiv vəziyyət alır. Bu
vaxt həmin adam avtohipnoza düşür, özünü başqa planetdən gələn adamlarla
danışan və onlarla əlaqədə olduğunu hiss edir. Və ya görür ki, ayrı planetdən gələn
adam evə gəldi və onunla danışmağa başladı. Əgər həmin adama bu vaxt
kənarqıcıq verilsə, o, bu vəziyyətdən tez bir zamanda çıxacaq, bunun yuxu
olduğunu danışacaqdır. Əgər ona kənar qıcıq verilmədən o tədricən avtohipnoza
vəziyyətdən danışacaqdır. Belə hallar insanda tez-tez baş verərsə, bu beyin
pozğunluğuna gətirib çıxara bilər.
Bununla biz həyat olan başqa bir planetin mövcudluğunu inkar etmirik, vaxt
gələcək bu mövcudluq dəqiq sübut olunacaq. Ancaq bunlar fantastik, fərziyyələrlə
yox, real hadisələr əsasında sübut olunmalıdır. Uşaqlar üçün bəzi qorxulu filmlərin
nümayiş etdirilməsi, şişirdilmiş, mümkünlüyü sübut olunmamış, fərziyyəvi
fantastik yazıların mətbuat səhifələrində dərc edilməsi də bəzi adamların
psixologiyasına pis təsir göstərir.
Bu təlqinlər hipnoz yuxusuna salmaqla və ya adi yuxu vəziyyətindən hipnoz
yuxusuna keçirməklə mümkündür.
Seansa başladıqda operator uşağa çox inamla yanaşmalıdır. Uşağı stulda
əyləşdirib, onun başını geriyə əyir ki, baxışları düz operatora yönəlsin. Onun sağ
əlini öz sağ əlinə götürür. Uşaqda qorxu yaratmamaq üçün onunla nəvazişlə
danışaraq inandırmalıdır ki, ona heç bir ziyan dəyməyəcək. Valideyn isə
qabaqcadan uşağı hara aparacağını bildirməməlidir.
Operator uşağı stulda əyləşdirdikdən sonra onun gözünün düz içinə, yəni qeyd
etdiyimiz nöqtəyə baxır. Bir neçə dəqiqə baxdıqdan sonra uşağın əlinin boşalıb
süstləşdiyini hiss edəcək. Operator onu bu süstlükdən çıxarmadan onun sol ovcuna
parıltılı gümüşü bir əşya verir və ürək oxşayan səslə deyir:
_ Əlindəki əşyaya diqqətlə bax, fikirlərini yayındırma. Uşağın valideynləri
uşağın arxa tərəfində olmalıdırlar ki, uşaq onlara baxıb fikrini yayındırmasın.
Parıltılı əşya gözdən 10 santimetr aralıda tutulmalıdır. Operator uşağı təlqin
edir ki, 10 dəqiqədən sonra onu yuxu basacaq. Get-gedə bu hiss güclənəcək, onun
gözləri özbaşına örtüləcək və o tamamilə yatacaq. Təlqinləri davam etdirərək
deyir: - Sən elə yuxulu olacaqsan ki, gözlərini açıq saxlaya bilməyəcəksən. Sonra
operator əlini ehmalca uşağın boynunun ardına qoyub təlqinlərini davam etdirir.
9
_ Sən yatdıqdan sonra yalnız mənim səsimi eşidəcəksən. Yalnız mənim
dediklərimə əməl edəcəksən.
Operator əmin olduqda ki, uşaq həqiqətən yatıb, sonra post hipnotik təlqinlər
etməyə başlayır.
Operator əvvəlcədən uşağın dəqiq xəstəliyini, onun xoşagəlməz adətlərini
öyrənir və ona lazımi müalicəvi təlqinlər edir. Operator təlqinləri sakit, yaxşı təsir
qüvvəsinə malik kəsərli səslə etməlidir.
Otaqda sakitlik olmalıdır.
Təlqinlərin daha güclü olması üçün operator həmin sahələrə kontaktlı paslar
edib qıcıq verir. Heç vaxt uşağa qorxu təlqinləri edilməməlidir. Əgər uşaq bir
heyvandan qorxub dili tutulub və yaxud dili topuq vurursa, hipnoz zamanı uşağı
həmin heyvanla dostlaşdırmalı və onu tumarlatdırmalıdır. Həmin qorxunu onun
beynindən çıxarmalıdır.
Bəzən uşaqlarda bəzi heyvanlara qarşı qorxu, bəzən də nəzakət hiss olunur. Çox
vaxt uşaqlarda belə qorxu ana hamilə olan vaxtı həmin heyvandan qorxarsa baş
verir.Təlqinlər və hipnoz vasitəsilə uşaqdan həmin qorxunui götürmək
mümkündür.
Hipnozetmə texnikası
Hipnoz yuxusu yaratmaq məqsədilə müxtəlif qıcıq mənbələrindən (parıldayan
əşya, işıq, isti monofon səs, tıqqıltı və s.) istifadə edilərək analizatorlara (eşitmə,
görmə, dəri və s.) təsir göstərilirş Söz vasitəsilə təlqin etməklə hipnoz yuxusu
yaratmaq daha geniş tətbiq olunur. Bu məqsədlə xəstə lazımi müayinə və
hazırlıqdan sonra kresloda otusdurulur (divanda uzana da bilər). Onun diqqətini hər
hansı bir nöqtədə cəmləşdirdikdən sonra təqribən aşağıdakı məzmunda təlqin
ifadələrindən istifadə etmək olar: “Gözlərinizi həmin nöqtədən ayırmadan
sözlərimi diqqətlə dinləyin. Bir qədər sonra qolların, ayaqların və nəhayət. Bütün
bədəninizin ağırlaşdığını hiss edəcəksiniz. Eyni qaydada göz qapaqlarınız
ağırlaşmağa başlayacaq və sonra onları yumaraq yatmağa başlayacaqsınız. Ona
qədər sayıram, 10 sayında göz qapaqlarınız yumularaq rahat və sakit müalicə
yuxusuna qərq olacaqsınız....”
Hipnoz yuxusu altında təlqin etməklə müalicə bir çox xəstəliklərdə: nevrozlarda
və nevrotik sindromlarda, psixosomatik pozuntularda, bronxial astma,
stenokardiya, hipertoniya və şəkər xəstəliyində, bir sıra dəri xəstəliklərində,
uşaqlarda enuzer zamanı müvəffəqiyyətlə tətbiq edilə bilər.
10
Bu müalicə üsulunu tətbiq etməyə əks-göstəriş oyaq halda təlqinetmə üsulunda
olduğu kimidir.
Narkohipnoz. Xəstənin venasına 10% heksonal və ya tiopental-natrium
məhlulu yeritməklə yuxu əmələ gətirilir. Lakin xəstəni yatmağa qoymur və birbaşa
müalicəvi təlqinə başlayırlar. Bəzi hallarda xəstəyə yatmağa imkan verirlər.
Müalicə seanslarının sayı xəstəliyin ağırlıq dərəcəsini və şəxsin bu müalicə
üsuluna münasibətini nəzərə almaqla 5-10 və daha çox ola bilər. Narkohipnoz
üsulundan adi üsulla hipnoz mümkün olmadıqda istifadə edilir. Bəzi alimlər bu
üsulu məşqedici, korreksiyaedici və tonuslandırıcı psixoterapiya adlandırırlar.
Hipnozun ecazkarlığına ətrafdakıları inandırmaq üçün bəzi hipnozçular hipnoz
etüdlərdən istifadə edirlər. Hipnoz zamanı biz hipnoz ediləni həmişə gözüyumulu,
yatmış şəkildə müşahidə etmirik. Bəzən xəstənin gözünü açmaq olar, ətrafdakı
adamları o görə bilər. Aktiv münasibət də ola bilər, çox mürəkkəb hərəkətlər edə
bilər, bəzən belə hadisələr kənardan edənləri qane etmir. Onlar elə hesab edirlər ki,
burada heç bir hipnoz yoxdur. Çoxları elə başa düşür ki, hipnoz ancaq yuxu
deməkdir. Hipnoz hal-hazırda qeyd etdik ki, təbabətdə işlədilir. Ancaq bir sıra
alimlər hipnozun bəzi xüsusiyyətlərindən yaradıcılıqda, ayrı-ayrı şəxslərə dil
öyrənilməsində, müxtəlif çalğı alətlərində çalmaq, çap maşınında yazmaq
öyrədilməsində istifadə edirlər.
Rus alimi N.Raykov öz təcrübələri ilə sübut etmişdir ki, hipnoz zamanı insanın
rezerv imkanları aşkar olunur, onun qeyri-adi istedadı varsa, o tam mənası ilə
özünü nümayiş etdirir. O, öz təcrübələrində bəzi adamları yaradıcılığa sövq edir,
belələri bəzən böyük nailiyyətlər qazana bilirlər. Məsələn, şəkil çəkmək, şeir
yazmaq, dil öyrənməkdə və s.
Hipnoz zamanı müxtəlif eksperimentlər göstərmək mümkündür. Məsələn,
şəxsin barmaqlarını bir-birinə birləşdirmək (şəxs barmaqlarını aça bilmir), söz
vasitəsilə onların tarazlığını pozmaq (onlar önə, arxaya, sağa, sola yıxıla bilərlər,
heç cür özlərini saxlaya bilmirlər). Təlqin etmək olar ki, onlar avtobusda hərəkət
edir. Bu zaman onlar avtobusda hərəkət edərkən ayaq üstə dayanıb tutacaqdan
tutmuş adamları xatırladır, yavaş-yavaş yırğalanır.
Tez-tez istifadə olunan eksperimentlərdən biri kataleptik körpü adlanan
eksperimentdir. Təlqin olunur ki, şəxsin bütün əzələləri gərginləşib, o başı və
dabanlarının üzərində möhkəm dayanmaq qabiliyyətinə malikdir. Xəstənin başını
stolun söykənəcəyinə, dabanlarını isə başqa stolun söykənəcəyinə qoyuruq, bu
vəziyyətdə şəxs taxta kimi dayanır. Hətta elə şəxsin qarnı üstündə 2-3 adam otura
11
bilər. O, əyilmir və yıxılmır. Bu təcrübələr, əlbəttə, adi halda mümkün deyil, ancaq
hipnoz təsiri altında mümkündür.
Belə təcrübələrə inanırlar ki, hipnoz hadisəsi qeyri-adi psixoloji haldır. Bizim
məqsədimiz hipnoz zamanı müşahidə olunan effektləri göstərmək deyil, əsas
məqsədimiz onun müalicəvi təbabətdə tətbiq olunması məsələsidir. Hipnoz həm
fərdi, həm də kollektiv şəkildə müalicə məqsədi ilə tətbiq etmək olar. Həkim
xəstənin vəziyyətindən xəbərdar olaraq bəzən bir neçə xəstəni bir qrupa toplayıb,
onlarla birgə məşğul olur.
Hipnoz seansı bəzən 15-20 dəqiqə, yarım saata qədər davam edə bilər. Bəzən
onu uzatmaq məqsədəuyğun hesab edilir. Bəzi psixoterapevtlər hipnoterapiyadan
sonra xəstələrə 1-1,5 saat yatmağa imkan verir. Bu növ hipnoz-istirahət xarakteri
daşıyan müalicəvi bir metoddur. Hipnozun müsbət təsiri ilə yanaşı bəzi mənfi
cəhətləri də vardır. Bəzi şəxslər elə hesab edir ki, onlar hipnoz yuxusuna düşərsə,
onların iradələri zəifləyə bilər. Ona görə də, onlar aktiv müqavimət göstərir.
Bəziləri özlərini, hətta bir növ təhqir olunmuş, zəif sinir sistemi olan adam kimi
qəbul edir. Belə əks müqavimət varsa, əlbəttə, həkim müalicəni başqa üsulla əvəz
etməlidir. Hər halda, hipnoterapiyaya gələn şəxs tam mənası ilə həkimə inanmalı
və onun bütün göstərişlərinə əməl etməlidir. Belə təqdirdə hipnoz müalicəsi yaxşı
nəticə verir.
Hansı xəstəliklər hipnoz vasitəsilə daha yaxşı müalicə oluna bilər? Ümumi
şəkildə desək, sinir sisteminin funksional pozuntuları ilə müşayiət olunan bütün
xəstəliklər hipnoterapiya vasitəsilə yaxşı müalicə olunur. İlk növbədə nevrozlar,
nevrasteniya, isteriya, sarışan hallar nevrozu, uşaqlar arasında geniş yayılmış gecə
yuxusu zamanı sidikburaxma, bütün növ yuxu pozuntuları, funksional impotensiya,
frigidlik, yəni kişi və qadınlarda rast gəlinən cinsi zəiflik sindromu və s.. Pəltək
danışan adamların nitq qabiliyyətini düzəltmək məqsədilə hipnozdan geniş istifadə
olunur. Bəzi alimlər göstərir ki, bir sıra dəri xəstəlikləri, şəkər xəstəliyi hipnozun
tətbiqi ilə xeyli yüngülləşir və hətta tam müalicə olunur. Əlbəttə, bu müalicə
metodu əgər xəstə tərəfindən müsbət qəbul olunursa, onu digər xəstəliklərə də
tətbiq etmək olar.
Psixodrama
Psixodrama yunanca drama-hərəkət deməkdir. Psixodrama qrup terapiyasında
tətbiq olunan metodlardan biridir. Psixodrama üzrə terapiya zamanı patsientlər
növbə ilə aktyor və tamaşaçı rolunda çıxış edir ki, onların rolları həyati situasiyalar
12
modelləşdirilməsinə yönəldilir. Hər bir iştirakçının icra etdiyi rol onun üçün şəxsi
məna kəsb edir və qeyri-adekvat emosional reaksiyaların aradan qaldırılmasına
xidmət edir.
Psixodrama anlayışı və onun aparılması qaydaları ABŞ psixoloqu C.Morena
tərəfindən təklif edilmişdir. O, bu metoddan sosial problemlərin həlli vasitəsi kimi
istifadə etmişdir. Bir çox xarici ölkələrdə “sosiodrama”dan sağlam adamların
daxil olduğu sosial qruplarda konfliktlərin aradan qaldırılması üçün istifadə olunur.
Psixodramadan nevrozlarda, psixosomatik xəstəliklərin və alkoqolizmin
müalicəsində istifadə olunur. Yeniyetmələrdə davranış pozğunluqlarının
korreksiyasında, psixopatiyaların kəskinləşməsi zamanı da bu metoddan istifadə
səmərəli nəticələr verir. Ailə psixoterapiyasında da psixodramada istifadə mümkün
hesab olunur. Psixodrama elementləri davranış psixoterapiyasına sosial psixoloji
treninq, işgüzar oyunlar daxildir.
Dostları ilə paylaş: |