Dalğalar arasindaki həyat «Xəzər neftçiləri haqqında dastan»



Yüklə 48,94 Kb.
Pdf görüntüsü
tarix21.06.2018
ölçüsü48,94 Kb.
#50263


DALĞALAR ARASINDAKI HƏYAT

 

«Xəzər neftçiləri haqqında dastan» dərin mənalı bir həyatdan bəhs edir. 

Bu film, insan həyatının əbədi gözəlliyini, qüdrət və əzəmətini tərənnüm edən həqiqi bir poema 

kimi,  qəlbimizi  yüksək  hisslərlə  həyəcanlandırır.  Onun  bir-birinin  ardınca  gəlib-keçən  parlaq 

kadrlarına  tamaşa  etdikcə,  fıkir  edirsən  ki,  yaşayıb-yaratmaq,  xalqın  böyük  səadəti  uğrunda 

çarpışaraq qarşıya çıxan təhlükə və firtınalara qalib gəlmək nə qədər gözəldir... 

Bu filmə tamaşa edərkən, qorxunc dalğaların insan gücü qarşısında necə məğlub olduğunu görüb 

sonsuz bir fərəh duyursan! 

...  Abşeron  yarımadasının  hər  qarışından  qara  qızıl  çıxaran,  dünyada  ən  güclü  neft  sənayesi 

yaradan,  Bakının  ehtişamlı  binalarını  yan-yana  düzən,  bağlar,  bağçalar,  meydançalar  salan 

adamlar indi üzlərini dənizə çevirirlər. 

Adamlar dənizlə döyüşə hazırlaşırlar. 

...  İlk  kəşfiyyat  dəstəsini  aparan  gəmi  sahildən  aralanır.  Xəzərin  zanbaq  kimi  gömgöy  suyu 

günəşin almaz şüaları altında qayğısızlıqla parlayır. Ağ dalğalar nəşə və sevinclə səslənərək bir-

birilərini  qovur...  Onların  şırıltısında  bir  əzəmət  və  qürur  duyulur.  Kəşfıyyatçıları  aparan  gəmi 

isə  yoluna davam edərək  irəliləyir. Budur, göy sular  içində  yuxuya getmiş  nəhəng  balina kimi 

qaramtıl  daşlar  görünür...  Keçmiş  əsrlərin  dənizçiləri  bir-birinin  yanına  düzülən  bu  donuq 

görünüşlü  daşları  «gəmilər  qəbiristanı»  adlandırmışlar.  Oynaq  dalğalar  arasında  cansıxıcı  bir 

sükuta  dalmış  daşlar  xalqırmzı  bir  anlığa  çəkib  uzaq  keçmişlərə  aparır.  Kim  bilir,  fırtınalı 

gecələrin zülməti içində yelkən açıb gələn nə qədər gəmi bu daşlara çarparaq, məhv olmuşdur... 

Kim  bilir, bu daşlar neçə ananı gözüyaşlı qoymuşdur. İlk kəşfıyyatçılar dəstəsi daşların üstünə 

çıxır.  Qızmış  daşlar  arasında  özünü  günə  verən  bir  ilan  adamları  görərək  sürünüb  gizlənir. 

Adamlar daşları sındırıb diqqətlə baxırlar. 

Kəşfiyyatçılar  dəstəsinə  geoloq  Ağaqurban  Əliyev  başçılıq  edir.  O,  Xəzərin

 

mavi  dalğaları 



altında tükənməz bir qara qızıl dəfməsi olduğuna əmindir. 

Neft ustaları,  fəhlə  və  mühəndislər  neft daşları üzərinə  ilk avadanlıq çıxarırlar. Birinci dəfə  biz 

onları  boz  daşlar  üzərində  tonqal  qalayaraq  islanmış  paltarlarını  qurudan  görürük.  Başında 

qulaqlı papaq, əynində isti gödəkçə olan, ortayaşlı bir neftçi çəkməsinin içindən boşaltdığı suya 

baxaraq  gülümsəyir  və  sanki  o,  bu  sakit  təbəssümü  ilə  dənizin  suyuna  deyir:  «Sən  indi  bizi 

isladırsan, bir dayan, gör, biz sənə neyləyəcəyik...» 

Bu  incə  mənalı  kadrın  ardınca  adamların  qızğın  fəaliyyəti  başlanır.  Çəkməsindən  su  boşaldan 

neftçinin  üzündə  indi  həyəcan  qarışıq  ciddi  bir  ifadə  var.  Neftçilər,  Xəzərin  hey  gurlayan 

dalğaları arasında min illərdən bəri, bəlkə də, heç insan ayağı dəyməmiş olan daşlar üzərində ilk 

kəşfıyyat buruğunu yüksəldirlər. 

Bu  ilk  dəniz  buruğunu  məşhur  usta  Mixayıl  İvanoviç  Kaveroçkin  qazır.  Neftçilərin  üzü 

qayğılıdır. Buruq qazıldıqca bu qayğı da artır. Hər kəsin zehnində indi yalnız bir sual hakimdir: 

«Görəsən, neft çıxacaqmı?» Artıq, buruq qazılıb qurtarmaqdadır. Ağaqurban və yoldaşları sükut 

içində dayanıb gözlərini hara isə zilləmişlər. Bu sükut dərin bir həyəcan, mətanət və intizar ifadə 

edir. 

Bu sükutda böyük bir döyüşün taleyini həll edəcək diqqətin əzəməti duyulur. Tamaşaçı həyəcan 



içində gözləyir  və gözləri qarşısında dayanmış qəhrəmanların  hisslərilə  yaşayır. Həqiqi  sənətin 

hökmü belədir! Birdən dənizin dibindən qalxan qızıl rəngli maye borudan fışqırır. 

Bayaqdan bəri təşviş və sükut içində dayanmış qəhrəmanlar gülümsəyir. Geoloq Ağaqurban əlini 

aylardan bəri intizarında yaşadığı mayeyə bulayaraq, qarşısında dayanmış dostunun üzünə sürtür. 

Dostlar riqqət və sevinclə gülümsəyərək bir-birini qucaqlayıb öpür. 

Tamaşaçı  da  biixtiyar  gülümsəyir.  Tamaşaçının  qəlbində  insanın  ən  xoşbəxt  dəqiqələrdə 

keçirdiyi  həyəcanlı  duyğular  baş  qaldırır.  Bu,  bütün  insanların  ürəyini  görünməz  tellərlə  bir-

birinə bağlayan qüdrətli bir hissdir. 

Bu,  insanın  nəcib  mənəviyyatından doğan  fədakarlıq  hissidir.  Filmin  müəllifləri  bu  böyük  hissi 

son  dərəcə  parlaq  və  şairanə  bir  sənətkarlıqla  ifadə  etmişlər.  Onlar  qəhrəman  insanların  öz 

əməyindən, onun nəticəsindən duyduqları nəşəni həqiqi sənət dilinə çevirmişlər. 



İlk  kəşfıyyatın  bu  parlaq  nəticəsindən  sonra  dənizlə  insanların  mübarizəsi  qızışır.  Dalğalar 

arasında ucalan buruqların sayı sürətlə artmağa başlayır. Dənizə yeni-yeni neftçilər dəstəsi gəlir. 

Onların  arasında  dənizi  böyük  bir  məharətlə  özünə  ram  edən  qocaraan  Prokofyev,  adı  dillər 

əzbəri  olan  gənc  usta  Qurban  Abbasov,  Yusif  Kərimov,  Ayaz  Yaqubov  kimi  neftçilər  vardır, 

Buruqların  sayı  artdıqca  sanki  dalğaların  üsyankar  qəzəbi  də  artır.  Dalğalar  dənizdəki 

qəhrəmanlara sursat aparan katerləri hirslə atıb-tutaraq, daşlara çırpıb, parçalamaq istəyir. Lakin 

Əliyev,  Sadıqov  kimi  cəsur  kapitanlar  sürətlə  hərəkət  edən  bu  katerləri  sualtı  daşlar  arasından 

məharətlə  keçirib,  öz  vəzifələrini  yerinə  yetirirlər.  İnsanların  inadı,  əzmi  dalğaları  bir-birinin 

ardınca  məğlub  edir.  Adamlar  dənizin  fırtına  və  tufanları  içində  əlləşib-vuruşaraq  yeni  çənlər 

parkı yaradırlar. Nə gecənin zülməti, nə qışın qılınc kimi kəsən soyuq küləkləri onların iradəsini 

sarsıda bilmir. 

Ekranda  povestin  səhifələri  bir-bir  vərəqləndikcə,  tamaşaçıların  da  həyəcanı  artır.  İndi  dəniz 

neftçiləri estakada yaratmağa başlayırlar... 

... Dəniz kükrəyir, dalğalar estakadanın polad sütunlarına çarpılraq parçalanır. Adamların iradəsi 

isə  getdikcə  daha  möhkəm  və  sarsılmaz  olur.  Dənizin  dibinə  enmiş  «suadamı»  tam  bir 

soyuqqanlılıqla  borunu  qaynaq  edir.  Mavi  alov  suyun  içində  qığılcımlar  saçır.  «Suadamının» 

başı üzərində balıqlar oynaşır. Daha yuxarılarda isə, dalğalar vahimə ilə səslənir. 

Adamlar öz əfsanəvi əməklərilə dənizin romantikasını yaradırlar. 

Estakada dənizin ayna kimi parlayan mavi səthilə uzanıb gedir. Onun üzərində nəhəng maşınlar 

hərəkət edir. Burada hətta gediş-gəlişin intizamına nəzarət etmək üçün dayanmış ağ əlcəkli milis 

nəfərinin fıti də eşidilir. 

Dəniz onunla vuruşan, onu məğlub edən adamların qarşısına yeni maneələr çıxarır. Qəflətən neft 

qarışıq qaz püskürür və suyun üzündə qorxunc yanğın başlayır. Gecənin qaranlığında rəqs edən 

minlərlə  alov  dilləri  sürətlə  qurğulara  doğru  irəliləyir.  Hər  şey...  hər  şey  təhlükə  qarşısındadır. 

İnsanlarla təbiətin vuruşunda ən qorxulu andır. 

Yanğın  yaxınlaşır.  Yanğının  qarşısını  almaq,  uzun  və  fövqəladə  insan  əməyi  nəticəsində 

yaranmış  bu  sərvəti  xilas  etmək  lazımdır.  Əgər, bu,  kinofabrikdə  düzələrək  ekrana  alınmış  bir 

şey  olsaydı,  bəlkə  də,  tamaşaçını  o  qədər  həyəcanlandırmazdı.  Lakin  tamaşaçı  bilir  ki,  bu, 

həqiqətən dənizdə baş vermiş dəhşətli bir hadisədir. Ona görə də, tamaşaçı gözünü qırpmadan, 

təşviş  və  həyəcan  içində  baxır.  Yanğınsöndürən  maşınlar,  adamlar  mütəşəkkil  bir  ordu  kimi 

yanğınla mübarizəyə girişirlər. Nə olursa-olsun, yanğın söndürülməlidir. Adamlar «düşməni» hər 

tərəfdən  su  «atəşinə»  tuturlar.  İlk  baxışda  elə  gorünür  ki,  su  zərbələri  bu  dəhşətli  alov  selinin 

qarşısını  ala  bilməyəcək!  Tamaşaçının  həyəcanı  artır.  Lakin  birdən,  nağıllardakı  odlu  gürzələr 

kimi, qaranlıqda çırpınıb qurğulara tərəf can atan alovların hücumu zəifləyir. Sanki odlu gürzələr 

bir-birinin ardınca sarsılıb dənizin qaranlıq suları içində qərq olur. 

Bu  yanğın  sahəsində  adamların  təbiətlə  mübarizəsindəki  mətanət  və  cəsurluq  coşğun  pafos  və 

yüksək  dramatizmlə  ifadə  olunmuşdur.  Operatorlar  qəflətən  baş  verən  bu  həyəcanlı  təbiət 

hadisəsindən məharətlə istifadə etmişlər... 

Buruqlar meşəsi, estakada və başqa qurğularla birlikdə bu aləmi yaradan fədakar qəhrəmanların 

öz  həyatları  da  gözəlləşir.  Dəniz  üzərində  bir  şəhər  yaranır.  Sıra  ilə  tikilmiş  iki  mərtəbəli  ağ 

evlərin  pəncərələrinə  qoyulmuş  güllərə  balaca  qızlar  su  çiləyir.  Cavan  fəhlələr,  mühəndis  və 

texniklər  geniş,  işıqlı  otaqlarda  işdən  sonra  şahmat oynayır,  radioqəbuledici  cihaza  qulaq  asır, 

mütaliə və söhbət edirlər. Hər tərəfdə, hər kəsdə bir fərəh, sevinc və gümrahlıq hiss edirsən. Bu 

zəhmət adamlarının, dənizi məğlub edən bu təvazökar qəhrəmanların həyatında hər şey mənalı, 

gözəl və cazibədardır. Onların hər birinin qarşısında böyük və uğurlu bir gələcək var. 

«Neft daşları» üzərinə ilk kəşfiyyatçılar dəstəsinin çıxdığı vaxtla indini müqayisə etdikdə, adama 

elə gəlir ki, aradan otuz-qırx  il qədər uzun  bir zaman keçmişdir. Halbuki, dəniz üzərindəki  bu 

fərəhli,  coşğun  həyat  cəmi  bir  neçə  ilin  ərzində  yaranmışdır.  İşimizin  sürəti  belədir.  Dəniz 

üzərində salınmış bu şəhər, estakada və buruqlar, kim bilir, gələcəkdə nə qədər artacaq, nə qədər 

böyüyəcək və burdakı həyat nə qədər gözəlləşəcəkdir. İnkişaf insanla əkiz doğulmuşdur. Bizim 

ölkədə hər bir fərd, hər bir həyat sahəsi üçün inkişaf etmək, yüksəlmək yalnız arzularda yaşayan 

bir  xəyal deyil,  həyatın,  böyük  və qüdrətli  həyatın  mütləq  bir qanunudur. Dəniz üzərindəki  bu 




şəhərin  müxtəlif  millətlərdən  ibarət sakinləri  bir  ailə üzvü kimi  səmimi qardaşlıq duyğuları  ilə 

bir-birilərinə bağlıdırlar. 

... Dənizdən qalxan Ay şəhəri işıqlandırır. Suların üzərində qızıl zolaqlar uzanır. Uzaq üfuqdə isə 

sanki gümüş tozundan  yaranmış  xəfıf  bir duman  parlayır. Estakada üzərində  gənc  bir qızla  bir 

oğlan  dayanıb  sükut  içində  dənizə  baxırlar.  Kim  bilir,  onlar  nələr  düşünürlər.  Bəlkə  gözləri 

qarşısında öz gələcəklərinin fərəhli bir mənzərəsi canlanmışdır. 

«Xəzər  neftçiləri  haqqında  dastan»ın  qəhrəmanı  əsl  insan  və  onun  yaradıcı  əməyidir.  Filmin 

müəllifləri həyatı olduğu kimi göstərərək, onun şairanə gözəlliyini bütün tipik əlamətlərilə təsvir 

etməyə müvəffəq olmuşlar. 

Filmin  sənədli  olmasına  baxmayaraq,  adamların  əhvali-ruhiyyəsi,  gərgin  dəqiqələrdə  onların 

keçirdikləri  psixoloji  hallar  bacarıqla  göstərilmişdir.  Dalğaların  hücumu  zəifləyir.  Sanki  odlu 

gürzələr bir-birinin ardınca sarsılıb dənizin qaranlıq suları içində qərq olur. 

Bu  yanğın  sahəsində  adamların  təbiətlə  mübarizəsindəki  mətanət  və  cəsurluq  coşğun  pafos  və 

yüksək  dramatizmlə  ifadə  olunmuşdur.  Operatorlar  qəflətən  baş  verən  bu  həyəcanlı  təbiət 

hadisəsindən məharətlə istifadə etmişlər... 

Buruqlar meşəsi, estakada və başqa qurğularla birlikdə bu aləmi yaradan fədakar qəhrəmanların 

öz  həyatları  da  gözəlləşir.  Dəniz  üzərində  bir  şəhər  yaranır.  Sıra  ilə  tikilmiş  ikimərtəbəli  ağ 

evlərin  pəncərələrinə  qoyulmuş  güllərə  balaca  qızlar  su  çiləyir.  Cavan  fəhlələr,  mühəndis  və 

texniklər  geniş,  işıqlı  otaqlarda  işdən  sonra  şahmat oynayır,  radioqəbuledici  cihaza  qulaq  asır, 

mütaliə və söhbət edirlər. Hər tərəfdə, hər kəsdə bir fərəh, sevinc və gümrahlıq hiss edirsən. Bu 

zəhmət adamlarının, dənizi məğlub edən bu təvazökar qəhrəmanların həyatında hər şey mənalı, 

gözəl və cazibədardır. Onların hər birinin qarşısında böyük və uğurlu bir gələcək var. 

«Neft daşları» üzərinə ilk kəşfiyyatçılar dəstəsinin çıxdığı vaxtla indini müqayisə etdikdə, adama 

elə gəlir ki, aradan otuz-qırx  il qədər uzun  bir zaman keçmişdir. Halbuki, dəniz üzərindəki  bu 

fərəhli,  coş-ğun  həyat  cəmi  bir  neçə  ilin  ərzində  yaranmışdır.  İşimizin  sürəti  belədir.  Dəniz 

üzərində salınmış bu şəhər, estakada və buruqlar, kim bilir, gələcəkdə nə qədər artacaq, nə qədər 

böyüyəcək və burdakı həyat nə qədər gözəlləşəcəkdir. İnkişaf insanla əkiz doğulmuşdur. Bizim 

ölkədə hər bir fərd, hər bir həyat sahəsi üçün inkişaf etmək, yüksəlmək yalnız arzularda yaşayan 

bir  xəyal deyil,  həyatın,  böyük  və qüdrətli  həyatın  mütləq  bir qanunudur. Dəniz üzərindəki  bu 

şəhərin  müxtəlif  millətlərdən  ibarət sakinləri  bir  ailə üzvü kimi  səmimi qardaşlıq duyğuları  ilə 

bir-birilərinə bağlıdırlar. 

... Dənizdən qalxan ay şəhəri işıqlandırır. Suların üzərində qızıl zolaqlar uzanır. Uzaq üfüqdə isə 

sanki gümüş tozundan  yaranmış  xəfıf  bir duman  parlayır. Estakada üzərində gənc  bir qızla  bir 

oğlan  dayanıb  sükut  içində  dənizə  baxırlar.  Kim  bilir,  onlar  nələr  düşünürlər.  Bəlkə,  gözləri 

qarşısında öz gələcəklərinin fərəhli bir mənzərəsi canlanmışdır. 

«Xəzər  neflçiləri  haqqında  dastan»ın  qəhrəmanı  əsl  insan  və  onun  yaradıcı  əməyidir.  Filmin 

müəllifləri həyatı olduğu kimi göstərərək, onun şairanə gözəlliyini bütün tipik əlamətlərilə təsvir 

etməyə müvəffəq olmuşlar. 

Filmin  sənədli  olmasına  baxmayaraq,  adamların  əhvali-ruhiyyəsi,  gərgin  dəqiqələrdə  onların 

keçirdikləri  psixoloji  hallar  bacarıqla  göstərilmişdir.  İstər  ssenarinin  müəüifləri  və  istərsə  də 

operatorlar  neftçilərin  heyatını,  bu  həyatın  spesifık  xüsusiyyətlərini  bütün  detallarına  qədər 

ətraflı və dərindən öyrənmişlər. Yalnız öyrənmək deyil, duyub hiss etmişlər. Ona görə də, fılmdə 

hər şey təbii və emosional bir təsir bağışlayır. İnsanların yaxşı keyfıyyətləri dərhal nəzərə çarpır, 

Onların əməyindəki gözəllik tamaşaçını fərəhləndirir. 

Filmdə  hər  bir  epizod,  hər  bir  təsvir  olduqca  aydındır  və  povestin  ümumi  ahənginə  uyğundur. 

Hər bir detal, hər  bir  hərəkət  müəyyən  bir  fıkri  ifadə edir. Effekt xatirinə  gəlişi gözəl  verilmiş 

kiçik bir ştrixə belə rast gəlinmir. Hər bir şey yerindədir. Hadisələr uzun zaman adamın gozləri 

qarşısından getmir. Bu isə heç şübhəsiz, əsərin bədii üstünlüyünü göstərir. 

Bakı kinostudiyasının  məhsulu olan  «Xəzər  neftçiləri  haqqında dastan»  fılmi  Azərbaycan kino 

sənətinin  qələbəsidir.  Filmin  kadrlarını  istedadlı  bəstəkar  Qara  Qarayevin  gözəl  musiqisi 

müşayiət edir. Bu  musiqi  hadisələrin  bədii təsir gücünü  xeyli artırır, tamaşaçıda  yüksək  hisslər 

doğurur, insanların işindəki mənanı tərənnüm edir. Filmin axırlarında dalğalar arasında yaranmış 




gənc  şəhərdə  keçirilən  1  May  şənliyi  göstərilir.  Nümayişə  çıxan  dəniz  neftçilərinin  şən  üzləri 

tamaşaçının  qəlbində  yüksələn  fərəh  və  iftixar  hisslərini  tamamlayır.  Gözlərinin  qarşısından 



gəlib-keçən qəhrəmanlara baxır və ürəyində deyirsən: «Sizin həyatınız ən böyük tərifə layiqdir!» 

«Ədəbiyyat və incdsənət» qəzeti, 1 yanvar 1954-cü il.  

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

Yüklə 48,94 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə