Cü IL tarixində əlavə edilmişdir 1 Qan dövranı sistemi neçə yerə bölünür?



Yüklə 3,32 Mb.
səhifə1/32
tarix14.04.2018
ölçüsü3,32 Mb.
#38263
  1   2   3   4   5   6   7   8   9   ...   32

Kardiologiya ixtisası üzrə nümuməvi test sualları siyahısına əlavələr və dəyişikliklər edilmişdir

15.08.2014-cü il tarixində əlavə edilmişdir
1) Qan dövranı sistemi neçə yerə bölünür?
A) böyük, mərkəzi və kiçik qan dövranına

B) böyük, kiçik, mərkəzi və periferik qan dövranına

C) böyük, kiçik və beyin (Circle of Willis) qan dövranına

D) böyük və kiçik qan dövranına

E) yalnız böyük qan dövranına
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
2) Kiçik qan dövranınin əsas funksiyasına aşağıdakılardan hansı daxil deyil?
A) ağ ciyərlərin qan dövranının təchizatı

B) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi

C) ağ ciyərlərin perfuziyasının təchizatı

D) ağ ciyərlərin ventilyasiyasının adekvat təminatı

E) oksigenləşmiş arterial qanın böyük qan dövranına daxil edilməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
3) Böyük qan dövranının əsas funksiyasına aşağıdakılardan hansı daxil deyil?
A) bütün daxili orqanların arterial qanla təchiz edilməsi və venoz qanın orqanlardan çıxarılması

B) bütün daxili orqanların arterial qanla təchiz edilməsi

C) venoz qanın ürəyin sağ şöbəsinə daxil olmasını təmin etmək

D) venoz qanın bütün orqanlardan çıxarılması

E) oksigenləşmiş arterial qanın ürəyin sol şöbəsinə daxil edilməsi
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 11
4) Anatomik olaraq normada ürəyin ön səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?
A) sol mədəcik və sol qulaqcıq seyvanından

B) ancaq sol mədəcikdən

C) sağ mədəcik və sağ qulaqcıqdan

D) 2/3 hissə sol mədəcik və 1/3 hissə sağ mədəcikdən

E) ancaq sağ mədəcikdən
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
5) Anatomik olaraq, normada ürəyin arxa səthi əsasən hansı hissələrdən təşkil olunmuşdur?

1.Sol və sağ qulaqcıqların arxa və yuxarı səthlərindən

2.Sağ qulaqcığın arxa səthindən

3.Sağ mədəciyin kiçik hissəsindən

4.Sol qulaqcığın böyük hissəsindən

5.Sol mədəciyin böyük hissəsindən

A) 1, 2, 4

B) 1, 2, 3

C) 1,3 ,5

D) 2, 4, 5

E) 3, 4, 5


Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 12
6) Sağ və sol mədəciklərin çıxacaq hissəsində ağ ciyər arteriyası və aorta yerləşir. Ağciyər arteriyası və aorta qapaqları, müvafiq olaraq, neçə taydan təşkil olunmuşdur?
A) 2 və 3

B) 3 və 2

C) 4 və 3

D) 3 və 4

E) 3 və 3
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
7) Ürəyin hansı hissəsini endokard nazik (0,6 mmyaxın) birləşdirici toxuma qişası ilə daxildən örtmür?
A) papillyar əzələləri

B) bütöv ürək boşluğunu

C) xordaları

D) qapaqları

E) qalxan aortanın başlanğıc hissəsini
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
8) Normada sağ mədəcik miokardının qalınlığı nə qədərdir?
A) 3-4 mm

B) 4,5-5,5 mm

C) 2-3 mm

D) 5-6 mm

E) 4-5 mm
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
9) Ürəyin əsasında epikardda nə baş verir?
A) perikardın parietal səhvəsinə keçir

B) perikardın nə parietal nə də visseral səhvəsinə keçmir

C) perikardın visseral səhvəsinə keçir

D) əvvəlcə perikardın parietal sonra isə visseral səhvəsinə keçir

E) əvvəlcə perikardın visseral sonra isə parietal səhvəsinə keçir
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
10) Epikard ürəyin hansı hissəsini örtür?
A) qalxan aortanın başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini

B) ürəyin xarici səthini, qalxan aortanın və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini

C) ürəyin xarici səthini, qalxan aortanın və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsini

D) qalxan aortanın və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini

E) ürəyin xarici səthini, qalxan aortanın başlanğıc hissəsini, eyni zamanda ağ ciyər və boş venaların son hissələrini
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
11) Epikard hansı toxumalardan təşkil olunmuşdur?
A) Əzələ qatı ilə bitişmiş epitel toxumasından

B) Sinir toxuması ilə bitişmiş əzələ toxumasından

C) Sinir toxuması ilə bitişmiş birləşdirici toxumadan

D) Əzələ qatı ilə bitişmiş birləşdirici toxumadan

E) Epitel toxuması ilə bitişmiş birləşdirici toxumadan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
12) Ürəyin əsasında epikard nəyə məruz qalır?
A) perikardın parietal səhifəsinə, sonra aorta və ağ ciyər arteriyası kötüyünün başlanğıc hissəsinə, həmçinin ağ ciyər və boş venaların mənfəzinə kecir və ürəyi ətraf orqanlardan mühafizə edir

B) perikardın parietal səhifəsinə kecir, sonra aortanın başlanğıc hissəsini bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir

C) perikardın visseral səhifəsinə keçir, sonra aortanın başlanğıc hissəsini bürüyür, beləliklə ürəyi ətraf orqanlardan mühafizə edir

D) perikardın parietal səhifəsinə və boş venaların mənfəzinə kecir, sonra ürəyi ətraf orqanlardan mühafizə edir

E) perikardın visseral səhifəsinə kecir, sonra ag ciyər arteriyası kötüyünü bürüyür və ürəyi ətraf orqanlardan mühafizə edir
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 13
13) Sağlam adamlarda normal yerləşən ürəyin sol sərhədi (zirvəsi) nədən təşkil olunub və hara proyeksiya olunur?
A) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm xaricə (tışa) proyeksiya olunur

B) sol mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

C) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm icəri dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

D) sol mədəcikdən əmələ gəlir və sol orta körpücük xəttindən 1,0–1,5 sm içəri proyeksiya olunur

E) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
14) Sağlam adamlarda normal yerləşən ürəyin sağ sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur

B) sağ mədəcikdən, hissəvi sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

C) sağ mədəcikdən əmələ gəlir , döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

D) sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarı bərabərliyində və ya ondan 1,0 sm sağa proyeksiya olunur

E) sol mədəcikdən, hissəvi sağ mədəcikdən əmələ gəlir və döş sümüyünün sol kənarından 2,5 sm xaricə (tışa) dördüncü qabırğaarası sahəyə proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
15) Sağlam adamlarda normal yerləşən ürəyin yuxarı sərhədi nədən əmələ gəlir və hara proyeksiya olunur?
A) sol qulaqcıqdan, hissəvi sağ qulaqcıq seyvanından əmələ gəlir və döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

B) sağ qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sağ kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

C) sağ qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sağ kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

D) sol qulaqcıq seyvanından əmələ gəlir, döş sümüyünün sol kənarında III qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur

E) sağ qulaqcıqdan, hissəvi sol qulaqcıqdan əmələ gəlir, döş sümüyünün sol kənarında II qabırğanın yuxarı kənarı bərabərliyində proyeksiya olunur
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
16) Ürəyin hansı şöbələrini sağ koronar arteriya qidalandırır?

1.sağ mədəciyi

2. mədəciklərarası çəpərin arxa hissəsini

3.yan, eyni zamanda arxabazal şöbələrini

4.sol mədəcik divarının aşağı diafraqmal və hissəvi, arxabazal şöbələrini

5.ürəyin zirvəsini və sol mədəciyin aşağı diafraqmal şöbəsinin az hissəsini
A) 1, 2, 3

B) 2, 4, 5

C) 1, 2, 4

D) 1, 3, 5

E) 3, 4, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
17) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın mədəciklərarası şaxəsi qidalandırır?

1.sağ mədəciyi

2.mədəciklərarası çəpərin ön hissəsini

3.hissəvi sol mədəciyin aşağı diafraqmal şöbəsini

4.sol mədəciyinön yuxarı,yan şöbələrini

5. ürəyin zirvəsini
A) 1, 2, 4

B) 2, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 3, 4, 5
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
18) Ürəyin hansı şöbələrini sol koronar arteriyanın dolanan şaxəsi qidalandırır?

1.ürəyin zirvəsini

2.sol mədəciyin yan şöbələrini

3.mədəciklərarası çəpərin ön hissəsini

4.sol mədəciyin ön yuxarı şöbələrini

5.sağ mədəciyin arxa bazal şöbələrini

A) 1, 2, 4

B) 1, 3, 5

C) 2, 4, 5

D) 1, 2, 3

E) 3, 4, 5


Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 14
19) Ürəyin iri venaları qanı haradan toplayırlar?
A) sağ qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

B) əsasən sol mədəciyin divarından

C) sol qulaqcıq və hissəvi sol mədəciyin divarlarından

D) sağ və sol mədəcik divarlarından

E) sağ mədəcik və sağ qulaqcıq divarlarından
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
20) Koronar sinus ürəyin hansı səthində yerləşir?
A) Bazal

B) Arxa

C) Sağ yan

D) Ön


E) Sol yan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
21) Qanı sağ mədəcik divarından toplayan ürəyin venaları hara tökülürlər (Vyessen-Tebeziya kiçik venaları istisna olmaqla)?

A) sağ mədəcik boşluğuna

B) sol mədəcik boşluğuna

C) koronar sinusun özünə

D) koronar sinusu ötərək, sağ qulaqcıq boşluğuna

E) sol qulaqcıq boşluğuna və koronar sinusa


Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
22) Ürəyin kiçik venaları (Vyessen -Tebeziya venaları) hara tökülür?
A) bilavasitə sağ qulaqcıq və sağ mədəcik boşluqlarına

B) bilavasitə sağ mədəcik boşluğuna

C) bilavasitə koronar sinusa

D) bilavasitə qulaqcıq və mədəcik boşluqlarına

E) bilavasitə sol mədəcik boşluğuna
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 15
23) Ürəyin hansı fəaliyyəti keçiricilik funksiyası adlanır?
A) ürək əzələsini oyadaraq keçiricilik sistemi ilə elektrik impulslarını ötürmək

B) xarici mühit qıcıqlandırıcılarının təsiri olmadan elektrik impulsları hasil etmək

C) xarici mühit qıcıqlandırıcılarının təsiri ilə elektrik impulsları hasil etmək

D) ürəyin keçiricilik sisteminin lifləri və miokardın yığılma qabiliyyətli hüceyrələri ilə qıcığı ötürmək

E) xarici mühit elektrik impulslarının təsiri ilə ürəyin keçiricilik sistemini və miokardın yığılma qabiliyyətli hüceyrələrini oyatmaq
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 16
24) Ürəyin ayrı-ayrı şöbələrinin yığılıb-boşalması ürəyin hansı funksiyası hesabına ödənilir?
A) ürəyin inоtrop funksiyası

B) ürəyin nasos funksiyası

C) ürəyin inоtrop funksiyası və Frank-Starlinq mexanizminin qoşulması birlikdə

D) ürəyin rezervuar funksiyası

E) ürəyin transport funksiyası
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
25) Ürəyin işlək əzələ liflərinin ritmiki və sinxron yığılmasını nə təmin edir?
A) əlavə disklər (neksus)

B) ayrıca əzələ lifləri

C) spontan ritmiki aktivliyə malik hüceyrələr

D) sarkoplazmatik şəbəkə

E) funksional sinsiti
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
26) Hər bir kardiomiositlər nədən təşkil olunmuşdur?
A) çoxlu miqdarda sarkoplazmatik şəbəkədən

B) çoxlu miqdarda sarkolemmadan

C) çoxlu miqdarda bir-birinə keçən miofibril liflərindən

D) çoxlu miqdarda əlavə disklərdən (neksus)

E) spontan ritmikliyə malik sinir hüceyrələrindən
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
27) Miofibrillərin arasında nə yerləşir?
A) hüceyrə nüvəsi, mitoxondrilər, həmçinin hüceyrədaxili membran sistemi

B) hüceyrə nüvəsi, ribosomlar və sarkolemmalar

C) hüceyrə nüvəsi, ribosomlar, əlavə disklər (neksus)

D) hüceyrə sitoplazması və mitoxondriyalar, həmçinin hüceyrədaxili membran sistemi

E) hüceyrə nüvəsi, həmçinin hüceyrədaxili membran sistemi
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
28) Sadananlardan hansının vasitəsi ilə eninə zolaqlı əzələ hüceyrələri (kardiomiositlər) bir-birilə birləşir?
A) əlavə disklərlə (neksus)

B) sarkoplazmatik şəbəkə ilə

C) sarkomerlərlə

D) funksional sinsiti ilə

E) spontan ritmikliyə malik sinir hüceyrələri ilə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 18
29) Miosıtləri nə əhatə edir?
A) miofibrillər

B) ribosomlar

C) mitoxondrilər

D) sarkolemma

E) funksional sinsiti
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
30) Miofibrillərin yığılmasının struktur və funksional vahidini nə təşkil edir?
A) sarkolemma

B) sarkomerlər

C) funksional sinsiti

D) mitoxondrilər

E) ribosomlar
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
31) Bir-birilə sıx əlaqə nəticəsində kardiomiositlərin yığılmasının əsasını təşkil edən sarkomerlərin tərkib hlssəsini nə təşkil edir?
A) mitoxondrilər və qalın saplar (miozin molekulaları)

B) nazik saplar (aktin molekulaları) və qalın saplar (miozin molekulaları)

C) mitoxondrilər və ribosomlar

D) nazik saplar (aktin molekulaları)

E) mitoxondrilər və nazik saplar (miozin molekulaları)
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
32) Sarkomerlərin qalın lifləri hansı molekullardan təşkil olunub?
A) iki spiral zənciri formasında dolanmış, bir-birini tənzimləyən requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan miozin molekulundan

B) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək aktinin nazik lıflərinə doğru qabarmış uzun miozin molekulundan

C) iki spiral zənciri formasında dolanmış, bir-birini tənzimləyən requlyator zülallar – tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulundan

D) spiral formasında dolanmış və köndələn körpülər əmələ gətirərək miozinin nazik lıflərinə doğru qabarmış uzun aktin mоlekullarından

E) uzun miozin molekulundan və bir-birini tənzimləyən requlyator zülallar –tropomiozin və troponinlə sıx əlaqəsi olan aktin molekulundan
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 19
33) Hüceyrədaxili konsentrasiyasından asılı olaraq, miokardın yığılma qabiliyyətində yüksək rolu olan, hansı ionların kardiomiositlərdəki miqdarı ürəyin inоtrop vəziyyətini requlə edən əsas faktordur?
A) Са2+ və К+

B) К+


C) Са2+

D) СL-


E) Nа+
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 23
34) Ürək əzələsinin funksiyasını müəyyən edən həlledici faktor nədir?
A) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktoru

B) ürəyin yığılma qüvvəsinin onun əzələ liflərinin ilkin uzunluğundan aslı olmaması faktoru

C) mədəciklərin son sistolik həcminin onun əzələ liflərinin ilkin uzunluğundan aslılığı faktor

D) ürəyin yığılma qüvvəsinin mədəciklərin son diastolik həcmindən aslılığı faktoru

E) ürəyin yığılma qüvvəsinin mədəciklərin son sistolik həcmindən aslılığı faktoru
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
35) Frank-Starlinq qanununa görə normada mədəciyin son diastolik həcminin artması nəyə səbəb olur?
A) mədəciklərin yığılmasının sürətlənməsinə

B) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

C) maksimal yığılma gücünün zəifləməsinə

D) mədəciklərin yığılmasının yavaşımasına

E) maksimal yığılma sürətinin dəyişməsinə
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
36) Frank-Starlinq qanununa əsasən hansı göstəricinin yüksəlməsi hesabına mədəciklərin yığılması güclənir?
A) son sistolik və son diastolik həcmin

B) son diastolik həcmin

C) son sistolik həcmin və son diastolik təzyiqin

D) son diastolik təzyiqin

E) son sistolik həcmin
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
37) Simpatik aktivliyin və digər faktorların artmış təsirindən əmələ gələn ürək əzələsinin inotrop funksiyasının artması nəyə səbəb olur?
A) əzələ liflərinin ilkin uzunluğunun qısalmasına

B) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin artmasına

C) yığılma gücünün, həmcinin maksimal yığılma sürətinin zəifləməsinə

D) maksimal yığılma gücünün zəifləməsinə

E) maksimal yığılma sürətinin dəyişməsinə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 24
38) Mədəciklərin sistolası hansı fazadan başlanır?
A) asinxron yığılma

B) qanın qovulma

C) mədəciklərin izovolümik boşalma

D) mədəciklərin sürətli dolma

E) mədəciklərin izovolümik yığılma
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26
39) Mədəciklərin asinxron yığılma fazası nə vaxtdan başlanır? (FKQ- fonokardioqramma)
A) EKQ- də R dişinin zirvəsindən S dişinin sonuna qədər, FKQ -dakı yüksək tezlikli dalğalarının birinci dalğasından sonuncu dalğasına qədər olan vaxtdan

B) EKQ- də T dişinin əvvəlindən sonuna qədər, FKQ- dakı I tonun son hissəsindən II tonun sonuna qədər olan vaxtdan

C) FKQ- dakı III tonun əvvəlindən sonuna qədər olan vaxtdan

D) EKQ- də QRS kompleksinin başlanğıcından, FKQ- dakı I tonun yüksək tezlikli dalğalarının birinci dalğasına qədər olan vaxtdan

E) FKQ- dakı II tonun son hissəsindən III tona qədər olan vaxtdan
Ədəbiyyat:Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 26
40) I ton əmələ gələn izovolümik yığılma fazası nə ilə xarakterizə olunur?
A) mədəciklərdə təzyiqin qulaqcıqlardakı təzyiq həddinə düşdükdən sonra atrioventrikulyar qapaqların açılmasıyla

B) qulaqсıqların yığılması və qanın aktiv qulaqcıqlardan mədəciklərə qovulması ilə

C) təzyiqlər fərqi hesabına qanın “passiv” qulaqcıqlardan mədəciklərə tökülməsi, belə ki, bu fazada mədəciklərin maksimal qanla dolması baş verir

D) mədəcik miokardının sürətli və qüvvətli yığılması, atrioventrikulyar və aypara qapaqların tam bağlanması fonunda mədəcikdaxili təzyiqin təcili yüksəlməsi ilə

E) aorta və ağ ciyər arteriyasının qapaqlarının bağlanması, mədəcik miokardının başlanan boşalması nəticəsində yaranan təzyiqin magistral damarlardakı təzyiqdən az qədər aşağı düşməsi ilə
Ədəbiyyat: Г.Е.Ройтберг, А.В.Струтынский. Внутренние болезни (сердечно-сосудистая система). «Бином-пресс», 2007, стр., 27


Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə