Çirkli pullarımızı necə yuyuruq?! Çirkli pul nədir?



Yüklə 42,88 Kb.
tarix22.11.2017
ölçüsü42,88 Kb.
#11417

Çirkli pullarımızı necə yuyuruq?!

Çirkli pul nədir?



Çirkli pul - cinayət nəticəsində, qeyri-qanuni yollarla əldə edilmiş pul, maddi və qeyri-maddi nemətlərdir.

  • cinayət yolu ilə əldə edilmiş pul vəsaitləri və ya digər əmlak - Azərbaycan 
    Respublikasının Cinayət Məcəlləsində təsbit edilmiş cinayətlərin törədilməsi nəticəsində 
    birbaşa və ya dolayı yolla əldə olunmuş hər hansı pul vəsaitləri, daşınar və ya daşınmaz, maddi 
    və ya qeyri-maddi əmlak, mülkiyyət hüquqlarını təsdiq edən hüquqi sənədlərdir;

  •  cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması - 
    cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın əldə edilməsinin 
    həqiqi mənbəyini gizlətmək və ya cinayət törətmiş şəxsin məsuliyyətdən yayınması üçün ona 
    kömək etmək məqsədilə belə pul vəsaitlərinin və ya digər əmlakın konversiyası və ya 
    köçürülməsi, yaxud həmin məqsədlərlə cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərindən və ya 
    digər əmlakdan istifadə etməklə maliyyə əməliyyatlarının və ya digər əqdlərin həyata 
    keçirilməsi, yaxud cinayət yolu ilə əldə edildiyini bilə-bilə pul vəsaitləri və ya digər əmlakın 
    həqiqi xarakterinin, mənbəyinin, yerinin, onlara sərəncam verilməsinin, onların 
    yerdəyişməsinin, belə pul vəsaitləri və ya digər əmlaka olan hüquqların və ya onların kimə 
    məxsus olmasının ört-basdır edilməsi və ya gizlədilməsidir;

  •  pul vəsaitləri və ya digər əmlakla əməliyyat - pul vəsaitləri və ya digər əmlakla bağlı 
    mülki hüquqların əldə edilməsi, həyata keçirilməsi, dəyişdirilməsi və ya onlara xitam 
    verilməsinə yönəlmiş əməllərdir;

  • terrorçuluğun maliyyələşdirilməsi - əldə olunma mənbəyindən asılı olmayaraq, pul 
    vəsaitlərinin və ya digər əmlakın tamamilə və yaxud qismən, bilavasitə və ya dolayısı ilə 
    Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 102, 214, 215, 219, 219-1, 277, 278, 279, 280 və 
    282-ci maddələrində nəzərdə tutulmuş əməllərin şəxs və ya qrup (dəstə, təşkilat) tərəfindən 
    hazırlanmasının, təşkil olunmasının və ya törədilməsinin maliyyələşdirilməsi üçün, yaxud 
    göstərilən cinayətlərin törədilməsi məqsədilə şəxsin və ya həmin məqsədlə yaradılan qrupun 
    (dəstənin, təşkilatın) təmin edilməsi üçün istifadə olunacağını bilərək pul vəsaitlərinin və ya 
    digər əmlakın qəsdən toplanılması və ya verilməsidir;

    • Predikativ cinayətlər

  • İnsan alveri

  • Narkotiklərin, qanunsuz silahın, oğurlanmış əmlakın dövriyyəsi

  • Terrorçuluq, terrorçuluğun maliyyələşdirilməsi

  • Rüşvətxorluq

  • Dələduzluq

  • Məhsul saxtakarlığı

  • Adam öldürmə

  • Vergi ödəməkdən yayınma

    • Monitorinq iştirakçıları aşağıdakılardır:

  • kredit təşkilatları;

  • sığortaçı, təkrarsığortaçı və sığorta vasitəçiləri;

  • qiymətli kağızlar bazarının peşəkar iştirakçıları olan brokerlər, aktivlərin idarə edilməsi üzrə fəaliyyəti həyata keçirənlər;

  • lizinq xidmətləri göstərən kredit təşkilatları;

  • pul vəsaitlərinin köçürülməsi ilə məşğul olan poçt xidməti göstərən müəssisələr və digər təşkilatlar;

  • lombardlar;

  • investisiya fondları;

  • qiymətli daşların, qiymətli metalların, o cümlədən qiymətli daşlardan və ya qiymətli metallardan hazırlanmış zərgərlik və ya digər məişət məmulatlarının alqı-satqısı ilə məşğul olan fiziki və ya hüquqi şəxslər;

  • öz fəaliyyətinin tərkib hissəsi kimi vəsait alan, toplayan, verən və ya vəsait köçürən hər hansı qeyri-hökumət təşkilatı, xarici dövlətlərin qeyri-hökumət təşkilatlarının Azərbaycan Respublikasındakı filial və ya nümayəndəliyi və ya dini təşkilat;

  • lotereya təşkilatçısı;

  • daşınmaz əmlakın alqı-satqısı üzrə vasitəçilik xidmətləri göstərən fiziki və ya hüquqi şəxslər.

    • Monitorinqdə iştirak edən digər şəxslər

  • vəkillər;

  • notariuslar;

  • hüquqi xidmət göstərən digər şəxslər

  • auditor xidməti göstərən şəxslər


Bank sektorunda yuyulma
Sığorta sektorunda yuyulma
Qiymətli kağızlar sektorunda yuyulma


  • Ofşor zonada fəaliyyət göstərən şirkətə aid qiymətli kağızların alqı-satqısı

  • Real bazar dəyərindən qeyri-mütənasib qiymət əsasında qiymətli kağızların alqı-satqısı

    • Fiktiv müqavilələr

  • Qiymətli daş və qiymətli metalların alqı-satqısı;

  • Daşınmaz əmlakın alqı-satqısı;

  • Faktiki dəyərindən daha yüksək qiymətə malların satılması;

  • Lizinq, potrat, xidmət və digər fiktiv müqavilələr.

  • Malların alqı-satqısı vasitəsilə pulların yuyulması sxeminin indikatorları

  • Ofşor şirkətlə müqavilənin bağlanması;

  • Malların üçüncü ölkədən idxal olunması;

  • İdxal olunmuş malların qiymətinin real bazar qiymətlərinə qeyri-mütənasib olması;

  • Vasitəçilər

  • Fiktiv şirkətlərin yaradılması, alınması, nizamnamə kapitalında iştirakı;

  • Fiktiv şərkətlər tərəfindən digər fiktiv şirkətlərin yaradılması;

  • Fiktiv şirkətlərin fiktiv biznes dövriyyəsinin rəsmiləşdirilməsi;

  • Fiktiv şirkətlər arasında bir sıra fiktiv müqavilələrin bağlanması;

  • Qeyri-hökumət təşkilatlara qrantların verilməsi

  • Elektron pullar, PayPal, WebMoney, E-gold və s.

  • Internetdə fiktiv əməliyyatların həyata keçirilməsi;

  • İnternetdə fiktiv virtual mağazaların yaradılması, onlardan fiktiv proqram təminatların və digər “malların” alınması;

  • M-ödənişlər (mobil telefonla ödənişlər).

  • Terrorçuluğun maliyyələşdirilməsinin indikatorları

  • Bir sıra şəxslər tərəfindən digər bir şəxsin adına pul vəsaitlərinin köçürülməsi

  • Adına köçürülmüş vəsaitlərin digər istiqamətlərə (o cümlədən digər ölkələrə) köçürülməsi

  • Yüksək riskli müştərilər

  1. “Qara siyahı”dakı dövlətlərin vətəndaşları, eləcə də həmin dövlətlərin banklarındakı hesabı olan şəxslər

  2. “Terrorçular siyahsı”nda qeyd olunan şəxslər

  3. Xarici dövlətlərin siyasi xadimləri

  4. Anonim əməliyyatların aparılmasına cəhd edən şəxslər

  5. Əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlanmış şəxslər

  6. Öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhələr olan şəxslər

  7. Qeyri-rezident müştərilər

  8. Adsız səhmləri buraxmış şirkətlər

  9. Bank tərəfindən yüksək riskli olaraq müəyyən edilmiş digər şəxslər

  • Risklərin qiymətləndirilməsi




Ehtimal

5

Yüksək

Cinayət törədiləcəkdir

4

Ortadan yüksək

Cinayət yüksək ehtimalla törədiləcəkdir

3

Orta

Ola bilər ki, cinayət törədiləcəkdir

2

Ortadan aşağı

Cinayət törədilməsinin ethimalı aşağıdır

1

Cüzi

Çox güman ki, cinayət törədilməyəcəkdir







Nəticələr

5

Çox ağır

Cinayət törədiləcəksə iri miqyaslı ziyan vurulacaqdır

4

Ağır

Cinayət törədiləcəksə külli miqdarda ziyan vurulacaqdır

3

Orta ağırlıqda

Cinayət törədiləcəksə xeyli miqdarda ziyan vurulacaqdır

2

Ağırlığı az olan

Cinayət törədiləcəksə az miqdarda ziyan vurulacaqdır

1

Cüzi

Cinayət törədiləcəksə maddi ziyan vurulmayacaqdır




  • Yüksək riskli qrupuna aid müştərilər

  • İri, yeni yaradılmış, bazarda etibar qazanmamış, yaxud tanınmış olmayan şirkətlər, siyasi xadimlər və qeyri-rezidentlər

  • Öz profilinə uyğun olmayan və qeyri-adi əməliyyatları aparan müştərilər

  • Ofşor və ya “qara siyahı”da olan ölkələrə vəsaitləri köçürən və vəsaitləri alan şəxslər

  • Yüksək riskli əməliyyatlar

  • “Qara siyahı”dakı dövlətlərin vətəndaşları, eləcə də həmin dövlətlərin banklarındakı hesabı olan şəxslərin əməliyyatları

  • “Terrorçular siyahsı”nda qeyd olunan şəxslərin əməliyyatları

  • Xarici dövlətlərin siyasi xadimlərinin əməliyyatları

  • Anonim əməliyyatların aparılmasına cəhd edən şəxslərin əməliyyatları

  • Əvvəllər təqdim edilmiş eyniləşdirmə məlumatlarının doğru olmadığı aşkarlanmış şəxslərin əməliyyatları

  • Öz adından fəaliyyət göstərməməsi və ya üçüncü şəxsin adından çıxış etməsi barədə şübhələr olan şəxslərin əməliyyatları

Yüklə 42,88 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə