\\ddfalınma sözlər: Müasir Azərbaycan ədəbi dilində işlənən sözlərin bir



Yüklə 141,71 Kb.
Pdf görüntüsü
tarix30.10.2018
ölçüsü141,71 Kb.
#76518


\\DDFAlınma  sözlər:  Müasir  Azərbaycan  ədəbi  dilində  işlənən  sözlərin  bir  

qismi də dilimizə  başqa  dillərdən  gəlmişdir.  Bu  sözlər  müəyyən tarixi  faktorlar

məkan və  zaman  münasibətləri ilə əlaqədar  olaraq  müxtəlif  dillərdən  dilimizə  

keçmişdir.Belə  sözlər  öz  tarixiliyi  etibarilə  Qafqaz  dillərindən,  ərəb dilindən  

,fars  dilindən,  rus  dili  vasitəsilə  dilimizə  keçmişdir.Başqa  dildən  yalnız  sözlər  

deyil,  ifadə  və  şəkilçilər də  alına  bilir.Alınma  sözlər  bütün   dillərdə  eyni  

miqdarda  deyildir. Onların  miqdarı  bəzilərində  çox , bəzilərində  isə  az 

olur.Alınma  sözlərin  çoxluğu  nə  dilin  müstəqilliyini  inkar edir,  nə də   onun  

təsir  gücünü  azaldır. 

Sözlər  bir  dildən  başqasına  müxtəlif  şərait  və  zamanlarda,  əsasən , aşağıdakı  

yollarla  keçir. 

1)

 



Zəruri  və  məcburi  yoll: Bu  yolla  alınan  sözlərə  zəruri  və  məcburi  

alınma  sözlər  deyilir.Zəruri  və  məcburi  alınma    sözlər    öz  

növbəsində  iki  yerə ayrılır: Zəruri  alınmalar,məcburi  alınmalar. 

Başqa  dillərdən  müəyyən  təlabatla bağlı  olaraq  alınan  sözlər  zəruri  

alınmalardır.Zorakılıq  nəticəsində  alınan,  yaxud  keçən  sözlər  isə  məcburi  

alınmalardır. 

2)Ədəbi  və  danışıq  dili  vasitəsilə : Belə  sözlər  ədəbi  və  danışıq  dili  

vasitəsi ilə  alınan  sözlərdir. 

Ədəbi  dilimizdə  istər  yazılı,  istərsə də şifahi  yolla,  əsasən,  elmi,  siyasi  və s.  

terminlər,  beynəlmiləl  sözlər   alınır,  Bu,  dilin  hər  bir  dövründə  baş  verir. 

3)

 

Vasitəli  və  vasitəsiz  yolla  alınma  sözlər.Bu  yolla  alınma  sözlərə  



vasitəli  və  vasitəsiz   alınma  sözlər  deyilir 

 

Hər  bir  dil   başqa  dilin   sözlərini,  ya  birbaşa  özü,  ya da  özgə  bir  dilin  



vasitəsilə  alır.  Başqa  dilin  sözləri   bilavasitə  mənbə  dildən  alınmışsa,  bunlar  

vasitəsiz  alınma  sözlər  adlanır. 

Sözlər  bilavasitə  mənbə  dildən  yox,  başqa  bir  dilin  vasitəsilə  alınmışsa , 

bunlar  vasitəli  alınma  sözlər  hesab  edilir.Məsələn: dilimizdəki  rus  dilinə  

məxsus  olan  sözlər  vasitəsiz  alınmalardır,rus  dili  vasitəsi  ilə  dilimizə  keçən  

avropa  sözləri   isə  vasitəli  alınmalardır. 

 



Azərbaycan  dilində  alınma  sözlərin  səbəbləri 

Azərbaycan  dilinin  leksik  tərkibində  həm  qonşu,  həm  də  qonşu  olmayan  

xalqların  sözləri  vardır.  Bütün  bu  sözlər  dilimizə  təsadüfi  olaraq   deyil,  əsasən  

, aşağıdakı  səbəblər  nəticəsində  daxil  olmuşdur: 

1)Tarixən   xalqımızın  bir sıra  istilalara  məruz  qalması  nəticəsində 

2) Xalqımızın  tarix  boyu  onu  Şərqdən,  Qərbdən , Cənub  və  Şimaldan  əhatə  

edən  xalqlarla  qonşuluq  münasibətlərində  yaşaması. 

3)Azərbaycanın  coğrafi  şəraiti  hesabına 

4)Obyektiv  inkişaf  qanunları  ilə  əlaqədar  olaraq 

5)Başqa  xalqlarla  siyasi,   iqtisadi , elmi , mədəni  əlaqələr  nəticəsində  və s... 

Azərbaycan  dilindəki  alınma  sözlərin  təsnifi: 

Alınma  sözlər,  əsasən , aşağıdakı cəhətlərinə  görə  təsnif  olunur: 

1)Tarixinə görə 

2) İşlənmə  dairəsinə  görə 

3) Mənşəyinə  görə 

Alınma  sözlər  təsnif  olunarkən mənbə  dil  əsas  götürülməlidir.Azərbaycan  

dilindəki  alınma    sözləri  mənşəyinə   görə  aşağıdakı  qruplara  bölmək  olar: 

1)

 



ərəb  mənşəli  sözlər 

2)

 



fars  mənşəli  sözlər 

3)

 



rus  mənşəli  sözlər 

4)

 



avropa  mənşəli  sözlər 

5)

 



qafqaz  mənşəli  sözlər 

Dilimizdəki  alınma  sözləri  seçmək  mümkündür.Məsələn,bu   yollardan da biri  

ahəng  qanunudur.Bu  qanun  əsasında  hər hansısa  bir  sözün  bizim dilimizə  

məxsus  olub  olmamasını  aydınlaşdıra  bilərik… 

 

 

 



 

 



Ahəng  qanunu 

 

Ahəng  qanunu  iltisaqi dillərə  məxsus  bir qanundur.Flektiv  dillərdə  özünü  



göstərmir.Ahəng  qanununu  dar  mənada  yəni tək  saitləri   ahəngi  olaraq,geniş  

mənada  isə  həm  saitlərin  həm də  samitlərin  ahəngi  kimi  demək  olar. 

Burada  belə bir  cəhəti də  yada  salaq ki, Azərbaycan  dilinin  müxtəlif  şivələrində  

bu və  ya  digər  şəkildə  ahəng   qanunu  pozulmasına   baxmayaraq,ədəbi  dildə  

bu  qanun  müəyyən  dərəcədə  yaşayır  və öz  hökmünü  saxlayır.Azərbaycan  

ədəbi  dilində  ahəng qanunu  yalnız söz  köklərinə  deyil,daha  çox  sözlərə bitişən  

şəkilçilərdə  özünü  göstərir. 

Beləliklə,demək  olar ki,ahəng  qanunu  sözdəki  səslərin  

həmcinsləşmə,həmahəngləşmə  yolu ilə  uyuşmasıdır. 

Müasir  Azərbaycan  ədəbi  dilində  ahəng  qanununun  başlıca  üç  növü  vardır: 

1)Saitlərin  ahəngi 

2) Samitlərin  ahəngi 

3)Saitlərlə  samitlərin  ahəngi 

 



Saitlərin  ahəngi :Saitlərin  ahəngi  budur  ki,sözün  birinci  hecasındakı  incə  

dodaqlanmayan  saitdən  sonra,  incə  dodaqlanmayan,incə  dodaqlanan  

saitdən sonra  incə dodaqlanan ,qalın  dodaqlanmayan  saitdən  sonra  qalın  

dodaqlanmayan,qalın dodaqlanan  saitdən  sonra  qalın  dodaqlanan  sait  

gəlməlidir. 

Ahəng  qanunu  kök  və  şəkilçi  arasında da  özünü  göstərir. 

Saitlərin  ahəngi  dilə və  dodağa  görə  iki  yerə  bölünür: 

1)Dil ahəngi- dilə görə fərqlənən  saitlərin  uyuşması 

2)Dodaq  ahəngi- dodağa  görə  fərlənən  saitlərin  ahəngi 

 



Saitlərlə  samitlərin  ahəngi: Müasir  Azərbaycan  ədəbi  dilində  saitlərlə  

samitlərin ahənginin iki  növü  var: 

1)Dilin  vəziyyətinə  görə  həmcins  saitlərlə  samitlərin  ahəngi 

2) Səs  tellərinin  vəziyyətinə  görə  həmcins  saitlərlə  samitlərin  ahəngi 

 



 



Dilin vəziyyətinə  görə  həmcins  saitlərlə  samitlərin  ahəngi  əslində  arxa  

sıra  səslərinin  uyuşmasından  və  ön  sıra  səslərinin  uyuşmasından  

ibarətdir.Bu isə  həm  saitlərdə,həm  də  samitlərdə  bu  növ  fonem  

qoşalığının  varlığı   ilə  əlaqədardır. 



Yüklə 141,71 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə