Coğrafiya və təbii resurslar, №2, 2017 (6)



Yüklə 5,19 Kb.
Pdf görüntüsü
səhifə1/52
tarix18.04.2018
ölçüsü5,19 Kb.
#39336
  1   2   3   4   5   6   7   8   9   ...   52


AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu            Institute of Geography named after  acad. H.A.Aliyev, ANAS 
Azərbaycan Coğrafiya Cəmiyyəti                                                  Azerbaijan Geographical Society 
 
Azərbaycan Coğrafiya Cəmiyyətinin əsərləri 
 
COĞRAFİYA VƏ TƏBİİ 
RESURSLAR 
 
         
 
 
 
Proceedings of the Azerbaijan Geographical Society 
 
GEOGRAPHY AND 
NATURAL RESOURCES 
 
 
 
2017 
№2 (6) 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
2                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 
 
 
BAŞ REDAKTOR: akademik Ramiz Məmmədov 
 
REDAKSİYA HEYƏTİ: 
c.e.d.,  prof.  Fərda  İmanov  (baş  redaktorun  müavini),  akademik  Axmetkal  Medeu  (Qazaxıstan),  akademik  Qərib 
Məmmədov, akademik Məmməd Salmanov, c.e.d., prof. Tapdıq Həsənov, c.e.d. Zakir Eminov, c.e.d. Rəna Qaşqay
c.e.d.  Hüseyn Xəlilov, c.e.d. Yaqub  Qəribov, c.e.d.  Rza Mahmudov, c.ü.f.d.  Nazim  Bababəyli, c.ü.f.d.  Məhərrəm 
Həsənov, c.ü.f.d. Mirnuh İsmayılov (məsul katib), a.e.ü.f.d. Mətanət Əsgərova, p.e.ü.f.d. Oqtay Alxasov 
 
Redaktor: Zahid Əhmədov 
Buraxılışına məsul:  Mail Xəlilov  
Kompüter tərtibatçısı: Emil Cəbrayılov 
 
Jurnal AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutunda yığılmış və səhifələnmişdir. 
 
Redaksiyanın ünvanı: AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, AZ 1143, Bakı ş., H.Cavid pr., 115 
Telefon: (+99412) 539 3376 
www.gsaz.az 
 
*** 
 
EDITOR-IN-CHIEF: academician Ramiz Mammadov 
 
EDITORIAL BOARD:  
Dr. geog., prof. Farda İmanov (deputy of editor-in-chief), academician Akhmetkal Medeu (Kazakhstan), academician 
Garib Mammadov, academician Mammad Salmanov, dr. geog., prof. Tapdyg Hassanov, dr. geog. Zakir Eminov, dr. 
geog. Rena  Gashgay, dr. geog.  Huseyn Khalilov, dr. geog.  Yagub Garibov, dr. geog. Rza Mahmudov, PhD geog. 
Nazim Bababeyli, PhD geog. Maharram Hassanov, PhD geog. Mirnuh İsmayilov (executive secretary), PhD agr. sci. 
Matanat Askerova, PhD ped. sci. Ogtay Alkhasov. 
 
Editor: Zahid Ahmadov 
Responsible for the issue: Mail Khalilov 
Computer designer: Emil Jabrayilov 
 
This journal has been composed at the Institute of Geography named after  acad. H.Aliyev, ANAS. 
 
Editorial address: Institute of Geography named after acad. H.Aliyev, ANAS, AZ 1143 Baku c. H.Javid ave. 115 
Phone: (+99412) 539 3376 
www.gsaz.az 
 
ISBN-978-9952-8032-5-9
 
 
 
 
________________________
 
--------------------------------------------- 
 
Çapa imzalanmışdır 15.12.2017 
Formatı 70x100 Tiraj-100 
 
       «AVROPA» nəşriyyatı, 2017 
 
 
 
 
 
 
 
 


Coğrafiya və təbii resurslar, №2, 2017 (6) 
 
                    AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutu, Azərbaycan Coğrafiya Cəmiyyəti 
 3 
 
AKADEMİK HƏSƏN ƏLİYEV-110 
(Həyatından ştrixlər) 
Azərbaycan  Elm-
lər  Akademiyasının 
akademiki,  respubli-
kanın  Əməkdar  elm 
xadimi,  “Şərəf  nişa-
nı”,  Qırmızı  Əmək 
Bayrağı və Lenin or-
denli,  Dövlət  müka-
fatı laureatı, kənd tə-
sərrüfatı elmləri dok-
toru, professor Həsən 
Əlirza  oğlu  Əliyev 
86 il gərgin, şərəfli və 
məhsuldar  ömür  ya-
şamışdır. 
Belə bir atalar deyimi var: “Müqəddəs yer heç 
vaxt  boş  qalmır”.  1907-ci  il  dekabr  ayının  15-də 
Azərbaycanın ilk əkinçi-ekologu Həsən bəy Zərda-
bi dünyasını dəyişir və həmin gün Zəngəzur maha-
lının Comərdli kəndində Əlirza kişinin ailəsində ilk 
oğul uşağı dünyaya göz açır və onun adını Həsən 
qoyurlar. 
Həsənin ayağı yer tutandan o, ailənin köməyinə 
çatır, gücü çatan işlərin qulpundan yapışır. On bir 
yaşına çatanda Həsənin "ev" əməyi “çöl” əməyi ilə 
− qoyun-quzu otarmaqla əvəz olunur.  
1905-ci ildə,  rus-türk müharibəsi qurtardıqdan 
sonra rus ordusu silahlarını ermənilərə verir. Bu si-
lahlardan istifadə edən ermənilər Andronikin baş-
çılığı ilə millətçi hərbi bölmələr yaradırlar. Zəngə-
zurdakı azərbaycanlı kəndləri hədəfə götürülür, on-
lara hücum olur və neçə-neçə yaşayış məntəqələri 
boşaldılır. Qanlı-qadalı 1918-ci ilin yazında növbə 
Comərdli kəndinə də çatır. Qəflətən hücuma məruz 
qalan köməksiz Comərdli əhli qərbə — Naxçıvan 
diyarına üz tutur və orada ayrı-ayrı kənd və şəhər-
lərdə yerləşməli olurlar. 
Əlirza kişinin ailəsi Naxçıvan şəhərinə sığınır. 
1918-ci il qaçqınları bir parça çörək üçün ağır əmə-
yə qatlaşmalı olurlar. Həsən Əliyev də 1917-1924-
cü illərdə Naxçıvan şəhərində muzdurluq edir. 
Sovet hakimiyyətinin ilk illərində savadsızlığın 
ləğvi  kampaniyası  geniş  vüsət  alır.  Həsən  Əliyev 
də 17 yaşında (1924) Naxçıvan şəhərində kənd ax-
şam məktəbində oxuyur və 23 yaşında (1930) mək-
təbi bitirir. O, dünyəvi məktəbə gedənə qədər molla 
yanında  təhsil  almaq  məcburiyyətində  qalmışdır. 
Həsən Əlirza oğlu hələ gənclik yaşlarından dünya 
görüşünün yetkinliyi və gələcəyə maraq göstərməsi 
ilə  tay-tuşlarından  seçilirdi.  O,  1925-ci  il  oktyabr 
ayının 5-də "Şərq qapısı" qəzetində "Bizə də teatr 
lazımdır", 1929-cu ildə isə "Molla Nəsrəddin" jur-
nalının 16-cı sayında "Müəllim lazımdır" adlı mə-
qalələrini dərc etdirmişdi.  
Həsən Əliyev həmin illərdə (1924-1930) Naxçı-
van  şəhərindəki  Kənd  Təsərrüfatı  Texnikumunda 
da təhsil alır. 20 yaşlı Həsən oxuya-oxuya muxtar 
respublikanın Torpaq Komissarlığının zərərverici-
lərə qarşı mübarizə aparan şöbəsində baş fəhlə işlə-
yir. 
1935-ci  ilədək,  yəni  ömrünün  28-ci  ilində 
H.Əliyev kənd təsərrüfatının qoyunçuluq, üzümçü-
lük,  pambıqçılıq  sahələri  üzrə,  həmçinin  bitki  zi-
yanvericilərinə  qarşı  mübarizədə  zəngin  təcrübə 
toplayır.  Bacarığını  və  biliyini  nəzərə  alaraq  onu 
müxtəlif vəzifələrə irəli çəkirlər. 
Altı il ərzində orta təhsil, üç il ərzində ali təhsil 
almış  Həsən  ƏIİyev  birbaşa  aspiranturaya  daxil 
olur. 
1937-ci  ildə  SSRİ  Elmlər  Akademiyasının 
Azərbaycan  filialı  yaradılır.  Həsən  ƏIİyev  elmin 
közərməkdə  olan  ocağını  daha  da  alovlandırmaq 
məqsədilə Bakı şəhərinə gəlir. SSRİ EA Azərbay-
can filialının Torpaqşünaslıq bölməsində elmi işçi
sonra isə elmi katib işləyir. 
Torpağın qədrini bilən Həsən müəllim xam tor-
paqların tədqiqi ilə məşğul olmağı qət edir. O, su-
suz, dağarası çökəkliklərdə səhraya çevrilmiş Qo-
bustanın  cənub-qərb  hissəsinin  arid  torpaqlarının 
tədqiqinə başlayır. Onun uğurlu tədqiqatı "Pirsaat 
düzünün torpaqları və ondan istifadə yolları" adlı 
ilk monoqrafik  əsəri (1940) ilə nəticələnir. Həsən 
müəllim bu tədqiqat əsərində arid (quraq) iqlim şə-
raitində yaranmış xam torpağın elmi təhlilini ver-
məklə ondan necə istifadə etmək yollarını da gös-
tərmişdir. 
Gənc  alimin  yazdığı  elmi  əsərlərin  mürəkkəbi 
qurumamış Böyük Vətən müharibəsi başlayır. Hə-
sən  müəllimin  hərbi  çağırışdan  saxlanılmaq  üçün 
bronu olmasına baxmayaraq, o, könüllü olaraq mü-
haribəyə − döyüş cəbhəsinə gedir. 1941-1943-cü il-
lərdə  Şimali  Qafqaz  uğrunda  döyüşlərdə  orduda 
zabit kimi hərbi xidmət edir, ağır yaralanır.   
Müharibədən sonra Həsən Əliyev  yenidən əv-
vəlki iş yerinə qayıdır və SSRİ EA Azərbaycan fi-
lialının Coğrafiya bölməsinin (1943-1944) rəhbəri 
vəzifəsində  çalışır.  1944-cü  ildə  kənd  təsərrüfatı 
elmləri namizədi alimlik dərəcəsini alır və cəmi 9 
il sonra Azərbaycan EA-nın akademiki kimi yük-
sək elmi ada layiq görülür.  
1944-1952-ci  illər  ərzində  Həsən  Əliyev  elmi 
tədqiqatla yanaşı, təşkilati işlə də məşğul olur. Bu 


Yüklə 5,19 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə