Daim onlara qonaq etmiĢdir. Nemətlərini sayıb qurtarmaq mümkün deyil



Yüklə 14,83 Kb.
Pdf görüntüsü
səhifə1/31
tarix02.06.2018
ölçüsü14,83 Kb.
#46977
  1   2   3   4   5   6   7   8   9   ...   31


www.ehlibeyt-aka.com
                                

 
 


www.ehlibeyt-aka.com
                                

 
SEYİD NƏBİL ƏL-HƏSƏNİ 
 
 
 
 
İMAM HÜSEYN (Ə) 
TÜRBƏTİNİN QEYBİ 
TƏSİRLƏRİNİN 
HƏQİQƏTİ 
 
Tərcümə edən: Heydər Məmmədov 
Redaktor: Vüsal Hətəmov 
 
 


www.ehlibeyt-aka.com
                                

 
 
 
BİRİNCİ FƏSİL 
 
 
 
 
 
KƏRBƏLA TORPAĞININ FƏZİLƏTLƏRİ 
 
 
 
 
 
 


www.ehlibeyt-aka.com
                                

 
 
 
 
 
 
MÜQƏDDĠMƏ
 
       
Verdiyi  nemətlərə,  ilhamına,  lütf  etdiyi  bəxĢiĢlərə  görə  Allaha  həmd-
səna  edirəm!  O  nemətlər  ki,  yaradılıĢın  əvvəlindən  onları  məxluqatına  əta 
etmiĢ,  saysız-hesabsız  bəxĢiĢlər  ehsan  qılmıĢ,  yaratdıqlarını  Öz  lütfü  ilə 
daim  onlara  qonaq  etmiĢdir.  Nemətlərini  sayıb  qurtarmaq  mümkün  deyil. 
Bu  nemətlər  zamanın  dərinliklərinə  yayıldığından  onların  Ģükrünü  yerinə 
yetirmək mümkünsüzdür. Nemətlər dəryasının üfüqü insanların idrakından 
kənardır (insanlar onun sonuna yetiĢə bilməzlər).
1
 
      Allahın salavatı və salamı olsun yaradılmıĢların ən xeyirlisinə və onun 
Ġslama hidayət edən Əhli-beytinə! 
       Qeyb  aləminə  iman  gətirmək  təqvanın  ən  mühüm  nəticələrindən  və 
insanın rəftar tərzini formalaĢdıran ən əhəmiyyətli amillərdəndir. Təqvanın 
əmələ  gəlməsi  və  əldə  olunması  insanların  fərqli  olan  fitrət  sağlamlığı, 
əqlin kamilliyi, gözəl fəhm, düzgün zövqdən asılıdır. Buna görə də qeybə 
iman insanlar arasında bu müqəddimələrdən asılı olaraq müxtəlifdir. Qeybə 
iman  imani  tərəqqinin  müqəddiməsi  olduğu  üçün  Qurani-Kərim  onu 
                                                           
1
  Bu xütbəni Peyğəmbərin ciyərparəsi Xanım Fatimeyi-Zəhra (s.ə) Peyğəmbər məscidində Ənsar və Mühacirlərin 
toplusu içində Fədək haqqında birinci xəlifə ilə mübahisə etdiyi zaman söyləmiĢdir. 


www.ehlibeyt-aka.com
                                

 
peyğəmbərlər,  səmavi  kitablar  və  mələklərə  iman  gətirmək  məsələsindən 
öncə xatırlayaraq belə buyurmuĢdur:” Ey Allaha iman gətirənlər, Allaha və 
Onun  peyğəmbərinə,  peyğəmbərinə  nazil  etdiyi  kitaba  və  bundan  öncə 
nazil etdiyi kitaba (bunların hamısına) iman gətirin. Ey dillə iman gətirmiĢ 
kəslər,  (səmimi  qəlbdən)  iman  gətirin!  Ey  imanları  gerçəkləĢmiĢ  kəslər, 
onun  qorunmasında  möhkəm  olun.  Kim  Allaha  və  Onun  mələklərinə, 
(səmavi)  kitablarına,  göndərdiyi  peyğəmbərlər(in)ə  və  axirət  gününə  kafir 
olsa, həqiqətən, uzun-uzadı bir azğınlığa düĢmüĢdür.”
2
 
       Qeyb  aləminə  iman  müttəqilərin  ən  birinci  xüsusiyyətlərindəndir. 
Allah-taala  buyurur:  “Əlif,  Lam,  Mim.  Barəsində  heç  bir  Ģəkk-Ģübhə 
olmayan  bu  uca  məqamlı  kitab  pəhrizkarlar  (aĢağıdakı  beĢ  xüsusiyyəti 
fitrət və ya peyğəmbərlərin dəvəti yolu ilə əldə etmiĢ kəslər) üçün hidayət 
mənbəyidir.  O  kəslər  ki,  qeybə  (Allah,  vəhy,  mələklər  və  məad  kimi 
hissiyyatın  dərk  edə  bilmədiyi  Ģeylərə)  inanır,  namaz  qılır  (haqqın 
müqabilində  boyun  əyir)  və  ruzi  olaraq  verdiyimiz  Ģeylərdən  (Allah 
yolunda) xərcləyirlər. O kəslər ki, sənə nazil edilənə və səndən əvvəl (olub 
keçmiĢ  peyğəmbərlərə)  nazil  edilənlərə  imanları  və  axirət  (Qiyamət) 
gününə  yəqinlikləri  vardır.  Məhz  onlar  (Quranın  hidayətindən  qabaq) 
Allahları  tərəfindən  (fitri  və  əqli)  bir  hidayətdədirlər  və  nicat  tapanlar  da 
onlardır.”
3
  
         Beləliklə,  Əhli-beyt  məsumları  haqqında  söhbətin  də  həmin 
müqəddimələrə  ehtiyacı  vardır.  Çünki  onların  Ģəxsiyyətləri  və  həyatlarını 
əhatə  edən  qeybi  xüsusiyyətlər  haqqında  söhbətin  həmin  rəhmani 
feyzlərdən  insan  ruhuna  damızdırılması  üçün  qəlbin  hüzuruna,  nəfsi 
rəğbətə, düĢüncə və təfəkkürə ehtiyacı vardır. 
                                                           
2
  Nisa surəsi, 136-cı ayə 
3
  Bəqərə surəsi, 1-ci ayədən 5-ci ayəyə qədər 


www.ehlibeyt-aka.com
                                

 
         Həqiqətən,  Kərbəla  torpağı  bir  çox  ilahi  lütflərə  Ģamil  olaraq 
nübüvvət və risalət Ģərəfi üçün əzəmətli məqam olmuĢdur; belə ki bu türbət 
müqəddəs  Rabva  (Beytül  Müqəddəs),  müqəddəs  Tuva,  Canibul  Əymən 
(Tur  dağının  sağ  tərəfi)  və  bütün  məxluqatın  ağasının  reyhanəsi  (Ġmam 
Hüseyn)  üçün  Cənnət  qərar  verilmiĢdir.  Buna  görə  də  bu  müqəddəs 
türbətin  malik  olduğu  maddi  və  qeybi  xüsusiyyətlər  haqqında  təfəkkürə 
varmaq üçün söhbət açmağı lazım bildik. 
        Bu  söhbətə  baĢlamazdan  əvvəl  Allahın  Öz  məxluqatına  lütf  və 
rəhməti  olan  Həzrət  Muhəmməd  (s.ə.s.)  və  onun  məsum  Əhli-beytinin 
qapısını  döydüm.  Çünki  onlar  ilahi  nemətlərin  bölüĢdürülməsi  üçün 
seçilmiĢlər.  Allah-taala  Qurani-Kərimdə  buyurur:  “(Dedik:)  “Bu,  bizim 
(sənə) ətamızdır. (Ġstədiyinə dünyada) saysız və (axirətdə) hesabsız Ģəkildə 
əta et və ya əsirgə!”
4
 
        Həqiqətən, bu kitabla mənim öhdəmə minnət qoyulmuĢdur. Bu minnət 
müqabilində, mal və oğul-uĢağın bir faydası olmayacağı, yalnız sağlam bir 
qəlblə Allahın hüzuruna gəlməli olduğumuz bir gündə Allah-taaladan Əziz 
Ġslam Peyğəmbərinin (s.ə.s.) Ģəfaətini əta etməsini diləyirəm. 
         Allahın öz övliyalarına  kəramətini bəxĢ etdiyi ayələr, xüsusilə Ġmam 
Hüseynin  pak  türbətini  əhatə  edən  xüsusiyyətlər  və  təsirlər  haqda 
düĢünmək, dərk və təfəkkür etmək insan qəlbinin sağlamlıq və səfasından 
irəli gəlir. 
      Buna görə də bu kitabda müqəddəs Ġmam Hüseyn türbətinin Ģərafəti ilə 
bağlı  olan  maddi  xüsusiyyətlərlə  Allah-taalanın  bu  türbətdə  əmanət 
qoyduğu və  bir sıra  cismani  təsirlərin aĢkar olduğu bu pak  türbətin qeybi 
xüsusiyyətlərini toplamağa çalıĢmıĢam.  
 
                                                           
4
  Sad surəsi, 39-cu ayə 


Yüklə 14,83 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   31




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə