Cümşüdlü Vüqar Səyyad magistr dissertasiyasi mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»



Yüklə 0,54 Mb.
səhifə1/6
tarix21.04.2018
ölçüsü0,54 Mb.
#39850
  1   2   3   4   5   6

AZƏRBAYCAN RESPUBLIKASI TƏHSIL NAZIRLIYI


AZƏRBAYCAN DÖVLƏT IQTISAD UNIVERSITETI

UNEC



Əlyazma hüququnda

Cümşüdlü Vüqar Səyyad
MAGİSTR DİSSERTASİYASI

Mövzu: «Azərbaycan Respublikasında büdcə gəlirlərinin formalaşması xüsusiyyətləri və inkişaf yolları»

İxtisasın şifri və adıı:060403 – Maliyyə

İxtisaslaşmanın adı:Maliyyə menecmenti
Elmi rəhbər: i.e.d., prof. D.A. Bağırov

Proqramın rəhbəri: prof. A.M. Kərimov

Kafedra müdiri: i.e.d. Ə.Ə. Ələkbərov


Bakı – 2017

Giriş..........................................................................................................................3

Fəsil I Bazar iqtisadiyyatı şəraitində büdcə münasibətlərinin nəzəri-metodoloji əsasları

    1. Dövlət büdcəsinin mahiyyəti və məzmununa dair nəzəri baxışlar...............8

1.2 Müasir şəraitdə büdcə gəlirlərinin formalaşması üsulları..........................13
Fəsil II Müasir şəraitdə Azərbaycanda büdcə gəlirlərinin formalaşması mənbəyi və onun elmi statistik təhlili

    1. Azərbaycan Respublikasi dövlət büdcəsinin gəlirlərinin formalaşmasında vergilərin rolu..................................................................................................23

    2. Dövlət büdcəsinin qeyri-vergili daxilolmaların büdcə gəlirlərində yeri.....38


Fəsil III Böhran şəraitində büdcə-vergi siyasətində antiböhran tədbirləri və onların təkmilləşdirilməsi

3.1 İqtisadi böhranlarda tətbiq olunan antiböhran vergi-büdcə (fiskal) siyasəti...............................................................................................................49

3.2 Azərbaycan Respublikasının büdcə-vergi siyasəti və onun təkmilləşdirilməsi istiqamətləri...........................................................................................62

Nəticə.......................................................................................................................76

İstifadə edilmiş ədəbiyyat siyahısı..........................................................................80


G İ R İ Ş
Mövzunun aktuallığı: Ölkə iqtisadiyyatının gələcəkdə daha dayanıqlı inkişafına nail olunması ilə əlaqədar iqtisadi prioritetlərin müəyyənləşdirilməsi və əldə olunan vəsaitlərin həmin istiqamətlərə səmərəli istifadəsini təmin etmək olduqca vacib məsələlərdən biridir. Son illər həyata keçirilən iqtisadi siyasət ölkədə davamlı dinamik sosial-iqtisadi inkişafın təmin olunmasına yönəlmişdir. Dövlət büdcəsinin gəlirlərinin formalaşması vəondan səmərəli istifadə edilməsi makroiqtisadi sabitliyin qorunub saxlanılmasına xidmət edir. Dinamik iqtisadi inkişafa nail olmaq üçün real sektorun potensialının gücləndirilməsi və strukturunun yenidən qurulması milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsinə yönəlmişdir. Bu görülən tədbirlər neft sektorunun dinamik inkişafı ilə yanaşı, qeyri-neft sektorunun inkişafının təmin olunmasına xidmət edir. Bununla yanaşı dövlət büdcəsinin gəlirlərindən səmərəli istifadəsi investisiya fəallığının artırılmasına, o cümlədən ayrı-ayrı regionlarda sahibkarlığın, istehsal, sosial və bazar infrastruktur sahələrinin inkişafının sürətləndirilməsinə, əhəmiyyətli sayda yeni iş yerlərinin yaradılması və məşğulluq səvıyyəsının yüksəldilməsinə, dövlət idarəetmə sisteminin bazar iqtisadiyyatı prinsiplərinə uyğunlaşdırılmasının sürətləndirilməsinə, əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasına, bununla belə əhalinin aztəminatlı təbəqəsinin sosial müdafiəsinin gücləndirilməsinə, ünvanlı yardım sisteminin formalaşdırılması və yoxsulluğun azaldılmasına, milli iqtisadiyyatın dünya təsərrüfat sisteminə inteqrasiyasının sürətləndirilməsinə əhəmiyyətli dərəcədə təkan verir.

XX əsrin sonunda və XXI əsrin başlanğıcında Azərbaycan Respublikasının Ümumilli Lideri cənab Heydər Əliyevin rəhbərliyi altında dünya ölkələrinin təcrübəsi nəzərə alınmaqla büdcə gəlirlərindən daha səmərəli istifadə edilməsiölkənin sosial-iqtisadi inkişaf strategiyası müəyyən etmiş və bu strategiya ölkə prezidenti cənab İlham Əliyev tərəfindən müvəffəqiyyətlə həyata keçirilməkdədir. Bütün bunlar dövlət büdcəsi gəlirlərinin daha səmərəli xərclənməsi metodlarının tapılmasını və iqtisadi inkişaf strategiyasına uyğun olaraq təkmilləşdirilməsini vacib edir. Buna görə də, bu sahədə elmi araşdırmaların davam etdirilməsinə və dövlət büdcəsinin gəlirlərindən səmərəli istifadə ilə bağlı dərinləşdirilmiş təkliflərin hazırlanmasına ehtiyac vardır.

Dissertasiya işində aparılan tədqiqatlar dövlət büdcəsi gəlirlərinin səmərəli istifadəsi metodlarının qiymətləndirilməsini və onların makro-iqtisadi inkişafa təsirlərinin nəzərə alınması əsasında aparılmışdır.

Problemin öyrənilmə səviyyəsi. Azərbaycan Respublikası dövlət büdcəsiningəlirlərinin formalaşdırılmasının səmərəliliyinin artırılması ilə bağlı ölkəmizdə son illər bir sıra elmi tədqiqatlar aparılmışdır. Dissertasiya işində Azərbaycanlı alimlərin elmi yanaşmaları dərindən öyrənilmiş və istifadə edilmişdir. Qeyd edilən problemin nəzəri və praktiki aspektləri Azərbaycanın iqtisadçı alimlərindən Ə.C. Muradovun, Ə. Ələkbərovun, D.A.Bağırovun, N.Xudiyevin, M.Həsənlinin, B.A.Xankişiyevin, M.M.Bağırovun, R. M.Rzayevin, Ş.Ş.Bədəlovun və başqalarının əsərlərində əhəmiyyətli dərəcədə tədqiq edilmişdir. Qərb və rus iqtisadçıları D.Rikardonun, C.Milin, A.Marşalın, C. Keynsin, L.Abalkinin, P.L. Lavrovun, E.Dolanın, C.Slomanın, B.İrişevin, L.Erxardın, A.Selişevin, V.Qalanovun, V.Kovalyovun və digərlərinin əsərləri büdcə sisteminin nəzəri aspektlərinə, ayrı-ayrı iqtisadi sistemlərdə və ölkələrdə büdcə gəlirlərinin formalaşması təcrübəsinin tədqiqinə və bu təcrübədən səmərəli istifadə problemlərinə həsr edilmişdir.

Yuxarıda adlarını sadaladığımız müəlliflərin müvafiq sahədə apardıqları tədqiqatların əhəmiyyətini qeyd etməklə yanaşı, onu da qeyd edək ki, bu bütövlükdə respublikamızın büdcə sisteminin səmərəliliyinin təmin edilməsi baxımından yeni elmi tədqiqatların aparılması və dövlət büdcəsi gəlirlərindən istifadənin səmərəlilik meyarları üzrə qiymətləndirilməsini son dərəcə mühüm edir.



Məsələnİn qoyuluşu: Dövlət büdcəsi gəlirlərindən səmərəli istifadə edilməsi məsələləri Azərbaycan Respublikasının Büdcə Qanunvericiliyi çərçivəsində öyrənilmişdir. Aydındır ki, büdcə siyasətinin əsas məqsədi dövlət büdcəsinin makroiqtisadi məqsədlərə nail olmağı təmin edə biləcək funksional və iqtisadi təsnifata uyğun strukturunun təkmilləşdirilməsi, eyni zamanda bu sahədə investisiya və sosial yönümlülüyün davam etdirilməsi, iqtisadiyyatın yenidənqurulmasının təşviqi və onun strukturunun diversifikasiya olunmasıdır. Büdcə gəlirlərinin səmərəliliyinin qiymətləndirilməsi zəruridir. Neftin və qazın satışından əldə olunan pul vəsaitləri, ötən illərdə olduğu kimi, makroiqtisadi stabilliyin saxlanılmasına şəffaf şəkildə ölkə vətəndaşlarının rifahı naminə istifadə olunacaqdır.

Dövlət büdcəsinin tərtibi prosesində mövcud proqnozlaşdırma, dövlətin maliyyə sisteminin ardıcıl inkişaf perspektivlərinin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayacaqdır. Bununla əlaqədar ölkəmizin iqtisadi inkişafı ilə dövlət büdcəsi arasında sıx əlaqəni təmin etmək məqsədilə dövlət büdcəsinin məqsədli dövlət proqramları əsasında tərtibinə nail olunması istiqamətində görülmüş işlər davam etdirilir və növbəti illərdə dövlət büdcəsinin tərtibi prosesində bununla bağlı zəruri tədbirlərin həyata keçirilməsi təmin olunmaqdadır.



Dissertasiya işinin obyekti kimi Azərbaycan Respublikasının büdcə sistemi seçilmişdir.

Tədqiqatın predmetini bazar iqtisadiyyatı şəraitində büdcə gəlirlərinin formalaşması və istifadəsinin səmərliliyinin təmin edilməsi məqsədilə iqtisadi münasibətləri özündə əks etdirən proseslərin öyrənilməsi təşkil edir.

Tədqiqatın məqsəd və vəzifələri. Tədqiqatın məqsədi Azərbaycan Respublikasında dövlət büdcəsi gəlirlərinin səmərəli istifadəsinin təşkili üçün yeni metodologiya işləmək və onun praktik tətbiqi yollarını göstərmək, büdcə gəlirlərinin formalaşmasının səmərəlilik meyarları baxımından qiymətləndirilməsidir.Vergi-büdcə sistemindəki mövcud vəziyyəti tədqiq etmək əsasında ölkədə büdcə sisteminin səmərəli fəaliyyətinin təmin olunmasında xərclərinin səmərəliliyinin artırılmasını əsaslandırmaq və onları təkmilləşdirilməsi istiqamətində elmi cəhətdən işlənib hazırlanmış təkliflər və tövsiyələr verməkdən ibarətdir. Son illər Azərbaycan Respublikasında aparılan iqtisadi islahatların tərkib hissəsi olaraq büdcə siyasətində nəzərə çarpacaq təkmilləşdirmələr aparılmışdır. Bununla belə, dövlətimizin büdcə sistemi ilə bağlı təkmilləşdirmələrinin aparılmasının hər zaman vacib olduğunu nəzərə alaraq bu sahədə yeni tədqiqatların aparılmasına və təkliflərin hazırlanmasına ehtiyac var. Ölkə prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə Azərbaycandahəyata keçirilən iqtisadi islahatların öz hədəfinə çatması üçün səmərəli büdcə siyasətinin həyata keçirilməsi və eləcə də dövlət büdcəsinin xərclərindən istifadənin daha da təkmilləşdirilməsini zəruri edir. Bu baxımdan, dissertasiya işinin məqsədi məhz bazar iqtisadiyyatı şəraitində dövlət büdcəsi gəlirləri və xərclərinin yenidən qiymətləndirilməsinin həyata keçirilməsi və onun səmərəlilik meyarları üzrə dəyərləndirilərək təkliflərin hazırlanmasından ibarətdir.

Bu məqsədə nail olmaq üçün aşağıdakı vəzifələrin yerinə yetirilməsi qarşıya qoyulmuşdur:

- büdcə sisteminin nəzəri-metodoloji əsaslandırılmasını müasir metodologiyaya uyğun aparmaq və mövcud meyarlar üzrə qruplaşdırmaq;

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin təşəbbüsü ilə həyata keçirilən iqtisadi islahatların müsbət nəticələrinə nail olmaq məqsədi ilə büdcə gəlirləri və xərclərinin səmərəliliyinin artırılması yollarını göstərmək:

- iqtisadi islahatların müxtəlif inkişaf mərhələlərində büdcə sisteminin formalaşması xüsusiyyətlərini öyrənmək və onun inkişaf meyllərini əsaslandırmaq;

- Büdcəsinin xərclərinin səmərəliliyinin gəlir-xərc prınsıpı baxımından qiymətləndirilməsini həyata keçirmək;

- Dövlət büdcəsinin gəlirlərinin səmərəlilik meyarları üzrə qiymətləndirmə sistemini işləyib hazırlamaq;

- büdcə gəlirlərininsəmərəli istifadəsinin yüksədilməsi üçün elmi cəhətdən əsaslandırılmış təkliflərin işlənib hazırlanması .



Dissertasiya işinin nəzəri və metodoloji əsasları. Tədqiqatın nəzəri-metodoloji əsaslarını mövcud iqtisadi nəzəriyyələr, iqtisadçı amillərin bu istiqamətdə apardıqları tədqiqat işləri, çap olunmuş əsərləri, dövrü mətbuatın materialları, büdcə-maliyyə sistemi ilə bağlı ölkə prezidentinin fərman və sərəncamları, Milli Məclisin müvafıq qanunları və Nazirlər Kabinetinin proqram və qərarları, Maliyyə Nazirliyinin və digər nazirliklərin normativ-hüquqi sənədləri və hesabatları təşkil edir.

Tədqiqat prosesində iqtisadi-statistik, statistik-qruplaşma, müqayisəli iqtisadi təhlil, müşahidə və balans metodlarından istifadə olunmuşdur.



Tədqiqatın elmi yeniliyi aşağıdakılardır:

- müasir şəraitdə vergitutma prinsiplərinin təhlili aparılaraq onların modifikasiyaları müəyyən edilmişdir;

- vergilərin həm fiskal həm də stimullaşdırıcı funksiyalarının sintezi məsələləri tədqiq edilmişdir;

- regionların sosial-iqtisadi inkişafına nail olmaq, yerli büdcələrin maddi bazasının genişləndirilməsi məqsədi ilə tənzimləyici vergilərdən istifadə olunması təklif olunmuşdur.



Tədqiqatın informasiya bazası.Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin illik hesabatları, Vergilər Nazirliyinin rəsmi materialları, İnternet şəbəkəsində mövzuya uyğun elektron resurslar təşkil etmişdir.

Tədqiqatın praktiki əhəmiyyəti.Tədqiqatdan irəli gələn elmi nəticə və müddəalardan dövlət büdcəsinin gəlirlərinin formalaşmasınaimkan verən səmərəli vergi sisteminin yaradılmasından və istifadə etməkdən ibarətdir.

Tədqiqat işinin həcmi və strukturu. Təqdim edilmiş dissertasiya işi giriş, üç fəsil, nəticə və ədəbiyyat siyahısından ibarətdir.

FƏSİL I Bazar iqtisadiyyatı şəraitində büdcə münasibətlərinin nəzəri-metodoloji əsasları.

    1. Dövlət büdcəsinin mahiyyəti və məzmununa dair nəzəri baxışlar

Dövlətin sosial-iqtisadi siyasətinin həyata keçirilməsinin əsas mexanizmi maliyyə sistemi və onun tərkib elementi olan büdcə sistemidir. Dövlət mərkəzləşdirilmiş və qeyri-mərkəzləşdirilmiş pul vəsaititlərini büdcə vasitəsi ilə yenidən bölgüsünü həyata keçirir.

Büdcə – Azərbaycan Respublikasının müvafiq dövlət hakimiyyəti və özünüidarəetmə orqanları vasitəsilə dövlətə və bələdiyyələrə məxsus vəzifə və funksiyaları yerinə yetirmək üçün lazım olan pul vəsaitinin yığılması və istifadə olunması üçün əsas maliyyə sənədidir.1

Büdcə vasitəsilə dövlət və yerli bələdiyyə orqanları öz üzərilərinə düşən vəzifə və funksiyaları yerinə yetirir. Belə ki, dövlət büdcə vəsaiti hesabına idarəetmə apparatını və ordunu saxlayır, sosial-mədəni tədbirləri həyata keçirir, iqtisadiyyatı tənzimləyir və inkişaf etdirir.2

Büdcə dövlətin və yerli bələdiyyə orqanlarının əsas maliyyə planı olmaqla, onların fəaliyyətini yerinə yetirməyə imkan verir. Büdcə dövlətin maliyyə potensialını əks etdirir və buna əsasən ölkədə vergi siyasətini müəyyən edir. Büdcə ölkədə ümum daxili məhsulun (ÜDM) sahələrarası və ərazi baxımindan yenidən bölgüsünü həyata keçirir, pul vəsaitləri fondlarının xərc istiqamtlərini müəyyənləşdirərək, iqtisadiyyatın dövlət tərəfindən daim tənzimlənməsini həyata keçirir.

Büdcə maliyyə münasibətlərini özündə əks etdirən tarixi, iqtisadi bir kateqoriyadır. Onun yaranması və inkişafı dövlətin yaranması və formalaşması ilə bilavasitə əlaqədədir. Dövlət büdcədən özünün funksiyalarını həyata keçirmək üçün əsas iqtisadi alət kimi istifadə edərək, eyni zamanda sosial-iqtisadi siyasəti də həyata keçirir.

Büdcə iqtisadi kateqoriya kimi maliyyə sisteminin tərkib hissəsidir, pul münasibətlərini həyata keçirir və spesefik özüməməxsus funksiyaları özündə əks etdirir.

Büdcə aşağıdakı funksiyaları həyata keçirir:


  • ümumi daxili məhsulun yenidən bölüşdürülməsi;

  • iqtisadiyyatın dövlət tənzimlənməsi və həvəsləndirilməsi;

  • dövlətin sosial siyasətinin həyata keçirilməsinin maliyyə təminatı;

  • mərkəzləşdirilmiş pul vəsaitləri fondlarının yaradılması və istifadəsi üzərində nəzarət.3

Büdcənin bölüşdürücü funksiyası dövlət və yerli özünüidarə orqanları səviyyəsində pul fondlarının yaradılması və istifadəsi formasında özünü biruzə verir. İEÖ müxtəlif səviyyəli büdcələr vasitəsilə ümumi daxili məhsulun 35-45%-ə qədəri yenidən bölüşdürülür. Azərbaycanda isə bu rəqəm 35-40 % təşkil edir.

Dövlət büdcəsindən ölkənin sosial sahələrinin maliyyələşdirilməsi həyata keçirilir. Ölkə iqtisadiyyatı lazımi pul vəsaitləri ilə təmin edilir, iqtisadi rayonların və ayrı-ayrı sahələrin inkişafı tənzimlənir. Dövlət iqtisadi münasibətlərin bu cür tənzimlənməsi vasitəsilə ölkədə məhsuldar qüvvələrin inkişafını tənzimləyir.

Büdcə vasitəsilə ÜDM-un yenidən bölgüsü eyni vaxtda həyata keçirilən və bir-birilə sıx əlaqədə olan ikitərəfli prosesdir:

- büdcənin gəlirlərinin yaradılması;

- büdcə vəsaitlərinin istifadəsi (büdcənin xərcləri).

Büdcə gəlirləri - Azərbaycan Respublikasının, Naxçıvan Muxtar Respublikasının və yerli özünüidarəetmə orqanlarının müvafiq qanunvericilik aktları ilə müəyyən olunmuş qaydada dövlət büdcəsinə, Naxçıvan Muxtar Respublikasının büdcəsinə və yerli büdcələrə daxil olan vergilər, rüsumlar, digər ödənişlər və daxilolmalardır4.

Büdcə gəlirləri vasitəsi ilə istehsal prosesində yaranan MG-in müəyyən hissəsinin dövlətin və bələdiyyələrin xeyrinə icbari qaydada yenidən bölüşdürülməsi baş verir. Bu maliyyə münasibətləri dövlətlə və bələdiyyə orqanları ilə vergi ödəyiciləri arasında baş verir.

Büdcə gəlirləri ödənişin müddətinə və vergitutma obyektlərinə, alınması üsullarına və vergi ödəyicilərinə digər xüsusiyyətlərinə görə fərqlənirlər. Amma, bununla belə onların ümumi oxşar cəhətləri vardır ki, o da müxtəlif səviyyəli büdcələrin gəlir hissəsinin formalaşdırır. Həmin pul gəlirlərin pul və nağdsız qaydada mədaxil olması bütün büdcə səviyyələrinə xas olan ümumi cəhətdir.

Büdcə gəlirləri vergilərdən, qeyri vergili gəlirlərdən, əsaslı və rəsmi qaydada alınan vəsaitlərdən ibarət daxilolmalardır. Vergili gəlirlərin əsas mənbəyini yenidən bölgü ilə əlaqədar alınan (ssuda faizi, əmək haqqı, mənfəət, əlavə dəyər, dividendlər və s.) yeni yaradılmış dəyər, daxilolmalar və yığım təşkil edir.

Rusiya iqtisadçısı Q.B.Polyakın fikirlərinə görə " büdcə- dövlət və yerli özünüidarənin funksiyası və fəaliyyətinin maliyyə təminatı üçün pul vəsaitlərinin formalaşması və xərclənməsi fondudur5. Digər iqtisadçı - Babiç büdcəni təxminən oxşar xarakterizə edir: "Büdcə dövlət və yerli özünüidarənin maliyyə təminatı üçün pul vasitələrinin formalaşması və xərclənməsinin mərkəzləşdirilmiş fondudur"6.

Büdcə məqsədlərin həyata keçirilməsi üçün resursların bölgüsü və yenidən bölgüsünü özündə əks etdirir"7 - F.Xedouri, M.Albertin məsələyə belə yanaşır: Nəzəri baxışların müxtəsər təsvirindən büdcə anlayışına yanaşmadakı fərqlər aşkar görünür. Qərb alimləri büdcənin ağırlıq mərkəzində xərclərin olduğunu iddia edirlər. Büdcənin" Qərb şərhi "ndən görünür ki, büdcə prosesinin təşkilində əsas nöqtə büdcə xərclərinin həcmi və istiqamətlərinin müəyyənləşməsidir ".

Büdcənin mühüm əlamətləri aşağıdakılardır:

• Dövlət büdcəsi hər il Milli Məclis tərəfindən təsdiq edilir. Yəni təsdiq edilmiş qanun dövlət hakimiyyəti orqanları üçün məcburidir. Dövlət büdcəsinə ödəniş edən bütün müəssisələr və vətəndaşlar büdcə qarşısındakı öhdəlikləri yerinə yetirməyə borcludurlar və məsuliyyət daşıyırlar;

• Dövlət büdcəsi dövlətin sosial-iqtisadi inkişaf göstəricilərinə ilə müəyyənləşir;

• Dövlət büdcəsi ümui mənafeyini əks etdirir və əhalinin ümumi ehtiyaclarının ödənilməsinə xidmət edir;

• Dövlət büdcəsi dovlətin iqtisadi inkişafı və onun müdafiə qabiliyyətinin möhkəmləndirilməsini maliyyə vəsaiti ilə təmin edir;

• Dövlət büdcəsinin məzmunuvə əhəmiyyəti onun gəlirləri və xərclərinin tərkibi ilə müəyyən olunur;

Büdcə dövlətin fəaliyyəti ilə sıx əlaqədə olan iqtisadi kateqoriya kimi nəzərdən keçirilməlidir.XVIII əsrin ortalarından başlamış sənaye dövründə insanların şəxsi maraqı və şəxsi kapitala verilən üstünlük verildiyindən, bazarın "görünməz əli" qəbul edilir və öz fərdiliyi ilə seçilən mikroiqtisadiyyata üstünlük verilirdi.Ümumiyyətlə dövlətin inkişafının müxtəlif mərhələlərində dövlət və dövlət büdcəsi haqqında müxtəlif nəzəriyyələr mövcud olmuşdur. Sənaye dövrü ilkin inkişaf mərhələsində A.Smit nəzəriyyəsi üstünlük təşkil etmişdir. Bu nəzəriyyə görə, gəlirlərin bir hissəsinin büdcə vasitəsilə yenidən bölüşdürülülməsi xüsusi mülkiyyətə ziyan verdiyindən məqsədəuyğun sayılmırdı. Bu dövrdə bir çox iqtisadçılar, o cümlədən Amerika iqtisadçısı C.B. Klark dövlət mexanizmlərinin məhdudluğunu və onun ümumi dövlət sosial - iqtisadi məsələlərin həllində əhəmiyyətli rol oynaya bilməyəcəyini qeyd edirdilər.Bu nəzəriyyənin tərəfdarları təbii inhisarçılıq sahələrinin rolunu yüksək dəyərləndirir və belə hesab edirdilər ki,bu sahələr sərt dövlət tənzimlənməsi obyekti kimi qalmaqla,cəmiyyətin həm sənaye və həm də sosial problemlərinin həllində başlıca rol oynamalıdır.

XX əsrin birinci yarısında makroiqtisadiyyata daha önəm verildi ki, bu da "Keyns inqilabı" adlandırıldı. Bu vaxtdan etibarən büdcə xərclərinin artırılmasıbüdcə kəsiri ilə bağlı problemlərin yaranmasına səbəb oldu. Büdcədən maliyyələşməninartırılması iqtisadiyyatda ödəmə qabiliyyətli məcmuu tələbin yüksəldilməsinin stimullaşdırılması, iqtisadi artım, o cümlədən əhalinin məşğulluq səviyyəsinin yüksəlməsi amili kimi baxılırdı. Sonda isə dövlət borcunun yaranması baş verirdi.Dövlət borcları təbii prosesdir və dövlət sahibkarlığının bir elementidir, onun idarə olunması XXI əsrin əsas problemlərindən biridir

XX əsrin ortalarında sosial - iqtisadi proqramlar və sosial müdafıə sistemləri geniş yayılmışdı ki, bu da qarışıq tipli sosial yönümlü iqtisadiyyatın yaranması demək idi. Məhşur iqtisadçı P.Samuelsonun irəli sürdüyü içtimai rifah nəzəriyyəsində dövlətə və onun tənzimləmə funksiyasına xüsusi yer ayrılmışdır. P.Samuelsona görə bazarın fəaliyyətində "kənarlaşmalar" olur bu da bazar qanunlarının işlək olmasına mane olur. Bazarda bu "kənarlaşmalar" dövlətin büdcə maliyyələşdirilməsi mexanizmləri hesabına aradan götürülür.Bu zaman içtimai nemətlərin iki xüsusiyyəti özünü göstərir: rəqabətqbiliyyətsizlik və istisnasızlıq. Rəqabətqbiliyyətsizlikiçtimai nemətlərin bir tərəfdən istehlak edilməsi,cəmiyyətin digər bir üzvü üçün isə bu istehlakın azaldılması deməkdir.

80 - cı illərdə təklif iqtisadiyyatı nəzəriyyəsi geniş geniş vüssət almışdır.Bu nəzəriyyənin ən görkəmli nümayəndəsi məşhur "vergi əyrisi"ni işləyib hazırlamış A.Laffer olmuşdur.ABŞ da bu konsepsiyanı həyata keçirən isə prezident R.Reyqan idi. Təklif iqtisadiyyatı nəzəriyyəsinin qayəsini dövlət xərclərinin azaldılması, vergilərin və dövriyyədə olan pul kütləsinin azaldılması, strateji planlaşdırmanın aparıcı rolundan imtina olunması təşkil edirdi. Təklifin stimullaşdırılması üçün isə vergilər aşağı salınmalıdır. Laffer əyrisindən məlum olurdu ki, vergi yükünün artırılması yığıma, kapital qoyuluşuna, əmək məhsuldarlığına öz mənfi təsirini göstərir. Vergilərin artırılması investisiyaların, əsasən, vergi qoymadan digər sahələrə yönəldilməsinə səbəb olur.

Dövlət büdcəsi dövlət maliyyəsinin əsas həlqəsidir. Dövlət büdcəsi dövlətin əsas maliyyə planıdir. Dövlət büdcəsi vasitəsilə dövlət müxtəlif sahələtin: müdafiə, səhiyyə, təhsil, mədəniyyət, maddi istehsal və s. inkişaf etməsinə şarait yaradır. Dövlət büdcəsi iqtisadi və sosial sahədə həyata keçirmək istədiyi tətbirləri əks etdirən rəsmi dövlət sənədidir. Hər bir ölkənin dövlət büdcəsinə nəzər yetirərək həmin ölkədəki iqtisadi və sosial sahənin aurasını duymaq olar. Dövlət büdcəsi qeyrı - maddi istehsal sahələrinin mövcud olmasının əsas dayağıdır. Dövlətin sosial siyasətinin həyata keçirilməsində həmin sahələrin böyük rolu vardır. Dövlət büdcəsi vasitəsilə həmin sahədə çalışanların əmək haqqıiarı ödənilir, həmin sahələrin fəaliyyətlərini həyata keçirmək üçün yeni binalar tikilir, mövcud köhnə binalar rekonstruksiya olunur, invertar və avadanlıqlar alınır, bu sahələrin göstərdiyi xidmətlərin haqqlərı ödənilir. Dövlət büdcəsi vasitəsilə dövlət əhəmiyyətli əmtəələrin alınması həyata keçilir. Dövlət büdcəsi dövlətin öz üzərinə götürdüyü müxtəlif borc təəhhüdlərinin ödənilməsini həyata keçirir. Dövlət büdcəsi aşağı səviyyəli büdcələrin xərclərini öz gəlirləri ilə örtmək imkanı olmadıqda həmin büdcəərə subsidiyalar ayrır. Həmçinin aşağı səviyyəli büdcələrin yerli və regional sosial tətbirlər həyata keçirərkən raslaşdığı maliyyə çətinliyi də dövlət büdcəsi vasitəsilə həll edilir. Ölkənin davamlı artan inkişafı üçün investisiya layihələrinin həyata keçirilməsi zəruridir. Bəzi layihələrə iş adamlarının ya maddi marağı olmur, ya da onların maliyyə vəziyyəti buna imkan vermir. Dövlət bücəsi dövlət üçün əhəmiyyətli olan belə layihələri hər iki halda həyata keçirilməsində yardımçı olur. Hər bir dövlət inkişafında təminatlılığa daha böyük önəm verir, yəni hər bir dövlət təminatlı inkişaf yolunu seçir. Gələcəkdə iqtisadiyyatda baş verəcək hər hansı qeyri - tarazlıqdan özünü əvvəlcədən müdafıə etmək istəyir. Bundan ötrü dövlət ehtiyyatlarının yaradılması məqsədəuyğundur. Dövlət büdcəsinin icrası zamanı müvvəqəti yaranmış pul çatışmamazlığı dövlət kreditləri vasitəsilə aradan qaldırılır. Dövlət krediti daxili və xarici kreditiərə bölünür. Dövlət büdcəsi vasitəsilə bu kreditlərin və onlara görə hesablanmış faizlərin qaytarılması həyata keçirilir. Hər bir halda dövlət büdcəsi dövlətin iqtisadi mənafeyini əks etdirir.


Yüklə 0,54 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə