Cümşüdlü Vüqar Uçot-iqtisad fakültəsi Qrup 400



Yüklə 127,05 Kb.
Pdf görüntüsü
tarix11.09.2018
ölçüsü127,05 Kb.
#67940

background image
Cümşüdlü Vüqar 

Uçot-iqtisad fakültəsi 

Qrup 400 

 

XIV əsrin sonu XV əsrdə Azərbaycan feodal dövlətləri 

 

XIV  əsrin  sonu  və  XV  əsrlə  Azərbaycan  tarixində  dövlətçilik  ənənəsini  bərpasının  qorunub 



saxlanılması və güclü dövlətlərin yaranması ilə xarakterizə olunur. Bu dövrdə öncə Şirvanşahlar və 

Qaraqoyunlular,  daha  sonra  isə  Ağqoyunlular  və  Şirvanşahlar  dövləti  mövcud  idi.  Bu  dövlətləri 

nəzərdən keçirək.   

Qaraqoyunlular Yaxın və Orta Şərqin tarixində mühüm rol oynamışlar. Oğuz tayfalarından olan 

baharlılar  Qaraqoyunlulara  başçılıq  edirdi.  Qaraqoyunlular  XV  əsrin  sonlarına  yaxın  Şərqi 

Anadoluda  bəylik  yaradırlar.  Bu  bəyliyi  yaradan  Bayram  Xoca  Cəlairi  Sultan  Üveysin  Təbriz 

sarayında  nüfuzlu  əmirlərdən  biri  idi.  Bir  müddət  keçdikdən  sonra  Qaraqoyunlu  tayfa  başçıları  və 

Cəlairilər arasında gedən mübarizə nəticəsində bu bəylik zəifləyir.  

Bayram  Xocanın  ölümündən  sonra  oğlu  Qara  Məhəmməd  Cəlairilərlə  münasibətləri 

yaxşılaşdıraraq  onlarla  qohum  oldu.  Bu  qohumluq  hər  iki  tərəf  arasında  münasibətlərin 

yaxşılaşmasına  kömək  etdi.  Bu  vəziyyət  dən  məharətlə  istifadə  edən  Qara  Məhəmməd  tayfaların 

əksəriyyətini öz ətrafında birləşdirərək mərkəzi Van şəhəri olan Qaraqoyunlu tayfa ittifaqının əsasını 

qoyur. 

Qara  Məhəmməd  Azərbaycanda  öz  ağalığını  yaymağa  çalışırdı.  Bu  məqsədlə  o,  Cəlairilərlə 



qohumluğa məhəl  qoymayaraq 1382-ci  ildə Təbrizə hücum  etdi. Şəhər ətrafında baş tutan döyüşdə 

Qaraqoyunlular qalib gəldilər. 

Qaraqoyunluların bu dövrdə iki əsas rəqibləri var idi. Bunlar biri Əmir Teymurun başçılığı ilə 

Teymurilər, digəri isə Ağqoyunlu tayfa ittifaqı idi. 

1387-ci  ilin  yazında  Teymur  Naxçıvandan  Qaraqoyunlular  üzərinə  Ərzurum-Çapaqçur 

yürüşünə çıxır. Qara Məhəmməd Çapaqçur dərəsinə Əmir Teymurdan tez çatıb, burada olan bütün 

sərt  və  əhəmiyyətli  keçidləri  tutur.  Qara  Məhəmməd  əsgərləri  ilə  birlikdə  igidlik  göstərərək 

Teymurun qüvvələrini geri çəkilməyə məcbur edir. 

Bundan  sonra  1394-cü  ildə  Bağdad  yaxınlığında  bir  daha  Qaraqoyunlu  və  Teymuri  qoşunlara 

üzbəüz  gəlirlər.  Bu  döyüşdə  Cəlairilə  də  Qaraqoyunluların  müttəfiqi  kimi  çıxış  edir,  lakin  buna 

baxmayaraq, Teymurilər qalib gəlirlər. 

Teymurun  ölümündən  sonra,  1408-ci  ildə  Sərdrud  adlı  yerdə  Qaraqoyunlular  Teymuriləri 

məğlub  etdilər.  Bu  döyüşdə  Miranşah  da  öldürüldü.  Qara  Yusifin  bu  qələbəsinin  Azərbaycan  üçün 

çox  mühüm  tarixi  əhəmiyyəti  oldu-Azərbaycanda  Teymuri  ağalığına  son  qoyuldu.  Qara  Yusif 

Azərbaycanın şimal hissəsini də özünə tabe etməklə vahid Azərbaycan dövləti- Qaraqoyunlu dövləti 

yaratmaq istəyirdi.  

Şəki  və Şirvan  yürüşləri də bunu sübut edirdi. Bütün  bunlar Sultan Əhməd Cəlairini qorxuya 

salırdı  və  nəticədə  onun  Qara  Yusiflə  münasibətləri  pozuldu.  1410-cu  il  avqustun  30-da  Təbriz 

yaxınlığında  Şənbi-Qazan  adlı  yerdə  Qara  Yusif  keçmiş  müttəfiqi  Sultan  Əhmədin  qoşunlarını 

darmadağın  etdi.  Qara  Yusif  Sultan  Əhməddən Azərbaycanda  və  İraqda  hakimiyyətdən  əl  çəkməsi 

haqqında yazılı iltizam alır və onu hakimiyyətin yeni sülaləyə keçməsini qanuniləşdirən sənədlərə qol 

çəkməyə  məcbur  edir.  Ertəsi  gün  Sultan  Əhmədi  edam  etdirir.  Beləliklə  Cəlairilərin  hakimiyyətinə 



son qoyulur. Qara Yusif bu qələbədən sonra oğlu Pirbudağı Sultan təyin edir.  

Yüklə 127,05 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə