CüMŞÜd nuriyev



Yüklə 0,8 Mb.
Pdf görüntüsü
səhifə1/32
tarix08.07.2018
ölçüsü0,8 Mb.
#54483
  1   2   3   4   5   6   7   8   9   ...   32


 

CÜMŞÜD NURİYEV 

 

 



 

 

 

 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCANIN  

GÖMRÜK   TARİXİ 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Bakı – 2009



 


 

 



MÜNDƏRİCAT 

 

AZƏRBAYCANIN QƏDİM DÖVRLƏRDƏN XVIII ƏSRİN 



ƏVVƏLLƏRİNƏ QƏDƏRKİ XARİCİ TİCARƏT SİYASƏTİ  

 

AZƏRBAYCANIN RUS İMPERİYASININ TƏRKİBİNDƏ 

OLDUĞU MÜDDƏT ƏRZİNDƏKİ GÖMRÜK TARİXİ (1807-

1918)  

 

AZƏRBAYCAN DEMOKRATİK RESPUBLİKASININ 

GÖMRÜK TARİXİ (28 MAY 1918-Cİ  İLDƏN 28 APREL 

1920-Cİ İLƏDƏK)  

 

AZƏRBAYCAN SOVET SOSİALİST RESPUBLİKASININ 

GÖMRÜK TARİXİ  

 

MÜSTƏQİL AZƏRBAYCANIN GÖMRÜK SİYASƏTİ  

 

HEYDƏR ƏLİYEV VƏ AZƏRBAYCAN RESPUBLİKASININ 

GÖMRÜK SİYASƏTİ  

 

İLHAM ƏLİYEV VƏ AZƏRBAYCANIN XXI ƏSR GÖMRÜK 

SİYASƏTİ  

 

AZƏRBAYCANIN MÜASİR GÖMRÜK SİSTEMİNİN 

FORMALAŞMASINDA KƏMALƏDDİN HEYDƏROVUN 

ROLU  

 

GÖMRÜKÇÜ MARŞI  


 

ƏZİZ OXUCU! 

 

Sizlərə  təqdim olunan bu kitab Azərbaycanda ilk gömrükxananın açılmasının 200 illik və müstəqil 



Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin yaradılmasının 15 illik yubileylərinə  həsr olunur. 

Kitabda müxtəlif tarixi dövrlər  ərzində, gömrük işi və xarici ticarət  əlaqələri ilə  əlaqədar ölkəmizin özünün 

yürütdüyü siyasət və  məcburi qəbul etdirilən siyasət barədə bilgiləri tarixi mənbələr və  əlimizdə olan arxiv 

materilları əsasında elmi-populyar şəkildə Sizlərə çatdırmağa çalışmışıq. Təqdim olunan kitab dərs vəsaiti kimi 

nəzərdə tutulmuşdur.  İnşallah dərslik variantı da bir qədər işləndikdən sonra nəşr olunacaqdır. Kitab 

hazırlanarkən alimlərimizin köməyindən, arxiv materiallarından və Dövlət Gömrük Komitəsinin verdiyi 

məlumatlardan istifadə olunubdur. Bakı gömrükxanasının mövcud olduğu müddətlərdə fəaliyyətini əks etdirən 

sənədli materiallar hazırda Azərbaycan Respublikası Baş Dövlət Arxiv İdarəsində saxlanılır. 1809-1919-cü illəri 

əhatə edən materiallar 4397 qovluqda (Fond № 202), 1920-1935-ci illəri  əhatə edən materiallar isə 244 

qovluqda (Fond № 363) saxlanılır. Bundan başqa Rusiya Dövlət İqtisad Arxivində (Fond 413) (əvvəllər Oktyabr 

İnqilabı adına Mərkəzi Dövlət Arxivi, sonra isə SSRİ Xalq Təsərrüfatının Mərkəzi Dövlət Arxivi adlanırdı) 

saxlanılan, habelə Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin materiallarından istifadə olunmuşdur. 

Kitabın hazırlanması prosesində istər arxiv materiallarının  əldə olunmasında, istər tarixi bilgilərin 

araşdırılmasında, istər müasir gömrük tarixinin olduğu kimi yazılmasında, istər  şəkillərin və digər lazımlı 

sənədlərin toplanmasında, istər həmin materialların hazırlanması üçün lazım olan maliyyə  dəsəyinin  əldə 

olunmasında və istərsə də kitabın nəşr olunmasında mənə koməklik göstərənlərin hamısına öz minnətdarlığımı 

bildirirəm və onların ad və soyadlarının xüsusi qeyd olunmasını özümə borc bilirəm: Kəmaləddin Heydərov – 

Fövqəladə Hallar Naziri; Aydın Əliyev – Dövlət Gömrük Komitəsinin sədri; Səfər Mehdiyev – DGK sədrinin 1 

müavini; Rza Həsənəliyev – DGK sədrinin müavini; Əsgər Abdullayev – DGK sədrinin müavini; Mirqasım 

Vahabov – Maliyyə-tarif və Valyuta Nəzarəti Baş  İdarəsi; Arif Əliyev – Statistika və informasiya 

texnologiyaları Baş İdarəsinin rəisi; Şahin Bağırov – Gömrük nəzarətinin təşkili Baş İdarəsinin rəisi; Güloğlan 

Muradlı – Qaçaqmalçılıq və gömrük qaydalarının pozulmasına ilə mübarizə Baş  İdarəsinin rəisi; Dilavər 

Fərzəliyev – Xarici əlaqələr idarəsinin rəisi; Nazim Məmmədov – İşlər  İdarəsinin rəisi; Arzu Xəlilov – İşlər 

İdarəsinin rəis müavini; Nərgiz Məmmədova – Kadrlar İdarəsinin rəisi; Sənan Muxtarov – Hüquq şöbəsinin 

rəisi; Səlim Müslümov – Dövlət Sosial Müdafiə Fondunun sədri; Fəzail İbrahimli – Millət vəkili, tarix elmləri 

doktoru; Rauf Rzayev – tarix elmləri namizədi.  

 

 



 

AZƏRBAYCANIN QƏDİM DÖVRLƏRDƏN XVIII ƏSRİN ƏVVƏLLƏRİNƏ QƏDƏRKİ 



XARİCİ TİCARƏT SİYASƏTİ 

 

Azərbaycanın xarici ticarət  əlaqələri çox qədim dövrlərə gedib çıxır. Bizim eradan əvvəl ikinci 



minilliyin ikinci yarısında yerli tayfalar Assur. Fələstin və Misir ölkələri ilə xammal və məhsullar mübadiləsi 

aparar, həmin ölkələrdən isə bəzək əşyaları və müxtəlif soyuq silahlar gətirərdilər.  

Atropatenanın ərazisində olan Təbriz, Ərdəbil, Urmiya, Marağa, Miyana, Zəncan, Naxçıvan, Maku və 

digər  şəhərlər ölkə daxilində mühüm ticarət mərkəzlərinə çevrilmişdilər. Bu şəhərlər başqa dövlətlərlə  təkcə 

quru ilə deyil, həm də dəniz yolu ilə ticarət əlaqələri yarada bilmişdilər. Məşhur “Böyük ipək yolu” vasitəsilə 

Orta Asiya, Çin, Hindistan, Kiçik Asiya ölkələri, İberiya, Qafqaz Albaniyası ilə ticarət əlaqələri formalaşmışdı. 

Ölkədə hazırlanmış xalçalar, bəzək şeyləri, yün məmulatları və s. ixrac olunaraq əvəzində lazım olan 

istehlak malları idxal olunurdu. Bu zaman satış üçün müxtəlif vergilər alınırdı ki, bu da müasir dövrdə gömrük 

vergiləri və rüsumları adlanır.  

Bizim eranın  əvvəllərində indiki Şimali Azərbaycanın və  Cənubi Dağıstanın  ərazisini  əhatə edən 

Albaniya dövləti yarandı. Tarixi mənbələrdə bu ərazidə neft, təbii qaz, dəmir, mis və s. kimi qiymətli 

ehtiyatların olduğu göstərilirdi ki, bunlar da sonradan ticarət subyektlərinə çevrilirdilər. Şirvanda (Bakıda) neft 

və duz məhsullarının üzərinə vergi qoyulmuşdur ki, bu da müasir dildə  mədən vergisi və aksiz vergisi kimi 

dəyərləndirilir.  

Mənbələrin yazdığına görə, Azərbaycan ərazisində dövlət tərəfindən gömrük vergiləri rəsmi olaraq IX 

əsrin  əvvəllərindən müəyyən edilməyə başlamışdır. Bəlkə IX əsrdən qabaq da bu vergilər mövcud olmuşdur, 

lakin bu barədə olan məlumatlar Ərəb xilafəti dövründə yandırıldığı üçün, bu barədə ancaq mülahizə yürütmək 

olar. Çünki artıq iri şəhərlərdə - Ərdəbil, Muğan, Naxçıvan, Bərdə, Beyləqan, Qəbələ, Şəki, Şəmkir, Dərbənd 

(Bab-əl-Əbvab), Şabran, Şamaxı və digərlərində ticarət məhəllələri (o zamanlar “ravad” adlanırdı) yaranmışdı.  

Xarici ölkələrdən Azərbaycana müxtəlif parçalar, metal məmulatları, ətriyyatlar, ədvalar, xəzlər və s. 

gətirilir, ölkədən isə xam ipək, ipək parçalar, pambıq, xalçalar, boyalar, neft, mal-qara, atlar və s. ixrac edilirdi. 

Ticarətə qoyulan gömrük vergi və rüsumları ölkə xəzinəsinin mühüm gəlir mənbəyinə çevrilmişdi.  

XI-XII  əsrlərdə karvan və ticarət yollarının bir-biri ilə  və xarici ölkələrlə birləşdiyi Azərbaycan 

şəhərlərindən daxili və xarici bazarlara neft, pambıq, ipək, duz, meyvə, balıq, boyaq, ədviyyat və s. göndərilir

Şərq və Qərblə ticarət əlaqələri saxlayırdılar.  

Monqollara qədərki Azərbaycanın iqtisadi vəziyyəti məhsuldar qüvvələrin artması, ticarətin və mal-

pul münasibətlərinin genişlənməsi ilə səciyyələnir.  

XI-XII əsrlərin vergiləri əvvəlki dövrlərin qayda - qanunlarının çoxunu mühafizə etmişdir. O dövrün 

vergi sistemi haqqında  ətraflı  məlumat verən tarixçi Ravəndi yazırdı ki, vergilər dəftərlərdə xüsusi qeydlər 

aparılmaqla həyata keçirilirdi.  

Eyni zamanda Ravəndi qanunsuz vergilərdən (yəni, müasir dildə rüşvətdən) “dəstərqə” (hədiyyə kimi 

qəbul edilən vergi növü), “şərab-baha” (içki üçün yığılan pul - indiki “aksiz” vergisi) və sairlərinin də adını 

çəkir.  

XII-XIII  əsrlərdə  Dərbənddən  İran körfəzinə,  Şərqdən Avropaya gedən beynəlxalq karvan yolları 

Təbrizdə kəsişirdi. 

Azərbaycanın xam ipəyi Şamaxıdan Şimali İtaliya şəhərlərinə, həmçinin Fransaya ixrac olunurdu. 

Volqaboyu, Rusiya və  Şərqi Avropanı  İran körfəzi ilə  əlaqələndirən beynəlxalq karvan yolunun 

üstündə yerləşən şəhər Şamaxı idi.  

XI-XIII  əsrin  əvvəllərində  Dərbənddən sonra ikinci mühüm liman şəhəri, ağ neft və duz istehsalı 

mərkəzi Bakı şəhəri idi.  

Monqol əsarəti dövründə Azərbaycanda monqol vergi toplayanları (baskaklar) çox qəddarlıq edirdilər. 

Məhz monqollar ilk dəfə olaraq sənətkarlar və tacirlər üçün yeni vergi növü - “tamqa” tətbiq etmişdilər (qeyd 

etmək lazımdır ki, rus dilində  işlənən “tomodnya” sözü də buradan götürülmüşdür). Məhz bu vergi növünün 

tətbiqindən sonra XIII əsrin axırlarında Azərbaycanın xarici ticarəti tənəzzülə uğramışdır.  

Azərbaycan dövlətçiliyi tarixində, məmurların özbaşınalığını  məhdudlaşdırmaq, iqtisadiyyatı 

yüksəltmək və xəzinəni doldurmaq üçün ilk vergi islahatını XV əsrdə Səfəvilər dövlətinin başçısı Uzun Həsən 

həyata keçirmişdir.  

Ağqoyunlu dövlətinin banisi Uzun Həsən Trabzon-Yunan dövləti ilə dostluq əlaqəsi yaratmışdı. O, 

Trabzon imperatorunun qızı  Dəspinə (Feodra) Xatunla evlənmişdi. Uzun Həsən Trabzon şəhərində böyük bir 

daş körpü saldırmışdır. Çünki Trabzonun Ağqoyunlular üçün böyük ticarət əhəmiyyəti var idi. Belə ki, bu şəhər 

Ağqoyunlu tacirləri üçün Qara dənizə əlverişli çıxış yolu idi. 

Müasirlərinin “Sultani-adil” (yəni “ədalətli sultan”) adlandırdıqları Uzun Həsən ilk vergi məcəlləsini – 

“Qanunnamə”ni hazırlamışdır. Maraqlıdır ki, bu “qanun” nəinki XV əsrdə, elə XVI əsrdə  də, həm Səfəvilər 



Yüklə 0,8 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   32




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə