Daşinmaz əmlakin icbari siğortasi üZRƏ yaddaş VƏRƏQƏSİ Daşınmaz əmlakın icbari sığortası



Yüklə 22,3 Kb.
Pdf görüntüsü
tarix21.10.2017
ölçüsü22,3 Kb.
#6230


DAŞINMAZ ƏMLAKIN İCBARİ SIĞORTASI ÜZRƏ 

YADDAŞ  VƏRƏQƏSİ 

 

 

          Daşınmaz  əmlakın  icbari  sığortası  daşınmaz  əmlakın  yanğın  və  ya  digər  hadisələr  nəticəsində 



zədələnməsi,  məhv  olması,  yaxud  hər  hansı  formada  itkisi  ilə  bağlı  dəyən  zərərin  əvəzinin  ödənilməsini 

nəzərdə tutur.   



 

Sığortalının (sığorta olunanın - xeyrinə icbari sığorta müqaviləsi bağlanmış şəxsin) mütləq bilməli 

olduğu məsələlər 

Hadisə baş verdikdə nə etməli? 

 

1.



 

Hadisə baş verdikdə _______ telefon nömrəsi vasitəsilə sığorta şirkətinə və aidiyyəti üzrə müvafiq dövlət 

orqanlarına dərhal məlumat verin. 

2.

 



Daşınmaz əmlakın sonrakı itkilərinin qarşısının alınması üçün bütün zəruri tədbirləri görün.  

3.

 



Zərər  dəymiş  əmlakı  sığorta  şirkəti  ona  baxış  keçirənədək  hadisədən  dərhal  sonrakı  vəziyyətdə 

saxlayın (təmir və ya bərpa etdirməyin).  

4.

 

Zərər  dəymiş  daşınmaz  əmlaka  baxış  keçirilməsi  üçün  sığorta  şirkətinin  nümayəndələrinə  şərait 



yaradın, tələb olunan məlumat və sənədləri onlara verin.  

Aşağıdakı hallarda zərər dəymiş əmlakın hadisədən dərhal sonrakı vəziyyətdə təqdim edilməməsi mümkündür: 

 

-

 



zərərin  qarşısının  alınması  və  həcminin  azaldılması,  hadisəsinin  nəticələrinin  aradan  qaldırılması 

yaxud digər fəsadlara səbəb olmaması, əmlakın sonrakı itkilərinə təhlükə ehtimalı olduğu halda onun 

nəzarətsiz halda qalmaması üçün  zəruri tədbirlər görüldükdə; 

-

 



sığorta  hadisəsi  barədə  məlumatlandırıldıqdan  5  gün  müddətində  sığorta  şirkətinin  nümayəndəsi 

zərər dəymiş əmlaka baxış keçirmədikdə; 

-

 



digər  hallarda  zərər  dəymiş  əmlakın  hadisədən  dərhal  sonrakı  vəziyyətdə  saxlanmamasına  sığorta 

şirkətinin yazılı razılığı olduqda. 

 

5.



 

Sığorta şirkətinin nümayəndəsinin təlimatlarına riayət edin. 

6.

 

Hadisə barədə şifahi məlumatın verildiyi vaxtdan 3 iş günü ərzində yazılı sığorta tələbinin formasını sığorta 



şirkətindən tələb edin və onu dolduraraq dərhal sığorta şirkətinə təqdim edin.  

 

Sığorta ödənişinin verilməsindən imtinanın əsasları 

 

     Aşağıdakı hallarda sığorta ödənişi verilmir: 

 

1.

 



Hadisə və ya hal hərbi əməliyyatlar, terrorçuluq, kütləvi iğtişaşlar, nüvə partlayışı, radioaktiv çirklənmə ilə 

bağlı olduqda;  

2.

 

Sığorta  tələbi  üçüncü  şəxsin  pul,  qiymətli  kağızlar,  qiymətli  metallar  və  qiymətli  daşlar,  sənət  əsərləri,  o 



cümlədən  rəsm  əsərləri,  qravüralar,  heykəllər,  həmçinin  modellər,  plan  və  eskizlər,  ixtira  patentləri, 

sənədlər, kitablar və yazılar şəklində olan əmlakına dəymiş zərərlə bağlı olduqda;  

3.

 

Sığorta tələbi mənəvi zərərlə və ya gəlir itkisi ilə bağlı olduqda;  



4.

 

Sığorta tələbi sığortalının və ya sığorta olunanın cərimə, dəbbə pulu, peniya ödəməsi üzrə əmlak mənafeləri 



ilə bağlı olduqda;  

5.

 



Baş vermiş hadisə icbari sığorta qanunlarına görə sığorta hadisəsi hesab edilmədikdə

 Əmlakın aşağıdakı hallar nəticəsində zədələnməsi, məhv olması, yaxud hər hansı digər formada itkisi sığorta 

hadisəsi hesab olunmur: 


-  qanunvericilikdə  nəzərdə  tutulmuş  məsuliyyəti  istisna  edən  hallardan  başqa,  sığortalının,  faydalanan 

şəxsin və ya onların rəhbər işçilərinin hadisənin baş verməsinə yönəldilmiş qəsdən etdiyi hərəkətlər;  

-  sığortalanmış  əmlaka  təmir,  emal  və  ya  digər  istehsalat  məqsədləri  üçün  tətbiq  olunan  istehsal 

alovunun,  yaxud  istiliyin  təsiri  nəticəsində,  eyni  zamanda  yanğın  baş  verməmişdirsə,  belə  əmlaka 

zərərin dəyməsi;  

- hadisə zamanı və ya hadisədən sonra əmlakın hər hansı hissəsinin oğurlanması; 

- qrunt sularının səviyyəsinin dəyişməsi

- suyun borulardan və ya rezervuardan şaxta vurma, aşınma, yeyilmə, tədricən xarab olma, boruların və 

rezervuarların təmiri, köçürülməsi və ya tutumunun artırılması nəticəsində axması.  

 

6.



 

Hadisə  barədə  məlumat  vermə  ilə  bağlı  qanunvericiliyin  tələbinə  əməl  edilməməsi  (gec  məlumat  vermə, 

lazımi qaydada  məlumat  verməmə)  nəticəsində sığorta şirkəti hadisənin sığorta hadisəsi olub-olmamasını 

müəyyənləşdirmək imkanından məhrum olduqda

7.

 

məsuliyyəti  istisna  edən  hallardan  başqa,  sığortalı  (sığorta  olunan)  sığorta  hadisəsi  ilə  birbaşa  səbəb 



əlaqəsində olan qəsdən cinayət törətdikdə; 

8.

 



sığortalının  sığortalanmış  əmlaka  dəyən  zərərin  qarşısını  almaq  və  ya  həcmini  azaltmaq  üçün  lazımi  və 

mümkün tədbirləri görmək iqtidarında olduğu halda, həmin tədbirləri qəsdən görmədikdə; bu zaman sığorta 

ödənişindən  o  həcmdə  imtina  edilə  bilər  ki,  sığortalı  mümkün  tədbirləri  görmüş  olsaydı,  zərərin  miqdarı 

həmin həcmdə azalmış olardı; 

9.

 

Zərər  dəymiş  əmlakın  sığorta  şirkətinə  təqdim  edilməsi  ilə  bağlı  qanunvericilikdə  nəzərdə  tutulmuş 



tələblərə  riayət  edilməməsi  və  ya  qanunvericiliklə  müəyyən  edilmiş  hallar  nəzərə  alınmaqla,  sığorta 

predmeti və (və ya) sığorta hadisəsi barəsində sığortalının sığorta şirkətinə qəsdən yanlış məlumat verməsi 

nəticəsində sığorta şirkəti sığorta riskini qiymətləndirmək, həmçinin sığorta hadisəsinin səbəblərini və (və 

ya) dəyən zərərin həcmini müəyyənləşdirmək imkanından tam və ya qismən məhrum olduqda

10.

 

Sığorta  ödənişi  verilməli  olan  şəxs  zərərin  əvəzini  tam  olaraq  zərər  dəyməsində  təqsirli  olan  şəxsdən 



aldıqda;  zərərvuran  zərərin  əvəzini  qismən  ödəmiş  olduqda  sığorta  ödənişindən  ödənilmiş  məbləğ 

həcmində imtina edilir. 



 

Qeyd:  Sığorta  ödənişi  yalnız  “İcbari  sığortalar  haqqında”  Qanunda  və  bu  Qanun  əsasında 

rəsmiləşdirilmiş  “Daşınmaz  əmlakın  icbari  sığorta  şəhadətnaməsi”ndə  müəyyən  olunmuş  sığorta 

hadisələri nəticəsində dəyən zərərlər üzrə həyata keçirilir.  

 

 

Yüklə 22,3 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə