Coğrafiya və təbii resurslar, №1, 2015



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə1/72
tarix30.04.2018
ölçüsü5,19 Kb.
#40647
  1   2   3   4   5   6   7   8   9   ...   72


AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu            Institute of Geography named after  acad. H.A.Aliyev, ANAS 
Azərbaycan Coğrafiya Cəmiyyəti                                                  Azerbaijan Geographical Society 
 
Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri 
 
COĞRAFİYA VƏ TƏBİİ 
RESURSLAR 
 
         
 
Proceedings of the Azerbaijan Geographical Society 
 
GEOGRAPHY AND 
NATURAL RESOURCES 
 
2015 
№1 


REDAKSİYA HEYƏTİ: 
Baş redaktor: akademik Ramiz Mahmud oğlu 
Məmmədov 
Baş redaktorun müavinləri:  
AMEA-nın müxbir üzvü, prof. Elbrus Kərim oğlu 
Əlizadə, prof. Fərda Əli oğlu İmanov 
Üzvlər
akademik Qərib Şamil oğlu Məmmədov 
akademik Məmməd Əhəd oğlu Salmanov 
c.e.d., prof. Tapdıq Güləhməd oğlu Həsənov 
c.e.d. Zakir Namin oğlu Eminov 
c.e.d. Rəna Bəyim Mir Tağı qızı Qaşqay 
c.e.d. Xalid Kazım oğlu Tanrıverdiyev 
c.e.d. Yaqub Əli oğlu Qəribov 
c.ü.f.d. Nazim Səfərəli oğlu Bababəyli 
c.ü.f.d. Məhərrəm Səməd oğlu Həsənov 
c.ü.f.d. Mirnuh Cavad oğlu İsmayılov (məsul katib) 
c.ü.f.d. Mətanət Mahmud qızı Əsgərova 
c.ü.f.d. Oqtay Kamil oğlu Alxasov 
 
EDITORIAL BOARD 
Editor-in-chief: acad. Ramiz Mahmud oghlu 
Mammadov 
Deputies of editor-in-chief:  
Cor. member of the ANAS, prof. Elbrus Kerim oghlu 
Alizadeh, Prof. Farda Ali oghlu İmanov 
Members:  
Acad. Garib Shamil oghlu Mammadov 
Acad. Mammad Ahad oghlu Salmanov 
Dr. Geog., prof. Tapdyg Gulahmad oghlu Hassanov 
Dr. Geog. Zakir Namin oghlu Eminov 
Dr. Geog. Rena Beyim Mir Taghy gyzy Gashgay 
Dr. Geog. Khalid Kazym oghlu Tanryverdiyev 
Dr. Geog. Yagub Ali oghlu Garibov 
PhD Geog. Nazim Safarali oghlu Bababeyli 
PhD Geog. Maharram Samad oghlu Hassanov 
PhD Geog. Mirnuh Javad oghlu İsmayilov (executive 
secretary) 
PhD Geog. Matanat Mahmud gyzy Askerova 
PhD Geog. Ogtay Kamil oghlu Alkhasov 
 
 
Buraxılışına məsul
 
Mail Xəlilov  
 
Redaktor: Zahid Məhəmməd oğlu Əhmədov 
 
Kompüter tərtibatçısı: Emil Akif oğlu Cəbrayılov 
 
Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda 
yığılmış və səhifələnmişdir. 
 
*** 
 
Responsible for the issue: Mail Khalilov 
 
Editor: Zahid Mahammad oghlu Ahmadov 
 
Computer designer: Emil Akif oghlu Jabrayilov 
 
        This journal has been composed the Institute of Geography    
        named after  acad. H.Aliyev, ANAS. 
 
 
 
*** 
 
          Ünvan: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu,  
AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
 
  Address: Institute of Geography named after acad. 
H.Aliyev, ANAS,  
AZ 1143 Baku c. H.Javid
 ave. 115 
 
________________________
 
--------------------------------------------- 
 
Çapa imzalanmışdır 24.02.2015 
Formatı 70x100Tiraj-100 
 
       «AVROPA» nəşriyyatı, 2015 
 
 
 
 
 
 
 
 
 
 
 
       ISBN-978-9952-8032-5-9 
 
 
 
 
 
 
BAŞ REDAKTORDAN 
Jurnal  ACC-nin  IX  qurultayının  (30.04.2014)  və 
AMEA  Yer  Elmləri  Bölməsi  iclasının  (22.10.2014) 
qərarlarına əsasən təsis və nəşr edilmişdir.  
The  journal  has  been  founded  and  published  in 
accordance  with  the  resolutions  of  the  Congress  of 
AGS  (30.04.2014)  and  Department  of  Earth 
Sciences’ meeting (22.10.2014). 


Coğrafiya və təbii resurslar, №1, 2015 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 3 
 
Baş redaktordan 
Müasir  mərhələdə  qloballaşma  meyillərinin  güclənməsi,  milli 
özünüdərklə yanaşı, iqtisadi inteqrasiyanın daha da dərinləşməsi müxtəlif elm 
sahələri  arasında  əlaqələrin  və  elmi-texniki  informasiya  mübadiləsinin  ge-
nişlənməsini tələb edir. Elmi kəşflər, yeniliklər, nailiyyətlər, ixtiralar o zaman 
uğurlu  olur  ki,  tədqiqatçı  özünə  qədər  elmin  əldə  etdiyi  uğurları  dərindən 
öyrənsin və dərk etsin, elmi biliyə çevirsin. Qeyd etmək lazımdır ki, müxtəlif 
elmlərin  nailiyyətlərini  birləşdirmək  və  sintez  etmək  missiyası  əsasən  coğ-
rafiya  elminin  payına  düşmüşdür.  Hazırda  elmin  əsaslarının  öyrənilməsi  ki-
tablar,  monoqrafiyalar,  dövri  mətbuat  orqanları  və  ən  nəhayət,  informasiya 
texnologiyaları  vasitəsilə  həyata  keçirilir.  Alimlər  və  mütəxəssislər  arasında 
əlaqələrin  qurulmasında  qeyd  olunanların,  xüsusilə  elmi-tədqiqatların  əks-
olunduğu dövri mətbuat orqanlarının əvəzsiz rolu vardır.  
Coğrafiya elmi artıq çoxdan özünün təsvir funksiyasını başa vurmuş, təbiətin və təbii proseslərin, ayrılıqda 
və qarşılıqlı inkişaf qanunauyğunluqlarını öyrənən fundamental və həm də tətbiqi elmə çevrilmişdir. Hazırda iqti-
sadiyyatın və sosial həyatın elə bir sahəsi yoxdur ki, coğrafi məlumatlara ehtiyac duyulmasın və coğrafiya elminin 
nailiyyətlərindən istifadə edilməsin. Əsasən təbii ehtiyatlar və onlardan səmərəli istifadə, istehsalın yerləşdirilmə-
si, genişləndirilməsi və əhalinin məskunlaşmasının coğrafi problemlərini öyrənən bu elm Azərbaycanda onun təbii 
və iqtisadi xüsusiyyətlərinə müvafiq istiqamətdə inkişaf etdirilir. 
Azərbaycanda coğrafiya elmi üzrə ardıcıl və sistemli tədqiqatların başlanması məhz XX əsrin birinci yarı-
sına təsadüf edir. Belə ki, hələ 1937-ci ildə SSRİ EA Azərbaycan Filialının tərkibində Coğrafiya Sektoru yaranır 
və bununla da keçmiş SSRİ və dünya elmi miqyasında özünəməxsus yeri olan Azərbaycan coğrafiya məktəbinin 
əsası  qoyulur.  Maraqlıdır  ki,  Coğrafiya  Sektoru  hələ  1925-ci  ildə  Azərbaycan  Sovet  Sosialist  Respublikası 
Mərkəzi İcraiyyə Komitəsinin respublikanın təbii ehtiyatlarının öyrənilməsi və rayonlaşdırılması haqqında verdiyi 
qərar əsasında yaradılmışdır, yəni bu elm nəzəri əsasları ilə yanaşı, həm də real və praktikdir. Yuxarıda göstərilən 
ildən  bəri  Azərbaycanın  coğraf  alimləri  və  mütəxəssisləri  tərəfindən  bu  ölkənin  coğrafiası  və  təbii  resurslarına, 
ekologiyasına aid çoxlu sayda kitab və monoqrafiyalar, minlərlə məqalələr yazılmasına baxmayaraq, indiyə qədər 
Azərbaycanda elmin bu sahəsinin özünün dövri mətbuat orqanı olmamışdır.  
Bu cəhətdən Azərbaycanın coğrafiya və ona yaxın elm sahələrində çalışan alim və mütəxəssislərin ən yeni 
elmi nailiyyətlərini özündə əksetdirən, Azərbaycan Coğrafiya Cəmiyyəti və AMEA akademik  H.Ə.Əliyev adına 
Coğrafiya  İnstitutunun  birgə  təşəbbüsü  ilə  yeni  nəşrə  başlayan  “Coğrafiya  və  təbii  resurslar”  elmi-metodiki  
jurnalının işıq üzü görməsini ciddi addım saymaq olar. Jurnal Azərbaycan alimlərinin əldə etdiyi uğurların ölkə 
daxilində  və  ölkədən  kənar  alim  və  mütəxəssislər  arasında  yayılmasına  və  elmi  əlaqələrin  güclənməsinə  kömək 
edəcəkdir.  Jurnalın  redaksiya  heyətinə  AMEA  alimləri  ilə  yanaşı,  respublikamızın  universitetlərində  çalışan 
tanınmış  tədqiqatçılar  və  pedaqoqlar  cəlb  edilmişdir.  Jurnalda  məqalələrin  dərc  olunmasına  qoyulmuş  tələblər 
beynəlxalq  standartlara  uyğunlaşdırılmışdır.  Gələcəkdə  jurnalın  redaksiya  heyətinə  görkəmli  xarici  ölkə 
alimlərinin də cəlb edilməsi nəzərdə tutulmuşdur. Jurnala coğrafiya elminin bütün sahələrinə − landşaftşünaslıq, 
geomorfologiya  və  paleocoğrafiya,  iqlimşünaslıq,  hidrologiya,  torpaq  coğrafiyası,  biocoğrafiya  və  ekocoğrafiya, 
iqtisadi  və  sosial  coğrafiya  ilə  yanaşı,  Xəzər  dənizinin  coğrafi  problemləri,  coğrafi  təhsil  və  dünyagörüşünə  aid 
bölmələr  daxil    edilmişdir.  Nəşrdə  yubileylər  və  konfranslar  haqqında  bilgilər  də  yer  almışdır.  Çap  olunacaq 
məqalələrdə, əsas tələb kimi, elmi cəhətdən novatorluğa, müasir yanaşmalara, elmi yeniliyə üstünlük veriləcəkdir. 
Coğrafiyanın ali və orta məktəblərdə tədrisinin müasirləşdirilməsi, coğrafi informasiya texnologiyalarının tətbiqi, 
təhsilin  müxtəlif səviyyələrində subyektlərə çatdırılacaq biliyin  məzmun və səviyyəsininin  müəyyən edilməsi də 
diqqət mərkəzində olacaqdır. 
İnanırıq  ki,  yenicə  işıq  üzü  görən  “Coğrafiya  və  təbii  resurslar”  jurnalı  coğrafi  təbəqəni  müxtəlif  as-
pektlərdən  tədqiq  edən  alimlərin,  tədrisin  müxtəlif  pillələrində  çalışan  müəllim  və  mütəxəssislərin,  elmi  yenili-
klərin  istehsalatda  tətbiqində  maraqlı  olan  iş  adamlarının  və  geniş  oxucu  kütləsinin  böyük  marağına  səbəb  ola-
caqdır.  Jurnalın  əsas  missiyalarından  biri  də  vətəndaşlarımızı  Yer  kürəsi  və  Azərbaycan  coğrafiyası  haqqında 
biliklərlə maarifləndirməkdir.  
“Coğrafiya  və  təbii  resurslar”  jurnalının  ilk  sayının  işıq  üzü  görməsi  münasibətilə  Azərbaycanın  coğra-
fiyası, ekolologiya və təbii resursları ilə məşğul olan alim və mütəxəssisləri, ümumtəhsil məktəblərində coğrafiya 
fənnini tədris edən müəllimləri təbrik edir, onları jurnalın ardıcıl və maraqlı çıxmasında fəallıq göstərməyə çağırır, 
jurnala isə uzunömürlülük və uğurlar diləyirəm!  
 
Akademik R.M.Məmmədov 
 
GEOMORFOLOGİYA
 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə