David m sargent İyun 2014



Yüklə 121,56 Kb.
tarix20.09.2017
ölçüsü121,56 Kb.
#781
növüXülasə



BMTİP

Böyük Qafqaz regionunda zəif dağ icmaları tərəfindən su və daşqınlar üzrə idarəetməyə iqlim dəyişikliyi risklərinin daxil edilməsi

Baş Hidrologiya Ekspertinin birinci hesabatı (Nəticə/Məhsul 1)

Hidroloji modelləşdirməyə yardım üçün məlumatların toplanması barədə hesabat



David M Sargent

İyun 2014

Xülasə


Giriş

Bu hesabat Baş Beynəlxalq Hidroloqun bu layihədə hidroloji məlumat topluları ilə əlaqədar layihədə daha əvvəl görülən işi gözdən keçirmək və bunun layihənin hidroloji modelləşdirmə komponentlərini möhkəmləndirmək üçün uyğunluğu barədə 1-ci Nəticə/Məhsuludur.

Bu hesabat 15-24 may 2014-cü il tarixlərində Azərbaycana etdiyi səfərin ardınca David Sargent tərəfindən hazırlanmışdır.

Bu hesabat:



  • Layihəyə daxil olan əvvəlki hidroloji məlumatları ümumiləşdirir;

  • Hazırda əlçatımlı olan hidroloji məlumatları ümumiləşdirir;

  • Birinci pilot sutoplayıcı hövzə (Türyançay) üçün hidroloji məlumatları nəzərdən keçirir;

  • Bu məlumatlarla bağlı məhdudiyyətləri təsvir edir; və

  • Cari məlumatların layihənin hidroloji modelləşdirmə komponentləri üçün yararlılığını nəzərdən keçirir.

Əvvəlki hesabatlara baxış

Hazırda layihə ərazisində işlək vəziyyətdə olan 16 hidroloji məntəqə və 10 hidrometeoroloji/meteoroloji stansiya var. Bu məntəqələrlə və onlardan alınan məlumatlarla bağlı əsas məqamlar aşağıdakılardır:



  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən hidrometeoroloji müşahidələr aparılır;




  • Hidroloji məntəqələrin ən köhnəsi 1934-cü ildə, ən sonuncusu isə 1972-ci ildən yaradılmağa başlamışdır.




  • Layihə ərazisindəki çayların yataqlarının çox dinamik və hərəkətli olması ilə əlaqədar olaraq, mövcud hidroloji stansiyaların heç biri sabit hidroloji nəzarətə malik deyil və buna görə də bu məntəqələr üçün səviyyə-sərf və ya sərf əyrisi yaratmaq mümkün deyil. Nəticədə bu məntəqələr su səviyyəsinin fasiləsiz monitorinqini aparmır, yalnız sərfin birbaşa ölçülməsinə əsaslanır.

Sərf ölçmələri ənənəvi axın ölçmə yolu ilə zəif avadanlıqla ildə orta hesabla 60 dəfə aparılır. Avadanlıqların pis vəziyyətdə olması ilə əlaqədar bu ölçmələrin keyfiyyəti sual altındadır. Bu məlumatların interpolyasiyasının ortaya çıxardığı günlük orta axınlar isə son dərəcə mübahisəlidir.



  • Buna görə də, axın məlumatlarının dəqiqliyinin aşağı olacağı gözlənilir və bu səbəbdən bu məlumatlar ehtiyatla istifadə edilməlidir.

  • 7 hidrometeoroloji stansiyada 3 saatdan bir hava temperaturu, torpaq temperaturu, atmosfer təzyiqi, küləyin sürəti və istiqaməti və digər parametrlər oxunur, gündə 2 dəfə isə (8.00 və 20.00) yağıntı oxunur; 3 meteoroloji stansiya yalnız yağıntı və hava temperaturunu ölçür

Məlumatların hazırkı əlçatımlılığı

2013-cü ilin sonlarındakı səfərdən bəri, layihə üç pilot sutoplayıcı hövzədəki məntəqələr üçün elektron formada aşağıdakı məlumatları qəbul etmişdir.



  • Aşağıdakı məntəqələr üçün 1996-cı ilin yanvar ayından 2009-cu ilin dekabr ayınadək (ildə 1 fayl) hesablanan gündəlik axınlar;

  • Gündəlik meteoroloji məlumatlar (yağıntı, qar (hava temperaturu (orta, maksimum, minimum), torpağın temperaturu (orta, maksimum, minimum), nisbi rütubət, külək)

  • Aylıq yağıntı.

Bu məlumatların mövcud olduğu məntəqələrin siyahısı hesabatın əsas hissəsində öz əksini tapır.

Üç pilot sutoplayıcı hövzə baxımından, 2001-2010-cu illər ərzində - 10 il üzrə gündəlik yağıntı və axın məlumatları, daha uzunmüddətli aylıq yağıntı məlumatları (Kişçay hövzəsi üzrə yoxdur) mövcuddur.

2014-cü ilin mayın 23-də komanda iclasında müzakirə edildiyi kimi, BMTİP MHD-dən daha uzunmüddətli gündəlik məlumatları əldə etməyə səy göstərəcək.

Türyançay və Talaçay hövzələri üzrə məlumatlar su ehtiyatlarının modelləşdirilməsi üçün kifayət edə bilər, lakin daşqınların modelləşdirilməsi üçün vacib olan yarım-günlük (və ya daha qısa) yağıntı və axın məlumatları yoxdur. Bu, cari hesabatın 7-ci bölməsində və mənim Nəticə/Məhsul 2 Hesabatımda daha ətraflı müzakirə edilir.

Məlumatlara ilkin baxış

Mövcud məlumatlara baxış yalnız Türyançay hövzəsini əhatə etmişdir. Nəticədə aşağıdakılar müəyyən edilmişdir:



  • Pilot hövzədəki 3 axın ölçmə məntəqəsində axın məlumatları etibarlı deyil və su ehtiyatlarının modelləşdirilməsində kalibrasiya üçün yararlıq deyil;

  • üzrə gündəlik yağıntı məlumatları (2001-2010) su ehtiyatlarının modelləşdirilməsi üçün yararlıdır, lakin dağlardakı yağıntını əks etdirmir.

  • Ortaq ayların 30%-də ayrıca götürülmüş daha uzunmüddəli aylıq yağıntı məlumatları (1962-2010) ilə gündəlik yağıntı məlumatlarının hesablanmış aylıq cəmi arasında uyğunsuzluqlar var. Bu, aradan götürülsə, alıq məlumatlar hidroloji modelləşdirmənin genişləndirilməsində istifadə edilə bilər.

Daha uzunmüddətli tendensiya

Qəbələdə yağıntının uzunmüddətli tendensiyasının 1990-cı illərdən başlayaraq əsasən dəyişməməsi müəyyən edilib. 1962-1974-cü illər arasındakı dövr yağıntının azalması ilə müşayiət olunmuş, daha sonra isə 1982-ci ildə əvvəlki uzunmüddətli tendensiyaya qayıtmışdır. 1980-ci illərin sonlarına doğru iki çox rütubətli il olmuşdur. 1988-2012-ci illər arasında azca artan tendensiya müşahidə edilmişdir.



Mövsümi xarakteristika

Qəbələdə aylıq orta yağıntı göstəricisi yanvarda 43 mm-dən, mayda 110 mm-ə qədər dəyişir, illik orta yağıntı 944 mm-ə bərabər olur. Hər ay üzrə ildən-ilə nəzərəçarpacaq dəyişiklik olur, ən böyük dəyişkənlik yay və payız aylarında baş verir.

Qəbələdə qar əsasən Noyabr-Aprel aylarında yağır. Mövcud məlumatların aid olduğu qısa müddət üçün (1996-201) mövsümi orta göstərici 390mm, maksimum 920 mm və minimum 160mm olur. Yeni qarın səciyyəvi sıxlığı suyun 8%-nə yaxındır, bu isə 15-75mm aralığında 30mm qar suyunun ekvivalentidir, nəticədə isə bu, illik yağıntıya cəmi 3% əlavə edir.

Bu məlumatlar təqribən 4000m-ə qədər yüksələn dağlarla müqayisədə 720m-ə yaxın hündürlükdə yerləşən Qəbələyə aiddir. Aydındır ki, qar daha çox dağlarda yağır, lakin hazırda bunun miqdarını öyrənmək üçün heç bir məlumat yoxdur.



Məlumatlarınn hidroloji modelləşdirmə üçün uyğunluğu

Bu layihə üçün iki hidroloji model hazırlanmalı olacaq. Bu modellər Nəticə/Məhsul 2 hesabatında daha təfsilatlı şəkildə müzakirə ediləcək. Söhbət su ehtiyatlarının modelləşdirilməsindən və daşqınların modelləşdirilməsindən gedir.

Su ehtiyatlarının modelləşdirilməsi üçün vaxt aralığı günlük və ya aylıq ola bilər. Burada Türyançay hövzəsi üzrə məlumatlarla bağlı təqdim edilən təhlil göstərdi ki, axın məlumatları tamamilə etibarsızdır. Axının ölçülməsi şərtləri ilə bağlı çətinliklər, o cümlədən çay yataqlarının çox hərəkətli olması, axın ölçmələrinin tezliyi və günlük axınlara interpolyasiya nəzərə alındıqda, bu, gözləniləndir. Digər sutoplayıcı hövzələrdə də oxşar faktların əldə olunacağını gözləyirəm.

Beləliklə, bu məlumatlar su ehtiyatlarının qiymətləndirilməsi üçün hidroloji modelin kalibrasiyasında faydalı olmayacaq.

Mən həm də Qəbələdə aylıq yağıntı məlumatları ilə gündəlik məlumatlar əsasında hesablanan aylıq yağıntı göstəriciləri arasındakı uyğunsuzluqdan da narahatam. Bu problemin aradan qaldırılması faydalı olardı, çünki bu göstəricilər daha uzun müddət üçün aylıq hidroloji modelin hazırlanmasında istifadə edilə bilər.

Daşqınların modelləşdirilməsi üçün daha qısa vaxt aralığı tələb olunur (məs. hər saat), lakin modelin kalibrasiyası üçün yarımgünlük və ya daha qısa aralıqlı yağış və ya axın məlumatları yoxdur.

Daşqınların layihələndirilməsinə gəldikdə də, intensivlik-tezlik-müddət-sahə əlaqəliliyinin qurulmasına imkan verən məlumatlar yoxdur. Belə məlumatların olmaması layihə üçün çətinlik yaradır. İlkin olaraq, digər oxşar xüsusiyyətlərə malik iqlim regionlarının (Gürcüstan ola bilər) məlumatlarını tətbiq etmək, daha sonra isə yerli məlumatlar əldə olunduqda modelləri yeniləmək tələb olunur.

Yüksək relyeflərdə yağış və qar məlumatlarının olmaması da modellərin şərtləri təkrarlamaq qabiliyyətini məhdudlaşdırır.

Hər iki model üçün təklif olunan yanaşmada ilkin olaraq mövcud məlumatlar istifadə ediləcək, daha sonra daha təkmilləşdirilmiş məlumatlar əldə olunduqca, modellər düzəldiləcək və yenidən kalibrasiya ediləcək.

Quraşdırılacaq meteoroloji və hidroloji məntəqələrdən daha yaxşı keyfiyyətli axın məlumatları əldə olunduqca, bu layihə çərçivəsində hazırlanmış hidroloji modellərin yenilənməsi vacibdir. Hidroloji məntəqələr sabit yerlərdə su səviyyəsinin fasiləsiz ölçülməsinə əsaslanacaq və bu hündürlük-sərf əyrilərinin müəyyən olunmasına imkan verəcək.



Spesifik məlumatlarla bağlı həll olunmalı məsələlər

Burada təqdim olunan məlumatlara baxış və təhlilin nəticəsi olaraq, yerli heyət tərəfindən məlumatlarla bağlı aşağıdakı yoxlamaların aparılması tövsiyə edilir:



  • Digər pilot tədqiqat hövzələri üçün axın və yağıntı məlumatlarının təhlili (bu hesabatda Türyançayın sutoplayıcı hövzəsinə oxşar şəkildə) Milli Hidrologiya Eksperti tərəfindən həyata keçirilməlidir;

  • Pilot ərazilərdə Qəbələ və digər məntəqələrdəki aylıq yağıntı məlumatlarını gündəlik məlumatlara əsasən hesablanan aylıq ümumi göstəricilərlə yoxlamaq və onların hidroloji modelləşdirmədə yararlılığını artırmaq üçün uyğunsuzluqları aradan qaldırmağa səy göstərmək (Milli Hidrologiya Eksperti); və

  • Bütün sutoplayıcı hövzələr və yarım-hövzələr, xüsusilə Türyançay sutoplayıcı hövzəsində Dəmiraparançay CİS ilə yoxlanmalıdır (CİS mütəxəssisi).


Mündəricat



Sargent Consulting 1

Xülasə 3


Mündəricat 7

1.Giriş 9

1.1. Ümumi vəziyyət 9

1.2. Texniki tapşırıq 12

1.3 Bu hesabatın həcmi 13

2.Layihə çərçivəsində görülmüş işlərə baxış 14

2.1. Əvvəlki hesabatların siyahısı 14

2.2. Əvvəlki hesabatlara baxış 14

3.Məlumatların hazırkı əlçatımlılığı 15

4.Məlumatlara ilkin baxış 17

4.1. Gündəlik yağıntı göstəricilərinin toplam aylıq miqdarının aylıq yağıntı göstəriciləri ilə müqayisəsi 17

4.2. Təxmini gündəlik axın məlumatlarından orta aylıq axınların hesablanması 19

4.3. Orta aylıq axınların aylıq yağıntı göstəriciləri ilə müqayisəsi 22

4.4. Aylıq yağıntı və səth axımı məlumatları üçün inteqral əyrisi təhlili 24

4.5. Daha uzunmüddətli tendensiya 25

5.Mövsümi xarakteristika 27

6.Məlumatların hidroloji modelləşdirmə üçün uyğunluğu 27

7.Spesifik məlumatlarla bağlı həll olunmalı məsələlər 28



Cədvəl siyahısı


Şəkil siyahısı




1.Giriş


Bu hesabat Baş Beynəlxalq Hidroloqun bu layihədə hidroloji məlumat topluları ilə əlaqədar layihədə daha əvvəl görülən işi gözdən keçirmək və bunun layihənin hidroloji modelləşdirmə komponentlərini möhkəmləndirmək üçün uyğunluğu barədə 1-ci Nəticə/Məhsuludur.

Bu hesabat 15-24 may 2014-cü il tarixlərində Azərbaycana etdiyi səfərin ardınca David Sargent tərəfindən hazırlanmışdır.


1.1. Ümumi vəziyyət


Azərbaycan dünyanın ən ciddi su çatışmazlığı olan ölkələri sırasındadır və su ehtiyatları çatışmazlığı təqribən 5 km3-ə yaxındır. İqlim dəyişikliklərinin su ehtiyatlarına göstərdiyi əlavə təzyiq kənd yerlərinin su təchizatına ciddi təsir göstərəcəkdir. Böyük Qafqaz regionu bu baxımdan xüsusilə həssas region kimi müəyyən edilmişdir.

Su Azərbaycanın coğrafi əraziləri və mövsümlər boyunca qeyri-bərabər paylanmışdır. Ölkədə ümumilikdə yağışın azalması tendensiyasına baxmayaraq, Böyük Qafqazın dağlıq regionları rütubətli mövsümdə daha uzun subasma və qəfil daşqınlar, quru mövsümdə isə daha uzun quraqlıq dövrü keçirir. Yüksək keyfiyyətli yeraltı su ehtiyatlarının böyük hissəsi Böyük və Kiçik Qafqaz dağlarının ətəyində yerləşir və ildə 24 milyon km3 təşkil edir. Lakin hazırda ümumi ehtiyatın yalnız 20%-i istifadə edilir. Azərbaycan üzrə İkinci Milli Məlumatda qeyd edilir ki, su çatışmazlığının artması ilə əlaqədar olaraq, ölkə həm suvarma, həm də şirin su ehtiyacları üçün yeraltı suların istifadəsini artırmalı olacaq.

Layihənin məqsədi, su və daşqınlar üzrə idarəetməni təkmilləşdirməklə, Azərbaycanın Böyük Qafqaz regionundakı dağ icmalarının iqlim dəyişikliyinin doğurduğu su çatışmazlığı və daşqın təhlükələrinə qarşı zəifliyini azaltmaqdır. Bu, qanunvericilik və siyasət səviyyəsində idarəetmə bazasının təkmilləşdirilməsi, strukturla bağlı olmayan metodları tətbiq etməklə təşkilati potensialın gücləndirilməsi və icmaların su və daşqınlar üzrə idarəetmədə aktiv iştirak etmələri üçün təlimlərin keçirilməsi və onların səlahiyyətlərinin genişləndirilməsi yolu ilə həyata keçiriləcəkdir.

Azərbaycan hazırda tikinti-mühəndislik işlərində kifayət qədər təcrübəyə malikdir və buna görə də təklif olunan layihə qeyri-struktur yönümlü işlərə əsas diqqət yetirir. Bu tədbirlər əsasən institusional və idarəetmə məsələləri, həmçinin problemlər və onların potensial həll yollarının ictimaiyyət tərəfindən daha yaxşı anlaşılması, zərərçəkən icmaların birbaşa iştirakı ilə mikro-sutoplayıcı hövzə səviyyəsində idarəetmənin təkmilləşdirilməsi üçün prosesdə təşkilati və icma iştirakının yaxşılaşdırılması və pilot tədbirləri əhatə edir. Layihə su idarəetməsi üzrə siyasətləri və təcrübələri iqlim dəyişikliklərinin uzunmüddətli risklərinə və ona uyğunlaşdırmağı təklif edir. Daşqınların təsirinin azaldılması və su çatışmazlığının azaldılmasının digər aspektləri (məsələn, torpaqdan istifadə üzrə idarəetmənin təkmilləşdirilməsi və daşqınların rayonlaşdırılması) da həm hökumətin, həm də vətəndaş cəmiyyətinin həssaslaşdırılmasını tələb edir, bunlar suyun idarə edilməsində ikinci planda qalır.



Layihənin komponentləri:

    • Su və daşqınlar üzrə idarəetmə siyasətinin və hüquqi-normativ çərçivələrin iqlim dəyişikliyi risklərinə cavab verməsi;

    • Böyük Qafqaz regionunda iqlim riski üzrə idarəetmənin yaxşılaşdırılması üçün texniki imkanların təkmilləşdirilməsi; və,

    • Tətbiq edilən su və daşqınlar üzrə idarəetmə təcrübələrinin icma dayanıqlılığına istiqamətlənməsi.

Gözlənilən nəticələr:

    • Su və daşqınlar üzrə idarəetmə çərçivəsi uyğunlaşma tələblərini qarşılamaq və Böyük Qafqaz regionunun yüksək zəifliyə malik 22 067 m2-dən artıq ərazilərində iqlim riski üzrə idarəetməni təkmilləşdirmək üçün uyğunlaşdırılır

    • Əsas qurumlar su çatışmazlığı və daşqınların təsirinin azaldılması işində iqlim risklərinin idarə edilməsi üzrə qabaqcıl təcrübələrin tətbiqi üçün lazımi potensiala, texniki bacarıqlara, alətlərə və üsullara malikdir və

    • İqlim riskinin yerli şəraitə uyğunlaşdırılmış idarəetmə təcrübələrini tətbiq etməklə, icmaların daşqınlara və su çatışmazlığına qarşı davamlılığının gücləndirilməsi və Böyük Qafqaz regionunun cənub yamaclarında 22 067 m2 ərazidə 1 milyondan artıq insanın bundan faydalanması.

Şəkil 1 layihənin Azərbaycan daxilində əhatə etdiyi ərazini, Şəkil isə layihə ərazisini daha müfəssəl təqdim edir. Layihə ərazisində 3 pilot tədqiqat ərazisi müəyyən edilmişdir. Bu ərazilərdə tətbiq olunacaq və təkmilləşdiriləcək metodologiyalar daha sonra layihənin daha geniş ərazisində tətbiq ediləcək. Bunlar Şəkil -də göstərilən Türyançay, Kişçay və Talaçay çaylarının sutoplayıcı hövzələridir. BMTİP tərəfindən müəyyən edilmişdir ki, Layihə öncə Türyançay hövzəsi üçün nəticələrin əldə olunmasına köklənəcək, digər pilot hövzələr isə sonrakı illərdə təlim komponentlərinin əsas diqqət mərkəzini təşkil edəcək.

Şəkil Layihə ərazisinin yeri



d:\layihe\layihe senedleri\undp_hydro_emil_n.jpg

Şəkil Layihə ərazisi


Şəkil Pilot sutoplayıcı hövzələr


1.2. Texniki tapşırıq


Baş Beynəlxalq Hidroloq üçün texniki tapşırıq aşağıdakı kimidir:

  1. Layihədə həyata keçirilən bütün hidroloji təhlillər üzrə texniki rəhbərliyi həyata keçirmək. Buraya çoxillik məlumatlara və müşahidələrə əsasən pilot su hövzələri üçün başlanğıc hidroloji şərtlərin hazırlanması, eləcə də layihə ərazisində əsas su və daşqın idarəetməsinin yaradılmasına dəstək göstərmək daxildir.

  2. Hidroloji modelləşdirmə ilə əlaqəli olan bütün məlumat toplularının tədqiqatı, toplanması və təhlillərinə görə məsuliyyət daşımaq.

  3. Mövcud məlumatlar əsasında istifadə olunacaq müvafiq hidroloji modelləşdirmə proqramına dair məsləhət vermək və seçmək.

  4. Su hövzələri üçün hidroloji modellərin konsepsiyasının müəyyən edilməsi və hazırlanmasına görə məsuliyyət daşımaq.  Hidroloji modelləşdirmə araşdırmalarına nəzarət etmək. Buraya  daxildir: 1-ci pilot hövzə əsasında layihə ərazisi üçün seçilən hidroloji modellərin konsepsiyasının müəyyən edilməsi; model konsepsiyasının müəyyən edilməsi zamanı hansısa məlumat və\ya modelləşdirmə potensialında boşluq müəyyən edilərsə  modelin işlənib hazırlanması. Hidroloji modelləşdirmə üzrə milli ekspertlər üçün potensialın yaradılması təlim seminarları vasitəsi ilə təmin ediləcək.

  5. Baş hidravlik modelçi ilə işləmək və hidrodinamik model kalibrasiyası və həssaslıq təhlillərində töhfə vermək. Birləşdirilmiş hidravlik və hidrodinamik model sistemi ilə bağlı biliklərin milli ekspert qrupuna ötürülməsinə kömək etmək. Hidrodinamik modelin kalibrasiyası və həssaslıq təhlilləri üzrə baş hidravlik modelçi ilə birgə hesabat hazırlamaq.

  6. Daşqın hadisələrinin (2, 5, 20, 50, 75, 100, 500, 1000 illik daşqın hadisələri) modelləşdirilməsinə cavabdehlik.

  7. Daşqın zonasının müəyyən edilməsi üzrə məsləhətləşməyə töhfə vermək: daşqın zonasının müəyyən edilməsi üzrə hidroloji məlumatları müəyyən etmək və yaratmaq; daşqın zonasının müəyyən edilməsi metodologiyası üzrə hesabat; pilot su hövzələri üçün daşqın zonalaşdırılması işini yerinə yetirmək.

  8. İqlim riskinin idarə edilməsinin planlaşdırması, su ehtiyatlarının qiymətləndirilməsi və daşqından mühafizə tədbirlərinə dair milli və regional heyətə əvvəlcədən təlim keçmək (hidrologiyanı əhatə etməklə).

  9. Digər ekspertlərlə çoxnövlü təhlükələrin qiymətləndirilməsi

  10. Daşqın proqnozu model(lər)inin layihələndirilməsi və tətbiqini dəstəkləmək məqsədilə hidroloji tədqiqatlar aparmaq üçün daşqın proqnozlaşdırılması üzrə mütəxəssislə işləmək  (müvafiq sənaye standartlı proqramdan və ya sifariş olunmuş proqramdan istifadə edərək). Buraya daxil olacaq: Daşqın proqnozlaşdırılması modeli üçün hidroloji məlumatların müəyyən edilməsi və yaradılması; hidroloji model ilə daşqın proqnozlaşdırma modelini birləşdirmək; hidroloji model ilə daşqın proqnozlaşdırma modelini birləşdirilməsi üzrə sistem hazırlanmasına dair hesabat vermək..

  11. Su ehtiyatlarının (azsulu axın\su çatışmazlığı) hidroloji qiymətləndirilməsini həyata keçirmək üçün su ehtiyatları üzrə mühəndislə işləmək. Buraya daxil olacaq: Su ehtiyatlarının qiymətləndirilməsi üçün hidroloji məlumatların müəyyən edilməsi və yaradılması; layihə ərazisi üçün müvafiq quraqlıq indeksi kənd təsərrüfatı quraqlıq modelləşdirilməsini hazırlamaq; quraqlıq modelləşdirilməsini su ehtiyatı qiymətləndirilməsi ilə birləşdirmək; sistemin hazırlanmasına dair hesabat.

  12. Layihədə həyata keçirilən bütün hidroloji təhlillər üzrə texniki rəhbərliyi təmin etmək. Pilot çay hövzələri üçün seçilmiş konseptual hidroloji modelin və fiziki əsaslı hidroloji modelin (SWAT) ilkin kalibrasiyası və yoxlanması.

  13. Iqlim dəyişikliyi fondunda yeraltı və yerüstü sulardan istifadə üçün Birgə Su İdarəçiliyi Modeli (BSİ) və göstərişlərinin işlənib hazırlanması, eləcə də BSİ üzrə təlimin keçirilməsinə töhfə vermək.

  14. İnstitusional potensialın qiymətləndirilməsinə töhfə vermək

  15. Hidrometrik məlumatlar bazasının müəyyən edilməsi, əldə edilməsi və hazırlanması.

  16. Hidrometrik məlumatlar bazası üzrə təlimin keçirilməsi.

  17. Təmin ediləcək bütün hidrometeoroloji məlumat topluları üzrə aparılacaq ilkin təhlillərə (təhlillər üçün təlimatlar) dair məsləhət vermək.

  18. Modelləşdirmə proqramı və Məlumatların (DEM) alınması üzrə məsləhət vermək.

  19. BMTİP tərəfindən təyin edilən digər tapşırıqlar.

1.3 Bu hesabatın həcmi


Cari hesabat yuxarıdakı siyahının A və B bəndlərini əhatə edir.

Spesifik olaraq, bu hesabat:



  • Layihəyə daxil olan əvvəlki hidroloji məlumatları ümumiləşdirir;

  • Hazırda əlçatımlı olan hidroloji məlumatları ümumiləşdirir;

  • Birinci pilot sutoplayıcı hövzə (Türyançay) üçün hidroloji məlumatları nəzərdən keçirir;

  • Bu məlumatlarla bağlı məhdudiyyətləri təsvir edir; və

  • Cari məlumatların layihənin hidroloji modelləşdirmə komponentləri üçün yararlılığını nəzərdən keçirir.


2.Layihə çərçivəsində görülmüş işlərə baxış

2.1. Əvvəlki hesabatların siyahısı


2013-cü ildə bu layihə ilə əlaqədar hazırlanmış əvvəlki müvafiq hesabatlar aşağıdakılardır:

Beynəlxalq ekspertlər

MILTON D (2013) Baş Hidrometriya Eksperti – Baş Hidrometriya Ekspertinin birinci hesabatı

PETERSEN G (2013) Baş Su Ehtiyatları Eksperti Nəticə 1 – Məlumatlar üzrə Hesabat

FERNANDEZ J (2013) Daşqınların Modelləşdirilməsi və Erkən Xəbərdarlıq Sistemləri üzrə Baş Ekspert Nəticə 1: Azərbaycanda və tədqiq edilən ərazilərində mövcud olan daşqın proqnozlaşdırma sistemləri barədə hesabat



Milli ekspertlər

SULTANOV E (2013) Milli Hidrometriya Eksperti Layihə ərazisində mövcud olan hidrometeoroloji stansiyalar, onların vəziyyəti və məlumat toplama prosedurları barədə hesabat

MATANAT H (2013a) Milli Hidrologiya Eksperti Mövcud hidrometeoroloji məlumat toplularının ilkin təhlillərinin nəticələri barədə müfəssəl texniki hesabat

MATANAT H (2013b) Milli Hidrologiya Eksperti Qafqazın cənub yamacında su ehtiyatlarının qiymətləndirilməsi barədə hesabat (layihə çərçivəsində)



2.2. Əvvəlki hesabatlara baxış


Layihənin hidroloji komponentləri ilə bağlı məlumatların mövcudluğu ilə əlaqədar vəziyyəti müəyyən etmək üçün görülmüş işi təsdiq etmək üçün yuxarıda sadalanan hesabatlar gözdən keçirilmişdir. Bu hesabatlarda olan əlaqədar məlumatlar aşağıda ümumiləşdirilir:

Hidrometriya hesabatları layihə ərazisindəki hidroloji (axının ölçülməsi) məntəqələr və hidrometeoroloji (yağıntı, temperatur, qarın dərinliyi və digər iqlim dəyişənləri) stansiyaları sadalayır və onların avadanlıqlarını təsvir edir.

Hazırda layihə ərazisində işlək vəziyyətdə olan 16 hidroloji məntəqə və 10 hidrometeoroloji/meteoroloji stansiya var. Onların yeri Şəkil -də göstərilir.

Bu məntəqələrlə və onlardan alınan məlumatlarla bağlı əsas məqamlar aşağıdakılardır:



  • Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti tərəfindən hidrometeoroloji müşahidələr aparılır;




  • Hidroloji məntəqələrin ən köhnəsi 1934-cü ildə, ən sonuncusu isə 1972-ci ildən yaradılmağa başlamışdır.




  • Layihə ərazisindəki çayların yataqlarının çox dinamik və hərəkətli olması ilə əlaqədar olaraq, mövcud hidroloji stansiyaların heç biri sabit hidroloji nəzarətə malik deyil və buna görə də bu məntəqələr üçün səviyyə-sərf və ya sərf əyrisi yaratmaq mümkün deyil. Nəticədə bu məntəqələr su səviyyəsinin fasiləsiz monitorinqini aparmır, yalnız sərfin birbaşa ölçülməsinə əsaslanır.

Sərf ölçmələri ənənəvi axın ölçmə yolu ilə zəif avadanlıqla ildə orta hesabla 60 dəfə aparılır. Avadanlıqların pis vəziyyətdə olması ilə əlaqədar bu ölçmələrin keyfiyyəti sual altındadır. Bu məlumatların interpolyasiyasının ortaya çıxardığı günlük orta axınlar isə son dərəcə mübahisəlidir.

Buna görə də, axın məlumatlarının dəqiqliyinin aşağı olacağı gözlənilir və bu səbəbdən bu məlumatlar ehtiyatla istifadə edilməlidir.


  • 7 hidrometeoroloji stansiyada 3 saatdan bir hava temperaturu, torpaq temperaturu, atmosfer təzyiqi, küləyin sürəti və istiqaməti və digər parametrlər oxunur, gündə 2 dəfə isə (8.00 və 20.00) yağıntı oxunur; 3 meteoroloji stansiya yalnız yağıntı və hava temperaturunu ölçür.

  • 1991-ci ilə qədər olan məlumatlar orijinal sahə jurnallarının tərkibində MHD arxivlərində və 1980-cı ilə qədərki İllik Məlumat kitablarında çap şəklində saxlanılır.

  • Mətanət (2013a) orta aylıq axın məlumatlarını əhatə edir.

3.Məlumatların hazırkı əlçatımlılığı


2013-cü ilin sonlarındakı səfərdən bəri, layihə üç pilot sutoplayıcı hövzədəki məntəqələr üçün elektron formada aşağıdakı məlumatları qəbul etmişdir.

  • Aşağıdakı məntəqələr üçün 1996-cı ilin yanvar ayından 2009-cu ilin dekabr ayınadək (ildə 1 fayl) hesablanan gündəlik axınlar Cədvəl -də sadalanır:




  • Gündəlik meteoroloji məlumatlar (yağıntı, qar (hava temperaturu (orta, maksimum, minimum), torpağın temperaturu (orta, maksimum, minimum), nisbi rütubət, külək) -də sadalanır.




  • Aylıq yağış göstəriciləri -də sadalanır.

Cədvəl Mövcud təqribi gündəlik axın

Sutoplayıcı hövzə

Məntəqə

Sutoplayıcı hövzənin ərazisi
km2

Türyançay çayı

Qabala (Damiraparançay)

Qabala (Qaraçay)
Tikanlıçay – Tikanlı

126
352
120


Kişçay çayı

Çuxadurmaz – Mənsəb
Damarçıq – Mənsəb
Qaynar – Mənsəb


35
35
18


Talaçay

Zaqatala

136

Balakənçay

Balakən

146

Əlicançay

Qayabaşı

708

Kürmükçay

Ilisu

166

Əyriçay

Baş daşağıl

Mənsəb


92

1810


Tikançay

Tikan

120

Axoxçay

Xanagah

66.4

Girdimançay

Qaranohur

352

QEYD: Yağlı hərflərlə verilən sutoplayıcı hövzələr Pilot ərazilərdə yerləşir

Cədvəl Gündəlik meteoroloji məlumatlar

Sutoplayıcı hövzə

Stansiya

Qeydalma müddəti

Türyançay

Qəbələ

2001-2010

Kişçay

Şəki

2001-2010

Talaçay

Zaqatala

2001-2010

Balakənçay

n/a

-

Əlicançay

Oğuz

2002-2010

Kurmuçay

n/a

-

Əyriçay

n/a

-

Tikançay

n/a

-

Axoxçay

İsmayıllı

2001-2010

Girdimançay

Şamaxı

2001-2010

QEYD: Yağlı hərflərlə verilən sutoplayıcı hövzələr Pilot ərazilərdə yerləşir

Cədvəl Aylıq yağıntı məlumatları

Sutoplayıcı hövzə

Stansiya

Qeydalma müddəti

Türyançay

Qabala

1962-2012 (2010 yoxdur)

Kişçay

n/a

-

Talaçay

Zaqatala

1962-2012 (2010 yoxdur)

Balakənçay

n/a

-

Əlicançay

Oguz

1961-2012 (2010 yoxdur)

Kurmuçay

n/a

-

Əyriçay

n/a

-

Tikançay

n/a

-

Axoxçay

Ismayilli

1983 (1990 (bir hissə), 1991 and 2010 yoxdur)

Girdimançay

n/a

-

QEYD: Yağlı hərflərlə verilən sutoplayıcı hövzələr Pilot ərazilərdə yerləşir

Üç pilot sutoplayıcı hövzə baxımından, 2001-2010-cu illər ərzində - 10 il üzrə gündəlik yağıntı və axın məlumatları, daha uzunmüddətli aylıq yağıntı məlumatları (Kişçay hövzəsi üzrə yoxdur) mövcuddur.

2014-cü ilin mayın 23-də komanda iclasında müzakirə edildiyi kimi, BMTİP MHD-dən daha uzunmüddətli gündəlik məlumatları əldə etməyə səy göstərəcək.

Türyançay və Talaçay hövzələri üzrə məlumatlar su ehtiyatlarının modelləşdirilməsi üçün kifayət edə bilər, lakin daşqınların modelləşdirilməsi üçün vacib olan yarım-günlük (və ya daha qısa) yağıntı və axın məlumatları yoxdur. Bu, cari hesabatın 7-ci bölməsində və mənim Nəticə/Məhsul 2 Hesabatımda daha ətraflı müzakirə edilir.

4.Məlumatlara ilkin baxış


Məlumatlara ilkin baxış əsas diqqəti Türyançayın sutoplayıcısı hövzəsi üzrə məlumatlara yetirir. Çünki bu hövzə birinci pilot ərazi tədqiqatının diqqət mərkəzini təşkil edir.

Türyançay sutoplayıcı hövzəsi üzrə məlumatlar üzərində aşağıdakı təhlillər aparıldı:



  • Gündəlik yağıntı göstəricilərinin toplam aylıq miqdarının aylıq yağıntı göstəriciləri ilə müqayisəsi;

  • Gündəlik axın məlumatları əsasında orta aylıq axın göstəricilərinin hesablanması;

  • Orta aylıq axın göstəricilərinin aylıq yağıntı göstəriciləri ilə müqayisəsi; və

  • Aylıq yağıntı və axın məlumatları üçün inteqral əyrisi təhlili.

Bu təhlilin nəticələri aşağıdakı abzaslarda təqdim edilir.

4.1. Gündəlik yağıntı göstəricilərinin toplam aylıq miqdarının aylıq yağıntı göstəriciləri ilə müqayisəsi


Şəkil aylıq yağıntının miqdarını (yağıntı.xls faylında verilən göstərici) və meteoroloji məlumatlarda göstərilən gündəlik yağıntı miqdarlarının hesablanmış aylıq cəmini (hər iki göstərici Qəbələ üzrədir) göstərir. Aydındır ki, bu iki göstərici bərabər olmalıdır. Lakin eyni məlumat toplularının nəzərdən keçirildiyi 100 aydan 31-də bu göstəricilər arasındakı fərrq yuvarlaqlaşdırma xətasından çoxdur (+/- 1mm). Bu, hər iki məlumat toplusunun nöqtəli diaqramının göstərildiyi Şəkil -də daha aydın göstərilir. Göstəricilər 1:1 xəttində yerləşdikdə bərabərdirlər. Yuxarıda qeyd edildiyi kimi, bu göstəricilərin 70%-i +/- 1mm çərçivəsində uyğun gəldiyi halda, 85%-i +/- 5mm çərçivəsində uyğun gəlir.

Bu, yağıntı məlumatlarının etibarlılığına müəyyən qədər şübhə yaradır: aylıq cəm göstəricilərdə riyazi səhvlər olduğuna görə, təhlildə gündəlik yağıntı məlumatlarına üstünlük veriləcək.



Şəkil Qəbələdə 2001-2010-cu illərdə aylıq yağıntı



Şəkil Qəbələdə yağıntının nöqtəli diaqramı

Məlumat toplularının hər ikisi qar yağıntısını nəzərə almayan yağış məlumatlarıdır; qar gündəlik əsasda qeydə alınır və bunun qar dərinliyi olduğu güman edilir.

4.2. Təxmini gündəlik axın məlumatlarından orta aylıq axınların hesablanması


Türyançay sutoplayıcı hövzəsində məlumatların olduğu üç hidroloji məntəqə var: Qaraçay, Dəmiraparançay (1996-2010) və Tikanlıçayda (2000-2010). Bu məntəqələrin yerləri Şəkil -da göstərilir.

Şəkil Türyançayın sutoplayıcı hövzəsində hidroloji və yağıntı məntəqələrinin yerləri

Aylıq axınlar gündəlik axın qeydləri əsasında hesablanmışdır. Bu məntəqələr üçün ortaq qeydəalma müddəti (2000-2010) üzrə aylıq orta axınlar -də sxemləşdirilir: bu, onu göstərir ki, Dəmiraparançay və Tikanlıçayda aylıq orta axınlar bir-birinə yaxındır, lakin hər ikisində göstərici Qaraçaydan xeyli yüksəkdir.

Google Earth vasitəsilə baxış zamanı müəyyən olundu ki, Qəbələ yaxınlığındakı iki məntəqə arasında cəmi 4km məsafə var və bu məntəqələr üzrə sutoplayıcı hövzənin təqribi sahəsi müvafiq olaraq 130km2 və 160km2-dir (məntəqələrin qeydlərində 352km2 və 126km2 göstərilir). Eynilə, Google Earth-ə əsasən, Tikanlıçayda sutoplayıcı hövzənin təqribi ərazisi 140km2-dir (qeydlərdə isə 120km2 göstərilir).

Görünür, Qaraçaydakı məntəqənin sutoplayıcı hövzəsi ilə bağlı məlumatda xəta var. Təhlil göstərir ki, düzgün rəqəm 352km2 deyil, 130 km2-dir.

Şəkil Türyançayın məntəqələrində orta aylıq axınlar




Qarançay




Damiparanaçay



Şəkil Qəbələ yaxınlığında Türyançayın hidroloji məntəqələrinin əhatə etdiyi sutoplayıcı hövzələr

3 məntəqə cütlüyü arasındakı nöqtəli diaqramlar Şəkil -da verilir.





  1. Dəmiraparançayda aylıq axın – Qaraçayda aylıq axın



  1. Dəmiraparançayda aylıq axın – Tikanlıçayda aylıq axın



  1. Tikanlıçayda aylıq axın – Qaraçayda aylıq axın

Şəkil Aylıq axınların nöqtəli diaqramları

Bu nöqtəli diaqramlar hətta aylıq səviyyədə belə bu məlumatlar arasında korrelyasiyanın çox zəif olduğunu göstərir. Gündəlik səviyyədə bu, daha aydın görünər. Şəkil -da mavi xətlər 1:1 xəttini göstərir. Tikanlıçay və Dəmiraparançayda axınların orta aylıq axın səviyyələri oxşar olsa da, korrelyasiya çox zəifdir. Onlar ayrı-ayrı sutoplayıcı yarım-hövzələrdə yerləşsə də, bu dərəcədə korrelyasiyanı gözləməzdim. Daha əvvəl qeyd olunduğu kimi, Qaraçayda axınlar digər 2 məntəqədəkindən xeyli azdır, lakin daha yüksək (amma yenə də zəif) korrelyasiya səviyyəsinə malikdir.

Bu təhlil də axın məlumatlarının çox qeyri-dəqiq olması və layihə üçün məhdud dəyərə malik olması fikrini təsdiqləyir.

4.3. Orta aylıq axınların aylıq yağıntı göstəriciləri ilə müqayisəsi


Axın məlumatlarının gözlənilən dəqiqliyi barədə daha ətraflı təsəvvür qazanmaq üçün, hidroloji məntəqələrin hər biri üzrə aylıq səth axımı Qaraçayda aylıq yağıntı ilə (mövcud olduğu halda, gündəlik yağıntı göstəriciləri əsasında) müqayisə edilmişdir.

Aydındır ki, səth axımı qar əriməsi əlavə olunmasa yağışı keçə bilməz. Lakin, yağış ancaq Qəbələdədir və 720m yüksəklikdədir. Hündürlüyü 4000m-ə qədər olarn yüksək dağlarda isə yağış yoxdur. Deməli, əgər yüksək hündürlüklərdə yağış daha yuxarı olsaydı, axını artırardı.

Aylıq axın həcmləri gündəlik təqribi orta axınlar əsasında hesablanmışdır və aylıq səth axımı (mm-lə) aylıq həcmi sutoplayıcı hövzənin sahəsinə bölməklə hesablanmışdır.

Səth axımının aylıq orta göstəriciləri Qəbələdəki yağış ilə müqayisə şəklində Şəkil -da göstərilir: bu göstərir ki, hesablanmış orta axım Dəmiraparançayda bütün aylar, Tikanlıda 10 ay üzrə yağıntıdan daha yüksək olmuşdur. Qəbələdə yüksək hündürlüklərdə yağışın nisbətən yüksək olması gözlənilsə də, bu fərq böyük ola bilməz. Səth axımənın yağışı keçməsi qışda deyil, yalnız qarın əridiyi aylarda (Aprel-iyun) gözlənilər bilər, çünki qışda yağıntı dağlarda qar formasında olur.

Qaraçaydakı məntəqə üzrə səth axımı göstəriciləri çox aşağıdır, orta hesabla Qəbələyə düşən yağışın 10%-nə bərabərdir.

Bu göstəricilər bir daha onu göstərir ki, axın qeydləri qeyri-dəqiqdir. Çox güman ki, adətən Dəmiraparançay və Tikanlıda çox yüksək, Qaraçayda isə əminliklə söyləmək olar ki, çox aşağıdır.



Şəkil Orta aylıq səth axımı

zəif korrelyasiya göstərən 3 hidroloji məntəqədə aylıq səth axımı və yağışın nöqtəli diaqramını əks etdirir.

Şəkil Aylıq yağıntı-səth axımının nöqtəli diaqramı

4.4. Aylıq yağıntı və səth axımı məlumatları üçün inteqral əyrisi təhlili


Toplam aylıq yağış və aylıq səth axımının inteqral əyriləri və toplam səth axım -yağıntının ikiqat inteqral əyrisi hazırlanmışdır. Bunlar müvafiq olaraq Şəkil və Şəkil -də göstərilir. Qaraçay üçün axın dəyərləri diaqramda görünmək üçün 10 dəfə böyüdülmüşdür.

Əgər məlumatlar hərəkətsizdirsə (yəni tendensiya yoxdursa), qrafikin maililiyi zaman keçdikcə əhəmiyyətli şəkildə dəyişməməlidir. Şəkil -dən görmək olar ki, verilən müddət (1996-2010) ərzində yağıntı əyrisində çox az dəyişiklik var, yalnız 2002-ci ildən sonra kiçik artım görünür.

Tikanlıçayın qeydlərində isə iki görünən dəyişiklik dövrü var – 2000-2001-ci illər və 2008-ci il üzrə maililik bütün qalan müddətdən yüksəkdir. Həmçinin, Dəmiraparançay üzrə məlumatlarda maillikdə 2003-cü ilin sonlarından başlayaraq, aydın azalma var. Qaraçay üzrə əyri isə 2002-ci ildən sonra kiçik artım göstərir. İkiqat inteqral əyrisi də eyni xüsusiyyətləri əks etdirir.

Bu rəqəmlər göstərir ki, axının ölçmələrində yağıntıya nisbətən daha çox yerdəyişmə var, xüsusən Tikanlıda 2000-2001 və 2008-ci illərdəki ölçmələrdə böyük xətalar var.



Şəkil Yağıntı və səth axımının inteqral əyriləri



Şəkil İkiqat inteqral əyriləri (səth axımı-yağıntı)


4.5. Daha uzunmüddətli tendensiya


Şəkil Qəbələdə aylıq yağıntı sıralarından götürülən illik yağıntının diaqramıdır. Sıranı düzəltmək və daha uzunmüddətli tendensiya göstərmək üçün 10 il üzrə orta göstərilmişdir. 1962-1974-cü illər arasındakı dövr yağıntının azalması ilə müşayiət olunmuş, daha sonra isə 1982-ci ildə əvvəlki uzunmüddətli tendensiyaya qayıtmışdır. 1980-ci illərin sonlarına doğru iki çox rütubətli il olmuşdur. Təxminən 1990-cı ildən sonra orta yağıntı göstəriciləri əsasən dəyişməz qalmışdır.

Şəkil Qəbələdə illik yağıntı

Uzunmüddətli tendensiya həm də 1961-ci ildən Qəbələ üzrə aylıq yağıntıların inteqral əyrisindən (Şəkil ) və fərq-inteqral əyrisindən (Şəkil ) istifadə etməklə vizuallaşdırılır.

Şəkil Daha uzunmüddətli yağıntının inteqral əyrisi



Şəkil Daha uzunmüddətli yağıntının fərq-inteqral əyrisi

Fərq-inteqral əyrisi (Şəkil ) xüsusən 1967-1980-ci illər və 1985-1988-ci illər arasındakı qəfil dəyişiklikləri daha aydın göstərir. Əyri həm də 1988—2012-ci illər arasında azca artan tendensiyanı göstərir.

5.Mövsümi xarakteristika


Şəkil 1966-2012-ci illər üzrə Qəbələyə düşən aylıq orta yağıntını göstərir. Yağıntının 1300mm-dən yuxarı olduğu 2 ay göstərilir (1986-cı ilin fevralı və 1988-ci ilin avqustu). Lakin təhlil Şəkil –də göstərildiyi kimi, bu cür kənarlaşmalar nəzərə alınmadan təkrar olunmuşdur.

Şəkil Qəbələdə orta aylıq yağıntı

Şəkil Qəbələdə orta aylıq yağıntı (kənarlaşmalar çıxılmaqla)

Şəkil aylıq dəyişmələri daha aydın göstərir. Qəbələdə aylıq orta yağıntı göstəricisi yanvarda 43 mm-dən, mayda 110 mm-ə qədər dəyişir, illik orta yağıntı 944 mm-ə bərabər olur.

Hər ay üzrə ildən-ilə nəzərəçarpacaq dəyişiklik olur, ən böyük dəyişkənlik yay və payız aylarında baş verir.

Qəbələdə qar əsasən Noyabr-Aprel aylarında yağır. Mövcud məlumatların aid olduğu qısa müddət üçün (1996-201) mövsümi orta göstərici 390mm, maksimum 920 mm və minimum 160mm olur. Yeni qarın səciyyəvi sıxlığı suyun 8%-nə yaxındır, bu isə 15-75mm aralığında 30mm qar suyunun ekvivalentidir, nəticədə isə bu, illik yağıntıya cəmi 3% əlavə edir.

Bu məlumatlar təqribən 4000m-ə qədər yüksələn dağlarla müqayisədə 720m-ə yaxın hündürlükdə yerləşən Qəbələyə aiddir. Aydındır ki, qar daha çox dağlarda yağır, lakin hazırda bunun miqdarını öyrənmək üçün heç bir məlumat yoxdur.

6.Məlumatların hidroloji modelləşdirmə üçün uyğunluğu


Bu layihə üçün iki hidroloji model hazırlanmalı olacaq. Bu modellər Nəticə/Məhsul 2 hesabatında daha təfsilatlı şəkildə müzakirə ediləcək. Söhbət su ehtiyatlarının modelləşdirilməsindən və daşqınların modelləşdirilməsindən gedir.

Su ehtiyatlarının modelləşdirilməsi üçün vaxt aralığı günlük və ya aylıq ola bilər. Burada Türyançay hövzəsi üzrə məlumatlarla bağlı təqdim edilən təhlil göstərdi ki, axın məlumatları tamamilə etibarsızdır. Axının ölçülməsi şərtləri ilə bağlı çətinliklər, o cümlədən çay yataqlarının çox hərəkətli olması, axın ölçmələrinin tezliyi və günlük axınlara interpolyasiya nəzərə alındıqda, bu, gözləniləndir. Digər sutoplayıcı hövzələrdə də oxşar faktların əldə olunacağını gözləyirəm.

Beləliklə, bu məlumatlar su ehtiyatlarının qiymətləndirilməsi üçün hidroloji modelin kalibrasiyasında faydalı olmayacaq.

Mən həm də Qəbələdə aylıq yağıntı məlumatları ilə gündəlik məlumatlar əsasında hesablanan aylıq yağıntı göstəriciləri arasındakı uyğunsuzluqdan da narahatam. Bu problemin aradan qaldırılması faydalı olardı, çünki bu göstəricilər daha uzun müddət üçün aylıq hidroloji modelin hazırlanmasında istifadə edilə bilər.

Daşqınların modelləşdirilməsi üçün daha qısa vaxt aralığı tələb olunur (məs. hər saat), lakin modelin kalibrasiyası üçün yarımgünlük və ya daha qısa aralıqlı yağış və ya axın məlumatları yoxdur.

Daşqınların layihələndirilməsinə gəldikdə də, intensivlik-tezlik-müddət-sahə əlaqəliliyinin qurulmasına imkan verən məlumatlar yoxdur. Belə məlumatların olmaması layihə üçün çətinlik yaradır. İlkin olaraq, digər oxşar xüsusiyyətlərə malik iqlim regionlarının (Gürcüstan ola bilər) məlumatlarını tətbiq etmək, daha sonra isə yerli məlumatlar əldə olunduqda modelləri yeniləmək tələb olunur.

Yüksək relyeflərdə yağış və qar məlumatlarının olmaması da modellərin şərtləri təkrarlamaq qabiliyyətini məhdudlaşdırır.

Hər iki model üçün təklif olunan yanaşmada ilkin olaraq mövcud məlumatlar istifadə ediləcək, daha sonra daha təkmilləşdirilmiş məlumatlar əldə olunduqca, modellər düzəldiləcək və yenidən kalibrasiya ediləcək.

Quraşdırılacaq meteoroloji və hidroloji məntəqələrdən daha yaxşı keyfiyyətli axın məlumatları əldə olunduqca, bu layihə çərçivəsində hazırlanmış hidroloji modellərin yenilənməsi vacibdir. Hidroloji məntəqələr sabit yerlərdə su səviyyəsinin fasiləsiz ölçülməsinə əsaslanacaq və bu hündürlük-sərf əyrilərinin müəyyən olunmasına imkan verəcək.

7.Spesifik məlumatlarla bağlı həll olunmalı məsələlər


Burada təqdim olunan məlumatlara baxış və təhlilin nəticəsi olaraq, yerli heyət tərəfindən məlumatlarla bağlı aşağıdakı yoxlamaların aparılması tövsiyə edilir:

  • Pilot ərazilərdə Qəbələ və digər məntəqələrdəki aylıq yağıntı məlumatlarını gündəlik məlumatlara əsasən hesablanan aylıq ümumi göstəricilərlə yoxlamaq və onların hidroloji modelləşdirmədə yararlılığını artırmaq üçün uyğunsuzluqları aradan qaldırmağa səy göstərmək (Hidroloq); və



  • Bütün sutoplayıcı hövzələr və yarım-hövzələr, xüsusilə Türyançay sutoplayıcı hövzəsində Dəmiraparançay CİS ilə yoxlanmalıdır (CİS mütəxəssisi).


Sargent Consulting


Sargent Consulting
ABN 74 424 370 508
11 Redwood Place
THE GAP
Queensland 4061
AUSTRALIA
t: +61 419 311160
f: +61 7 31624637
email: dmsargent@tpg.com.au

All Rights Reserved. No part of this document may be reproduced, transmitted stored in a retrieval system without the written permission of Sargent Consulting.



Intellectual Property Rights
All Rights Reserved. All methods, processes, commercial proposals and other contents described in this document are the confidential intellectual property of Sargent Consulting and may not be used or disclosed to any party without the written permission of Sargent Consulting.

Yüklə 121,56 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə