Cübran Xəlil Cübran
SÜKUTUN POEZİYASI
Bakı-2009
2
Elmi redaktor
və ön sözün müəllifi:
C.X.Cübran
Sükutun poeziyası / Ərəb, ingilis və rus dillərindən
seçilmiş tərcümələr. Bakı. 2008, 273 səh.
C.X.Cübran (1883-1931) – görkəmli ərəb-amerikan yazıçısı, şairi,
rəssamı və filosofudur. Onun əsərləri 30-a yaxın xarici dilə tərcümə
olunmuş və həm Şərq, həm də Qərb ölkələrində geniş yayılmışdır.
Azərbaycan oxucusuna ilk dəfə ötən əsrin ikinci yarısında görkəmli
şərqşünas alim Aida İmanquliyeva tərəfindən təqdim olunmuşdur.
Kitabda Cübranın ən məşhur əsərlərindən olan «Peyğəmbər»,
«İblis» və s.-lə yanaşı seçilmiş müdrik fikirləri toplanmışdır. Topluya
həmçinin prof. A.İmanquliyevanın C.X.Cübran haqqında geniş oçerki
daxil edilmiş, bu görkəmli mütəfəkkirin həyat və fəaliyyəti hərtərəfli
işıqlandırılmışdır.
Kitab geniş oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.
3
Cübran hansı məsələdən
danışırsa-danışsın, o, həmi-
şə mütəfəkkir, böyük sənət-
kar, söz ustası və öz xalqı-
nı, bütün bəşəriyyəti hədsiz
dərəcədə sevən bir insan
olaraq qalır.
Aida İmanquliyeva
4
Cübran Xəlil Cübran - 125
(1883 - 1931)
5
Ön söz
Mədəniyyət tarixində elə böyük şəxsiyyətlər vardır ki, on-
lar müəyyən bir millətin, ölkənin hüdudlarını keçərək bütün bə-
şəriyyət miqyasında tərəqqiyə xidmət etmiş, müxtəlif sivilizasi-
yalar arasında körpü atmağa, qütbləri birləşdirməyə nail ol-
muşlar. Həm Şərq, həm də Qərb oxucuları üçün doğma olan və
öz yaradıcılığı ilə xalqlar və mədəniyyətlər arasında qarşılıqlı
yaxınlaşmaya xidmət edən belə böyük şəxsiyyətlərdən biri Cüb-
ran Xəlil Cübrandır. Onun həm bədii yaradıcılığı, həm böyük
məna tutumuna malik olan fəlsəfi fikirləri öz ruhuna və pafosu-
na görə Şərq mahiyyətini ifadə etsə də, ideya və məzmununa
görə Qərb rasionalizmindən və romantizmindən bəhrələnmiş-
dir.
C.X.Cübran irsinin koloriti və cazibədarlığı onun Şərq
bədii yaradıcılıq ənənələrinə sadiq olmasından irəli gəlir.
«Şərqin üstün cəhətlərini Qərb oxucusuna necə, hansı yollarla
çatdırmaq olar?» – sualına ən yaxşı cavablardan birini Cüb-
ran Xəlil Cübran öz şəxsi yaradıcığı və fəaliyyəti ilə vermişdir.
C.X.Cübran imzası Azərbaycan oxucusuna XX əsrin 70-
ci illərindən etibarən görkəmli şərqşünas alim Aida İmanquli-
yevanın əsərlərindən tanışdır. O, hələ 1975-ci ildə Cübran Xə-
6
lil Cübrana ayrıca kitab həsr etmiş, bu böyük ərəb yazıçısının
həyat və yaradıcılığını geniş şərh etmişdir. Aida xanım bu
mövzuya ilk növbədə bir ərəbşünas alim olmaq etibarı ilə
müraciət etsə də, sonrakı tədqiqatlarında o, Cübranı həm də
bir mütəfəkkir kimi dəyərləndirmiş və onun Şərq ilə Qərb
düşüncə tərzlərini vəhdət halında ifadə edən əsərlərini fəlsəfi
aspektdə də təhlil etmişdir. A.İmanquliyeva Cübranın fəlsəfi
dünyagörüşündən bəhs edərkən əvvəllər bu barədə aparılan
tədqiqatlara da öz münasibətini bildirmişdir. O, Cozef P.Ho-
qassianın «Xəlil Cübran; fikir qanadları. Xalq filosofu» adlı
kitabına xitabən yazır: «Burada əsas diqqət Cübranın bədii ya-
radıcılığında əksini tapmış fəlsəfi baxışlarının təhlilinə veril-
mişdir. Müəllif belə nəticəyə gəlir ki, Cübranın dünyagörüşü
dərin idealist yönümlüdür, belə ki, onun fəlsəfi konsepsiyasının
əsasını bu mühakimə təşkil edir – həyat hər şeydən əvvəl ruhun
həyatıdır».
1
C.X.Cübranın həyat və yaradıcılığı haqqında ən geniş və
dəyərli məlumat Aida İmanquliyevaya məxsus olduğu üçün ki-
tabın giriş hissəsində onun Cübran haqqında məqaləsi dərc
olunur.
XX əsrin əvvəllərində Qərb sivilizasiyasının ən çox yayıl-
dığı Şərq ölkələrindən biri olan Livan mədəniyyətlər arasında
necə əlaqələndirici rol oynayırdısa, indi – XXI əsrin əvvəllərin-
də Azərbaycan da Şərq və Qərb arasında həmin mövqeyi tutur.
Bu baxımdan, o vaxt Livanda yaranmış ədəbi-bədii irs bu gün
Azərbaycan üçün də olduqca aktualdır. Professor Aida İman-
quliyevanın da uzaqgörənliyi Şərq və Qərb sivilizasiyaları
1
A.İmanquliyeva. Yeni ərəb ədəbiyyatı korifeyləri. Bakı, Elm, 2003, s.
33.
Dostları ilə paylaş: |