D isk u ss iy a L a r və m üzak iRƏL ƏR



Yüklə 1,74 Mb.
Pdf görüntüsü
tarix22.07.2018
ölçüsü1,74 Mb.
#57708
növüYazi


D İSK U SS İY A L A R   VƏ  M ÜZAK İRƏL ƏR

ÇİNGİZ QARAŞARLI 

ETRUSK YAZILARI QƏDİM TÜRKCƏDİR

X ü l a s ə . Etrusk  dilinin türk mənşəli  olduğunun  sübut  edən  aşağı- 

dakı  faktorlar  diqqəti  cəlb  edir:  1.  Hər bir  etrusk mətnində  aşkar etdiyimiz 

türk sözləri xaotik sözlər yığını deyil,  semantik baxımdan bir-birini izləyən 

terminlərin  toplusu  olub,  dini  ayinlərin  bu  və  ya  digər  növü  ilə  bağlıdır: 

qurbanverməyə  həsr  olunan  mətnlər  kompakt  şəkildə  həmin  ritualla  bağlı 

türkizmlərdən,  ehsan  ayininə  həsr  olunan  mətnlər  əsasən  türk  mənşəli 

kulinariya  terminlərindən  ibarətdir;  mətnlərin  morfoloji  sistemi  də  əsasən 

türk  mənşəlidir.  2.  Tərcümə  etdiyimiz  etrusk  mətnlərində  ayrı-ayrı  etrusk- 

türk  samitlərinin  sistematik  əvəzlənməsi  və  etrusk-çuvaş  samit  sistemləri 

arasındakı uyğunluq bir çox etrusk mətnlərinin dilinə açar rolunu oynayır.

A çar  sözlər:  etrusk  yazıları,  qədim  türk  dilləri,  mətn,  linqvistik 

amil,  ekstralinqvistik amil

Troyanın  süqutundan  sonra  İtaliyaya  köç  etmiş  troyalılar  ilə  bu- 

raya daha əvvəllər Yunanıstan ərazisindən köçmüş eyni mənşəli pelasgilər 

yeni  bir  sivilizasiyanın -  etrusk etnosunun əsasını  qoydular.  Eləcə  də Ro- 

ma  şəhərinin  və  Roma  çar  sülaləsinin  əsasını  qoyan  bu  xalqın  dili  latın 

dilində  dilçilərin  diqqətindən  yayınmış  çox  sayda  türkizmlərin  mənbəyi 

olmuşdur.

Qədim  Misir  mənbəsində  turşa  adlanan  troyalıların,  latınca  turski 

adlanan etruskların,  sanskrit və qədim İran dillərində isə turuska adı  altın- 

da  məlum  olan  türklərin  eyni  etnos  olduqlarını  yalnız  qədim  müəlliflərin 

məlumatları  deyil,  eləcə  də  etrusk  yazılarının  qədim  bir  türk  ləhcəsində 

oxunması sübut edir.

Türkiyə tədqiqatçısı A.  Ayda dilçi olmasa da,  etruskların türk mənşəli 

olduqlarına  dair  mövcud  nəzəriyyəni  praktikaya  daha  da  yaxınlaşdırdı.  O, 

avropalıların  yozumlarını  dil  faktları  əsasında  dəqiqləşdirməklə,  etrusk 

dilində  onlarca türk  sözlərinin  mövcud  olduğunu  sübut  etdi.  Misal  üçün,

i   ’’  ' 

koloq M.  Pallotinonun  ‘tanrılara  sadiqlik bildirmək’  kimi



4

 *



yozduğu thap felinin türk mənşəli tap / tapın (‘tapınmaq’) feli olduğunu 

[1.  S.  290-291]  və  yaxud  tanrılara  sitayiş  kimi  yozulan makte  felinin  bir 

sıra türk  dillərində  indi  də  işlənən makta  (‘tərif etmək’)  feli  olduğunu  [

1

.



S.  256-257]  müəyyən etdi.

Qərb  dilçiləri  bir  sıra  hallarda  ayrı-ayrı  etrusk  sözlərinin  düzgün 

mənasını  təyin  etsələr  də,  türk  dillərindəkindən  fonetik  quruluşuna  görə 

fərqlənən  həmin  sözlərin  türk  mənşəli  olduğunu  duymamışlar.  Misal 

üçün,  bir  etrusk  mətnində flerth  felini  haqlı  olaraq  ‘bəlli  etmək’  kimi  qə- 

bul  edən  bir  tədqiqatçı  onun  türk  dillərindəki  belirt  (‘bəlli  etmək’)  sözü 

olduğunu  duymamış,  e.  ə.  I  minillikdə  danışılmış  etrusk  dili  ilə  çağdaş 

türk dilləri  arasında  sabit  şəkildə  özünü göstərən b -  f ,  th -  t və başqa  sa- 

mit əvəzlənmələrini görməmişlər.

Digər  türk  dillərindən  əsaslı  şəkildə  fərqlənən  çuvaş  dili  ilə  etrusk 

dilinin  fonetik  sistemləri  arasında  aşkar  etdiyimiz  yaxınlıq  isə  aşkar  ola- 

raq,  etrusk  dilinin  sirrinə  açar rolunu  oynayır.  Hələ  XIX  əsrin  30-cu  illə- 

rində  məşhur  sovet  dilçisi  akad.  N.  Y.  Marr  çuvaş  dilinin  Avropanın  ölü 

dillərinə açar rolunu oynaya biləcəyini göstərirdi  [2.  S.  115].

Apardığımız  araşdırmalar nəticəsində  aşkar olunur ki,  çuvaş  dili  fo- 

netik baxımdan etrusk və türk dilləri  arasında,  doğrudan da,  körpü rolunu 

oynaya  bilir.  Misal  üçün,  çuvaş  dilini  digər  türk  dillərindən  fərqləndirən 

əsas fonetik fərqlərdən biri bu dildə  söz əvvəlində dişarası  th samitinin di- 

gər  türk  dillərində   samitinə  uyğun  gəlməsidir.  Bəzən  isə  söz  sonunda 

ümumtürk t samiti çuvaş dilində th şəklində deyilir:



Ümumtürk 

Çuvaş

1



yavru  ‘bala’ 

thur < thavar

yan ‘yanmaq’ 

thun


yağ 

thu < thav

yağmur 

thumar


yarık 

thurak


2

ilet / elt  ‘aparmaq’ 



2

.  leth


Yavru  sözünün  çuvaş  dilindəki  variantı  olan  thur  (‘bala’)  etrusk  di- 

lində  naməlum  mənşəli  sayılan  thur  (‘övlad’)  sözü  deyildirmi?  Bilinq- 

vaların  köməyi  ilə  bu  sözün  “övlad”  mənasında  olduğunu  müəyyən  edən 

Avropa etruskoloqları onun mənşəyini təyin edə bilməmişlər.

Siyahıdakı yağ və ilet / elt (‘aparmaq’,  ‘çatdırmaq’)  sözlərinin çuvaş 

dilindəki  variantları  olan  thu  və  leth  isə  başqa  bir  etrusk  mətninə  açar 

rolunu  oynayır.  Mifoloji  surətlərə  (Velshu,  Şuplu,  Kleuste  və  b.)  qurbanlıq 

aparmaqdan  bəhs  edən  bu  etrusk  mətnindəki  th  sözünün  ‘yağ’  mənasında 

olduğu çuvaş dilindəki  thu (‘yağ’)  sözünün,  Ith felinin  ‘aparmaq’  mənasında 

olduğu isə çuvaş dilindəki leth (‘apar’,  ‘çatdır’)  feli  sayəsində müəyyən olu-




nur.  Hər iki  etrusk sözündə u və e  saitlərini bildirən işarələr buraxılmışdır 

(th  <  thu,  Ith  <  leth).  Sait  səsləri  bildirən  işarələrin  çox  zaman  ixtisar 

olunması  Orxon-Yenisey  və  digər  qədim  türk  yazıları  üçün  də  səciyyəvi 

olmuşdur.

Yalnız  th  (‘yağ’)  deyil,  mətndəki  ath  və sth  sözlərinin  də  qurbanlıq 

ərzaqları bildirməsi türk dilləri  sayəsində açılır:  ət və süd / süt.

sth velshu lth c th velshu inpa thapicun 

lth thapintas ath velshu th velshu lth c 

lth c ls velshu ath shuplu 

ath shuplu ls hasmun//-// 

sth cleuste ath cleuste vl runs au 

thanchvil velshui ces zerish imsh se 

mutin aprenshaish inpa thapicun 

thapintaish ceushn inpa thapicun i 

luu thapicun cesh zerish 

titi setria lautnita

Ith  (‘aparmaq’),  ath  (‘ət’)  və  sth  (‘süd’)  sözlərində  sonda  gələn  th 

samiti  türk  sözlərində  t ilə  əvəzlənmişdir  (elt,  ət,  süt / süd).  Yalnız  çuvaş 

türkcəsində  leth  (‘aparmaq’)  sözü  th  samitini  qoruyub  saxlamışdır.  Bu, 

çuvaş və etrusk dillərini yaxınlaşdıran daha bir dil faktıdır.

Mətndəki  sth  sözünün  başqa  bir  etrusk  mətnindəki  tam  formasını 

(suth)  etruskoloq A.  Pfiffig  ‘süd’  mənasında qəbul  edir.  O,  qurbanvermə- 

yə həsr olunmuş etrusk mətnindəki keli suth ifadəsini  ‘isti  süd’  kimi tərcü- 

mə edir və göstərir ki,  isti  süd süzmək romalılarda qurbanvermə ayinlərin- 

dən biri  olmuşdur  [3.  S.  98].  Romalılar isə bir  çox  dini  ayinləri  etrusklar- 

dan mənimsəmişdilər.

Beləliklə,  türk  dillərinin  materialları  sayəsində  ərzaq  adları  kimi 

müəyyən  edilən  th  (‘yağ’),  ath  (‘ət’),  sth  (‘süd’)  və  ‘aparmaq’,  ‘çatdır- 

maq’  mənasında lth feli  etrusk mətninin  ayrı-ayrı  hissələrini  aşağıdakı ki- 

mi tərcümə etməyə imkan verir:

Etrusk 

Çuvaş 

Ümumtürk

lth th 


leth thu 

ilet yağ  ‘yağ aparın’

lth sth 

leth set 

ilet süt ‘süd aparın’

lth ath 


leth  aş 

ilet ət  ‘ət aparın’

Müqayisə edilən dil  faktları aşkar olaraq göstərir ki,  qurbanverməyə 

həsr  olunmuş  etrusk  mətnindəki  lth  th,  lth  ath  və  lth  sth  ifadələrinin 

mä^raftniSy^rimasmda  fonetik baxımdan  etrusk  dilinə  yaxın  olan  çuvaş 

dili faktları (leth thu və leth set) xüsusi rol oynayır:




Etrusk

Çuvaş

lth th 


lth sth

leth thu  ‘yağ göndərin’ 

leth set  ‘süd göndərin’

Bu uyğunluq məşhur dilçi N.  Y.  Marrın çuvaş dilinin Avropanın ölü 

dillərinə körpü rolunu oynadığına dair fikrini təsdiq etmirmi?

Etrusk  mətnində  lth  (‘aparmaq’)  felinə  əlavə  olunan  k  şəkilçisinin 

‘və’,  ‘həm  də’  mənasında  olduğunu  etruskoloqlar  bilinqvalar  əsasında 

müəyyən etmişlər.  Bu halda lth k ‘həm də aparın’  kimi tərcümə olunur:



sth  velshu  Ith  k   th  velshu  ‘Süd  Velşuya,  aparın  həm  də  yağ 

Velşuya’.

Tarixən etrusklar ilə  əlaqələndirilən lidiyalıların da mətnlərində k şə- 

kilçisi  ‘və’  mənasında işlənmişdir. Həmin şəkilçi eyni zamanda qırğız dilin- 

dəki ok,  çuvaş dilindəki ax (‘və’,  ‘həm də’)  şəkilçisi ilə eyni mənşəlidir.

Mətndəki  türkizmlər  ərzaq  adları  və  aparmaq  feli  ilə  məhdudlaş- 

mayıb,  əksər  sözləri  əhatə  edir.  Burada  thapik qədim türk  dilindəki  tapığ 

(‘tapınma’,  ‘etiqad’)  sözündən  th -   t  samit  əvəzlənməsi  ilə  fərqlənir.  Söz 

əvvəlində  bu  fonetik  əvəzlənmə  beynəlmiləl  fonetik  hadisə  olub,  hind- 

avropa dilləri üçün də səciyyəvidir [4.  S.  30].

1. 

sth velshu  Ith k  th velshu  inpa thapikun  ‘süd Velşuya apar,  həm 

də yağ Velşuya  ...  etiqad olaraq’.

Burada  thapikun  qədim türk  dilindəki  tapığ (‘tapınma’)  felindən və 

vasitə,  uyğunluq,  müqayisə  bildirən  -un  (-ün,  -ın,  -in)  şəkilçisindən 

ibarətdir:  tapığın  ‘etiqad kimi’,  ‘etiqad əlaməti olaraq’.

Sətirdəki  inpa  çuvaş  dilindəki  unpa  (‘onunla’,  ‘ona  görə’)  sözünün 

morfoloji quruluşu (un  ‘onun’  -pa ‘ilə’)  sayəsində  ‘bununla’  şəklində  şərh 

oluna bilir:  etrusk in  ‘bu’,  -pa  ‘ilə’.  Etruskologiyada in  sözünün  ‘bu’  mə- 

nasında  olduğu  müəyyən  olunmuşdur.  inpa-nın  tərkibindəki  -p a  ünsürü 

isə məhz çuvaş dilindəki -pa birgəlik hal  şəkilçisi (‘ilə’) işığında mənasını 

tapır.  Ən  önəmlisi  isə  budur  ki,  inpa  həmin  mənada  sətrin  məzmunu  ilə 

tam uzlaşır:  ‘süd Velşuya,  göndər həm də yağ Velşuya, bununla tapının’.

Mətnin  üç  önəmli  sözü  fonetik-morfoloji  quruluşuna  görə  çuvaşca 

səslənir  th  -   thu  (‘yağ’)  və  inpa  (‘bununla’),  çuvaş  anpa,  lth  -   leth 

(‘göndər’).

Mətn türk dilləri əsasında tam bərpa olunur:



Etrusk

Qədim türk / çuvaş


sth...  lth k th inpa thapikun 

süt...  leth ok thu unpa tapığın

‘süd...  apar həm də yağ, bununla 

tapının’


thapin  feli  ‘tapınmaq’  mənasında  həm  də  digər  şəffaf türkizmlərin 

müşayiəti ilə aşağıdakı  sətirdə işlənir:

2

.  Ith thapintas ath velshu th velshu



Etrusk 

Qədim türk / çuvaş

lth 


elt /  leth ‘apar’

thapintas 



tapın  feli  +  qədim  türk  dilində  hərə-

kətin  gələcəkdə  olmaq  zərurətini  bildi- 

rən  taç  /  taçı  şəkilçisi:  buldaçı  ‘olası’, 

çuvaş tath: pultath  ‘olası’  [5.  S.  189].

ath (thapıntas ath) 

ət:  tapıntaç ət ‘tapınmaq üçün qurban

veriləsi ət’

th 

thu  ‘yağ’  (çuvaş dilində)

Sətir  şəffaf olaraq  ‘aparın tapınmaq  üçün ət  Velşuya,  yağ  Velşuya’ 

mənasındadır.

Göründüyü  kimi,  oxuduğumuz  etrusk  mətninin  daxilində  aşkar  et- 

diyimiz  türkizmlərin  eyni  məzmunlu  olması,  yəni  onların  hamısının  qur- 

banvermə  və  etiqadla bağlılığı  mətnin  düzgün  oxunduğunu  göstərən  mü- 

hüm  bir  linqvistik  amildir.  Onlar  semantik  baxımdan  bir-birini  məntiqli 

şəkildə izləyir:  qurbanlıq ərzaq adları (ath  ‘ət’, sth  ‘süd’,  th  ‘yağ’),  onların 

çatdırılması  (Ith  ‘apar,  çatdır’,  türk  ilet,  çuvaş  leth),  bu  qurbanlıqların 

etiqad  əlaməti  olması  (thapin  ‘tapınmaq’,  thapik ‘tapınma,  etiqad’,  qədim 

türk tapın,  tapığ) və s.

Sözlər  arasındakı  məntiqli  semantik  əlaqənin,  onların  qrammatik 

cümlə  səviyyəsində bitkin bir fikri  ifadə etməsinin məhz türk dilləri  əsa- 

sında əldə olunması  etrusk dilinin türk mənşəli olduğunu göstərmirmi?

Etruskologiya  tarixində  mətnlərin  hər  hansı  bir  dildə  qrammatik

„üml------:----- :~J ə  oxunması təcrübəsi  olmamışdır.  Mətnləri türkcə  oxu-

5

 

ə  etrusk  dilinin  türk  mənşəli  olduğunu  bəyan  edərkən



sadəcə  bir-iki  sözün  zahiri  uyğunluğuna  əsaslanmış,  sözlər  arasında  se- 

mantik  əlaqənin  olması,  bitkin  bir  fikrin  ifadəsi  kimi  linqvistik  amilləri 

nəzərə  almamışlar.  Göstərilən  linqvistik  amilləri  nəzərə  almadan  tək-tək 

sözlərin zahiri uyğunluğu əsasında nəticə çıxarmaq qeyri-elmidir.




Eyni  linqvistik-semantik  sistem  oxuduğumuz  başqa  etrusk  mətn- 

lərində də əldə olunur.  Dini  ayinlərlə bağlı  mətnlər ardıcıl  olaraq türk dini 

terminlərindən ibarət olub, bitkin bir fikri ifadə edən cümlə əmələ gətirir.

Misal  üçün,  dini  ayinlərin  təsvir  olunduğu  bir  etrusk  mətni  («The 

tile of Capua») tamamilə qədim türk dini terminlərindən ibarətdir.

Etrusk

Çuvaş və qədim türk

tule


tüle / töle  ‘borcunu,  haqqını ödəmək’

apire


abıra ‘sevgisini ifadə etmək’,  ‘tərif etmək’

santi


sandı  ‘sanlı’,  ‘mötəbər’,  ‘müqəddəs’

arvus


arvis ‘əfsun’,  ‘sehir’

iluk


ilak ‘ağı’

kuies


kuyku, keyiş ‘qüssə’

salu


salu  ‘qurbanvermə’

vilu


vile  ‘ölü’  (çuvaşca)

sun


sunmaq

eth


etmək

kuvei


kuw  ‘uğurlu’  və b.

Mətndə apire  / apirase  feli,  bir  qayda olaraq,  məlum etrusk tanrıla- 

rının  adları  qarşısında  işlənərək,  onlara  tapınmağı,  etiqad  etməyi  ifadə 

edir.


apirase lethamsul 

apire nuntheri 

apirase unialthi

Bu  felin  mənası  qədim  qıpçaq  yazılarında  tanrı  və  mifoloji  surət- 

lərin  adlarını  müşayiət  edən  abra  (‘sevmək’,  ‘sevgi  ifadə  etmək’)  feli 

sayəsində  açılır:  Biyqə...  abrayalım  ‘allaha  sevgimizi  bildirək’,  abradı 



İsraelni  ‘İsraelə  sevgisini bildirdi’  [

6

.  S.  35].



Etrusk  mətnindəki  apire  felinin türk  dillərindəki  çoxmənalı  abra / 

/ abıra / amra  (‘sevmək’,  ‘sevgisini bildirmək’,  ‘xilas  etmək’,  ‘qorumaq’) 

feli  ilə  eyni  mənşəli  olması  bütün hallarda müşahidə  olunur.  Bir neçə  mə- 

qamda Lethamsul adlı tanrıya ağı söyləməklə sevgi bildirmək ifadə olunur:

ilukve apirase lethamsul

Burada  ilukve  sözü  iluk  (türk  dillərində  ilak,  elak  ‘ağlama’  <  ila  -  



iğla  ‘ağlamaq’)  ismindən və  ismin vasitə  halını  bildirən -ve  şəkilçisindən 

ibarətdir:  ilukve  ‘ağı ilə’.




Bu şəkilçi türk dillərindəki  birlə,  bilə,  ilə qoşmasının çuvaş və ka- 

raim dillərindəki -pa / -pe / -be (‘ilə’,  ‘vasitəsilə’) variantına uyğundur.

Bu  şəkilçinin  ‘ilə’,  ‘vasitəsilə’  mənasında  olduğunu  etrusk və  Fini- 

kiya dillərində yazılmış eyni  məzmunlu mətn (bilinqva) də sübut edir.  Hə- 

min  mətnin  Finikiya variantında  ‘ilahə  tərəfindən’  mənasında  işlənən  sö- 

zün etrusk variantı da (ilakve)  etruskoloqlar tərəfindən düzgün olaraq  ‘ila- 

hə tərəfindən’  kimi tərcümə olunur,  lakin -ve  şəkilçisinin mənşəyi açılmır.

Gördüyümüz kimi, etrusk dilindəki -ve və türk dillərindəki -be / -pe / -pa 

(‘ilə’)  şəkilçilərinin  eyni  mənşəli  olması  Finikiya  bilinqvası  sayəsində 

aydın olur.

Bu  müqayisə  etrusk  mətnindəki  ilukve  sözünün  ‘ağı  vasitəsilə’  mə- 

nasında olduğuna  sübutdur.

Bundan  başqa,  iluk  (‘ağı’)  sözü  mətndə  yaxın  mənalı  kuiesxu  sözü 

ilə qoşa söz əmələ gətirir: iluku kuiesxu ‘ağı-qüssə’. kuiesxu sözünün bu məna- 

sı türk dillərindəki keyiş (‘qüssə’,  ‘kədər’ < keyi ‘kədərlənmək’), küy / koy (‘kə- 

dərlənmək’,  ‘göynəmək’)  sözləri fonunda aydın olur:

Mətnin digər sətirlərinin də dini  səciyyəsi qədim türk dini terminləri 

sayəsində açılır.



lethamsul iluku perpri santi arvus ta aius nuntheri

‘Lethamsula ağıdan sonra (perpri) mötəbər bir əfsun da söyləyin’

Türk dilləri əsasında izahı olmayan perpri sözü həm burada,  həm də 

digər  məqamlarda  iki  hərəkəti  əlaqələndirməyə  xidmət  edir:  tanrı  Letha- 

ma ağı  söylənməsini  və  sonra (perpri) başqa bir dini  ayinin başlanmasını. 

Həmin ayin tamamilə qədim türkcədir:



Etrusk

Türk

iluku kuiesxu



ilak keyiş ‘ağı-kədər’

Etrusk

santi arvus ta aius nuntheri

‘sanlı / mötəbər əfsun da söyləyin Nuntha’



Qədim türk

santi


sandı  türk  dillərindəki  sanlı

sözünün 


qədim 

bir


fonetik  variantı  (‘san- 

lı’,  ‘möhtərəm’,  ‘la-

yiqü’)

arvus


arvış  ‘əfsun’,  qədim  türk  di- 

lindəki  arva  (‘əfsun




ta

aius (ai-us)

eri şəkilçisi (Nuntheri)

etmək’) felindən 



ta / da (‘da’,  ‘də’) 

ay (‘söyləmək’) feli 

-ri  -   qədim  türk  dilində  yön-

lük  halı  bildirən  şəkilçi

növü

Mətndəki  aius  qədim  türk  dilindəki  ay  felinin  xahiş  forması  sayıla 



bilər.  -ız,  -iz  şəkilçisinin  Azərbaycan  dialektlərində  ‘xahiş,  nəzakətli  xa- 

hiş’  mənasında işləndiyi  məlumdur:  gəliz,  oturuz.  Eyni  şəkilçi  qədim türk 

dilində də işlənmişdir [

6

.  S.  75].



Etrusk mətnindəki bu cümlənin qədim türk dilində tam leksik-qram- 

matik qarşılığı alınır:

Göründüyü kimi, santi arvus ta aius nuntheri tam bir cümlə səviyyəsində 

-  həm leksik,  həm də morfoloji baxımdan qədim türkcədir. Burada da bu və ya 

digər  sözün  deyil,  bütün  cümlənin  türkcə  səslənməsi  tam  aşkardır.  Həm  də 

yalnız  bu  cümlənin  deyil,  bütün  mətnin  yalnız  cüzi  istisnalarla  qədim  türkcə 

səslənməsinin,  onu  təşkil  edən  cümlələrin  eyni  məzmuna  (dini  ritual)  malik 

olmasının yalnız bir izahı vardır: etrusk dili qədim türk dilinin bir variantıdır. Bu 

həqiqətə inanmaq üçün sadəcə qədim türk dili ilə tanışlıq lazımdır.

Xeyli  etrusk  sözünün  daxil  olduğu  latın  dili  də  bu  həqiqəti  qismən 

təsdiq  edir.  Bu dildəki haruspex (‘falabaxan’)  sözünün tərkibindəki harus 

kəlməsinin  etrusk  mənşəli  olması  Avropa  etruskoloqlarına  məlumdur, 

sadəcə  onun türk mənşəli  olması  onlara  məlum  deyildir.  Harus  mətndəki 

arvus  (‘əfsun’)  ilə,  eləcə  də türk  dillərindəki  harva / arva  (‘əfsunlamaq’) 

feli  ilə  eyni  kökdəndir.  Qədim türk  dilindəki  arvış  (‘əfsun’)  ismi  də arva 

(‘əfsunlamaq’) feli əsasında yaranmışdır.

Mətndəki  aius  (‘söyləyin’),  qədim  türk  dilindəki  ay  (‘söyləmək’), 

həm də latın dilindəki etrusk mənşəli aio (‘söyləmək’) eyni  sözlərdir.

Göründüyü  kimi,  latın  dilindəki  etrusk  mənşəli  sözlər  də  etrusk 

mətnlərinin düzgün oxunduğunu təsdiqləyən daha bir dil faktorudur.

Qədim  türkcə  səslənən  və  mətnin  ümumi  məzmununu  tamamlayan 

daha bir sətir:

Etrusk

Qədim türk

santi arvus ta aius



sandi  arvis  ta  ayız  ‘mötəbər  / 

/ layiqli əfsun da söyləyin’



santi ma vilu tule


Leksik  və  morfoloji  baxımdan  tamamilə  qədim  türkcə  olan  və 

mətnin  əvvəlki  cümlələrinin  məntiqi  davamı  olan bu  sətir  ‘həm  də  layiqli 

ölü borcunu ödəmək’  kimi tərcümə olunur:

Etrusk

Qədim türk

santi


sandı  ‘sanlı’,  ‘layiqli’,  ‘mötəbər’

ma

ma ‘həm də’

vilu

vile  ‘ölü’  (çuvaşca)

tule


tüle (çuvaşca)

töle  (qədim türkcə)  ‘borcunu  ödəmək’

‘haqqını ödəmək’

Qədim  türk  və  çuvaş  dillərinin  materialı  əsasında  yuxarıdakı  cüm- 

lənin tam leksik-morfoloji qarşılığı əldə olunur:



Etrusk 

Qədim türk /  çuvaş

santi ma vilu tule 



sandı ma vile  tüle  ‘həm  də  mötəbər

ölü borcunu ödəmək’

Qədim  türk  dilində  ma  hissəciyi  (‘həm  də’,  ‘və’)  çox  geniş  işlən- 

mişdir:  adın-ma taqı bar sözüm  ‘mənim həm də başqa bir sözüm var’: ya- 



na-ma ayıttı...  ‘və yenə soruşdu’.

Etrusk  mətnindəki  ma  hissəciyinin  ‘və’,  ‘həm  də’  mənasında  oldu- 

ğunu  daha bir faktor sübut  edir:  tarixən  etrusklarla  əlaqələndirilən  lidiya- 

lıların da dilində ma eyni mənada işlənmişdir.

Etrusklarla  eyni  regionda  yaşamış  romalıların,  yunanların,  hat  və  hur- 

rilərin də dillərində işlənmiş bir çox türkizmlərin mənbəyi regionun türk kökənli 

troyan,  etrusk  və  digər  dilləri  olmuşdur.  Odur  ki,  etrusk  mətnlərinin  düzgün 

tərcüməsini  yalnız  türk  dillərinin  faktları  deyil,  həm  də  latın,  Lidiya,  qədim 

yunan və başqa qədim dillərdəki alınma türkizmlər (etruskizmlər) təsdiq edir.

Etrusk  dilində  sami  mənşəli  alınma  sözlərin  olması  etruskoloqlara 

məlumdur.  Xüsusilə  finikiyalılarla  etruskların  sıx  regional  əlaqəsi 

nəticəsində  etrusk  dilinə  nesl  (‘nəsil’),  meit  (‘meyid’)  və  digər  sami  ele- 

mentləri daxil olmuşdur.  Bu siyahıya huzr (‘hüzur’)  sözü də daxildir.

Laris Pulena adlı  mərhumun  epitafiyasının  da məzmunu  qədim türk 

dili  sayəsində  aydın  olur.  Bu  mətn başdan-ayağa mərhumun ruhunun tan- 

rılara  qovuşmasından,  tanrıların  hüzurunda  rahatlıq  tapmasından  bəhs 

edir.  Həmin tanrılar Alumnath,  Cath, Paxanak və Hermudur:

p u l Alum nath p u l Hermu huzrna tre

‘Yetiş Alumnath və Hermunun hüzuruna xidmətə / haqqa’




Mətndəkip u l türk dillərindəki  bul / p u l (‘tapmaq’,  ‘qovuşmaq’,  ‘ye- 

tişmək’)  felidir. Alumnath tanrı adını  izləyən huzrna etrusk dilindəki  sami 

mənşəli  alınma  sözlərdən  biridir.  Sami  mənşəli  təbəqəyə  aid  olan  huzr 

(‘hüzur’)  mətndə  mənsubiyyət-yönlük haldadır ki,  bu  da türk  dilləri üçün 

səciyyəvidir:  huzrna -  hüzur-(u)-na: Pul Alumnath p u l hermu huzrna  ‘qo- 

vuş Alumnat və Hermu hüzuruna’.

Sonda gələn tre  qədim türk dilindəki  ter (‘haqq’,  ‘xidmət’)  sözünün 

yönlük hal  formasıdır (tere  >  tre  ‘xidmətinə’).  Yönlük halı bildirən -e  şə- 

kilçisi  (tere  ‘xidmətə’,  ‘haqqa’)  yalnız  türk  dilləri  üçün  deyil,  Kiçik  Asi- 

yanın bir çox erkən dilləri üçün də səciyyəvi olmuşdur.

Göründüyü  kimi,  sətir  ‘qovuş  Alumnat və Hermu  hüzuruna xidmə- 

tə’  şəklində  səslənir ki,  bu da  epitafiyanın  məzmunu üçün tamamilə təbii- 

dir.  Yəni  mərhumun  ruhunun  Alumnath  və  Hermuya  qovuşması  bir  mü- 

kafat,  haqq,  xidmət  sayılmışdır.  Bizim  düzgün  qərara  gəldiyimizə  əsas 

verən həm  də  odur ki,  Zilki  Keysininin  epitafiyasında  da onun ölüm  haq- 

qına  qovuşduğunu  bildirən  ifadənin  (fatel tre)  tərkibində  tre  sözü  vardır. 

İfadə  latın  dilindəki fa ta l  (‘ölüm’)  sözündən  və  yönlük  halda  olan  -tre 

sözündən (ter-e) ibarətdir:  ‘ölüm haqqına’.

Laris  Pulenanın  epitafiyasında  həm  də  mərhumun  işıqlı  dünyaya 

getməsi arzu olunur:



P ul hermu thutuithi

‘Hermunun işıqlı dünyasına qovuş’

Əvvəlki  cümlədə  işlənən p u l burada  da  ‘tapmaq’,  ‘qovuşmaq’  mə- 

nasındadır.  thutuithi  isə  çuvaş  dilindəki  thuta  (‘işıq’,  ‘işıqlı  dünya’,  ‘ağ’) 

sözü  əsasında  öz mənasını tapır.  İsmin yerlik halında  (-thi)  olan bu  sözün 

sayəsində  cümlə  aşkar  olaraq  ‘Hermunun  işıqlı  dünyasında  ol’  (‘tap’, 

‘yetiş’,  ‘ol’) mənasındadır.

Maraqlıdır  ki,  çuvaş  dilində  də  thuta  (‘işıqlı’)  sözü  tençe  (‘dünya’) 

ilə birləşmədə  ‘işıqlı dünya’  mənasında işlənir:  thuta tençe  ‘işıqlı dünya’.

thuta  ayrı-ayrı  etrusk  mətnlərində  çuvaş  dilindəki  thuta  sözünün 

digər  mənalarında  çıxış  edir.  Elney  Ramtha  adlı  qadının  epitafiyasında 

işlənən  ati  thuta  ifadəsini  Avropa  etruskoloqları  ‘gözəl  ana’  kimi  şərh 

etmişlər.  Ati  sözünün  ‘ana’  mənasını  daşıması  etrusk-latın  bilinqvaların- 

dan  məlumdur,  lakin  thuta  sözünə  aid  olunan  məna  təxminidir.  Çuvaş 

dilindəki  thuta  sözünün  digər  mənası  (‘sevimli’,  ‘xoşbəxt’)  sayəsində  ati 



thuta  ifadəsi  özünün  dəqiq  mənasını  əldə  edir:  ‘sevimli  ana’.  Epitafiyada 

mərhum qadının sevimli və xoşbəxt sayılması daha məntiqidir.

Dini  ayinlər  və  mərhumlarla  bağlı  etrusk  mətnlərinin  aparıcı  leksi- 

kasının  qədim  türk  dini  terminlərindən  ibarət  olması  etrusk  dilinin  turk 

mənşəli  olduğunu göstərən çox vacib  bir dil faktoru olub,  heç cür təsadüfi



səciyyə  daşıya bilməz.  Bu  leksik  sistemin  yalnız bir izahı  mümkündür: 

etrusk dili qədim bir türk dilidir.



Pul felinə  ‘olmaq’  mənasında  daha bir  etrusk mətnində  rast  gəlirik. 

Etrusk  ilahəsi  Eisnanın  şəfaverici  qüvvəsindən  bəhs  edən  etrusk  mətni 

başdan-ayağa qədim türk və çuvaş sözlərindən ibarətdir:

' i n  


İtn

  n w t / n v A H ü v *



Q ğ*

 fc' M t n  M



'VI

kuvei p u l eisna imi iive minve kezilas mi salal ati amake

Mətndə  qərb  tədqiqatçılarına  bəlli  olan  sözlər  yalnız  ilahənin  adı 

(Eisna)  və ati  (‘ana’)  sözüdür.  Etruskların Eisna adlı tanrısı  antik mənbə- 

lərdəki  qlosslardan,  ati  isə  bilinqvalardan  məlumdur.  Tədqiqatçılara  mə- 

lum olmayan digər sözlər isə məhz türkizmlərdir.

Mətnin kuvei p u l Eisna imi kimi  səslənən ilk hissəsi  qədim türk dili 

sayəsində  ‘uğurlu ol Eisna əlacı’  mənasındadır:

Etrusk 

Qədim türk

kuvei 


kuv / kuw  ‘uğur’,  ‘qut’

pul 


p u l ‘ol’

imi 


imi (< im-i)  ‘əlacı’,  ‘şəfası’

imi  sözünün  morfoloji  quruluşu  da  türkcədir:  im  ‘əlac’,  ‘şəfa’  və 

üçüncü şəxsin təkini bildirən mənsubiyyət şəkilçisi  -i:  im-i (‘əlacı’).

Qədim türk kuv / kuw (‘uğur’,  ‘qut’)  sözünün avar türkcəsindəki -lığ 

şəkilçisi  ilə  deyilən  kıblığ variantının  bol  (‘ol’)  feli  ilə  birləşmədə  işlən- 

məsi diqqəti cəlb edir:  kıblığ bol içem  ‘mutlu ol bacım’.

Etrusk  mətnindəki  kuvey p u l ilə  avar  dilindəki  kıb(lığ)  bol (‘uğurlu 

ol’,  ‘mutlu ol’,  ‘bəxtli ol’) eyni mənşəli ifadələrdir.

iive  istisna  olmaqla  mətnin  digər  hissəsinin  də  dili  qədim  türk  və 

çuvaşca  anlaşılır  və  məzmunca  əvvəlki  hissənin  məntiqi  davamı  kimi 

çıxış edir:

minv kezilas mi salal ati amake

‘Ananın xəstəliyi mənimlə kəsiləsidir,  mən salmalıyam’




Ati  amake  çuvaş  türkcəsindəki  amak  (qədim  türk  emgek 

‘xəstəlik’)  sözü  sayəsində  ‘ananın  xəstəliyi’  şəklində  tərcümə  edilə  bilir. 

Birləşmə  morfoloji  baxımdan  da türkcədir,  yəni  birinci  tərəfi  adlıq,  ikinci 

tərəfi  isə  mənsubiyyət  şəkilçisi  qəbul  etmiş  təyini  söz  birləşməsidir:  ati 



amake < ati amak-e (‘ana xəstəliy-i’).

Üçüncü  şəxsin  təkinin  mənsubiyyət  halı  türk  dillərində  -ı,  -i,  -u,  -ü 

(samitdən  sonra)  çuvaş  türkcəsində  isə,  etrusk  dilində  olduğu  kimi,  -e 

şəkilçisi ilə düzəlir.

Beləliklə, ati amake  ‘ana xəstəliyi’,  ‘ana ağrısı’  anlamındadır.

kezil və sal türk dillərindəki  kəsil (< kəs-il) və sal (‘salmaq’)  felləri 

olub,  ‘ana  xəstəliyinin  kəsilməsi  və  salınması  (düşməsi)’  mənasını  ifadə 

edir.  kezil feli  məchul  formada olub,  türk dillərində  olduğu kimi,  məchul- 

luq bildirən -il şəkilçisi  qəbul  etmişdir.  Bu felin məchul  formada olmasını 

onun önündəki minv (< minve  ‘mənimlə’,  ‘mənim tərəfimdən’)  şəxs əvəz- 

liyi də bəlli edir.

Yuxarıda  qeyd  olunduğu  kimi,  v  /  ve  şəkilçisi  etrusk  dilində  ismin 

vasitə-birgəlik halını bildirib  (ilukve  ‘ağı ilə’,  ilakve  ‘ilahə vasitəsilə’,  ‘ila- 

hə tərəfindən’),  türk dillərindəki  eyni  funksiyanı  daşıyan p a  / pe / be  (çu- 

vaş,  karaim)  şəkilçisinin variantıdır.

Beləliklə,  etrusk mətnindəki minve kezilasi  ‘mənim tərəfindən kəsi- 

ləsidir’  və  yaxud  ‘kəsilə  bilər’  anlamındadır.  kezilasi  sözündəki  -asi  türk 

dillərində  felin  -asi  / -əsi  şəkilçisi  ilə  düzələn  lazım  şəklinə  uyğundur ki, 

bu da çuvaş dilində -as / -es şəklindədir:



m i salal (‘mən  salmalıyam’)  birləşməsində  isə sal feli  məchul  növ- 

də  olmadığından,  m i  əvəzliyi  adlıq  haldadır,  yəni  vasitə  bildirən  -v(ve

elementini (minv) qəbul etməmişdir.

H ər iki  birləşmədə  (minv  kezilasm i  salal)  ananın  xəstəliyinin  kə- 

silməsi  (kezil)  və  salınması  (sal)  məhz türkcə  səslənir,  sadəcə salal felin- 

dəki -al elementinin morfoloji funksiyası dəqiqləşmə tələb edir.

Tərcümə  etdiyimiz  digər  etrusk  mətnləri  kimi,  bu  mətnin  də  ibarət 

olduğu türkizmlər əlaqəsiz  sözlər yığını  olmayıb,  semantik baxımdan bir- 

birini  tamamlayır və bitkin  bir fikri  ifadə  edən  cümlə  əmələ  gətirir.  Mən- 

tiqi tamlıq mətnin hissələri  arasında da tam  şəffafdır:  1  -   ‘uğurlu ol Eisna 

əlacı’;  2 -   ‘mənimlə kəsiləsidir,  mən  sala bilərəm  ana xəstəliyini’.  Birinci 

hissədəki Eisna imi (‘ilahə Eisna əlacı’) və ikincidəki ati amake (‘ana xəs- 

təliyi’)  arasındakı  məntiqi  əlaqə  (‘ana  xəstəliyi’  və  onu  sağaltmağa  qadir 

olan ‘Eisna əlacı’) göz qabağındadır.




Mətndəki  sözlər  və  ifadələr  arasında  cümləyə  xas  olan  bir  əla- 

mətin,  semantik  və  məntiqi  tamlığın,  bitkin  bir  fikrin  ifadəsinin  məhz 

qədim  türk  dilində  açılması  etrusk  dilinin  türk  mənşəli  olduğunu 

göstərmirmi?

Digər  etrusk  mətnlərində  də  türkizmlər  bitkin  cümlə  səviyyəsində  tə- 

zahür  edir  və  bitkin  fikir  ifadə  edir.  Misal  üçün,  rəsmdə  gənc  qadın  yola 

saldığı döyüşçüyə ii ulath ilina inath deyə müraciət edir ki, bu da həm leksik-

semantik


etibarilə

tamlığı,


məhz

həm  də  morfoloji  quruluşu 

türkcədir:

iyi ulaş iline,  inath 

‘yaxşı çat elinə,  sağal’



ii -  türk iyi ‘yaxşı’; 

ulath -  türk ulaş (th-ş);

ilina -  il-in (ismin yiyəlik halı) -  a (yönlük hal) -  türk il-in-e

inath -  qədim turkyinath  ‘sağal’,  ‘yaxşılaş’.

Göründüyü  kimi,  mətndəki  sözlərin  dördü  də  semantik  baxımdan 

bir-birini  tamamlayır:  yaxşı  ^   çat  ^   elinə  ^   sağal  və  üstəlik,  mətnin 

qrammatik quruluşu da tamamilə türkcədir.

Tərcümə  ilə  rəsmin  məzmunu  -   qızın  döyüşçü  ilə  vidalaşması  səh- 

nəsi arasında əlaqə aşkardır.




Ulath -  ulaş arasındakı  samit əvəzlənməsi (th -  ş) bir neçə etrusk- 

türk paralelində  də  özünü  göstərir.  Ehsanvermə  mərasimi  ilə  bağlı  bir  et- 

rusk mətnindəki atha,  es atha qədim türk dilindəki aşa (‘ye’),  iç aşa (‘ye- 

iç’) felləridir.

Ümumtürk ş samitinin bəzən çuvaş dilində də th ilə deyildiyi  müşa- 

hidə olunur (baş -  çuvaş puth -  çuvaş eth)

Etrusk  dilinin  tam  leksik  və  morfoloji  cümlə  səviyyəsində  türkcə 

şərhi  mifologiya  ilə  bağlı  bir  mətndə  də  şəffaf olaraq  görünür.  Məzar  sü- 

tunu  üzərindəki  bir  yazıda  etrusk  dilinin  qədim  türk  mahiyyəti  xüsusilə 

yüksək bir səviyyədə öz ifadəsini tapır:

Mətndə  yiyəlik  halda  olan  hermial  qədim  yunan  mifologiyasında 

ölənlərin  ruhunu  o  dünyaya  yola  salmaq  funksiyasını  daşımış  Hermesi 

bildirir.  Məzar üzərində  qoyulan bu  sütun o  dünyaya gedən yolun  simvo- 

lu,  qapısı hesab  edilər və Hermes  ilə bağlanardı.  Odur ki,  müqəddəs  sayı- 

lan bu qurğuya zərər gətirmək günah sayılardı  [7.  S.  292].

Sütun üzərində  yazılmış  hermial kapzna  slman  məhz  qədim  türkcə 

‘Hermesin  qapısına  xətər  yetirmə’  mənasındadır.  Yalnız  Hermial  (‘Her- 

mesin’)  Qafqaz dillərinə xas olan yiyəlik hal  formasında olub,  etrusk dili- 

nin qeyri-türk komponentinə aiddir.  Onu izləyən kapzna türk dillərində is- 

min  mənsubiyyət  (-sı / -si) və yönlük (-na)  hal  şəkilçiləri  qəbul  etmiş qa- 



pısına  sözüdür.  Slman isə  qədim və  müasir türk dillərində  ‘vurmaq’,  ‘sal- 

dırmaq’,  ‘zərər yetirmək’  mənalı sal felinin qədim türk dilinə xas olan in- 

kar (-man, -men)  şəklidir:  salman  ‘vurma’,  ‘zərər yetirmə’.

Latın dilindəki  sal(io)  (‘vurmaq’,  ‘toxunmaq’)  feli  də  eyni  mənşəli- 

dir və  heç  şübhəsiz,  latın dilinin leksikasının formalaşmasında mühüm rol 

oynayan etrusk mənşəli yüzlərlə sözlərdən biridir.

Mətnin  bu  hissəsi  şəffaf şəkildə  ‘Hermesin  qapısına  zərər  yetirmə’ 

mənasındadır ki,  bu da yuxarıda qeyd olunan mifoloji baxışla tam üst-üstə 

düşür.

Mətnin ikinci hissəsi birincinin tam məntiqi davamıdır:



hermial.  kapzna.  slman.  sexis.  kapzna

‘Hermesin qapısına saldırma,  axirət qapısına’



sexis kapzna 

‘axirət qapısına’




Sexis qədim türk yazılarında  ‘qiyamət’,  ‘axirət’,  ‘haqq-hesab’  mənala- 

rını  daşıyan sağis  sözünün  fonetik  variantıdır.  (Türk  dillərində a -  e  saitlə- 

rinin əvəzlənməsi geniş müşahidə olunur).

Sexis kapzna aşkar olaraq  ‘axirət  qapısına’  mənasında olub,  əvvəlki 

hissəni  mənaca tamamlayır:  ‘Hermesin  qapısına  zərər  yetirmə,  axirət  qa- 

pısına’.

Yiyəlik halda olan hermial istisna olunmaqla mətn leksik və morfo- 

loji baxımdan qədim türkcədir:

Etrusk 

Qədim  türk

Hermial kapzna slman, 

[hermesin]  kapısına salman,

sexis kapzna 

sağıs kapısına

Bu  mətnin  də  qrammatik  cümlə  səviyyəsində  qədim türkcə  olması, 

mətndəki  sözlər  arasında  semantik  əlaqə,  nəticə  etibarilə  bitkin  bir  fikrin 

ifadəsi  göz  önündədir.  Mətnin  iki  hissəsi  arasındakı  məntiqi  əlaqə  də  ta- 

mamilə  şəffafdır,  Hermesin  qapısına  saldırma,  zərər  gətirmə,  çünki  o, 

axirət qapısıdır.

Bu mətndə diqqəti cəlb edən həm də odur ki, onun qədim türkcə ortaya 

çıxan  məzmunu  regionun  mifoloji  reallığı  ilə  tam  üst-üstə  düşür.  Beləliklə, 

bir  tərəfdən  mətnin  məhz  qrammatik  cümlə  səviyyəsində  qədim  türkcə 

olması,  eyni  zamanda  regionun  məlum  bir  mifoloji  gerçəyini  -   məzar 

sütununun Hermesin  qapısı  sayılması  ilə  bağlı  inancını  əks  etdirməsi  etrusk 

dilinin qədim türkcə olması faktından qaynaqlanır.  Əks halda edilən tərcümə 

həm linqvistik, həm də ekstra-linqvistik tələblərə cavab verməzdi.

M əqalənin  elmi  yeniliyi  və  tətbiqi  əhəmiyyəti.  Məqalənin  elmi 

yeniliyini  səciyyələndirən  əsas  cəhətlər odur ki,  etrusk  mətnlərinin  qədim 

türk  dillərində  olması  həm leksik,  həm  də  morfoloji  baxımdan,  həm linq- 

vistik,  həm  də  kulturoloji  amillərin  işığında  əsaslandırılır.  Elmi  işin 

nəticələri  digər  etrusk  mətnlərinin  qədim  türk  dilləri  əsasında  oxunması 

yolunda önəmli bir mərhələdir.

Ə D Ə B İ Y Y A T

1.  Ayda  A.  Etrüskler  (Tursakalar)  Türk  idiler.  Ankara:  Ayyıldız 

Matbaası A.  Ş.,  1992.

2.  Samoyloviç A.  N.  Tyurkoloqiya i novoe uçenie o yazıke:  XLV 

akadem iku N.  Y.  M arru.  M.;  L.:  İzd-vo A N  SSSR,  1935.

3.  Mayyani Z . Etruski naçinayut qovorit.  M.:  N auka,  1966.



4.

  Yadigar  (Veysəlli)  F. 



German  dilçiliyinə  giriş.  Bakı:  Təhsil,

2003.

5.  Levitskaya  L.  S.  İstoriçeskaya morfoloqiya çuvaşskoqo  yazı- 

ka.  M.:  N auka,  1976.

6

.  Qarkavets A. Kıpçakskoe pismennoe nasledie. Almatı, 2002.  1.



7.  Mifı narodov mira: V 2 t.  M.:  Sov. ensikl.,  1980. T.  1.

^ H H r m  r A P A m A P W  

3TPYCCKHE nHCbM EHA HA APEBHETTOPKCKOM Ä3MKE

P e 3 ro 

m

 e

B  goKa3aTe^bCTBe  TropKCKoro  xapaKTepa  ^TpyccKoro  a3WKa  oco- 

öyro  po^b  cwrpa^u  cnegyro^ue  ^aKTopw:  1  -  TropKCKue  onoBa,  oÖHapy- 

^eHHb

i

e  HaMH 



b

 ^TpyccKHx TeKCTax,  ceMaHTunecKH  He0gH03HanHH,  npu- 

neM 

b

  Ka^goM  H3  ^

thx

 TeKCTOB 

ohh

 xapaKTeproyroT  onpege^eHHyro 

cto

- 

poHy  pennrH03HHx  pHTya^OB.  B  TeKCTe,  nocBfl^eHHOM  *epTB0npHH0- 

meHHW,  KOMnaKTHO  Bbige.raroTCfl  TropKH3MH,  CBfl3aHHbie  c  ^

thm

  oöpa- 

goM;  TeKCTH, 

b

 

kotophx

  roBopHTca  o  noMHHKax,  cogep^aT  npeHMy- 

^ecTBeHHO  Ky^HHapHwe  TepMHHH  TropKCKoro  npoHCxo^geHHa.  B

OCHOBHOM  TropKCKOrO  npOHCXO^geHHfl  H  MOp^O^OrHHeCKaa  CHCTeMa

TeKCTOB;  2  -   cncTeMaTHnecKoe  nepegoBaHHe  coraacHbix,  BbraB.neHHbix 

b

 

nepeBegeHHwx 



h

^

mh

 ^TpyccKHx TeKCTax,  a TaK*e  coBnageHHe ^TpyccKO- 

nyBamcKOH  CHCTeMH  coraacHbix  noc^y^H^H 

k

^

whom

 

k

 pa3ragKe  nponc- 

xo^geHHa  MHOrHX ^TpyCCKHX C^OB.

K^roneBwe  c^OBa:  ^mpyccKue  nucbMena,  öpeeHemwpKCKUü h3uk, 

meKcm,  nuHzeucmmecKüü  tya^mop,  ^Kcmpa- 

nuHzeucm

m

ecKüü tya^mop



CHINGHIZ GARASHARLI 

THE ETRUSCAN WRITINGS ARE OLD TURKIC 

S u m m a r y

We  can  observe  logically  two  important  factors  to  prove  Turkic 

character  o f the  Etruscan  language:  1.  Turkic  appellatives,  discovered  in 

each Etruscan text w e  interprete,  are  not  semantically  chaotic,  but  harmo- 

nious,  all  referring to  a definite  branch  of religious  ceremonies:  in the text 

devoted to  sacrificing w e  mostly  find  out  Turkic words  denoting  names  of


several  sacrificial  foodstuffs and  semantically related verbs;  in the texts 

dealing with ceremonial  eating we  mostly  discover Turkic  culinary terms 

denoting  eating,  drinking,  drinks.  etc.;  in the text  dealing  with  parting  of 

two persons we observe Turkic words denoting wish for good journey and 

health;  under  the  picture  with  the  description  of  a  young  man  riding 

horses we  find  out  a transparent  Turkic  expression with the  meaning  «to 

ride horses».  In addition, the dominating morphological  system,  including 

most  case  forms  of the  noun,  and  categories  of the  verb  are  evidently 

Turkic.  2.  On  the  vocabulary  of the  translated  Etruscan  texts  we  clearly 

observe  sistematic  consonant  shifts between the Etruscan and  Turkic lan- 

guages.  Simultaneously we observe  stable  coincidences of some Etruscan 

and  Chuvash consonants which transparently  serve  as key to the origin of 

numerous Etruscan words.

Key words: Etruscan writings,  Old Turkic language,  text,  linguistic 



factor, extra-linguistic factor

Ünvan:  Az-1143.  Bakı-143,  Hüseyn  Cavid  pr.,  31.  AMEA-nın  Nəsimi 

adına Dilçilik İnstitutu -  baş elmi işçi,  fil.  ü.  e.  d.

e-mail:  karasharli@yohoo.com



Çapa təqdim edən 

Tofiq Hacıyev -

«Türkologiya» jurnalı 

redaksiya heyətinin üzvü



Çapa tövsiyə edən 

AMEA-nın Nəsimi adına

Dilçilik İnstitutunun elmi  şurası 

(4.XII.2013, protokol N°  15)



Məqalənin redaksiyaya 

daxil olma tarixi

29.111.2013




Təkrar işlənməyə 

göndərilmə tarixi

Çapa göndərilmə tarixi

23.VII.2013

29.XII.2013



«Türkologiya», N° 2



Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə