Curriculum vitae information form



Yüklə 42,86 Kb.
tarix25.06.2018
ölçüsü42,86 Kb.
#51389

ZEMFİRA ƏSGƏR qızı ŞAHBAZOVA

Filologiya üzrə elmlər doktoru, professor







Azərbaycan dilçiliyi kafedrasının professoru

İş telefonu: 012-538-02-23

İmeyl: kamala.ahmadova2@gmail.com







QISA BİOQRAFİK MƏLUMAT

  • 1948-ci il iyulun 7-də Göyçay rayonunda anadan olub.

  • 1954-1965-ci illərdə Göyçay rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb.

  • 1965-1970-ci illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsində təhsil alıb.

  • 1973-cü ildən Bakı Dövlət Universitetinin Azərbaycan dilçiliyi kafedrasında çalışır.

  • Ailəlidir, dörd övladı var.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 1970-1973-cü illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının aspirantı olub.

  • 1973-cü ildə «Müasir Azərbaycan dilində ara söz və söz birləşmələri» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsi alıb.

  • 1990-cı ildə dosent elmi adını alıb.

  • 2012-ci ildə «Müasir Azərbaycan dilində əvəzliklər» mövzusunda dissertasiya müdafiə edib və filologiya üzrə elmlər doktoru elmi dərəcəsi alıb.

  • 2015-ci ildə professor elmi adını alıb.

ƏMƏK FƏALİYYƏTİ

  • 1973-1975-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında baş laborant.

  • 1975-1990-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasında müəllim və baş müəllim.

  • 1990-2015-ci illərdə BDU-nun Azərbaycan dilçiliyi kafedrasının dosenti.

  • 2015-ci ildən BDU-nun Azərbaycan dilçiliyi kafedrasının professoru.

TƏDRİS ETDİYİ FƏNLƏR  

  • Müasir Azərbaycan dili (fonetika, leksika, morfologiya və sintaksis)

  • Azərbaycan dilinin linqvopoetikası

TƏDQİQAT SAHƏSİ

  • Azərbaycan dilinin qrammatik quruluşu

  • Türk dillərində əvəzliklər

İŞTİRAK ETDİYİ KONFRANSLAR, KURSLAR, TRENİNQLƏR

  • 1998, Bakı, Azərbaycan. Azərbaycan Xalq Cumhuriyyətinin 80 illiyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 1998, Bakı, Azərbaycan. BDU-nun 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 2006, Bakı, Azərbaycan. I Türkoloji qurultayın 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 2010, Bakı, Azərbaycan. BDU-da Ümummilli Lider Heydər Əliyevin 87 illik yubileyinə həsr olunmuş Respublika elmi-nəzəri konfransı.

  • 2011, Bakı, Azərbaycan. BDU-da Azərbaycan Dövlət Müstəqilliyinin bərpasının 20-ci ildönümünə həsr olunmuş “Azərbaycan filologiyasının aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.

  • 2011, Bakı, Azərbaycan. BDU-da görkəmli ədəbiyyatşünas Abbas Zamanovun anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 2013, Bakı, Azərbaycan. BDU-da professor Bəkir Çobanzadənin anadan olmasının 120 illik yubileyinə həsr olunmuş “Bəkir Çobanzadə və türkologiyanın müasir problemləri” mövzusunda Respublika elmi konfransı.

  • 2013, Bakı, Azərbaycan. BDU-da Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş “Filologianın aktual problemləri” mövzusunda Respublika elmi-nəzəri konfransı.

  • 2014, Bakı, Azərbaycan. BDU-da Xalq yazıçısı İlyas Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 2015, Sarayevo, Bosniya-Hersoqovina. Türkiyənin İhsan Doğramacı Bilkənd Universiteti ilə Bosniya-Hersoqovinanın Sarayevo Universitetinin birgə keçirdiyi X Uluslarası Böyük Türk Dili Qurultayı.

  • 2015, Bakı, Azərbaycan. BDU-da Xalq şairi B.Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfransı.

  • 2016, Bakı, Azərbaycan. Akademik Tofiq Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuş Respublika elmi konfransı.

  • 2016, Konya, Türkiyə. VI Beynəlxalq Müqayisəli Ədəbiyyatşünaslıq Konqresi.

  • 2017, Qars Türkiyə. Beynəlxalq xalq ədəbiyyatı simpoziumu.

  • 2017, Malatya, Türkiyə. IX Uluslararası Dünya Dili Türkcə Simpoziumu (02-05 noyabr).

  • 2018, Polşa, Varşava. XIII Uluslarası Böyük Türk Dili Qurultayı (dəvət olunub).

ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Kitablar

  • 1985, Müasir Azərbaycan dilində ara sözlər və söz birləşmələri. Bakı, 204 s.

  • 2007, Azərbaycan dilində əvəzliklər. Bakı: Ulu, 334 s.

  • 2007, Azərbaycan dilində əvəzliyin sintaksisi. Bakı: Ulu, 180 s.

  • 2007, Azərbaycan dilində əvəzliyin morfologiyası. Bakı: Ulu, 120 s.

  • 2008, Əvəzliyin qrammatikası. Bakı: Ulu, 240 s.

  • 2009, Ədəbiyyat nəzəriyyəsi (test tapşırıqları). Bakı.

  • 2010, Azərbaycan dili (həmmüəllifli). Bakı, 546 s. (dərs vəsaiti)

  • 2010, Azərbaycan dili (VII sinif üçün test toplusu). Bakı.

  • 2012, Orfoqrafiya və orfoepiya lüğəti. Bakı: TQDK (həmmüəlif).

  • 2013, Azərbaycan dili (test toplusu). Bakı (həmmüəlif)

  • 2018, Əvəzliyin linqvistik xüsusiyyətləri. Bakı: BDU.

Metodik göstəriş və proqramlar

  • 2005, Nitq mədəniyyəti (proqram)

  • 2006, Azərbaycan dili (proqram)

  • 2007, Azərbaycan dili (magistrtura pilləsi üçün proqram)

  • 2016, Azərbaycan dilindən praktikum (proqram)

  • 2017, Müasir Azərbaycan dili (proqram)

  • 2018, Azərbaycan dilinin üslubiyyatının aktual problemləri (magistrtura pilləsi üçün proqram)

  • 2018, Azərbaycan dilinin linqvopoetikası (magistratura pilləsi üçün proqram)

Məqalələr

  • 1975, Baş cümlələrin transformasiyası nəticəsində yaranan ara sözlər // Dil və ədəbiyyat. № 4.

  • 1976, Cümlə üzvlərinin sintaktik funksiyasını dəyişərək ara sözə çevrilməsi // Dil və ədəbiyyat. № 3.

  • 1979, Ara söz, ara söz birləşmələrinin mürəkkəb cümlə ilə işlənmə xüsusiyyətləri // Elmi əsərlər, № 3

  • 1982, Ara söz, ara söz birləşmələrinin cümlə ilə qrammatik əlaqə məsələsi // Azərbaycan dilinin qrammatik quruluşu məsələləri. Bakı, BDU.

  • 1982, Həmcins üzvlərin bağlanma vasitələri // Azərbaycan dilində sintaktik konstruksiyalar. Bakı.

  • 1983, Budaq cümlələrin transformasiyasından əmələ gələn ara söz, ara söz birləşmələri // Azərbaycan dilində tabeli mürəkkəb cümlə məsələləri. Bakı.

  • 1984, Azərbaycan dilində ca, çə formatı haqqında // Azərbaycan dilində adların morfologiyası. Bakı, BDU.

  • 1985, Təkrarların nitqdə rolu // Nitq mədəniyyəti məsələləri, ADU, s.62-66

  • 1985, Həmcins üzvlər və söz birləşmələri // Dil və ədəbiyyat. Bakı.

  • 1985, Şəxs əvəzliyinin xüsusi vəzifələri haqqında // Dil və ədəbiyyat. Bakı-1985. №4.

  • 1990, İşarə əvəzliklərinin üslubi xüsusiyyətləri // Üslubiyyat məsələləri. Elmi əsərlərin mövzu toplusu, s.44-46

  • 1993, Qeyri-müəyyənlik kateqoriyası və qeyri-müəyyən əvəzliklər //Azərbaycan Respublikası Ali və orta İxtisas Təhsil Nazirliyi, Elmi əsərlər, Dil və ədəbiyyat, I buraxılış. Bakı-İrşad, s.55-59

  • 1993, Əvəzliyin bəzi leksik xüsusiyyətləri // Bakı Dövlət Universiteti nəşriyyatı. Azərbaycan Dili Semantika məsələləri. Bakı, s.12-14

  • 1998, Mətn komponentlərinin bağlanmasında əvəzliyin rolu // Dil və ədəbiyyat, №3. s.32-35

  • 1998, Əvəzliyin nitq hissələri içərisində yeri / BDU-da Azərbaycan Xalq Cümhuriyyətinin 80 illiyinə həsr olunmuş elmi konfransın materialları, 27-29 may. II cild, Bakı, 1998, s.101-103

  • 1999, Həmcinslik kateqoriyası / BDU-nun 80 illiyinə həsr olunmuş elmi konfransın materialları. Bakı, s. 415-417

  • 2001, Həmcins üzvlərində qrammatik əlaqə məsələsi / Dil və ədəbiyyat. Bakı.

  • 2003, Vurğu qəbul etməyən şəkilçilər // Bakı Ekspert şərhləri, Bakı, s.59-62

  • 2003, Tabesiz mürəkkəb cümlələrlə həmcins xəbərili sadə cümlələrin bəzi oxşar və fərqli cəhətləri // Bakı Ekspert şərhləri, Bakı, s.85

  • 2003, Yazılı nitqdə vergülün işlənmə məqamları // Bakı Ekspert şərhləri, Bakı, s.91-96

  • 2006, İşarə əvəzliyinin sintaktik funksiyaları // Azərbaycan Milli Elmlər Akademiyası Folklor İnstitutu. “Elmi axtarışlar XXI“, Bakı.

  • 2006, Şəxs əvəzliyinin söz birləşməsi və sadə cümlədəki vəzifələri // Bakı Universitetinin xəbərləri. Humanitar elmələr seriyası, № 2, s. 91-102

  • 2006, İşarə əvəzliyinin sintaktik funksiyaları // Filologiyanın aktual problemləri mövzusunda elmi-nəzəri konfransın materialları. Bakı, s.117

  • 2006, Nağılların dilində qeyri-müəyyən əvəzliklərin işlənmə xüsusiyyətləri // Dil və ədəbiyyat. №3, Bakı.

  • 2006, Azərbaycan dilində əvəzliklər // I Türkoloji Qurultayının 80 illik yubileyi münasibəti ilə Elmi-nəzəri konfrans, Bakı.

  • Əvəzliyin məna növləri haqqında. Məqalə Dil və ədəbiyyat. Beynəlxalq elmi –nəzəri jurnal. Bakı-2007. №5. s.58-61

  • Mətnin qurulmasında şəxs əvəzliklərinin rolu. Məqalə Azərbaycan Milli Elmlər Akademiyası, Nəsimi adına Dilçilik İnstitutu. Tədqiqlər, 2007, №3. s.150-158

  • Qeyri-müəyyən əvəzliklərin vəzifələri Məqalə Azərbaycan Dillər Universiteti. Elmi xəbərlər. Bakı-2007, №6. s.208-213

  • 2007, Tabeli mürəkkəb cümlələrin bağlan¬masında əvəzliyin rolu (qəlib, qarşılıq kimi əvəzliklər) // Bakı Slavyan Universiteti, Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, №7, s.16-23

  • 2007, Təyin əvəzliyi: leksik-semantik və morfoloji xüsusiyyətlər // Bakı Slavyan Universiteti. Humanitar elmlərin öyrənilməsinin aktual problemləri, Bakı, № 6, s.57-64

  • 2007, Tabesiz mürəkkəb cümlənin bağlanmasında əvəzliklərin rolu // Azərbaycan Dillər Universiteti, Bakı, № 7, s. 22-30

  • 2007, Əvəzliyin tədqiqi tarixi haqqında // Dil və ədəbiyyat, Beynəlxalq elmi-nəzəri jurnal, Bakı, s.59-61

  • 2007, Mətn komponentlərinin bağlanmasında qeyri-müəyyən, təyin və sual əvəzliklərinin rolu // Filologiya məsələləri, №8 Bakı, s.41-48

  • 2007, Şəxs əvəzlikləri: Leksik-semantik və morfoloji xüsusiyyətlər // Filologiya məsələləri, №5, Bakı, s.433-444

  • 2013, Müəyyən şəxsli cümlələr // Abituriyent jurnalı, №2, TQDK, Bakı, s.115-126.

  • 2013, B.Vahabzadə dilinin estetikliyi / Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş Filologiyanın aktual problemləri mövzusunda respublika elmi –nəzəri konfransının materialları. Bakı, s. 483-488

  • 2014, Mürəkkəb sintaktik bütövlərin sərhədlərinin təyin-edilməsi haqqında / BDU-nun yaradılmasının 95 illiyinə həsr olunmuş Azərbaycan filologiyasının aktual məsələləri mövzusunda respublika elmi-nəzəri konfransının materialları.

  • 2014, Tabesiz mürəkkəb cümlələrin bağlanmasında leksik vasitələrin rolu / Azərbaycan xalq Yazıçısı, Respublika Dövlət Mükafatı laureatı, Görkəmli Dramaturq İlyas Məhəmmədoğlu Əfəndiyevin anadan olmasının 100 illik yubileyinə nəşr olunmuş Respublika Elmi Konfransının materialları, Bakı, s.679-682

  • 2015, Türk dillərində ortaq işlənən işarə əvəzlikləri və onların derivatları. / Uluslararası Büyük Türk Dili Qurultayı. Bosniya – Hersoqovina.

  • 2015, Azərbaycan dilində bəzi əlaqə növləri haqqında / Görkəmli ictimai xadim xalq şairi, akad.B.Vahabzadənin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş «Bəxtiyar Vahabzadə və Azərbaycan filologiyasının aktual problemləri» mövzusunda Beynəlxalq elmi konfrans, 29 oktyabr, Bakı.

  • 2016, Xitablar və onların linqvistik xüsusiyyətləri / Tofiq İsmayıloğlu Hacıyevin anadan olmasının 80 illik yubileyinə həsr olunmuşdur «Azərbaycan filologiyası: inkişafının yeni mərhələsi» mövzusunda elmi konfransın materialları, 2 noyabr, Bakı, səh.67-72.

  • 2016, Türk dilində işlənən təyin əvəzlikləri və onların linqvistik xüsusiyyətləri. // Dil və ədəbiyyat. Beynəlxalq elmi-nəzəri jurnalı, Bakı, №3, s. 97-105

İCTİMAİ FƏAİYYƏTİ  

  • 2008-ci ildən TQDK-da (indiki DİM) Azərbaycan dili və ədəbiyyatı fənni üzrə ekspert.

  • 2008-2015-ci illərdə BDU-nun Filologiya fakültəsinin Müdafiə Şurasının üzvü.

  • 2015-ci ildən AAK-ın filologiya elmləri üzrə ekspertidir.

Yüklə 42,86 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə