Dan ulduzunu görməyən



Yüklə 13,56 Kb.
tarix19.10.2018
ölçüsü13,56 Kb.
#75262
növüYazı

Dan ulduzunu görməyən

Öldü getdi, öldü yazıq,

Dan ulduzunu görməmiş.

Qızıl gülləyə tuş oldu

Qızıl gülləri dərməmiş.

Karvanqıran göz elədi

Karvanqırana allandı.

Yoruldu, bezdi azmaqdan,

Gedər-gəlməzə yollandı.

Gedər-gəlməzin yolları

Qızarmış üfüq kimidi.

Qızılı toz dirəkləri

Qan içmiş şəfəq kimidi.

Gedər-gəlməzin yolları

Yekə palıdlarla dolu.

Yolun üstündə göy üzü

Qara buludlarla dolu.

Göyə baxın, göyə baxın,

Yoxsa, vallah, şimşək çaxmaz.

Vallah, biz göyə baxmasaq,



Tanrı üzümüzə baxmaz...
Astanbəyli M. Dan ulduzunu görməyən : şeir // Ulduz. - 1991. - № 1. – S. 30.
Yüklə 13,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə