Civil Society Project



Yüklə 11,11 Kb.
tarix21.06.2018
ölçüsü11,11 Kb.
#50055


Potensial” Sumqayıt Mütəxəssislər Birliyi Hüquqi Yardım və Təlim Mərkəzi

Ünvan: Sumqayıt şəhəri

12-ci m/rn, Koroğlu prospekti 27a

Tel:(018) 646 58 26; (012) 418 41 60

Faks: (018) 646 58 26

E-mail : potensial_smb@yahoo.com

Web: http://pss.aznet.org
____________________________________________________________________________________________________________________

PRESS RELİZ

17 iyul 2007-ci il

Layihə planlaşdırması və layihə təklifinin hazırlanması” mövzusunda təlim keçirilib.


Potensial Sumqayıt Mütəxəssislər Birliyi (Potensial SMB) Vətəndaş Cəmiyyəti Layihəsi çərçivəsində iyul ayının 14-16-da Novxanıda yerləşən yay təlim mərkəzində “Layihə planlaşdırması və layihə təklifinin hazırlanması” mövzusunda təlim keçirib.

Təlimin keçirilməsində məqsəd yerli QHT-lərin səmərəli layihə təklifi yazmaq sahəsində bilik və bacarıqlarının artılması olub.

3 gün davam edən təlimdə Sumqayıt şəhərindən 20-ə yaxın QHT və media nümayəndəsi (“Rahib” Xeyriyyə Cəmiyyəti, “Mülki Cəmiyyətə Doğru Mərkəz”, “Sivil Həyat Naminə” Tələbə Gənclər Klubu, “Bizim Şəhər” Sumqayıt Sosial İnkişaf Mərkəzi, “Avand” Humanitar yardım təşkilatı, “Demokratik Gənclər” İctimai Birliyi, “Mübariz Gənclər Birliyi”, “İnsan Hüquqları və Demokratiya Fondu”, “Sağlam Düşüncə Gənclər Təşkilatı” İctimai Birliyi, “Yüksəliş Naminə” və “168 saat” qəzetləri, “Sumqayıt Gənclərinin Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi, “Qadın təşəbbüsü və sosial problemlərin həllinə yardım”, Sumqayıt Regional Təlimçilər Mərkəzi), eyni zamanda Counterpart İnternational təşkilatının təşkilati dayanıqlılıq üzrə məsul işçisi Anar Aslanov, Potensial SMB-nin sədri Sahib Fərzəliyev də iştirak edib. Təlim Potensial SMB-nin bacarıqların artırılması üzrə koordinatorları Vüqar Orucov və Eldəniz Əsədov tərəfindən aparılıb.

Təlim zamanı donor və layihə təklifi yazanların maraqları, problemin həllində maraqlı və cavabdeh tərəflər, problemin təhlili, qrupların müəyyənləşdirdiyi problemlərin yaranma səbəblərinin müəyyənləşdirilməsi, indikatorlar haqqında məlumat və onların konkret nümunələri, indikatorların konkret layihələr üzərində müəyyənləşməsi, layihənin mühümlük və tezlik cədvəlində yerləşməsi, resursların müəyyənləşməsi və onların növləri, büdcənin təhlili, layihə təklifi necə yazılmalıdır, ekspertlərin seçimi, qruplarda layihələrin yazılışı, onların təqdimatının keçirilməsi və uğurlu layihənin seçilməsi, və s. kimi mövzularda müzakirələr və qrup işləri aparılıb.

Həmişə olduğu kimi, bu təlimdə də ümumi müzakirə, mini müzakirə, beyin həmləsi, qrup işi, və s. metodlardan istifadə edilib.

Təlimin sonunda isə qiymətləndirmə aparılıb və iştirakçılara sertifikatlar paylanıb.



Onu da bildirək ki, Vətəndaş Cəmiyyəti Layihəsi ABŞ Beynəlxalq İnkişaf Agentliyi tərəfindən maliyyələşdirilən beş illik təşəbbüsdür. Bu layihə Urban İnstitutu, Qeyri-Kommersiya Hüququ üzrə Beynəlxalq Mərkəz və ölkə üzrə seçilmiş səkkiz dəstək QHT ilə tərəfdaşlıq edərək Counterpart İnternational təşkilatı tərəfindən həyata keçirilir. Potensial SMB həmin səkkiz dəstək QHT-dən biridir.

Pоtеnsiаl SMB-nin mətbuat xidmətinin rəhbəri Аynur Qəhrəmаnоvа

e-mail: a_gahramanova@yahoo.com
Yüklə 11,11 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə