Curriculum vitae information form



Yüklə 21,61 Kb.
tarix15.03.2018
ölçüsü21,61 Kb.
#32557

NATƏVAN ƏSGƏR qızı ƏLİYEVA






Filologiya fakültəsi, akademik məsləhətçi (tyutor)

İş telefonu: +99412 539-02-12

İmeyl: natavanaliyeva1@gmail.com







QISA BİOQRAFİK MƏLUMAT

  • 1984-cü il fevralın 21-də Qərbi Azərbaycanın Zəngibasar-Uluxanlı rayonunda anadan olub.

  • 1990-2000-ci illərdə Bakı şəhəri Nəsimi rayonu N.Məmmədov adına 9 saylı orta məktəbdə təhsil alıb.

  • 2000-2004-cü illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin bakalavr pilləsində “Azərbaycan dili və ədəbiyyatı” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

  • 2004-2006-cı illərdə Bakı Dövlət Universitetinin Filologiya fakültəsinin magistratura pilləsində “Türkologiya” ixtisası üzrə təhsil alıb və universiteti fərqlənmə diplomu ilə bitirib.

  • 2009-cu ildən Bakı Dövlət Universitetində çalışır.

  • Azərbaycanlıdır, subaydır.

ELMİ DƏRƏCƏ VƏ ELMİ ADLARI

  • 2007-2010-cu illərdə Azərbaycan Milli Elmlər Akademiyası İ.Nəsimi adına Dilçilik İnstitutunda “Türk dilləri” şöbəsinin əyani aspirantı olub. Hal-hazırda “Türk dillərində sıra kateqoriyası problemi” mövzusunda dissertasiya üzərində işləyir.

ƏMƏK FƏALİYYƏTİ

  • 2007-ci ilin fevral-iyul aylarında Azərbaycan Memarlıq və İnşaat Universitetində Əcnəbilər üçün dil kafedrasında müəllim.

  • 2007-ci ilin sentyabr-yanvar aylarında Bakı şəhəri Nizami rayonundaki “Zəngi” liseyində müəllim.

  • 2007-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyi Təhsil Problemləri İnstitutunun İctimai-humanitar fənlər bölməsi, “Əsas və orta ümumtəhsil kurrikulumu” şöbəsində elmi işçi.

  • 2009-cu ildən Bakı Dövlət Universitetinin Filologiya fakültəsində akademik məsləhətçi (tyutor)

TƏDRİS ETDİYİ FƏNLƏR  

  • ------------------------

TƏDQİQAT SAHƏSİ

İŞTİRAK ETDİYİ KONFRANSLAR , KEÇDİYİ KURSLAR, TRENİNQLƏR

  • 2006, Bakı, Azərbaycan. BDU-da “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransı.

  • 2008, Bakı, Azərbaycan. Bakı Dövlət Universiteti və Azərbaycan Elmi-Tədqiqat və Təhsil Şəbəkələri Assosiasiyası tərəfindən birgə layihə çərçivəsində təşkil olunmuş 8 aylıq tyutor təlim kursları, fərqlənmə Rəqəmsal A № 004 sertifikatına layiq görülmüşdür.

  • 2011, Sumqayıt, Azərbaycan. Sumqayıt Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Magistrantların XI Respublika elmi konfransı, (25-26 may)

  • 2011, Bakı, Azərbaycan. Bakı Dövlət Universitetində Filologiya elmlər doktoru, əməkdar xadim, professor Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” Respublika elmi konfransı, ( 14-15 noyabr)

  • 2012, Famagusta (North Cyprus), Eastern Mediterranean University, The International Business English Summer School, (01 july-31august),

  • 2013, Bakı, Azərbaycan. Qafqaz Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr edilmiş Gənc Tədqiqatçıların I Beynəlxalq Elmi konfransı, (25-27 aprel)




ÇAP OLUNMUŞ ƏSƏRLƏRİ

Məqalələr

  • 2006, Nəsimi dilində əvəzlik // Azərbaycan. Azərbaycan filologiyasının aktual problemləri mövzusunda “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın tezis və məqalələri, VIII kitab, Bakı, Bakı Universiteti nəşriyyatı, səh.150-151

  • 2006, Qədim türk dilində feli sifət // Azərbaycan. Azərbaycan filologiyasının aktual problemləri mövzusunda “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın tezis və məqalələri, VIII kitab, Bakı, Bakı Universiteti nəşriyyatı, səh.151-154

  • 2006, Qədim türk dilində -(y)alı, -ğalı, -ğəli şəkilçisi ilə düzələn feli bağlamalar // Azərbaycan. Azərbaycan filologiyasının aktual problemləri mövzusunda “Molla Nəsrəddin” jurnalının 100 illik yubileyinə həsr olunmuş elmi-nəzəri konfransın tezis və məqalələri, VIII kitab, Bakı, Bakı Universiteti nəşriyyatı, səh.154-155

  • 2009, Sıra kateqoriyası qrammatik kateqoriyalardan biri kimi // Tədqiqlər, №4, Bakı, AMEA-nın Nəsimi adına Dilçilik İnstitutu, səh. 28-40

  • 2011, Kumık dilində sıra kateqoriyası: tədqiqi və təcrübəsi // Filologiya elmlər doktoru, əməkdar xadim, professor Abbas Zamanovun 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan filologiyası: axtarışlar, problemlər, perspektivlər” mövzusunda Respublika elmi konfransının materialları, Bakı, “Elm və təhsil”, səh. 742-744

  • 2011, Dildə sıra kateqoriyası problemi // Dil və Ədəbiyyat“ beynəlxalq elmi-nəzəri jurnalı, Bakı, BDU nəşri, səh. 60-66

  • 2011, Feillərdə sıra və onun semantikası // Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümünə həsr olunmuş Magistrantların XI Respublika Elmi konfransının materialları, II hissə, Sumqayıt, SDU nəşri, səh.522-523

  • 2013, Türk dillərində zaman kateqoriyasının tədqiqi təcrübəsi (problemin qoyuluşu) // Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransı, Bakı, Qafqaz Universiteti, səh. 509-510

  • 2014, Türk dillərində zamanın kateqorial strukturu // Bakı Universitetinin xəbərləri, Humanitar Elmlər seriyası, №1, Bakı, BDU nəşri, səh. 11-18

TƏLTİFLƏRİ, MÜKAFATLARI, FƏXRİ ADLARI

  • 2012, Famagusta şəhərində (Şimali Kipr Respublikası) yerləşən Doğu Akdeniz Universitetində təşkil olunan Biznes ingilis dili Beynəlxalq yay məktəbini müvəffəqiyyətlə bitirdiyinə görə sertifikata layiq görülüb.

  • 2012, Şimali Kipr Respublikasının Doğu Akdeniz Universitetinin rektoru, prof. Abdullah Öztoprak tərəfindən universitetlərarası dostluq əlaqələrinin möhkəmlənməsində fəal iştirakına görə mükafata layiq görülüb.

  • 2013, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 90-cı ildönümünə həsr olunmuş Gənc tədqiqatçıların I Beynəlxalq elmi konfransında çıxışına görə sertifikata layiq görülüb.

Yüklə 21,61 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə