Ci tədris ILI Fənn: Klinik psixologiya



Yüklə 0,63 Mb.
Pdf görüntüsü
səhifə1/6
tarix17.07.2018
ölçüsü0,63 Mb.
#56167
  1   2   3   4   5   6


 

       



   

2017-2018-ci tədris ili   

Fənn:Klinik psixologiya 

Müəllim: Dos.N.Z.Çələbiyev 

İxtisas: Təhsildə sosial psixoloji xidmət 

Kurs: III kurs 

Semestr: I semestr

                                         

 

  

Mövzu 2.Tibbi (kliniki) psixologiyanın müasir nəzəriyyələri 

Plan: 

1.Z.Freydin nəzəriyyəsi və psixodinamikanın əsasları. 

2.Neofreydizm nəzəriyyəsində şəxsiyyətin strukturu. 

3.Psixodinamikanın əsasları və insan psixikasının quruluş modelləri. 

4.Dinamik meylli psixoterapiyanın əsas prinsipləri. 

5.Şəxsiyyətyönümlü psixologiya . Fenomenelogiya. 

6.Eksiztensial psixologiya, biheviorizm və koknitiv nəzəriyyə. 

 

Ədəbiyyat. 

1.

 



Şəfiyeva E.İ.Klinik psixologiya. B,2002 

2.

 



 Bayramov Ə.S. Şəxsiyyətin təşəkkülünün aktual psixoloji problemləri, Bakı, 1981. 

3.

 



Bayramov Ə.S., Əlizadə Ə.Ə.,Seyidov İ.Ə. Məhkəmə psixologiyası məsələləri, ADU, 1985. 

4.

 



İsmayılov N.V.,İsmayılov F.N. Tibbi psixologiya və psixoterapiya. “Maarif” nəşriyyatı, Bakı, 

2002. 


5.

 

İsmayılov  N.V.,İsmayılov  F.N.  Tibbi  psixologiya  və  psixoterapiya  (dərslik)  2-ci  nəşr,  Bakı, 



2008. 

6.

 



İsmayılov N.V. Psixiatriya, Bakı, 1998. 

7.

 



Şəfiyeva E.İ. Uşaqlarda anomal psixi inkişaf. Bakı, 1997. 

8.

 



Метделевич  В.Д.  Клиническая  и  медицинская  психология.  Практическое 

руководство.M., 1998 

9.

 

Çələbiyev N.Z.Dünyanın məşhur və tanınmış psixoloqları (tarixi



-

bioqrafik oçerklər) 

B,ADPU,2017

 

    Elm  aləmində  müəyyən  dövrlərdə  elə  hadisələr  baş  verir  ki,  onlar  dünyanın  mənzərəsi  haqqında  əvvəlki 



təsəvvürləri  alt-üst  edir  və  elmi  fikrin  sonrakı  inkişafını  müəyyənləşdirirlər.  Belə  hadisələrdən  kimyada 

Lavuazyenin  konsepsiyasını,  biologiyada  Darvinin  təkamül  təlimini,  fizikada  Eynşteynin  “nisbilik” 


 

nəzəriyyəsini, riyaziyyatda Lütfizadənin “qeyri-səlis məntiq nəzəriyyəsi”ni xatırlaya bilərik. Lakin heç bir elmi 

cərəyan freydizm kimi öz fənni çərçivəsindən kənarda belə böyük şöhrət qazanmamışdır. Psixoanaltik nəzəriyyə 

psixi proseslər haqqında ö dövrə qədər hakim olmuş baxışları bütünlüklə dəyişdirmiş və bununla yanaşı fəlsəfə, 

antropologiya,  ədəbiyyat  və  incəsənətə  güclü  təsir  göstərmişdir.  Təkcə  onu  demək  kifayətdir  ki,  yazıçılardan 

S.Sveyq, C.Oldric, rəssamlardan P.Pikasso, S.Dali, rejissorlardan C.Kokto və M.Forman kimi dahi sənətkarların 

yaradıcılığında Freydin ideyaları dərin iz buraxmışdır. 

    Bəs psixoanalizin gücü və təsiri nədədir? 

    Freydin  tədqiqatlarının  nəticələri  haqqında  məlumatlar  Avstriya  paytaxtının  elmi  ictimaiyyəti  tərəfindən 

hiddətlə qarşılandı. O dövrün tibb xadimləri nevrolik pozuntuların inkişafında seksuallığın rolunu qəbul etməyə 

hələ hazır deyildilər. Belə fərziyyələr XIX əsrin sonunda hakim olan mənəvi-etik baxışlara zidd gedirdi. Bir neçə 

il  Freydin  tədqiqatlarından  söz  açılmır,  onların  üzərindən  sükutla  keçilir.  Yaranmış  vəziyyətdə  Freyd  özünü 

kimsəsiz adada tənha qalmış Robinzon Kruzoya bənzədirdi. Elm aləmindən tamamilə təcrid olunmuş Freyd 1900-

cü ildə psixoanalizin əsas müddəalarını özündə əks etdirən “Yuxugörmələrin izahı” fundamental əsərini yazır. 

Yuxuları öyrənərkən o, belə nəticəyə gəlir ki, zahirən mənasız, cəfəng görünməsinə baxmayaraq, onlar mühüm 

əhəmiyyət  kəsb  edirlər.  Yuxuların  funksiyası  ayıqlıq  zamanı  realizə  olunmamış  arzu  və  meyllərin  təmin 

olunmasıdır. Məsələn, aclıq duyan adam yuxuda üzərində müxtəlif yeməklər düzülmüş süfrə görə bilər. Bir çox 

hallarda istəklər şəxsiyyətin etik baxışları ilə bir araya sığmayan parlaq  seksual mövzularla zəngin  olduğundan 

onlar  yuxuda  tanınmaz  dərəcədə  dəyişdirilir.  Freyd  yuxugörmələrin  və  psixi  xəstəliklərin  simptomları  arasında 

çoxlu oxşar mexanizmlər olduğunu göstərir. Bu baxımdan Freyd yuxuların izahını psixoanalizin vacib əhəmiyyəti 

kimi qiymətləndirir. 

     Bir  il  sonra  işıq  üzü  görmüş  “Gündəlik  həyatın  psixopatologiyası”  əsəri  səhv  hərəkətlərin,  yanlış  sözlərin, 

yazıların meydana çıxmasına, əşyaların və adların unudulmasına həsr olunmuşdur. Burada Freyd çoxlu misallarla 

sübut edir ki, yaddaşın nəyisə xatırlaya bilməməsi hər hansı arzuolunmaz assosiasiyalar, xoşagəlməz hadisələrlə 

bağlıdır. Məsələn, səhv yığılmış telefon nömrəsi vacib danışığı təxirə salmaq cəhdi ilə əlaqədardır. Bəzən sadə, 

ilk baxışdan mənasız görünən yanlış sözlər bu və ya digər obyektə gizli meyli, yaxud mənfi münasibəti bildirir. 

    Bir-birinin ardınca Freydin əsərləri nəşr olunur: “Seksuallıq nəzəriyyəsi üzrə üç oçerk”-(1905),  “İsteriyanın 

analizindən  bir  parça”  –  (1905),  “Hazırcavablıq  və  onun  şüursuzluğa  münasibəti”  –  (1905).  Bu  əsərlərdə 

psixoanaliz təlimini təsdiqləyən və inkişaf etdirən çoxlu faktlar nəzərdən keçirilmişdir. 

     1909-cu  ildə  Freyd  S.Xollun  ABŞ-a  dəvətini  qəbul  edərək  Vorçester  Universitetində  Mühazirələr  tsikli  ilə 

çıxış  edir.  O,  burada  müvəffəqiyyət  qazanır  və  özünün  fədakar  tərəfdarlarını  tapır.  Amerika  psixologiyasının 

qocaman  xadimi  Uiliyam  Ceyms  Freydi  bağrına  basaraq  demişdi:  “Gələcək  sizinlədir”.  Bütün  bunlara 

baxmayaraq,  artıq  1910-cu  ildə  psixoanaliz  üzrə  Birinci  Beynəlxalq  Konqresdən  sonra  Freyd  və  onun  yaxın 

məsləkdaşları arasında ciddi fikir ayrılığı yaranır. Alfred Adler, onun ardınca isə Karl Yunq öz müəllimlərindən 

uzaqlaşaraq,  psixoanalizdə  yeni  cərəyanların  əsasını  qoyurlar.  Birinci  dünya  müharibəsi  ərəfəsində  Freyd  daha 

çox  sosialogiya,  estetika,  pedaqogikanın  müxtəlif  aspektlərini  psixoanaliz  mövqeyindən  işıqlandırmağa  çalışır. 

“Leonardo  da  Vinçi”,  “Psixoseksuallıq  nəzəriyyəsi  üzrə  etüd”,  Psixoanalizin  elmi  əhəmiyyəti”,  “Totem  və 

tabu”  əsərləri  bu  qəbildəndir.  Sonuncu  əsər  insan  cəmiyyətinin  qurulmasına,  etik  və  dini  anlayışların  inkişafı, 

hüququn  meydana  gəlməsi  və  s.  həsr  olunmuşdur.  Burada,  həmçinin,  Edip  kompleksinin  izahı  verilmiş  və 

şəxsiyyətin formalaşmasında ailə faktorlarının rolu qiymətlənmdirilmişdir. Dəhşətli fəlakət və görünməmiş insan 

tələfatına  səbəb  olmuş  Birinci  dünya  müharibəsi  Freydi  psixoanalizin  bir  sıra  müddəalarına  yenidən  baxmağa 

məcbur  etdi.  İndi  Freydə  müraciət  edən  xəstələrdə  nevrozlar  seksual  hisslər  və  düşüncələrlə  deyil,  müharibə 

dövrünün  çətin  sınaqları  ilə  əlaqədar  idi.  “Məmnunluq  prinsipinin  o  biri  tərəfində”  əsərində  (1920)  Freyd 

seksual  instinkt  qədər  güclü  olan,  özünü  və  ya  başqalarını  məhv  etməyə  yönəlmiş  ölüm  instinktini  təsvir  edir. 

“Kütlələrin psixologiyası və insan Məninin analizi” (1921), “Mən və O” (1923) əsərlərində Freyd şəxsiyyətin 



Yüklə 0,63 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə