Daxili horizontal- mütləq hündürlüyə ən yaxın olan horizontaldır Xarici horizontal



Yüklə 161,91 Kb.
tarix20.01.2022
ölçüsü161,91 Kb.
#83016
Belge (7)


Horizontallar

     Plan və xəritələrdə yer səthinin relyefi müxtəlif üsularla təsvir olunur. bunlardan ən çox horizontallar, ştrxlər və rəngləmə üsullarından istifadə edilir. Göstərilən üsulların hər birinin müsbət və mənfi cəhətləri vardır.



Horizontallar üsulu. Yüksəkliyi eyni olan nöqtələrdə birləşdirən səlis əyri xəttə horizontal deyilir. Bu metodla qabarıq və çökək relyef formaları təsvir edilir. Horizontalı yer səthi ilə dəniz səviyyəsinə paralel olan müstəvinin kəsişməsi nəticəsində alınmış iz kimi də təsəvvür etmək olar. Belə müstəviyə kəsmə müstəvi deyilir. Əgər kəsmə müstəviləri bir-birindən bərabər məsafələrdə kecəcək, nəticədə bir sıra horizontallar alarıq. Bu horizontalların yüksəklikləri bir-birindən kəsmə mütəvilər arasında qalan şaquli məsafə qədər fərqlənəcək. İki qonşu kəsmə müstəvilər arasında qalan şaquli məsafəyə relyefin kəsmə yüksəkliyi deyilir. Aşağıdakı sxemdə onun elementləri qabarıq göstərilib:
Daxili horizontal- mütləq hündürlüyə ən yaxın olan horizontaldır

Xarici horizontal-dağın ətəyindəki horizontaldır

Mütləq hündürlük- dəniz səviyyəsindən ölçülür və ən üstdə yazılır. Mütləq hündürlük daxili horizontal + kəsmə yüksəklik arasında yerləşir

Nisbi yüksəklik - Mütləq hündürlük- xarici horizontal

Kəsmə yüksəklik– horizontal arası məsafəyə deyilir.

B erqştrix– horizontallara perpendikulyar çəkilir, yamacın və səth axınlarının istiqamətini bildirir.
Relyefin formasında, xəritə və yaxud planın miqyasından asılı olaraq, kəsmə yüksəkliyi müxtəlif ola bilər. Aydındır ki, kəsmə yüksəkliyinin qiyməti nə qədər təsvir olan relyef horizontallarla bir o qədər də dəqiq təsivir ediləcəkdir. lakin dərə-təpəli relyef və xırda xəritələrdə dəqiqlik itir.

Qapalı dərinliyə (çökəkliyə) çuxur deyilir. Çuxurun dibi, divarları və qıraqları olur.




Bir tərəfə alçalan uzunsov çökəkliyə dərə deyilir. Dərənin dibindəki su axını xəttinə talver deyilir.

Mailliyi cüzi olan hamar relyef formasına düzənlik deyilir. Düzənliyin yüksəkliyi 200 metrdən az olarsa, o ovalıq, 200 metr metrdən olarsa, hündür düzənlik adlanır.

Dağın döşü (yaxud dərənin yamacı və yaxud dənizin sahili) ilə uzanmış düz və ya az meylli nilləvari sahələrə terras pilə) deyilir. Çox dik enişə uçurum deyilir.

Yer səthi relyefinin formaları ayrılıqda deyil, əksəriyyətlə bir-biri ilə əlaqəli olaraq qarışıq yerləşir. Nəticədə yer səthinin relyefi düzən, dağlıq və dərə-təpəli olur.  Horizontallar vasitəsi ilə təsvir edilmiş relyefi daha asan dərk etmək üçün berqştrix adlanan çizgidən də istifadə edirlər. Uzunluğu 1-2 mm olan berqştrix horizontala perpendikulyar çəkilir. Berqştrix yamacın istiqamətini təyin edir. Belə ki, qapalı horizontalların xaricində göstərilmiş berqştrixlər təpəni, daxilindəkilər isə çuxuru təsvir edir.

Horizontala aid teslər və izahı



T est 1. Horizontallara əsasən dağın dik yamacını və kəsmə yükəkliyini müəyyən edin:

İzahı: Dağın dik yamacı horizontalların daha sıx keçirildiyi tərəfidir. Cənub-qərb hissə daha sıxdır. Kəsmə yüksəkliyi tapaq.  370 m- 340 m= 30 m. 370 m ilə 340 m arasında 3 horizontal arası hissə olduğu üçün alınan fərq 3-ə bölünür. 30:3=10 m. Şəkildən də aydın görünür ki, kəsmə yüksəklik 10 m-ə bərabərdir.

T est 2. Kəsmə yüksəkliyi 20 m olarsa, sxemdə verilmiş çökəkliyin dərinliyini müəyyən edin.

İzahı: Berqştrix daxilə doğru olduğu üçün verilən relyef forması çökəkliyi bildirir. Daxili horizontal 20 m olduğundan, digər horizontallar ardıcıl olaraq 40, 60, 80 olacaq. Xarici horizontal 80 m olduğuna görə  çökəkliyin dərinliyi 70 m olur. (80-10= 70 m)
Yüklə 161,91 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə