Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında



Yüklə 5,09 Kb.
Pdf görüntüsü
tarix17.02.2018
ölçüsü5,09 Kb.
#27099

background image
“Cinayət törətmiş şəxslərin verilməsi (ekstradisiya) haqqında” Azərbaycan Respublikasının

Qanununda dəyişikliklər edilməsi barədə

Azərbaycan Respublikasının Qanunu

Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I

hissəsinin  6-cı  bəndinə  əsasən,  “Məhkəmələr  və  hakimlər  haqqında”  və  “Məhkəmə-Hüquq  Şurası  haqqında”

Azərbaycan  Respublikasının  qanunlarına  dəyişikliklər  və  əlavələr  edilməsi  barədə”  Azərbaycan  Respublikasının

2010-cu il 22 iyun tarixli 1043-IIIQD nömrəli Qanununa uyğun olaraq qərara alır: 

“Cinayət  törətmiş  şəxslərin  verilməsi  (ekstradisiya)  haqqında”  Azərbaycan  Respublikasının  Qanununda

(Azərbaycan  Respublikasının Qanunvericilik  Toplusu,  2001-ci  il,  №  6,  maddə  386;  2002-ci  il,  №  8,  maddə  465)

aşağıdakı dəyişikliklər edilsin: 

1.  6.2-ci  maddədə  “Ağır  Cinayətlərə  Dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Məhkəməsinə”  sözləri

“onun yerləşdiyi ərazi üzrə ağır cinayətlər məhkəməsinə” sözləri ilə əvəz edilsin. 

2. 8.1-ci maddədə “Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikasının Məhkəməsi” sözləri “Ağır

cinayətlər məhkəməsi” sözləri ilə əvəz edilsin. 

3.  8.2-ci  maddədə  “Ağır  Cinayətlərə  dair  İşlər  üzrə  Azərbaycan  Respublikasının  Məhkəməsinin”  sözləri

“Ağır cinayətlər məhkəməsinin” sözləri ilə əvəz edilsin. 



İlham Əliyev 

Azərbaycan Respublikasının Prezidenti 

Bakı şəhəri, 10 iyun 2011-ci il.



Yüklə 5,09 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə