Covenant of Mayors background note



Yüklə 23,19 Kb.
tarix29.01.2018
ölçüsü23,19 Kb.
#22833




Mətbuat üçün məlumat vərəqəsi

MERLƏRİN RAZILAŞMASI-ŞƏRQ

Şəhər Merlərinin razılaşması Avropa İttifaqı tərəfindən başladılmış, iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etdirilməsi, həyat səviyyəsinin artırılması məqsədilə könüllü, ortaq öhdəlik götürmüş yerli və regional hakimiyyət orqanlarını ətrafında birləşdirən ümumi qəbul edilmiş təşəbbüsdür.

Razılaşmanı imzalayanlar enerji səmərəliliyinin artırılmasına və 2020-ci ilə qədər CO2 emissiyalarının azı 20% azaldılmasına yönəlmiş fəaliyyətləri yerinə yetirməyi könüllü surətdə öz öhdələrinə götürmüşlər.





Şəhər Merlərinin Razılaşması əsasının qoyulduğu 2008-ci ildən etibarən yerli hakimiyyət orqanlarını davamlı enerji prinsiplərini müəyyən etməyə və icra etməyə təşviq edən və onlara bu yöndə yardım edən başlıca təşəbbüsə çevrilmişdir. Bununla da Razılaşma iqtisadiyyatın ətraf mühitə zərər vermədən inkişaf etdirilməsinə və şəhərlərdə həyat səviyyəsinin yüksəldilməsinə xidmət edir. Necə? Enerjinin qiymət baxımından səmərəliliyinin artırılması, iş yerlərinin yaradılması, sosial və iqtisadi rifahın yaxşılaşdırılması vasitəsilə, eləcə də iqlim dəyişikliyi problemlərinin həllinə yönəlmiş fəaliyyətlərin köməyi ilə. Şəhər Merlərinin Razılaşmasının yeni yaradılmış, Lvovda (Ukrayna) və Tbilisidə (Gürcüstan) yerləşən Şərq Ofisi aşağıdakı ölkələrə inzibati, texniki və təşviqat yardımı göstərir: Ermənistan, Azərbaycan, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan, Ukrayna və Özbəkistan.
Yerli hakimiyyət orqanları aparıcı fiqur kimi

Hal-hazırda dünyadakı CO2 emissiyalarının 80%-nə görə cavabdeh olan şəhərlər, qəsəbələr və digər şəhər zonaları iqlim dəyişikliklərinin nəticələrinin yüngülləşdirilməsində həlledici rola malikdirlər. Yerli hakimiyyət orqanları vətəndaşların cəlb edilməsi, özəl və dövlət sektorunun maraqlarının uzlaşdırılması üçün ən yaxın dövlət instansiyalarıdır. Yerli hakimiyyət orqanlarının qərarları həyat səviyyəsinə (məsələn, enerji xidmətlərinin qiymətinin əlverişliliyi, təmiz hava), eləcə də şəhərin iqtisadi dinamikasına əhəmiyyətli dərəcədə və müsbət təsir edə bilər.


Öhdəlik

Mart 2012

Şəhər Merlərinin Razılaşması “növbəti adi kampaniya" deyil, yerli hakimiyyət orqanları tərəfindən qəbul edilmiş, enerji və iqlim dəyişikliyinin nəticələrinin yüngülləşdirilməsi sahəsində qəti və dəqiq məqsədlərə əsaslanan ciddi öhdəlikdir. Şəhərlərin öhdəliklərinin və məqsədlərinin yerinə yetirilməsi istiqamətində əldə etdikləri irəliləyiş Birgə Tədqiqat Mərkəzi - Avropa Komissiyasının daxili elmi xidmət mərkəzi tərəfindən ciddi surətdə izlənilir. Bu, Şəhər Merlərinin Razılaşmasını unikal bir təşəbbüsə çevirir.


Könüllü öhdəliyin bir hissəsi kimi, şəhərlər yerli səviyyədə davamlı enerji siyasətinin həyata keçirilməsi üçün tələb olunan siyasi və inzibati bacarıqları inkişaf etdirir, Davamlı Enerji Fəaliyyət Planını (SEAP) Brüsseldəki Merlərin Razılaşması Ofisinə təqdim edirlər. Əsas davamlı enerji fəaliyyəti planlarının ətraflı icmalı Razılaşma imzalandıqdan sonra bir il ərzində təqdim edilir. Davamlı Enerji Fəaliyyət Planları (SEAP-lar) enerji və iqlim məqsədlərinə yerli səviyyədə nail olunması istiqamətində yol xəritəsi kimi çıxış edir.


www.eumayors.eu

Artım

Təşəbbüs 3900-dən artıq imza toplamaqla, 46 ölkənin yerli hakimiyyət orqanlarını özündə cəmləşdirir - bunlardan 44-ü Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı təmsil edən merlərdir. Bundan əlavə, yerli hakimiyyət orqanlarının qəbul etdikləri öhdəliklər nəticəsində Şərq Tərəfdaşlığı və Mərkəzi Asiya ölkələrində yaşayan 9 milyondan artıq vətəndaş Şəhər Merlərinin Razılaşmasının icrasına cəlb olunmuşdur.




Dəstək

Şəhər Merlərinin Razılaşması siyasi institutlar (Avropa Komissiyası, Regionlar Komitəsi, dövlətlər, regional hökumətlər və s.) və maliyyə institutları (Avropa İnvestisiya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, özəl banklar və s.) tərəfindən göstərilən güclü dəstəkdən faydalanan aparıcı yerli və regional hakimiyyət orqanlarının böyüməkdə olan beynəlxalq birliyidir.


Müqaviləni İmzalayanlar Razılaşmanın Milli və Ərazilər üzrə Koordinatorlarının, Razılaşmanın Tərəfdarlarının, Merlərin Razılaşması Ofislərinin və digər iştirakçı tərəflərin təmin etdiyi geniş dəstək və şəbəkələşmə fürsətlərindən yararlana bilərlər. Bundan əlavə, başqa ölkələrin qabaqcıl təcrübələri yerli hakimiyyət orqanlarına öz dövlətlərini və tərəfdaşları Şəhər Merlərinin Razılaşmasına qoşulmağa təşviq etməkdə kömək edə bilər.
Razılaşmanı imzalayan tərəflərə fəaliyyət planlarının hazırlanmasında yardım etmək məqsədi daşıyan bir sıra metodologiyalar və alətlər mövcuddur. Hal-hazırda onlar Razılaşmanın Şərqi Avropa, Cənubi Qafqaz və Mərkəzi Asiyanı təmsil edən iştirakçılarının özünəməxsus ehtiyaclarına uyğunlaşdırılır. Bundan əlavə, Avropa Komissiyasının Tədqiqat Mərkəzi razılaşmanı imzalayanların qarşılaşa biləcəyi texniki məsələlərlə bağlı ingilis və rus dillərində ekspert rəyləri təqdim edir və bununla Merlərin Razılaşması Ofislərinin göstərdiyi yardımı tamamlayır.
Təsir

Razılaşmanın uğuru onu imzalayanların həyata keçirdikləri konkret tədbir və addımlardan qaynaqlanır. SEAP-lardə göstərilən fəaliyyətləri icra etməklə, yerli icmalar enerji xidmətlərindən daha geniş istifadə imkanından, enerji haqqı ödənişlərinin azalmasından, enerji səmərəliliyi tədbirlərinə qoyulan investisiyalardan, iş yerlərinin yaradılmasından və bələdiyyələrin enerji büdcəsi qənaətindən yararlanırlar.


Razılaşma iştirakçıları vahid məqsədə can atırlar: vətəndaşlar üçün sabit ekoloji, sosial və iqtisadi mühit yaratmaq, tükənməkdə olan resurslar və iqlim dəyişiklikləri ilə əlaqədar qlobal problemlərin həll edilməsinə töhfə vermək.

DAHA ƏTRAFLI MƏLUMAT ÜÇÜN
Vebsayt

www.eumayors.eu

http://en.wikipedia.org/wiki/Covenant_of_Mayors
Bütün nəşrlər rus və ola bilsin ki digər dillərdə əldə edilə biləcək.
Əlaqə [KİV-in suallarını cavablandırmaq üçün məsul aparıcı mütəxəssisin adını daxil edin]

Svyatoslav Pavlyuk, Merlərin Razılaşmasının Şərq Ofisi

Svyatoslav.pavlyuk@eumayors.eu

Tel: [nömrəni yazın]




[Mətn]


Yüklə 23,19 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə