ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ



Yüklə 3,32 Mb.
səhifə1/25
tarix16.11.2017
ölçüsü3,32 Mb.
#10541
  1   2   3   4   5   6   7   8   9   ...   25


ÀÇЯÐÁÀJ†ÀÍ ÌÈËËÈ ÅËÌËЯÐ ÀÊÀÄÅÌÈJÀÑÛ

ÔÎËÊËÎÐ ÈÍÑÒÈÒÓÒÓ

______________________________________________



GÜNEY

AZƏRBAYCAN

FOLKLORU


I KİTAB
(Təbriz, Yekanat və Həmədan ərazi­lərindən toplanmış folklor örnəkləri)

ÁÀÊÛ – 2013

Àçяðáàj‡àí Ðåñïóáëèêàñû ÌÅÀ

Ôîëêëîð Èíñòèòóòó Åëìè Øóðàñûíûí

ãяðàðû èëя ÷àï îëóíóð.

ÒÎÏËÀÉANI: Məmmədəli Qövsi FƏRZANƏ


ELMİ REDAKTORU VƏ

ÖN SÖZÜN MÜƏLLİFİ: fil.ü.e.d. prof. İsrafil ABBASLI

ТЯРТИБ ЕДЯНİ: fil.ü.f.d. Sönməz ABBASLI

ÐЯJ×ÈËЯÐ: fil.ü.f.d., dos. Rza XƏLİLOV

фil.ц.ф.д., dos. Язиз ЯЛЯКБЯРЛИ



Güney Azərbaycan folkloru, I kitab (Təbriz, Yekanat və Həmədan ərazi­lərindən toplanmış folklor örnəkləri). Bakı, “Elm və təhsil” nəşriyyatı, 2013, 456 səh.
Kitaba Güney Azərbaycanın Təbriz, Yekanat və Həmədan ərazi­lərindən top­lan­mış folklor örnəkləri daxil edilmişdir.
А 3202050000 Qrifli nəşr

098 - 2013

© Фолклор Институту, 2013.
ÖN SÖZ ƏVƏZİ
Çoxcildli “Azərbaycan folkloru antologiyası”nın (AFA) ilk cil­dinin nəşrindən iyirmi ilə yaxın bir dövr keçib. AMEA Ni­za­mi adına Ədəbiyyat İnstitutu Folklor şöbəsinin layihəsi və bizim əksər kitabların bu və ya digər formada (toplayıcı, tərtibçi, re­dak­­tor, rəyçi və ön söz müəllifi) iştirakçısı olduğumuz bu se­ri­ya­nın artıq 23 cildi (Əslində Azərnəşrdə çap olunmuş “Bor­çalı folk­­loru antologiyası” (1997), “Ağbaba folkloru antologiyası” (1999) kitabları da bu seriyanın tərkib hissəsi sayılmalıdır) işıq üzü görmüşdür.

Zəngin, rəngarəng və çoxyönlü çalarlarla, ideya-məzmun əlvanlığı, bədii-poetik tutumu ilə tarix boyu yaradıcısı olan xal­qın (etnosun, soykökün) sərvətinə çevrilmiş bu şifahi söz sənəti – folklor irsi əslində bu gün böyük əksəriyyəti doğma tarixi tor­paqlarında yaşayan və dünyanın müxtəlif ölkələrinə səpələnmiş sayı 50 milyonu keçən Azərbaycan türklərinin mənəvi dünyasını ehtiva etməkdədir. Belə bir mənəvi xəzinəni bütövlükdə nəşr etmək işi isə gələcəklə bağlıdır və bu gün həyata keçirilməsi real olmayan bir arzu kimi qalmaqdadır.

Biz, seriyanın (AFA) I cildinə “Azərbaycan folkloru anto­lo­giyası” başlıqlı ön sözdə keçmiş SSRİ xalqlarının çoxcildli folklor nəşrləri (onların söykəndiyi qaynaqlar, prinsiplər, mövzu təsnifatı, əhatə çevrələri və s.) kontekstində Azərbaycan folkloru örnəklərinə nəzər salmış və bu yöndə AFA seriyası nəşrinin seçilməsi istiqamətini əsaslandırmağa çalışmışıq. Həmçinin, ön sözdə qeyd olunur ki, belə bir təqdirəlayiq ədəbi-mədəni hadisə xalqımızın yüzilliklər boyu yaranan, yaddaşlarda qorunan şifahi söz sənətinin səciyyəvi cəhətlərini üzə çıxarmaq məqsədi güdür. Bu məqsəd isə qismən də olsa, yerinə yetirilmiş və hazırda da bu iş yeni istiqamətdə (Qarabağ: folklor da bir tarixdir, I, II və III kitablar, Bakı, Elm və təhsil, 2012) davam etdirilməkdədir.

AFA seriyasının nəşrində öncədən elan olunmuş aşağıdakı prinsiplərə əməl olunmuşdur: hər bir bölgənin (regionun) tarixi keçmişi və folklor örnəklərinin özünəməxsus səciyyəvi özəllik­lə­ri barədə ön söz; örnəklərin (ərazinin danışıq tərzi, dialekt və şivə-ləhcə xüsusiyyətləri qorunmaqla) növ və janrlar üzrə təsni­fatının aparılması; söyləyicilər-informatorlar və toplayıcılar haq­qında məlumatlar; ayrı-ayrılıqda hər bir cilddəki nümunələrin yaşatdığı mifoloji və folklor obrazları, əşya, predmet, insan, hey­van, kənd, qaya, çay, müqəddəs daşlar, məişət alətləri və öz­gə bu kimi adlar göstəricisi (qismən nəzərə alınmışdır).

Ayrı-ayrı cildlərdə nəzərdə tutulmuş bu vəzifələr isə diqqət­dən kənar­da qalmışdır: hər bir bölgənin şifahi söz sənəti nümu­nələrinin yayılma çevrəsini nümayiş etdirən folklor atlası (bu ba­xımdan Naxçıvan və Şəki cildləri istisnalıq təşkil edir); örnək­lərdə qoru­nan, yaxud adları çəkilən əlamətdar tarixi abidələrin, toponim­lərin, real və əfsanəvi şəxsiyyətlərin (obrazların) şəkil­lə­ri, illüs­tra­siyalar; cild haqqında rus və ingilis dillərində xülasələr (bu iş seriyanın yalnız birinci kitabında yerinə yetirilmişdir).

AFA çoxcildliklərinin nəşri hər şeydən öncə, Respublika Folklor Arxivi və Fondunun, həmçinin Azərbaycanın vahid folk­­­­lor atlasının yaradılması işində mühüm addım sayıla bilər.

AFA – seriyasının nəşri nəzərdə tutulmuş ictimai-siyasi və elmi-təbliği baxımdan olduqca zəruri vəzifələri həyata keçirmiş­dir. Bunlar bu gün özgə dövlətlərin tərkibində qalan tarixi tor­paq­larımızın (Dərbənd, Borçalı – iki kitab, Zəngəzur – iki ki­tab, Ağbaba – iki kitab, İrəvan-çuxuru, Göyçə, Qaraqoyunlu, Dərə­ləyəz, Loru-Pəmbək) folklor örnəklərinin nəşridir. “Qara­bağ folkloru” cildi isə bu sətirlərin müəllifinin təşəbbüsü ilə er­mə­nilərin torpaq iddiasının, separatizm meyllərinin baş qaldır­dığı ərəfədə – 1988-1990-cı illərdə regiona ardıcıl ekspedisiyalar zamanı toplanmış materiallar əsasında iki dəfə (kiril və latın əlif­balarında) nəşr olunmuşdur. Ötən illər ərzində Orta Asiya Res­pub­likalarına elmi səfərlər keçirilsə də, əldə edilmiş Azərbaycan folkloru örnəkləri AFA seriyasında özünə yer almamış, yalnız “Qürbət folkloru”,“Bizim ellər yerindəmi” topluları ilə əbədiləş­dirilmişdir. Azərbaycan türklərinin bir qolu, tirəsi, şaxəsi kimi tarixən İraq ərazisində məskunlaşmış türkman soydaşlarımızın folklor irsinin seriyada xüsusi yer alması da təqdirəlayiq hadisə kimi dəyərləndirilə bilər. Məsələyə bu baxımdan yanaşılarsa, sayı milyonlarla ölçülən Güney (Cənubi) Azər­bay­can türklərinin şifahi söz sənəti irsi yeni istiqamətli nəşrin aparıcı istiqamətini, maddi-mənəvi yü­künü, ağırlıq nöqtəsini təşkil etməlidir.

AFA-ya ön sözdə xatırlatmışdıq ki, Cənubi Azərbaycan folkloru önəmli nəşrlərdən olacaqdır. Nəhayət, uzun illik fasilədən sonra belə bir toplu işıq üzü görür.

“Güney Azərbaycan folkloru” cildi çapa hazırla­narkən, bizi həmişə bir məsələ düşündürürdü. Bu gün müstəqil Azərbaycanın əhatə etdiyi bölgələrin folklor kitablarının sayı iyirmi cildi keç­diyi halda, Güney Azərbaycana etinasızlıq gös­tər­mək olarmı?! Hərgah müstəqil Azərbaycanın 9 milyonluq sa­kinlərinin mənəvi irsi bundan sonra da toplanıb, əbədiləşdi­rilə­rək öz sayını ar­tıra­caqsa, sayı 30-35 milyon civarında qeyd edi­lən Güney soydaşla­rı­mızın mənəvi irsi – şifahi söz sənəti, görə­sən, neçə cildə sığa bilər?! Biz hələ mədəniyyət çevrəsi ilə öl­çülən dünya azərbay­can­lılarının poetik söz sənətini demirik!

Bəllidir ki, İran Azərbaycanı türklərinin ədəbi-bədii və folk­­lor irsini nəşr etmək həmişə gündəmdə olmuşdur. Bir neçə cilddə nəşr olunmuş “Cənubi Azərbaycan ədəbiyyatı antologi­yası” (burada folklor örnəkləri də özünə yer almışdır), “Cənubi Azərbaycan müntəxabatı” (1998), prof. B.Abdullanın tərtib etdi­yi “Arazam, Kürə bəndəm” toplusu və s. belə nəşrlərdəndir. Bu silsilənin davamı kimi dəyərləndirilə bilən Güney Azər­bay­canın tanınmış folklorşünası M.Ə.Fərzanənin topladığı örnəklər əsa­sın­da tərtib edilmiş bu cild də Güney Azərbaycan folklorunun gələcək nəşrləri üçün cığır aça biləcəkdir.

Biz, AMEA Nizami adına Ədəbiyyat İnstitutunun Elmi Şu­ra­­sının fəxri üzvləri olan dövrdə İraq-Türkman şair-ədibi dok. Əbdüllətif Bən­dəroğlu və güneyli həmkarım M.Fər­­za­nədən xa­hiş etmişdik ki, vətəndaşı olduqları ölkənin folklor toplularını hazırlasın­lar. Ə.Bən­dəroğlu və İraq türk­man­larının mənəvi irsini Azərbaycan elmi dövriyyəsinə gətirən və bu sahədə misilsiz xid­mətləri olan azərbaycanşünas alimimiz prof. Qəzənfər Paşayev belə bir antologiyanı AFA-nın növbəti kitabı kimi hazırlayıb oxuculara təqdim etdilər (AFA, İraq-Türkman cildi, 1999).

Elə həmin dövrdə M.Fərzanə də Güney Azərbaycan folk­loru örnəklərindən ibarət əlyazmasını bizə təqdim etmişdi. Lakin M.Fərzanənin hazırladığı “toplu” yalnız söz sənəti örnəklərindən ibarət olmayıb etnoqrafik, tarixi, arxeoloji, ədəbi, coğrafi və bu kimi çoxyönlü memuar-xatirə səciyyəli yazıları çevrələyirdi.

M.Fərzanənin təqdim etdiyi materiallar içərisindən folklor örnəklərini seçmək, onları məzmun, tutum və ideya baxı­mından saf-çürük edib sistemləşdirmək işimiz uzun illər davam etdi... M.Fərzanə folklor örnəklərinin söyləyiciləri, toplayıcıları haq­qın­da heç bir pasportlaşdırma qeydləri aparmamışdı. Folklor İnsti­tutunda cənublu həmkarımızla görüşümüz zamanı (iki dəfə) ona ünvanladığımız sualları, aldığımız cavabları xatırlatmaq istərdik:

– Ağa, nə üçün Sizin təqdim etdiyiniz folklor örnəklərinin heç birində onların söyləyiciləri, toplayıcıları barədə bilgi ve­ril­məmişdir? Axı, bu məlumat folklor materiallarının nəşrində əsas şərtlərdən sayılır!

Cavab: Toplama işi Azərbaycan türkcəsində təhsil almağın (oxumağın) və danışmağın yasaq olunduğu bir dövrdə aparılmış­dır. Həmin tarixi mərhələdə söyləyicilərin və toplayıcıların soyadlarının açıqlanması onların həbsi ilə nəticələnə bilərdi.

Məsələ onsuz da bəlli idi və əlavə sorğuya ehtiyac qalmadı. M.Fərzanənin təqdim etdiyi folklor örnəklərində nəinki təkcə söyləyici və toplayıcılar barədə məlumat verilməmiş, həmçinin bütün söz sənəti nümunələrinin əksəriyyəti fars dilində uyğun nəşrlərdə çap olunmuşdur. Bizə verilən materiallar isə orijinal­larının qorunmadığı ucbatından yenidən farscadan Azərbaycan türkcəsinə tərcümə olunmuşdur. Ana dilinin, oxunun, yazının qa­dağan olunduğu bu tarixi mərhələni səciyyələndirmək üçün həmin mənzərəyə ötəri nəzər salmaq kifayətdir.

Güney Azərbaycanda folklor toplamağın çətinliklərindən söz açan şair-publisist və folklorçu Mirhidayət Hesari qeyd edir­di ki, Azərbaycan şifahi söz sənəti örnəkləri farscaya çevrilərək həm İran radiosu, həm də mətbuatda fars folklor örnəkləri kimi təqdim olunurdu. Bununla da fars folkloruna qarışmış nümunə­ləri seçmək, ayırd etmək mümkün deyildi1. Bu baxımdan, M.He­sari Əli Əkbər Dehxudanın dörd cildlik “Məsəllər və hik­mətli sözlər” əsərini Azərbaycan folklorunu fars örnəkləri kimi təqdim edən nəşrlərdən sayırdı.

Əlli üç illik Pəhləvi rejimi dönəmində Azərbaycan türkcə­sində danışmağın yasaq olunması, bu məsələ ilə bağlı cərimə tətbiq edilməsi barədə öz xatirələrində söz açan tanınmış dilçi və ədəbiyyatşünas Həmid Nitqi yazır: “...ibtidai məktəbdə oxudu­ğum vaxt dilimiz yasaq olunduğu illər türkcə danışdığım üçün məndən ilk cəriməni aldılar, onda mən türkcənin və farscanın fər­qinə vaqif oldum. Anladım ki, fərqləri varmış, evdə olanda atam deyərdi ki, filan kəlmənin farscası yoxdur”2.

Əlbəttə, Azərbaycan türkcəsinin, geniş anlamda isə ümu­miy­yətlə türk dilinin fars dili ilə müqayisədə daha zəngin çalar­lara, söz ehtiyatına malik olduğu haqqında istər ünlü tarixi simalar, istərsə də çağdaş araşdırıcılar onlarla tədqiqatlar yazmış və dəyərli fikirlər söyləmişlər. Əmir Əlişir Nəvainin çağatay dilinin fars­ca­ müqayisədə hansı üstünlüklərə, zənginliklərə ma­lik oldu­ğunu müəyyənləşdirən “Mühakimətül-lüğəteyn” əsəri də daxil ol­maq­la bu problemin öyrənilməsi güneyli həmkarla­rımızın da hə­mişə diqqət mərkəzində olmuşdur. Maraqlıdır ki, dok. Cavad Heyət “Moğoyesət-ül-lüğəteyn” (“Müqayisəli lü­ğət”) əsərində 1650 türk sözünün fars dilində qarşılığının olma­masını aşkarla­mış və belə bir nəticəyə gəlmişdir ki, farslar bu sözlərin əvəzinə ərəb və türk dillərindən alınan sözlərdən isti­fadə etmişlər. Bu baxım­dan Güney folkloru toplusunda təqdim olunan mətnlərin qeyd edilən səbəblər ucbatından farscadan Azərbay­can türkcəsinə tər­cü­məsi zamanı canlı danışıq dilinin, milli koloritin nə dərəcədə qorunduğunu yəqin etmək mümkündür.

Son illərdə aparılmış araşdırmada Güney Azərbaycan türk­lə­ri­nin ictimai-siyasi, mədəni-mənəvi mühiti belə səciyyələndi­rilmişdir: “...Azərbaycan dilinin, ədəbiyyatının, mətbuatının və bir sözlə desək – Azərbaycan milli-mədəni varlığının yasaq olun­duğu illərdə bu milli varlığın ən geniş və kütləvi sahəsi sayılan xalq yaradıcılığı məhsullarının toplanması, araşdırma və nəşr məsələsi hələ öz yerində qalsın, hətta ana dili, xalq varlığı, xalq ədəbiyyatı və xalq inancları kimi sözləri ağıza alıb danış­maq belə bağışlanmaz günah sayılırdı”3. Həmin fikirləri özgə bir formada ifadə edən cənublu həmkarımız M.Səbri M.Fərzanənin “Varlıq”da nəşr olunmuş (1996, № 201-2, s. 29-41) “Pəhləvi re­jimində Güney Azərbaycanda şifahi xalq ədəbiy­yatının toplan­ması, araşdırılması və nəşri tarixindən” məqaləsinə istinadən qeyd etmişdir ki, Pəhləvi rejimi xalqın milli-mənəvi duyğu və düşüncələrindən süzülüb gələn və onların tarixi milli qəhrəman­lıqlarını, mədəni bədii varlıqlarını canlandıran xalq ədəbiyya­tı­nın toplanması və nəşrinə imkan verməmişdir.4

İranda Azərbaycan türk folklorunun Pəhləvi dönəmindəki nəşri barədə söz açan Ə.Sərrafi olduqca acınacaqlı bir faktı belə ifadə etmişdir: 53 illik Pəhləvi rejimi illərində folklorumuza aid cəmi 26 kitab işıq üzü görmüşdür ki, onların ancaq 8-i türkcə, qalanı isə farscadır (yaxud, əsasən fars dilindədir)5. Əlbəttə, bu rəqəmlər o qədər də inandırıcı səslənmir və biz Güney Azər­baycan folklorşünaslığının yaranması, təkamül yolları və nəşri problemləri barədə az-çox məlumat verdiyimiz üçün bir daha hə­min məsələlərə qayıtmağa ehtiyac duymuruq6. Yalnız M.Fər­zanənin etirafını xatırlatmaq istərdik. O öz araşdırmalarında dəfələrlə vurğulamışdır ki, Güney Azərbaycanda xalq ədəbiy­yatının səmərəli toplanılıb mətbuatda çap olunması 1945-1946-cı illərə təsadüf edir.

“Güney Azərbaycan folkloru” toplusunda M.Fərza- nənin həyat yolu və elmi fəaliyyəti barədə ayrıca oçerk təqdim edil­diyini nəzərə alıb, yalnız onu qeyd etmək istərdik ki, müəllifin “Varlıq” dərgisinin ayrı-ayrı saylarında çap olunmuş “Ana dilimiz və milli varlığımız uğrunda mübarizələr dəftərindən” sil­si­lə yazılarında, habelə “Azərbaycan el ədəbiyyatından atalar sö­zü və məsəllərə aid bir orijinal əsər”, “Azərbaycan el mahnıları”, “Dədə Qorqud boylarının dil və üslub özəlliklərini Azərbaycan türkcə­sində aramalıyıq”, “Novruz – el bayramı, bahar bayramı B.Q.Sə­həndin şeirində”, “Pəhləvi rejimində Güney Azərbay­can­da şifahi xalq ədəbiyyatının toplanması, araşdırılması və nəşri tarixindən”, “Söz dünyamız və folklor”, “Molla Nəsrəddin lə­tifələri” və s. kimi məqalələrində folklorumuzun çoxyönlü qay­ğıları, qaynaqları kimi bir sıra önəmli məsələlərə toxunulmuşdur.

İranda yaşayan türk mənşəli tayfalar: qaşqaylar (2 mil­yon­dan çox olub 90 oba və eldə məskunlaşmışlar), şahsevən, xə­lac, türkman, padar, tərəkəmə – ümumilikdə isə Azərbaycan türk­ləri etnik baxımdan az yad edilmiş, xalqın mənəvi irsinin toplanma­sında misilsiz zəhməti olan hüquqşünas folklorçu – Əli Kəma­linin sözləri ilə desək “...İranın milli və etnik tərkibi ilə bağlı dünya türkologiyası uzun müddət aldadılmışdır”7.

İran hakimiyyətinin Güney Azərbaycanla bağlı dövlət siya­səti onlarla araşdırmalar, nəşrlər mövzusuna çevrilmişdir. Bu istiqamətdə xeyli işlər görülmüş və görülməkdədir.

Son illərdə güneyli ziyalılarla, folklor həvəskarları ilə gö­rüş­lərimiz zamanı İran hakimiyyətinin dövlət siyasətində ermə­nilərə bəslənilən münasibətlə bağlı suallar vermiş, erməni dilin­də folklor nəşrlərindən nə dərəcədə xəbərdar olduqları barədə maraqlanmışıq. Sorğularımıza cavab ala bilməmişik.

Bu gün çoxlarını düşündürə bilər ki, tarixi torpaqlarında ya­şayıb öz əsrlik gələnəklərini davam etdirən və sayları milyon­larla ölçülən İran türklərinin maddi-mənəvi irsləri azlıqda qalan ermənilərin mədəniyyətləri ilə bir səviyyədə dayana bilərmi? Bu problem tarixi xronoloji baxımdan açıqlanmalı və çoxyönlü araş­dırmaların predmetinə çevrilməlidir. Biz isə bu məsələ ilə bağlı düşüncələrimizi cənublu həmkarlarımızla bölüşdürmək istərdik.

Heç bir müdaxilə etmədən İran erməniləri ilə bağlı erməni qaynaqlarında qorunmuş əsas məqamları təqdim etmək bir çox mətləblərə aydınlıq gətirə bilər.

Akad. H.Acaryanın hesablamalarına görə bizim eradan öncə VII əsrdən başlayaraq Firdovsinin yaşadığı yüzilliyə kimi (XI ə.) tam 1600 il ermənilər İran tayfaları ilə qonşuluqda ya­şamışlar. Onun tam 900 ilini onlar farsların, yaxud fars haki­miyyətinin vassalı olmuşlar8.

Erməni dilli qaynaqlardakı ayrı-ayrı faktlar təsdiq edir ki, hələ XI-XII əsrlərdə fars dili ermənilər içərisində tədris olu­nur­muş. Bu dil həm dövlət dili sayılmış, həm də iqtisadi əlaqələrin möhkəmləndirilməsində mühüm rol oynamışdır. XI yüzilliyin birinci yarısından etibarən farscadan ermənicəyə tərcümə əsər­lərinə təsadüf edilir. İlk dəfə olaraq Əbubəkr Məhəmməd ibn Zə­kəriyyə Razinin (869-925) tibb əsəri ermənicəyə çevril­miş­dir9. XVIII əsrin müəllifi Gevork Dpir (1737-1812) tərəfindən farsca-türkcə lüğət əsasında hazırlanmış “Farsca-ermənicə lü­ğət” də fars-erməni münasibətlərinin tarixində mühüm mədəni hadisələrdən sayılmışdır10.

Fars-erməni ədəbi əlaqələrinin mühüm bir həlqəsi də “Şah­namə” “Sasna dzrer”, “Rüstəm-Zal” mənqəbəsinin qarşılıqlı mü­qayisəli təhlilindən irəli gələn məsələlərdir. “Firdovsi: İran mifik motivləri “Şahnamə”də və erməni qaynaqlarında”, “Şahnamə və erməni mənbələri” və bu tipli araşdırmalarda Firdovsinin öz tarixi əsərində erməni mifik qaynaqlarından faydalandığını müəy­yənləşdirməyə cəhd göstərilmişdir11.

Bu ötəri xatırlatmadan sonra düşünürük ki, “Şahnamə”nin Oğuz-türk mifoloji qaynaqları əsasında öyrənilməsinin vaxtı çatmışdır. Güneyli həmkarlarımızın araşdırmaları bu məsələyə qismən də olsa cığır açmışdır. Doktor Həmid Nitqinin (1920-1999) “Təzə nəzəriyyələr: tanıtmaq və tanıtmağa doğru” məqa­ləsini təhlil edən ədəbiyyatşünas N.Hüseynova yazır: “...Doktor Həmid Nitqi göstərmişdir ki, 1071-ci il Oğuzların Azərbaycana son gəlişi sayılır. Amma müəllif (Həmid Nitqi) onların burada miladdan qabaqkı üçüncü və ikinci minilliklər arasında yaşadıq­larını tarixi faktlara söykənərək müəyyənləşdirmişdir”12. Bu mə­nada “Şahnamə”ni Oğuz-türk mifologiyası kontekstində öyrən­mək daha məntiqli, tutarlı və məqsədyönlü sayıla bilər. Və belə bir tədqiqatın aparılması gündəmdə duran mühüm məsələlərdən olmalıdır. Bu yerdə prof. Xalıq Koroğlunun araşdırmalarından bir məqamı xatırlatmaq yerinə düşər. Ötən yüzilliyin 70-ci illə­rindən başlayaraq Moskvada “SSRİ xalqları eposu” seriya­sında nəşr olunacaq Azərbaycan “Koroğlu”sunun variantların­dan biri­nə ön söz yazmış prof. X.Koroğlu eposun mifoloji qaynaqlarına toxunaraq “Şahnamə”ni Oğuz-türk mifologiyası əsasında öyrə­nil­məsini də ön plana çəkmiş və mövzunun əsas xətlərini, mə­qam­larını, görüntülərini müəyyənləşdirməyə çalış­mış­dır. Lakin Azərbaycan “Koroğlu”sunun Moskva nəşri baş tutmadı. Bu barədə müfəssəl məlumat verdiyimizi13 nəzərə alıb mətləbdən kənara çıxmaq istəmirik.

Erməni-fars tarixi, mədəni-ədəbi əlaqələrinin əsrlik köklərə, rişələrə malik olduğunu vurğulayan özgə araşdırmalar da vardır. Onlardan söz açmaq imkan xaricindədir. Təbrizdə doğulub Azərbaycan mücadilə hərəkatının iştirakçısı olmuş, erməni-fars ədəbi əlaqələri sahəsində bir sıra araşdırmaların müəllifi B.Çu­kaszyan Movses Xorenasiyə istinadən qeyd edir ki, Kiçik Midi­yanın çarı Ajdahaq (erməni qaynaqları Astiaqı bu şəkildə təqdim edir) erməni çarı Tiqranın bacısı Tiqranuhi ilə evlənmiş, bununla da onlar arasında sıx münasibətlər yaranmışdır. Lakin Tiqranuhi Ajdahaqa böyük məhəbbət bəsləsə də qardaşına (Tiqrana) qarşı hazırlanan qanlı cinayətləri gizli yolla ona xəbər verirmiş14.

Daha sonra müəllif xatırladır ki, Ajdahaq və Firudun haq­qında dolaşan İran mifik rəvayətləri də M.Xorenasinin tarixində qələmə alınmışdır. O da vurğulanır ki, IV əsrdə yaşamış fars ta­rix­çisi Xorobut haqqında məlumat heç bir qaynaqda qorunma­yıb, yalnız Movses Xorenasinin əsərində özünə yer almışdır15.

Erməni qaynaqlarında ermənilərin tarixən İranda məskun­laş­ması, farslarla sıx siyasi-iqtisadi və mədəni əlaqələrdə yaşa­maları barədə araşdırmalar çoxdur. Burada köçürülmələr, məs­kunlaşmalar haqqında rəsmi rəqəmlərin statistikası barədə ötəri xatırlatmalarla kifayətlənmək istərdik: I Şah Abbasın köçürmə siyasəti (rus tarixşünaslığına “Velikiy syurgin” istilahı ilə daxil olmuş bu söz əslində Arakel Təbrizliyə məxsusdur) dövründə (1603-1604) İrana köçürülmüş ermənilərin sayı təxminən 500 min nəfərə çatmışdır. Köçürülmüş ermənilər Qəzvində, İsfahan və onun ətrafında, Mazandaranda, Gilanda, Şirazda, 1605-ci ildə əsası ermənilər tərəfindən qoyulmuş Nor-Cuğada (tezliklə bura ticarət, sənətkarlıq, mədəniyyət mərkəzinə çevrilmişdir) məs­kun­laşmışlar16.

“Xarici erməni koloniyaları bu gün” kitabının İrana həsr olunmuş bölməsində qeyd edilir ki, “Hazırda İranda 140 min erməni yaşayır. Onların 60 mini Tehranda məskunlaşıb. İsfahan mahalında yerləşən Nor-Cuğada təxminən 8 min erməni yaşayır. Mahalda 23 erməni kəndi var ki, burada 30 min erməni məs­kunlaşıb. Digər yaşayış məntəqələri belədir: Sultanabudda 2-3 min, bu əraziyə yaxın kəndlərdə təxminən 4 min, Abadanda 6 min, Məscidi-Süleymaniyyədə 2 min, Həmədan, Girmanşah və Girmanda 1000 nəfər. Çoxlu sayda erməni İranın şimal rayon­la­rında yerləşib. Belə ki. Təbrizdə 6 minə yaxın, İran Azərbay­ca­nının kəndlərində 20 min (əsasən Salmast və Qaradağ mahal­larında), Riza və onun ətraf kəndlərində 5 min, Muşda 300, Rəşd, Pəhləvi, Qurqan, Şahi-Hümbətdə 1000 nəfər17. Müəllifin əhalinin sayı ilə bağlı təqdim etdiyi statistik bilgilər öncəkindən fərqlənməkdədir. Belə ki, 1955-ci ilin məlumatına görə İranda ermənilərin sayı 119 minə çatıb. Onlardan Tehran bölgəsində 62 min, Atrpatakanda 14 min, Nor-Cuğada isə 43 min erməni yaşa­yır18.

İranda Azərbaycan türklərinin ana dilində təlim-tərbiyəsi, təhsili haqqında yazılmış onlarla araşdırmalardakı məlumatları təkrarlamaq fikrində deyilik. Lakin onu xatırlatmaqla kifayətlən­mək istəyirik ki. S.Z.Bayramzadənin yazdığına görə, ümumiy­yət­lə 1947-1978-ci illərdə Güney Azərbaycanda orta və xüsu­silə ali təhsil ləng inkişaf etmiş, yeganə təhsil müəssisəsi olan Təbriz Universiteti Şahın siyasətinə görə İran millətçiliyinin “etibarlı dayağı” sayılmışdır19. Bu baxımdan maarif və təhsil sarıdan ermənilərin vəziyyəti sayları milyonları aşan Azərbay­can türklərinə nisbətən daha uğurlu olmuşdur. Həmin məsələ ilə bağlı yuxarıda istinad etdiyimiz kitabda yazılır: Yeni məlumata görə, İranda 67 erməni məktəbi fəaliyyət göstərir ki, onlarda oxuyan şagirdlərin sayı 12.240 nəfərə çatır. Ümumi hesaba görə isə hər iki erməni ailəsindən bir şagird təhsil alır20.

Azlıqda qalan xalqların mədəniyyət və mənəviyyat atribut­ları həm də kitab nəşri və mətbuat orqanlarının mövcudiyyatı, fəaliyyəti ilə ölçülür. İran nəşriyyatlarında erməni dilində çap olunmuş ədəbiyyat, xüsusilə folklora dair kitablar barədə cə­nub­lu həmkarlarımızdan bilgi almaq istəsək də onların bu sahəyə maraq göstərməmələrinin şahidi olduq. Amma təqdirəlayiq hal­dır ki, tanınmış ensiklopedik alim Məhəmmədəli Tərbiyət çox­yönlü elmi və ictimai fəaliyyəti dövründə erməni dilli mətbuat orqanlarının da şəxsi kitabxanasına toplanması ilə yaxından məşğul olmuşdur. Müəllifin “Danişməndani Azərbaycan” (Azər­baycanın görkəmli elm, sənət adamları) əsərinin Azərbaycan dilinə tərcüməçiləri İsmayıl Şəms ilə Qafar Kəndli M.Tərbiyətin “İran və fars mətbuatı tarixi” dəftərindən götürülmüş mətbuat or­qanlarının siyahısını təqdim etmişlər ki, onların içərisində tək­cə Təbrizdə erməni dilində nəşr olunmuş qəzetlər barədə məlu­mat da özünə yer almışdır. “Danışməndani Azərbaycan” əsərinin yazılmasına qədər M.Tərbiyətin təqdim etdiyi erməni qəzetlə­rinin adları bunlardır: “Ağacan” (1912-1913), “Azdarar” (1904-1908), “Ayıq” (1912-1922), “Qaradağ” (1912-1913), “Aravod” (1909-1912), “Arşaluys” (1918-1919), “Baykar” (1918-1919), “Zanq” (1910-1912), “Kurtoz” (1903), “Minaret” (1919-1920), “Xosq” (1913-1914, jurnal), “Kqasır” (1919)21. Təəssüf ki, xa­tır­landırılan qaynaqda Təbrizdə ana dilində çap olunmuş bu say­da qəzet adlarına təsadüf etmirik.

Əlbəttə, erməni-fars, yaxud İran-erməni ədəbi-mədəni mü­na­sibətləri barədə burayadək ötəri nəzərdən keçirdiyimiz mə­lumatlar tarix səhifələrində əbədiləşdirilmiş, uyğun mövzulu kitab səhifələrində özünə yer almış faktik görüntülərdir. Və biz bunlara etinasız, biganə qala bilmərik.

İllər boyu klassik irsin, xüsusilə şifahi söz sənətinin toplan­ması, nəşri və araşdırılmasında önəmli zəhməti olmuş M.Fərza­nənin adı ilə bağlı bu toplunun nəşri son dərəcə təqdirəlayiq ədə­bi-mədəni hadisə sayıla bilər. Biz vaxtilə çap olunmuş “Güney Azərbaycanın el çələngi” (Ön söz və örnəklər, “Çıraq” jurn. 1999, №2) təqdimat məqaləsini nəzərə alıb “Güney Azər­baycan folkloru” adlı toplunun I kitabının mövzu və ideya tutumu, janr və regional xüsusiyyətləri, məzmun və süjet əlvan­lığı barədə söz deməyi artıq saydıq.

Folklor örnəklərinin nəşrində əsas amil təq­dim olu­nan ma­terialın bəlli prinsiplərə söykənərək təqdim edil­məsi ilə bağlıdır. Yəqin ki, böyük zəhmət bahasına başa gələn bu iş ömrünün son çağlarında doğma Vətənini tərk edib qürbət­də dünyasını dəyişən Məmmədəli Qövsi Fərzanənin işıqlı ruhu qarşısında Müstəqil Azərbaycan folklorşünaslığının kiçik ərma­ğa­nı kimi qəbul edil­sə, yerinə düşər. Biz bu toplunun nəşri ilə qü­rur hissi keçirir və bu yöndə əlyazma sənədləri və “qırmızı ter­ror” qurbanlarının ilk dəfə işıq üzü görən əsərlərinin elmi dövriyyəyə gətirilməsini mə­nəvi borc sayırıq. Bunlar aşağıdakı nəşrlərdir:



  1. Lələ. Yaranmışam daşdan mən. Ön sözün müəllifi və tərtib edəni İ.Abbaslı, Bakı, Gənclik, 1995

  2. Qövsi Təbrizi. Divan, İrəvan arxivlərindən, nəşrə hazır­la­­yanı və ön sözün müəllifi İ.Abbaslı, Bakı, “Nurlan”, 2011, 58 s.

  3. Koroğlu (Paris nüsxəsi), nəşrə hazırlayan, “Ön söz”, “Lüğət”, “İzah və qeydlər”in müəllifi İ.Abbaslı, Bakı, Şərq-Qərb, 2005, 233 s.

  4. Hənəfi Zeynallı, Azərbaycan türk mahnıları haqqında, mətni nəşrə hazırlayan və “Ön söz”ün müəllifi İ.Abbaslı, Bakı, Səda, 2004, 68 s.

  5. Azərbaycan nağılları, beş cilddə, I cild, nəşrə hazırla­yanlardan biri İ.Abbaslı, Kitabın redaktoru və “Redaktordan” başlıqlı ön sözün müəllifi, Bakı, Şərq-Qərb, 2005, 358 s.

Cild H.Zeynallının üç cildlik “Azərbaycan nağılları” əlyazması əsasında hazırlanmışdır.

  1. Folklor çələngi (mətni nəşrə hazırlayan, tərtib və ön sözün müəllifi İ. Abbaslı), “Azərbaycan folklorunun ilkin nəşr­ləri” seriyası, 7-ci kitab, Bakı, Nurlan, 2008.

  2. Bəhlul Behcət. Qaçaq Nəbinin tarixi, mətni hazırlayan və “Ön söz”ün müəllifi İ.Abbaslı, Bakı, Çıraq, 2011, 296 s.

İranda – xüsusilə Güney Azərbaycanda– Təbrizdə olmaq arzu şəklində qalsa da, şübhə etmirik ki, M.Fərzanənin adı ilə bağ­lı bu toplu güneyli həmkarlarımız, folklor həvəskarları tərə­findən rəğbətlə qarşılanacaq.
Prof. İsrafil Abbaslı

Bakı, 2013

Yüklə 3,32 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə