Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə araşdırmanın xüsusiyyətləri



Yüklə 98,45 Kb.
Pdf görüntüsü
tarix21.04.2018
ölçüsü98,45 Kb.
#39798


Çirkli pulların yuyulması ilə əlaqədar cinayətlər üzrə 

   

araşdırmanın xüsusiyyətləri

               



 

Çirkli  pulların  yuyulması,  əsasən,  "vergi  cənnəti"  adlandırılan  offşor 

zonalar  vasitəsilə  həyata  keçirilir.  FATF-ın  qara  siyahısına  19  belə  offşor 

zona daxil edilmişdir ki, onlardan Baham, Bermud, Kipr, Malta, Men (Böyük 

Britaniya)  və  Madeyra  (Portuqaliya)  adaları  və  s.-ni  misal  göstərmək  olar. 

Offşor  zonalarda  güzəştli  vergi  rejimi  tətbiq  olunur  və  valyuta  nəzarəti 

həyata  keçirilmir.  Valyutaların  idxal  və  ixracında  heç  bir  maneə 

olmadığından  burada  beynəlxalq  səviyyəli  bank  əməliyyatlarının  həyata 

keçirilməsi  asanlaşır.  Məsələn,  Baham  adalarında  350  bank  fəaliyyət 

göstərir  və  həmin  banklarda  həyata  keçirilən  əməliyyatların  95%-i 

beynəlxalq miqyaslıdır. 

Hüquq  ədəbiyyatlarında  «çirkli  pullar»ın  yuyulmasına  şərait  yaradan 

hallar  kimi  -  vətəndaşların  qeyri  rəsmi  gəlirlərinin  yüksək  olması, 

iqtisadiyyatda «qara  bazarın» mövcudluğu,  maliyyə institutlarının  üzərində 

nəzarət  və  monitorinq  mexanizmlərinin  lazımi  səviyyədə  olmaması,  dövlət 

orqanlarında  korrupsiya  cinayətinin  mövcudluğu,  dövlətin  daxilində  «azad 

iqtisadi  zonaların»  (offşor  zonaların)  mövcudluğu,  xarici  hüquq-mühafizə 

orqanları  vasitəsilə  maliyyə  məlumatlarının  əldə  olunmasının  qeyri-

mümkünlüyü və yaxud məlumatların əldə olunmasının məhdudlaşdırılması, 

şirkət rəhbərlərinin şəxsiyyətlərinin identifikasiyasının zəruriliyi, anonim pul 

hesablarının  mövcudluğu,  ölkədə  maliyyə  institutlarının  qızıl  və  qiymətli 

əşyaların beynəlxalq ticarət mərkəzlərinə daxil olmalarının mümkünlüyü və 

sair göstərilmişdir. 

Beynəlxalq  təcrübə  onu  göstərir  ki,  «çirkli  pullar»ın  yuyulması  ilə 

mübarizə hüquqi və fiziki şəxslərin maliyyə və vergi hesabatlarının alınması, 

nəzarətedici  orqanlar  tərəfindən  bankların  və  şirkətlərin  yerində 




yoxlanılması,  daxili  audit  yoxlaması  və  digər  metodlardan  istifadə  etməklə 

həyata keçirilir. 

«Çirkli  pullar»ın  yuyulmasının  beynəlxalq  aləmdə  bir  cox  növü 

movcuddur,  lakin  ən  geniş  yayılmış  növlərini  fərqləndirmək  mümkündür. 

Misal üçün onlardan birincisi ayrı-ayrı şəxslər tərəfindən banklarda hesablar 

açılmaqla  oraya  nağd  pul  vəsaitləri  yerləşdirilir,  daha  sonra  həmin  pullar 

başqa dövlətin bankında olan saxta firmanın hesabına, oradan isə başqa bir 

hesaba  köçürülür.  Digər  bir  metod  saxta  bank  hesablarından  istifadə 

edilməsi  və  qara  mühasibatlığın  aparılması  ilə  həyata  keçirilir.  Belə  ki, 

maliyyə  əməliyyatının  keçirilməsi  üçün  xaricdə  olan  saxta  bir  firmanın 

hesabına pullar köçürülür, malların alınmasına dair saxta müqavilə bağlanır 

və  həmin  müqavilə  sübut  kimi  banka  təqdim  edilir,  bank  da  sənədlərə 

əsaslanaraq  həmin  pulların  köçürülməsini  təmin  edir.  Başqa  bir  metod  isə 

cinayətkar tərəfindən cinayət yolu ilə əldə etmiş pulları leqallaşdırmaq üçün 

həmin pullara daşınmaz əmlaklar alınır, restoran və otellərin tikintisinə sərf 

olunur.  Eyni  zamanda  cianyətkar  bir  dövlətdə  əldə  etdiyi  gəlir  hesabına 

başqa  xarici  dövlətlərdə  öz  yaxınlarının  adına  əmlakların  alınması  yolu  ilə 

“çirkli pulları” leqallaşdıra bilər.  

Maliyyə  əqdləri  üzrə  «çirkli  pullar»ın  yuyulması  sahəsində  dünya 

təcrübəsinin  ümumiləşdirilməsi  onu  göstərir  ki,  bu  məsələnin  həlli 

cinayətkar  birliklər  tərəfindən  müxtəlif  üsullarla  həyata  keçirilir.  Məsələn 

əməliyyatlar  zamanı  bir  neçə  firmadan  istifadə  etmə  yolu  ilə  mümkündür. 

Belə  ki,  göstərilməmiş  xidmətlərə  görə  əldə  olunmuş  gəlirlər  barədə 

firmanın  mühasibat  kitablarına  qeydlər  yazılır,  əslində  isə  firma  heç  bir 

xidmət  göstərməmişdir.  Adətən  qanorarların,  xidmətlərə  görə  gəlirlərin 

qeydiyyatı firmaların yeganə mühasibat kitabında aparılır. Bu növ  əqdlərin 

izlənilməsi təcrübədə çox çətinliklər yaradır, belə ki, firmanın hesabatlarında 



bu  əməliyyatlar  maskalanmış  şəkildə  göstərilir  və  əqdin  əsl  xarakteri 

gizlədilir. 

Digər  bir  üsul  isə  pul  köçürmələri  yolu  ilə  həyata  keçirilir.  «Çirkli 

pullar»  bank  hesabında  açılmış  müxtəlif  hesablara,  oradan  isə  xarici 

banklarda  açılmış  hesablara  köçürülür.  Bu  hesablara  da  çek  yazılıb  verilir, 

bununla  həmin  pullar  yenə  də  cinayətkarın  sərəncamına  qayıdır.  Bunun 

başqa  növü  də  mövcuddur.  Pulları  müxbir  bank  vasitəsilə  bir  bank 

müəssisəsindən  xaricdə  yerləşən  digər  bankda  açılmış  bank  hesabına 

köçürülür və cinayətkar rahatlıqla oradan pul vəsaitini çıxarır. 

Qeyd  etmək  istərdim  ki,  dünya  praktikasında  «çirkli  pulların 

yuyulması” ilə mübarizə sahəsində istintaq metodları müxtəlif olsa da, lakin 

ümumi  istiqamət  eynilik  təşkil  edir.  Cinayət  yolu  ilə  əldə  edilən  pul 

vəsaitlərinin leqallaşdırılması cinayətlərinin istintaqı zamanı müstəntiq və ya 

prokuror  istintaqın ilkin  mərhələsində  cinayət  faktını,  leqallaşdırma  faktını, 

konkret  şəxsin  və  ya  şəxslərin  cinayətdə  təqsiri,  cinayətin  motivləri, 

leqallaşdırılmış pul vəsaitinin ümumi məbləğini müəyyən etməlidirlər. 

Bu növ cinayət işinin istintaqı zamanı qanunsuz yolla pul vəsaitlərinin 

əldə olunması faktı aşkar olunarkən ilk olaraq həmin pul vəsaitlərinin ilkin 

mənbəyi  müəyyən  edilməli,  bununla  bağlı  bütün  sənədlər  götürülməli, 

həmin  pula  daşınmaz  əmlakın  alınması  müəyyən  olunarsa  üzərinə  həbs 

qoyulmalıdır.  Eyni  zamanda  təqsirləndirilən  şəxsin  (və  ya  şübhəli  şəxsin) 

yaşayış  evində,  yaxud  xidməti  otağında  (ehtimal  olunan  digər  saxlanc 

yerlərində)  axtarış  və  götürmə  istintaq  hərəkəti  keçirilməlidir.  Axtarış 

gedişatında  zəruri  olan  sənədlərdən  əlavə  maqnit-informasiya  daşıyıcıları, 

(kompyuterlər,  disklər,  fləş  kartlar  və  sair)  bankomat  kartları  müvafiq 

qaydada  götürülməli  və  onlara  mütəxəssisin  iştirakı  ilə  baxış  keçiməklə 

istintaq üçün əhəmiyyət kəsb edən məlumatlar əldə olunmalıdır. Müstəntiq 

və  ya  prokuror  axtarış  zamanı  əmlakların  alqı-satqısına  dair  müqavilələrə, 

avomobillərin  idarə  olunması  üçün  verilmiş  etibarnamələrə,  kommersiya 



müqavilələrinə,  digər  şəxslərin  (qohum  və  ya  yaxınlarının)  adına  alınmış 

əmlaka ödəniş sənədlərinə, kommunal xərclərin ödənilməsinə dair qəbzlərə 

xüsusi diqqət verməlidir. 

İstintaqçı  tərəfindən  növbəti  istintaq  hərəkəti  kimi  əldə  olunmuş 

sənədlər üzrə istintaq hərəkətləri aparılmalı, sənədlərdə adları qeyd olunan 

şəxlər  müəyyən  edilməklə  əmlaka  münasibətləri  barədə  ətraflı  ifadələri 

alınmalıdır.  Eyni  zamanda

 

təqsirləndirilən  şəxsin  özünün  və  ya  onun  ailə 



üzvlərinin  sərəncamında  daşınar  və  daşınmaz  əmlakın  olmasının 

aydınlaşdırılması üçün Əmlak Məsələləri Dövlət Komitəsinə, DİN-nin BDYPİ-

nə,  Vergilər  Nazirliyinə  sorğular  göndərilməsi  məqsədəmüvafiqdir. 

Azərbaycan  Respublikasında  fəaliyyət  göstərən  banklara  müvafiq  sorğular 

göndərilməli,  zərurət  yarandıqda  isə  bu  barədə  məhkəmənin  qərarının 

alınması  üçün  tədbir  görülməlidir.  Əldə  edilmiş  bank  sənədlərində  şübhəli 

əməliyyatlar  aşkar edilərsə  həmin  əməliyyatlar izlənilməli  və “çirkli  pulların 

yuyulması” halları aydınlaşdırılmalıdır.  

Müstəntiq və ya prokuror əldə etdiyi maliyyə sənədləri üzrə müvafiq 

mütəxəssisləri  cəlb  etməklə  yoxlamalar  keçirə  bilər.  Yoxlamalar  təyin 

olunarkən  şübhəli  maliyyə  əməliyyatlarına  (daxili  və  beynəlxalq  pul 

köçürmələri) xüsusi diqqət yetirilməli, istintaq zamanı əldə olunmuş sübutlar 

(əmtəəsiz  əməliyyatlar,  bank  köçürmələrini  təsdiq  edən  sənədlər) 

mütəxəssislərə  yoxlanılması  üçün  təqdim  edilməlidir.  İstintaqçılar 

mütəxəssislərin yoxlamanın yekununda təqdim etdikləri yoxlama aktlarında 

göstərilənlər  üzrə  hazırladıqları  plan  əsasında  müvafiq  istintaq  hərəkətləri 

keçirməlidirlər.  

“Çirkli  pulların  yuyulması”  cinayətlərində  bir  çox  hallarda  beynəlxalq 

pul köçürmələrindən istifadə olunur ki, bu da istintaqçıların işlərini bir qədər 

çətinləşdirir.  Lakin  bu  zaman  digər  ölkələrdə  istintaq  hərəkətlərinin 

aparılması  və  ya  məlumatların  götürülməsi  üçün  beynəlxalq  istintaq 



tapşırıqlarından  istifadə  olunmalıdır.  Dünya  praktikasında  bu  növ 

cinayətlərin istintaqı zamanı beynəlxalq tapşırıqlardan geniş istifadə olunur 

və  bir  çox  hallarda  “çirkli  pulların  yuyulması”  faktları  məhz  tapşırıqlar 

nəticəsində aşkar edilir.  

Cinayət işinin istintaqı zamanı dindirmələr xüsusi əhəmiyyət kəsb edir. 

Bu  növ  cinayətlərdə  şahid  bazası  maliyyə  əməliyyatlarının  keçirilməsində 

iştirak etmiş, adına formal olaraq əmlak alınmış şəxslərdən, təqsirləndirilən 

şəxsin  qohumlarından,  əmlakın  alqı-satqısında  və  ya  maliyyə 

əməliyyatlarında  iştirak  etmiş  və  digər  şəxslərdən  ibarət  ola  bilər. 

Təqsirləndirilən  və  ya  şübhəli  şəxsin  ifadələri  istintaq  üçün  əhəmiyyətli 

olduğundan, onların dindirilmələrinə hazırlıq görülməli və veriləcək sualların 

siyahısı əvvəlcədən hazırlanmalıdır. 

Cinayət  yolu  ilə  əldə  edilən  pul  vəsaitlərinin  leqallaşdırılması  ilə 

mübarizə  sahəsində  xarici  dövlətlərin  təcrübəsinə  nəzər  salsaq  görərik  ki, 

Amerika  Birləşmiş  Ştatları  cinayət  yolu  ilə  əldə  edilən  pul  vəsaitlərinin 

leqallaşdırılması  ilə  mübarizə  sahəsində  böyük  qanunvericilik  bazasına, 

istintaq  təcrübəsinə  və  bu  sahədə  ixtisaslaşmış  maliyyə  institutlarına 

malikdir. 



ABŞ-da «çirkli pullar»ın yuyulmasının qaşısınının alınmasına dair əsas 

hüquqi bazanı iki növ qanunvericilik aktları təşkil edir - birinci federal aktlar, 

ikincisi isə ştatların qanunlarıdır.  

Federal  qanunlara  «Bank  sirri  haqqında»  və  «Çirkli  pullar»ın 

yuyulmasının qarşısınının alınması haqqında qanunlar (1986-cı il) aiddir. 

«Bank  sirri  haqqında»  qanun  fərdi  şəxslər,  banklar  və  digər  maliyyə 

təşkilatları üçün bank sənədlərinin hazırlanması normalarını və hesabatların 

qaydalarını müəyyən etmişdir. Bu normanın qəbul edilməsi hüquq-mühafizə 

orqanlarına  xidmət  etmək  məqsədi  daşıyır.  Qanun  Amerika  valyutasının 



mənbələrini  aşkar  etmək,  hərəkətini  və  həcmini  müəyyən  etməyə  yardım 

edir.  Qanunun  birinci  hissəsi  bankların  və  digər  maliyyə  təşkilatlarının 

apardıqları  maliyyə  əməliyyatları  üzrə  sənədləşmələri  5  il  müddətində 

saxlanılmasını əsas şərt kimi müəyyən etmişdir. Qanunun ikinci hissəsində 

isə 10 000 ABŞ dolları həcmindən artıq məbləğlər üzrə daxili və beynəlxalq 

əməliyyatlar həyata keçirən fərdi şəxslər, banklar və maliyyə təşkilatları bu 

barədə dərhal hesabatlar vermələri göstərilmişdir. 

ABŞ  qanunlarına  görə  10 000  ABŞ  dolları  məbləğindən  artıq  pulun 

dəyişdirilməsi, əmanətə qoyulması və ya başqa banka köçürülməsi mütləq 

bəyan edilməlidir. Bunu etməkdən yayınmış şəxslər və ya təşkilatlar cinayət 

məsuliyyətinə cəlb olunur, gizlədilmiş pul vəsaiti isə müsadirə edilir. 

 

Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  leqallaşdırılması 



cinayətinin  ictimai  təhlükəliliyi  bu  əməlin  bir  sıra  mühüm  ictimai  dəyərləri 

təhlükə  altına  alması  ilə  əlaqədardır.  Normal  iqtisadi  sistemi  sarsıdan  bu 

əməlin  törədilməsi  ilə  mütəşəkkil  cinayətkarlığın  maddi-maliyyə  bazası 

formalaşdırılır,  kriminal  biznes  pərdələnmiş  olur.  Çirkli  pulların  yuyulması 

korrupsiyanın doğurduğu əsas bəlalardan biri və iqtisadi sahədə mütəşəkkil 

cinayətkarlığın başlıca təzahür formasıdır.  Cinayət yolu ilə əldə edilmiş pul 

vəsaitlərinin  leqallaşdırılması  korrupsiyaçı-kriminal  ünsürlərin leqal  biznesin 

bütün gəlirli sahələrini tədricən ələ keçirməsi kimi təhlükəli perspektiv vəd 

edir.

 

Birləşmiş Millətlər Təşkilatının hesablamalarına görə 90-cı illərdə çirkli 



pulların  yuyulmasına  350  milyard  dollar  pul  vəsaiti  cəlb  edilmişdirsə, 

müxtəlif hesablamalara görə hal-hazırda 400-700 milyard dollar pul vəsaiti 

"yuyulur".  Beynəlxalq  Valyuta  Fondunun  məlumatlarına  görə  dünya  üzrə 

yuyulan pulların məbləği dünyanın Ümumi Daxili Məhsulunun 2-5%-ni təşkil 

edir. 



Korrupsiya cinayətləri və cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin 

leqallaşdırılması  və  ya  başqa  sözlə  desək  “çirkli  pulların  yuyulması” 

mahiyyətləri  etibarı  ilə  bir-birləri  ilə  sıx  bağlıdırlar.  Məsələn  passiv 

rüşvətxorluq  və  ya  vəzifə  səlahiyyətlərindən  sui-istifadə  yolu  ilə  dövlət 

əmlakının  mənimsənilməsi  bir  qayda  olaraq  şəxsi  mənfəət  əldə  etmək 

məqsədi ilə törədilir. Qeyd olunan, cinayətləri törətmiş şəxslər isə bir qayda 

olaraq  əldə  edilmiş  pul  vəsaitlərini  və  ya  əmlakı  “qanuniləşdirməyə” 

meyllidirlər. Belə olan halda isə çirkli pulların yuyulması, kriminal fəaliyyətin 

nəticəsi  kimi  qanunsuz  olaraq  əldə  edilmiş  pul  vəsaitlərinin  gizlədilməsi 

prosesidir.  Belə  ki,  cinayət  yolu  ilə  əldə  etmiş  olduğu  pul  vəsaitlərini  

“qanuniləşdirmə”  son nəticədə həmin pul vəsaitlərinin dövlət orqanlarının 

fəaliyyəti  nəticəsində  müəyyən  edilməsi,  izlənməsi,  dondurulması  və 

müsadirə  edilməsi  kimi  məsələləri  əhəmiyyətli  dərəcədə  çətinləşdirir,  bəzi 

hallarda  isə  ümumiyyətlə  qeyri-mümkün  edir.  Qeyd  olunan  prizmadan 

baxıldıqda  çirkli  pulların  yuyulması  müəyyən  mənada  korrupsiya 

cinayətlərinin məntiqi davamını və ya zəncirin növbəti halqasını təşkil edir. 

Digər  tərəfdən  isə  korrupsiya  cinayətləri  cinayət  yolu  ilə  əldə  edilmiş  pul 

vəsaitlərinin leqallaşdırılmasında predikativ cinayət rolunda çıxış edir. 

 

Cinayət  yolu  ilə  əldə  edilmiş  qanunsuz  pul  vəsaitlərinin 



leqallaşdırılmasına  qarşı  mübarizə  standartlarının  düzgün  şəkildə  tətbiq 

edilməsi  korrupsiya  halları  üçün  əlverişsiz  şərait  yaratmaqla  ona  qarşı 

mübarizə  tədbirlərinin  səmərəliliyini  daha  da  artıra  bilər.  Lakin  o  qeyd 

edilməlidir  ki,  korrupsiya  fenomenin  özü  də  eyni  zamanda  hər  hansı  bir 

ölkədə  beynəlxalq  standartlarla  müəyyən  edilmiş  cinayət  yolu  ilə  əldə 

edilmiş qanunsuz pul vəsaitlərinin leqallaşdırılmasına qarşı mübarizə rejimini 

və standartlarını zədələyə bilər. Yəni bu halda məsələyə birtərəfli qaydada 

yanaşmaq düzgün seçim deyil.  




Nəzərdən keçirilən hər 2 cinayət növü bir çox hallarda bir biri ilə nə 

qədər üzvi şəkildə bağlı olsalar da, təbii ki, fərqli cəhətləri də mövcuddur. 

Belə  ki,  ilk  növbədə  qeyd  olunmalıdır  ki,  cinayət  yolu  ilə  əldə  edilmiş 

qanunsuz  pul  vəsaitlərinin  leqallaşdırılması  heç  də  bütün  hallarda 

korrupsiya  cinayətlərinin  məntiqi  davamı  olmur  və  ya  bəzən  korrupsiya 

cinayətləri  çirkli  pulların  yuyulması  əməlinin  predikativ  cinayəti  rolunda 

iştirak  etmir.  Məsələn,  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsi  və  bir  çox 

digər  əməllər  cinayət  yolu  ilə  əldə  edilmiş  qanunsuz  pul  vəsaitlərinin 

leqallaşdırılmasının predikativ cinayəti rolunda çıxış edə bilərlər. 

Bundan əlavə, cinayət yolu ilə əldə edilmiş qanunsuz pul vəsaitlərinin 

leqallaşdırılma  cinayəti  iqtisadi  fəaliyyət  sahəsində  olan  cinayətlər 

kateqoriyasına daxil olduğu halda, korrupsiya cinayətlərinin birbaşa obyekti 

dövlət  orqanlarının  normal  fəaliyyətidir.  Eyni  zamanda,  hər  iki  cinayət 

obyektiv cəhətinə görə bir-birindən fərqlənir.  

Eyni  zamanda,  korrupsiya  cinayətlərinin  subyekti  qismində  yalnız 

Azərbaycan  Respublikası  Cinayət  Məcəlləsinin  308-ci  maddəsinin  qeyd 

hissəsində  müəyyən  edilmiş  vəzifəli  şəxs  tanındığı  halda,    cinayət  yolu  ilə 

əldə  edilmiş  qanunsuz  pul  vəsaitlərinin  leqallaşdırılma  cinayətinin  subyekti 

qismində cinayət məsuliyyətinə cəlb etmə yaşına çatmış, hər hansı anlaqlı 

fiziki şəxs iştirak edə bilər.  

Lakin  o  da  xüsusi  olaraq  vurğulanmalıdır  ki,  qabaqcıl  ölkələrin 

təcrübəsi  göstərir  ki,  hər  iki  fenomenlə  səmərəli  mübarizə  aparılmasının 

yeganə  yolu  onlara  qarşı  mübarizənin  sistemli,  kompleks  və  ardıcıl 

aparılması,  bu  fenomenlərin  üzvi  şəkildə  əlaqəli  olmasının  qəbul  edilməsi 

yolu  ilə  mümkündür.  Bu  əməllərdən  biri  digərindən  ayırılmamalıdır.  Əks 

halda,  bir  istiqamətdə  yol  verilmiş  nöqsan  avtomatik  olaraq  digər 

fenomenin səviyyəsinin artması ilə müşayiət olunacaqdır. 

 

 



 


 

 

 



Cinayət yolu ilə əldə edilmiş pul vəsatlərini və ya digər əmlakı 

leqallaşdırma cinayətinin istintaqına dair metodiki tövsiyələr 

 

 



Cinayət işinin başlanması 

 

Pulların  cinayət  yolu  ilə  əldə  olunması  barədə  maddənin 



dispozisiyasında  qeyd  bunu  göstərir  ki,  araşdırma  materiallarında  hər  iki 

cinayətlə bağlı kifayət qədər məlumatlar (materiallar) mövcud olduğu halda 

(yəni  hər-hansı  cinayət  əməli  nəticəsində  qanunsuz  yolla  pul  vəsaitlərinin 

əldə  edilməsi  və  həmin  pulların  leqallaşdırılması  üçün    məqsədyünüllü 

hərəkətlərin edilməsi barədə) cinayət işi başlana bilər. 

Bununla  belə,  hər-hansı  cinayətlə  bağlı  çirkli  pulların  yuyulması  faktı 

ibtidai  istintaq  zamanı  aşkar  olunmadıqda  və  bu  hal  məhkəmə  baxışı 

zamanı  aşkar  edildikdə  məhkəmənin  təqdimatı  əsasında  ayrıca  cinayət 

işinin  başlanması  mümkündür.  Lakin,  belə  cinayət  işinin  istintaqının  əsas 

cinayət işindən ayrı olaraq aparılması məqsədə müvafiq hesab edilmir.  

Əgər  pul  və  ya  əmlakın  cinayət  yolu  ilə  əldə  olunması  aşkar 

olunmasa, yaxud pulların və əmlakın cinayət-hüquq normalarının yox, digər 

Qanunun pozulması nəticəsində əldə olunması müəyyən olunarsa, belə olan 

halda CM-nin 193-1-ci maddəsi ilə cinayət məsuliyyəti istisna edilir.  



 

İlkin istintaq hərəkətləri və əməlyyat-axtarış tədbirləri  

 

 



1.  Leqallaşdırma  cinayətləri  ilə  əlaqədar  istintaqın  ilkin mərhələsində 

müstəntiqin  hərəkətləri  cinayətlə  bağlı  məlumatların  xarakterindən  asılı 

olaraq müəyyən edilir. 



 

İstintaq zamanı aşağıda göstərilən hallar sübuta yetirilməlidir:  

- ilkin cinayətin faktı (vaxtı, yeri, cinayətin üsulu və s.); 

- leqallaşdırmanın faktı (vaxtı, yeri, cinayətin üsulu və s.); 

- konkret şəxsin (şəxslərin) cinayətdə təqsiri və cinayətin motivləri,  

- təqsirin dərəcəsi və xarakterinə təsir göstərən hallar; 

-  leqallaşdırılmış pul vəsaitərinin məbləği; 

 

Həmçinin,  cinayətin  törətməsinə  şərait  yaradan  hallar  da  müəyyən 



olunmalıdır. 

Digər  cinayətlərlə  bağlı  ibtidai  istintaq  aparıldığı  zaman  cinayət 

nəticəsində  (terrorçuluq,  narkotik  vasitələrin  qanunsuz  dövriyyəsi, 

korrupsiya  cinayətləri  və  s.)  pul  vəsaitlərinin  əldə  olunması  faktı  aşkar 

olunarkən ilk olaraq həmin pul vəsaitlərinin məxaric istiqamətləri müəyyən 

olunmalı və bununla bağlı bütün sənədlər, habelə həmin pula əldə olunmuş 

əşyalar  götürülməli,  əgər  həmin  pul  vəsaitlərinə  daşınmaz  əmlak  alınıbsa, 

əmlak  üzərinə  həbs  qoyulmalıdır.  Sənədlər  şəxsdən  könüllü  təqdim  etmə, 

yaxud  məhkəmənin  qərarı  əsasında  götürülə  bilər.  Sənədlərin  və 

predmetlərin aşkar olunması üçün təqsirləndirilən şəxsin evində, bağında, iş 

yerində,  avtomaşınında  və  qaracında,  habelə  digər  saxlanc  yerlərində 

(qohumunun yaxud tanışının evində və s.) axtarış aparıla bilər.  

Axtarış və götürmə gedişatında bilavasitə sənədlərdən başqa, maqnit-

informasiya  daşıyıcıları  da  (kompyuter,  disket,  disklər,  kartlar  və  s.), bank 

kartları götürülməlidir.  

Axtarışın  gedişatında  eyni  zamanda  əmlakın  alqı-satqısına  dair 

müqavilələrə,  kommersiya  müqavilələrinə,  formal  olaraq  digər  şəxslərin 

adlarına rəsmiləşdirilmiş əmlaka görə ödəniş sənədlərinə, evlərin kommunal 

xərclərinin ödənilməsinə dair qəbz və orderlərə xüsusi diqqət yetirilməlidir. 

Götürülmüş  sənədlərə  və  maqnit-informasiya  daşıyıcılarına  baxış 

keçirilməklə əldə olunmuş pul vəsaitlərinin məbləği, həmin pul vəsaitləri ilə 

aparılan  əməliyyatlar,  əməliyyatlarda  iştirak  etmiş  şəxslər,  təqsirləndirilən 

(şübhəli şəxs) tərəfindən həyata keçirtdiyi digər şəxs adına rəsmiləşdirilmiş 

əmlaka  görə  ödənişlərin,  o  cümlədən  kommunal  xərclərinin  ödənilməsi  və 

digər bu kimi hallar müəyyən olunur. Maqnit-informasiya daşıyıcılarına baxış 



zamanı  baxışın  daha  səmərəli  keçirilməsini  təmin  etmək  üçün  kompyuter 

sahəsində mütəxəssisin iştirakı məqsədə müvafiq hesab olunur.  

 

 

Leqallaşdırılmış əmlakın tapılması üçün görülən tədbirlər 



 

Təqsirkar şəxsin və onun yaxın qohumlarının adlarına olan əmlakın, o 

cümlədən  torpaq  sahələrinin,  evlərin,  qeyri  yaşayış  sahələrinin 

(obyektlərin),  nəqliyyat  vasitələrin,  hüquqi  şəxslərin  olub-olmasının 

müəyyən edilməsi üçün Azərbaycan Respublikası Nazirlər Kabineti yanında 

Daşınmaz  əmlakının  Dövlət  Reyestr  Xidmətinə,  DİN-nin  Baş  Dövlət  Yol 

Polisi İdarəsinə, Vergilər Nazirliyinə sorğular göndərilməlidir.  

Təqsirkar  şəxsin  və  onun  yaxın  qohumlarının  adlarına  bank 

hesablarının olub-olmamasını müəyyən etmək üçün banklardan məlumatlar 

məhkəməninn qərarı əsasında götürülməlidir.  

 

Yoxlamanın keçirilməsi: 

 

 

İstintaqadək  maliyyə-nəzarət  strukturların  hər-hansı  hüquqi  yaxud 



fiziki  şəxsin  fəaliyyətinin  yoxlaması  zamanı  ilkin  cinayətin  (mənimsəmə, 

vergidən  yayınma  və  s.)  əlamətləri  və  mexanizmi  aşkar  olunduqda  eyni 

zamanda  pul  vəsaitlərinin  və  əmlakın  leqallaşdırmaq  məqsədilə  keçirilmiş 

maliyyə əməliyyatları da müəyyən oluna bilər.  

 

İstintaq  dövründə  də  Maliyyə  və  Vergilər  Nazirlklərinin,  Hesablama 



Palatası  və  digər  yoxlama  strukturlarının  əməkdaşlarını  cəlb  etməklə 

maliyyə əməliyyatları üzrə yoxlamaların keçirilməsi müsbət nəticə verə bilər. 

Yoxlamalar  təyin  olunarkən  şübhəli  maliyyə  əmliyyatlarına  xüsusi  diqqətin 

yetirilməsinə  dair  müvafiq  göstəriş  verilməli,  istintaq  zamanı  əldə  olunan 

sübutlar  barədə  (əmtəəsiz  əməliyyatlar,  pulların  hansısa  hesaba 

köçürülməsi və s.)  yoxlayıcılar məlumatlandırılmalıdır.  




 

Yoxlamalar  başa  çatanda  yoxlama  aktlarında  göstərilənlər  üzrə 

müvafiq  istintaq  hərəkətləri,  o  cümlədən  sənədlərin  götürülməsi,  qeyd 

olunan şəxslərin aktın nəticələri üzrə dindirilməsi və s. keçirilməlidir. 

 

 

 



Beynəlxalq istintaq tapşırıqları 

 

İstintaq  gedişatında  törədilmiş  cinayətin  xarakterindən  asılı  olaraq 



digər  ölkələrdə  istintaq  hərəkətlərinin  aparılmasına  və  ya  digər  ölkələrdən 

məlumatların əldə olunmasına zərurət yarana bilər. 

Belə  olan  halda  müstəntiq  beynəlxalq  istintaq  tapşırığını 

hazırlamalıdır. İstintaq tapşırığı tərtib edilərkən götürmə, axtarış və bu kimi 

istintaq  hərəkətlərinin  aparılması  üçün  məhkəmənin  qərarının  alınması 

təmin olunmalıdır. 

Digər  ölkələrdən  əməliyyat  xarakterli  məlumatların  əldə  olunması 

üçün  Azərbaycan  Respublikası  DİN-nin  “İnterpol”un  Milli  Bürosuna  sorğu 

verilə bilər.  

Mövcud  olan  Qanunvericiliyinə  müvafiq  olaraq  beynəlxalq  istintaq 

tapşırığının verilərkən aşağıdakılar nəzərə alınmalıdır: 

 

Hüquqi  yardım  göstərilməsinə  dair  müraciətdə  aşağıdakılar 



göstərilməlidir: 

- sorğu edilən xarici dövlətin səlahiyyətli orqanının adı; 

-  sorğunun  aid  olduğu  araşdırmanı,  istintaq  həyata  keçirən  müvafiq 

səlahiyyətli dövlətin orqanının adı; 

- sorğunun predmeti və onun məzmunu; 

- cinayət tərkibinin əlamətləri, faktların təsviri və əməlin tövsifi, sorğu edən 

dövlətin müvafiq cinayət qanunun mətni; 

-  barəsində  sorğu edilən şəxsin soyadı, adı,  atasının adı,  doğulduğu  tarix, 

vətəndaşlığı,  daimi  yaşadığı  və  ya  olduğu  yer,  zahiri  görkəminin  təsviri, 

şəxsiyyətinin müəyyən edilməsi üçün digər məlumatlar




-  cinayət  nəticəsində  vurulmuş  maddi  ziyanın  həcmi  və  ya  digər  zərərli 

nəticələr haqqında məlumatlar; 

- hüquqi yardım göstərilməsi barədə sorğunun icrası üçün əhəmiyyət kəsb 

edə biləcək sair məlumatlar. 

 

Sorğuya  əlavə  edilən  sənədlər  icraatı  aparan  şəxs  tərəfindən 



imzalanmalı,  hər  bir  vərəqi  sorğu  edən  təşkilatın  gerbli  möhürü  ilə 

möhürlənməli,  sorğu  edilən  dövlətin  rəsmi  dilinə  tərcümə  edilməlidir. 

Tərcümələr  Bakı  şəhəri  1  saylı  Notariat  kontorunda  təsdiq  edilməli,  sonra 

isə  Ədltyyə  Nazirliyinin  Qeydiyyat  və  Notariat  İdarəsində  leqalizasiya 

edilməllidir.  Bundan  sonra  sənədlər  Azərbaycan  Respublikasının  Baş 

Prokurorunun məktubu ilə Ədliyyə Nazirliyinə göndərilməlidir.  



 

 

Ekspertizalar 

 

Pul  vəsaitlərinin  və  ya  əmlakın  leqallaşdırılması  faktı  üzrə  aparılan 



cinayət işləri üzrə müxtəlif ekspertizaların keçirilməsinə zərurət yarana bilər. 

İstintaq dövründə əldə olunmuş sənədlərdə ( o cümlədən əmlak əldə 

olunması barədə, kommersiya və maliyyə əməliyyatlarının aparılmasına dair 

mühasibat  sənədlərində  və  s.)  imza  və  xəttin  eyniləşdirilməsi  üçün 

məhkəmə-xətşünaslıq,  sənədlərin  hazırlanma  üsulunu  və  üzərində 

saxtalaşdırmanın  olub-olmamasını,  ilkin  mətnini  müəyyən  etmək  üçün 

sənədlərin texniki ekspertizası təyin olunur. 

Götürülmüş  kompyuter  və  digər  maqnit-informasiya  daşıyıcıları  üzrə 

maraq  doğuran  silinmiş  faylların  mətninin  bərpa  olunması,  kodların 

açılması,  sənədlərin  tərtib  olunma  tarixinin  müəyyən  olunması  və  digər 

sualların cavablandırılması üçün kompyuter-texniki ekspertizası təyin oluna 

bilər. 


Aşkar  edilmiş  əmlakın  qiymətləndirilməsi  üçün  əmtəəşünaslıq 

ekspertizası  təyin  olunur.  Əmlak  antikvariata  aiddirsə,  əmlakın  tarixi 

əhəmiyyətini və bununla əlaqədar qiymətini müəyyən etmək üçün kompleks 

əmtəəşünaslıq-tarixşünaslıq ekspertizası təyin oluna bilər.  




 Xüsusi  diqqət  məhkəmə-mühasibatlıq  ekspertizasına  ayrılmalıdır. 

Mühasibatlıq  ekspertizası  zamanı  əldə  olunmuş  qanunsuz  gəlirin  məbləği, 

keçirilmiş maliyyə əməliyyatların nəticələri, dövlətə, yaxud hər-hansı hüquqi 

yaxud  fiziki  şəxsə  (şəxslərə)  vurulmuş  ziyan  və  digər  bu  kimi  məsələlər 

müəyyən  olunur.  Eyni  zamanda  pul  vəsaitlərinin  leqallaşdırılması  ilə 

əlaqədar  keçirilmiş  maliyyə  yaxud  kommersiya  əməliyyatları  üzrə  belə 

əməliyyatların  iqtisadi  səmərəliliyi  və  məqsədəmüvafiqliyi  müəyyən  oluna 

bilər.  


 

Şahidlərin dindirilməsi 

 

Cinayət  yolu  ilə  əldə  edilmiş  pul  vəsaitlərinin  və  ya  əmlakın 



leqallaşdırılması  ilə  əlaqədar  şahidlər  bazası  kommersiya  və  maliyyə 

əməliyyatların keçirilməsində iştirak etmiş şəxslərdən, satılmış əmlak və ya 

qiymətli  əşyaların  sahiblərindən,  təqsirləndirilən  şəxsin  qohumlarından  və 

tanışlarından,  əmlakın  yerləşdiyi  ərazinin  mənzil-kommunal  sahəsinin, 

bələdiyyənin və icra strukturlarının nümayəndələrindən, daşınmaz əmlakda 

təmir  işlərini  aparmış  şəxslərdən  və  iş  üzrə  əhəmiyyətli  hallar  ətrafında 

məlumat verə biləcək digər şəxslərdən formalaşır. 

Şahidlər  dindirilərkən  maliyyə  və  kommersiya  əməliyyatının  kimin 

(kimlərin) təşəbbüsü ilə keçirilməsi, əmlakın kimin (kimlərin) təşəbbüsü ilə 

alınması, hansı pul vəsaitinin buna cəlb olunması və kim (kimlər) tərəfindən 

əməliyyat üçün təqdim olunması, əməliyyat keçirilərkən və əmlak alınarkən 

sazişin  şərtləri  ilə  əlaqədar  kimlərlə  danışıqlar  aparılması,  danışıqlar 

ərəfəsində  kim  və  ya  kimlərin  qərarverici  funksiyasını  həyata  keçirilməsi, 

əldə olunmuş daşınmaz əmlak üzrə kommunal xərclərinin kim və ya kimlər  

tərəfindən  ödənilməsi,  təmir  işlərinin  kimlərin  təşəbbüsü  ilə  aparılması  və 

təmir  işlərinə  kimlərin  nəzarət  etməsi,  faktiki  olaraq  əmlakın  kimin 

(kimlərin)  istifadəsində  olması  və  əmlak  üzərində  sərəncamverici 

funksiyasının kimin (kimlərin) həyata keçirilməsi və bu kimi digər xüsusatlar 

barədə dindirilməlidirlər. 

Nəzərə  alınmalıdır  ki,  istintaqın  ilkin  mərhələsində  şahidlər  arasında 

cinayətin  iştirakçıları  da  ola  bilərlər,  bu  səbəbdən  şahidlərin 

dindirilməsindən əvvəl istintaqın sərəncamında olan sübutlar bir daha təhlil 




olunmalı  və  suallar  ümumi  istintaq  taktikasına  uyğun  verilməli,  təqsirkar 

şəxslərin istifadə edə biləcək məlumatların verilməsinin qarşısı alınmalıdır.  

 

Təqsirləndirilən şəxsin dindirilməsi  

 

Təqsirləndirilən  şəxsin  dindirilməsindən  əvvəl  iş  üzrə  toplanmış 



sübutlar  bir  daha  təhlil  edilərək  onu  ifşa  edən  sübutlar  və  işin 

materiallarından  istifadə  olunaraq  suallar  hazırlanmalı  və  dindirmə  plan 

əsasında hazırlanmalıdır. Təqsirləndirilən şəxs cinayəti törətməyə sövq edən 

hallar,  cinayətin  mexanizmi,  yəni  pul  vəsaitlərinin  əldə  olunması  və 

leqallaşdırılması  mexanizmi,  cinayətdə  iştirak  edən  digər  şəxslər, 

leqallaşdırılmış pul vəsaitlərinin və əmlakın yerləri barədə və digər iş üçün 

əhəmiyyət kəsb edən suallar ətrafında dindirilməlidir  

İstintaq  planı  hazırlanarkən  təqsirləndirilən  şəxsin  ifadə  verməkdən 

imtina  etməyə  yaxud  həqiqətə  uyğun  olmayan  ifadə  verməyə, 

özünümüdafiə  xarakterli  halların  bildirməyə  imkanının  olduğu  nəzərə 



alınmalıdır.  

 

Yüklə 98,45 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə