Coğrafiya 8



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə1/43
tarix05.01.2018
ölçüsü4,8 Kb.
#19737
növüDərs
  1   2   3   4   5   6   7   8   9   ...   43




Zakir Eminov, Qabil Səmədov, Aygün Əliyeva
COĞRAFİYA 
8
Ümumtəhsil məktəblərinin 
8-ci sinfi üçün dərslik
Azərbaycan Respublikası 
Təhsil Nazirliyinin 
08.06.2015-ci il tarixli 
645 nömrəli əmri ilə 
təsdiq edilmişdir.
Xəzər Etiket 
Bakı –2015


Elmi redaktor:
Elbrus Əlizadə 
AMEA-nın müxbir üzvü, c.e.d., professor
Dil redaktoru
Fəridə Ələsgərli
Z.N.Eminov, Q.M.Səmədov, A.R.Əliyeva 
Coğrafiya - 8, Ümumtəhsil məktəblərinin 8-ci sinfi üçün dərslik, Bakı, Xəzər
Etiket, 2015, 192 səh.
Müəlliflik hüquqları qorunur. Xüsusi icazə olmadan bu nəşri və yaxud onun hər
hansı hissəsini yenidən çap etdirmək, surətini çıxarmaq, elektron informasiya
vasitələri ilə yaymaq qanuna ziddir.
ISBN 978-9952-466-82-9
© - Azərbaycan Respublikası Təhsil Nazirliyi – 2015




Giriş
Giriş
Əziz şagirdlər!
VIII sinifdə Siz coğrafiyanı yeni mərhələdə öyrənməyə başlayırsınız. Burada əvvəlki
illərdə əldə etdiyiniz coğrafi biliklərə əsaslanaraq təbiətdə baş verən proses və
hadisələri daha dərindən öyrənəcək, onların səbəblərini və nəticələrini müəyyən edə
biləcəksiniz.
Coğrafiya təbiətin müxtəlif komponentlərini, onlar arasındakı əlaqələri və bir-birinə
təsirini müəyyən etməklə yanaşı, təbiətdən daha səmərəli istifadə edilməsi yollarını,
onun qorunması istiqamətlərini, əhali və təsərrüfatın yerləşməsini öyrənir.
Bu il Siz coğrafi kəşflərin yeni mərhələsini öyrənməklə yanaşı, coğrafiyanın bir elm
kimi formalaşması mərhələlərini, onun tərkibində ayrılan elmlərin inkişafını, dövrün
tələblərinə uyğun gələn yeni elm sahələrinin yaranması zəruriliyi ilə tanış
olacaqsınız. Azərbaycanda coğrafiya elminin inkişafında rolu olan alimlərlə tanışlıq
da çox böyük əhəmiyyət kəsb edir.
Xəritələr coğrafiyanın ikinci dilidir. Hər bir coğrafi tədqiqat xəritədən başlanır, xəritə
ilə başa çatır (N.N.Baranski). Bu il xəritələrin əhəmiyyəti, onlarda təsvir üsulları və
xəritələrin təsnifatı ilə tanış olacaqsınız. Xəritələr üzərində hesablamalar
aparılmasını öyrənmək praktik işlərin həyata keçirilməsi üçün çox vacibdir.
Əvvəlki illərdə öyrəndiyiniz mövzuların davamı olaraq bu il Yerin Günəş ətrafında
hərəkətinin nəticələri, qütb gecə-gündüzlərinin başvermə səbəbləri, işıqlanma
qurşaqları və saat qurşaqları ilə tanış olacaqsınız. Mövzuları mənimsəməklə
dünyanın istənilən ölkəsində yerləşən şəhərlərə, o cümlədən Bakı şəhərinə müxtəlif
vaxtlarda günəş şüalarının düşmə bucağını hesablaya biləcəksiniz.
Bu il ərzində dünya ölkələrinin inkişaf səviyyəsinə görə fərqlənməsinin səbəblərini,
hər bir qrupa daxil olan ölkələri və onlara aid olan xüsusiyyətləri müəyyən edə
biləcəksiniz.
Dərs prosesində Siz əhalinin sayının artması və təsərrüfatın inkişafı prosesində ətraf
mühitin çirklənməsinin səbəbləri və nəticələrini, ekoloji problemlərin həlli yollarını
da öyrənəcəksiniz.
Dərslikdə hər bir mövzunun öyrənilməsi ümumi məlumatla başlanır. Burada
öyrənəcəyiniz mövzunun izahına keçmək üçün təbiətdə və cəmiyyətdə müşahidə
etdiyimiz hadisələr təsvir olunur. Onlar dərsi aydın başa düşməyə kömək edir.


Giriş
Bunun əsasında öyrənəcəyiniz mövzuların ümumi məzmununu əks etdirən suallar
qoyulur və aparılacaq təhlillərin ümumi istiqamətləri müəyyən edilir.
Dərsə hazırlaşarkən verilən şəkillər, xəritələr və diaqramlardan da istifadə etməyiniz
vacibdir. Onlar dərslərdə verilən izahatları daha dərindən başa düşməyə kömək
edir. Xəritələrdə adları çəkilən coğrafi obyektləri göstərməklə Siz xəyalən səyahət
etmiş olursunuz.
Mövzuların sonunda verilmiş müxtəlif formalı və məzmunlu tapşırıqların yerinə
yetirilməsi ilə onların öyrənilməsi tamamlanır. Tapşırıqlarda mövzulara aid suallar,
xəritələr üzərində işlə yanaşı, hesablamalar, kontur xəritələr üzərində işlərə də yer
verilmişdir.
Hesab edirik ki, bunlar Sizin mövzuları mükəmməl öyrənməyinizə kömək edəcəkdir.
Sizə uğurlar arzulayırıq!


Coğrafi kəşflərdən tədqiqatlara doğru
Coğrafi kəşflərdən tədqiqatlara doğru
§1. Coğrafi kəşflərin yeni mərhələsi
Böyük Coğrafi kəşflər dövründə yeni ərazilərin kəşfində iştirak edənlər səyyahlar,
tədqiqatçılar və mahir dənizçilər olmuşdur. Sonrakı dövrlərdə materiklərin və
okeanların öyrənilməsində alimlərin iştirakı genişləndi. Bu alimlərin gördüyü işlər
coğrafiya elminin inkişafına həm kömək etdi, həm də bu elmin yeni sahələrinin
yaranmasına təsir göstərdi.
Təhlil edək:
1.  Materiklərin və okeanların daxili sahələrinin öyrənilməsində hansı ölkələrin
alimləri iştirak etmişdir?
2.  Bu sahədə aparılan tədqiqatların coğrafiya elminin inkişafında hansı rolu
olmuşdur?
Açar
sözlər
Tədqiqat. Fəth.
S.Dejnyov
V.Berinq
XVII əsrin ortalarında Böyük Coğrafi kəşflər dövrü başa çatdı. Sonrakı dövrlərdə
materiklərin daxili rayonları ilə yanaşı, okeanlarda suyun temperaturu, duzluluğu,
axını, dib relyefi, qütbətrafı ərazilər öyrənilməyə başlandı. Avropalılara artıq Köhnə
Dünya ilə yanaşı, Amerika və Avstraliya da məlum olmuş, materiklərin daxili
hissələrinin öyrənilməsinə başlanılmışdı. Səyahətlər Sakit, Atlantik və Hind


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   43




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə