Ýctimai Birliyi Vidadi küç



Yüklə 1,17 Mb.
Pdf görüntüsü
səhifə1/11
tarix26.10.2018
ölçüsü1,17 Mb.
#75746
  1   2   3   4   5   6   7   8   9   10   11



“ÝDRAK”

Ýctimai Birliyi

Vidadi küç. 53

Ýnternet ünvaný: www.idrak.org.az

T?rcüm? ed?n v? redaktor:

Elvüsal M?mm?dov

Dizayn v? t?rtibat:



Cavid M?mm?dov

Kitab Dini Qurumlarla Ýþ üzr? Dövl?t Komit?sinin 

icaz?si il? n?þr olunur. DK-239/Q

M?zh?b ixtilaflarý haqda yeni söz.



 Baký, 2010. CBS - 40 s?h.

 





 

5

 



 

 

 



 

Mərhəmətli və Rəhimli Allahın adı ilə! 

 

 



 

 

Məlumdur  ki,  müasir  dövrdə  İslam  dünyası  bir  çox  problemin 



cənginə düşüb. Bu problemlərin ən təhlükəlisinin məzhəb təəssübkeşliyi 

olduğunu  desək,  düşünürük  ki,  yanılmarıq.  Düzdür,  fikir  ayrılığı, 

plüralizm  təbii  şeylərdir  və  biz  bunun  əleyhinə  də  deyilik.  Ancaq 

mövcud  fikir  ayrılıqlarının  əməli  çəkişmələrə,  ixtilafa,  müsəlmanların 

parçalanması  amilinə  çevrilməsi  qəbuledilməzdir.  Plüralizm  və  fərqli‐

fərqli  fikirlərin  meydana  çıxması  inkişafdan  xəbər  verir,  donuqluq  və 

təqlidin üstündən xətt çəkir.  

İslam  dünyasında  fərqli‐fərqli  məzhəblərin,  cərəyanların  möv‐

cudluğu,  bir  məsələ  ətrafında  müxtəlif  fikirlərin  yaranması,  əslində 

müsəlmanlar  arasında  söz  azadlığının  bəhrəsi  kimi  nəzərdən  keçiril‐

məlidir.  Ancaq  söz  azadlığından,  plüralizmə  yaradılan  şəraitdən  qarşı 

tərəfi  təhqir  etmək,  onunla  çəkişmək  üçün  istifadə  edildikdə  vəziyyət 

dəyişir.  

Məzhəblər islam mədəni irsinin ayrılmaz hissəsidir. Onları inkar 

etmək  on  dörd  əsrlik  müsəlman  tarixinin  mədəni‐elmi  sferasından 

imtina  deməkdir.  Ancaq  onlardan  təhqir  və  ədavət  aləti  kimi  istifadə 

etmək  də  yolverilməzdir.  Müsəlman  dünyasına  bəla  olmuş  məzhəb 

çəkişmələrinin,  mübahisələrinin  səbəbini  “məzhəblərə  ayrılma”  prosesi 

ilə əlaqələndirmək doğru deyildir. Bu problemin əsas səbəbi məzhəblərə 

münasibətdə  özünü  göstərən  ifratçılıqdır.  Daha  dəqiq  desək,  bu  və  ya 

digər məzhəbin nadan mənsublarıdır!  

Problemin  aradan  qaldırılması  üçün  əlaqədar  ədəbiyyatın 

mütaliəsi, mütaliədən müvafiq nəticələrin çıxarılması olduqca zəruridir. 

Məzhəblərə  münasibətdə  müsəlmanlar  nə  qədər  çox  məlumata  sahib 

olsalar,  təəssübkeşliyin  caynağından  bir  o  qədər  də  uzaq  qalacaqlar. 

Odur ki, biz bu tələbatı nəzərə alaraq, məlum problemin həllinə çalışmış 

görkəmli  alim,  mütəfəkkir  Şeyx  Məhəmməd  Qəzalinin  “Şərqşünasların 



 

6

tənələri  qarşısında  əqidə  və  şəriətin  müdafiəsi”  kitabından  müvafiq 



hissələri  tərcümə  etmək  qərarına  gəldik.  Təqdim  olunan  bu  kitabı 

oxumaqla  siz  məzhəblərə  dair  biliklərinizi  artıracaq,  fəhminizi  geniş‐

ləndirəcəksiniz.  Müsəlmanların  nə  üçün  cahillik  girdabına  düşdüyünü 

anlayacaqsınız. 

 

 

Tərcüməçidən 




 

7

 



 

 

Müsəlmanlar arasında baş vermiş  

ixtilafların mahiyyəti

 

 



 

Müsəlmanlar  arasında  baş  vermiş  ixtilaflara  dərindən  nəzər 

salsaq, görərik ki, bu ixtilaflar əvvəlcə sadə və o qədər də ciddi olmayan 

məsələlər  ətrafında  yaransa  da,  sonralar  daha  da  vüsət  kəsb  edərək 

mürəkkəbləşmiş,  təhlükəli  hala  gəlmişdir.  Bu,  laqeydlik  və  vaxtında 

müalicəedilməmə  ucbatından  adi  bir  yaranın  böyüyərək  öldürücü 

xərçəngə  çevrilməsinə  oxşayır.  Söhbət  ciddi  problemdən  gedir,  –  o 

problemdən  ki,  müzakirə  məclisləri  onsuz  ötüşməmiş,  döyüş  meydan‐

larının təbilləri onun üstündə çalınmışdı.  

Uzun‐uzadı düşünsək, insafən deməliyik ki, sözügedən ixtilaflar 

dini  səciyyə  daşımır.  Axı,  bunlar  bəzən  formal  olaraq,  bəzən  də  təbiət 

etibarı  ilə  baş  vermiş  ixtilaflar  idi.  Habelə,  bu  ixtilaflar  ya  dini  düşüncə 

tərzində  (dində  deyil!),  ya  da  dinin  istifadə  etdiyi  vasitələrdə  özünü 

göstərmişdir.  Çünki  dinin  metodologiyasının  izahında  və  qayəyə  çat‐

mada hansı vasitələrin daha münasib olması müsəlmanların fərqli‐fərqli 

fikirlərlə çıxış etmələrinə səbəb olmuşdu.  

Hakimiyyətin dinin bir parçası sayılması və ya islamın şəriət  və 

etiqada bölünməsi kimi məsələlərdə müsəlmanlar arasında heç bir ixtilaf 

vaqe olmamışdır.  

Habelə, onlar Quranın qanunverici və hökmqoyucu kitab olması 

ətrafında  qətiyyən  ixtilafa  düşməmişlər.  Ancaq  problem  kimin  hakim 

olması məsələsi ətrafında yaranmışdır. 

Müsəlmanlar  bu  məsələdə  Peyğəmbərin  (Ona  Allahın  xeyir‐

duası və salamı olsun!) ən yaxın səhabələrinə üstünlük vermişlər; şiələr 

Həzrəti Əlini xilafətə ən layiq namizəd hesab etdikləri halda xaricilər də 

düşünürdülər ki, istənilən müsəlmanın ətrafına yığılıb onunla iş görmək 

mümkündür. 

Elə isə bu, əqidə və şəriətin təlimləri ilə əlaqəli dinimi ixtilafdır? 

Və ya o, qılıncların kənara qoyulub min bir yolla həlli mümkün 

olan siyasi çəkişmədirmi? 

Həmçinin, müsəlmanlar Allahın  ədaləti  olması,  itaətkara  savab 



Yüklə 1,17 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə