Dədə Qorqud • 2015Д1 Zemfira HÜseynova bdu-nun dissertantı



Yüklə 74,08 Kb.
Pdf görüntüsü
tarix25.06.2018
ölçüsü74,08 Kb.
#51015
növüXülasə


Dədə Qorqud •  2015Д1

Zemfira HÜSEYNOVA

BDU-nun dissertantı

e-mail: zem firajh useynova@maiL ru

.20


Sa

W

EPOS VƏ SAKRAL İLAHİ DƏYƏRLƏR: 

“OĞUZNAMƏ”LƏRDƏ PEYĞƏMBƏRLİK MİSSİYASI

Xülasə

Məqalə  “Oğuznamə”lərdə  peyğəmbər  kəlamları  adlanır.  Burada  “Oğuznamə”lərdə  verilən  bir 

sıra peyğəmbər kəlamları  tədqiq  edilir.  Bu  kəlamlar  çox  vaxt  ya  Dədə  Qorqudun,  ya  da  digər  dastan 

qəhrəmanlarınm  dilindən  söylənilir.  Bu  kəlamlar  həm  də  oğuzlarm  islam  dinini  qəbul  etməsini 

göstərir.  “Oğuznamə”lərdə  verilən  peyğəmbər  kəlamları  həm  də  oğuzlarm  həyatlarmm  bütün 

sahələrində islam  dininin göstərişlərinə  dəqiqliklə əməl  etdiklərini göstərir.

Açar sözlər:  “Oğuznamə”,  peyğəmbər,  kəlam,  Allah,  Dədə Qorqud

EPOS AND SAKRAL DIVINE VALUES:  PROPHECY  M ISSION IN THE  "OGUZNAME"S

Summary

The  article  is  called  Prophet's  sayings  in  “Qguznamehs”.  Here  are  studied  some  Prophet's 

sayings  given  in  “Qguznamehs”.  Sometimes  these  sayings  were  sounded  by  Dede  Korkut,  or  other 

legendary  heroes.  As  well  as  these  sayings  showed  that  Oguzes  accepted  the  Islam.  The  Prophet's 

sayings  given  in  “Qguznamehs”  also  showed that Oguzes  carefully  followed  the  instructions  o f  Islam 

in all spheres o f o f their lives.

Key words:  “Oguznameh”, prophet,  saying, God, Dede Korkut.

ЕПОС И САКРАЛЬНО-БОЖ ЕСТВЕННЫ Е  ЦЕННОСТИ:  ПРОРОЧЕСТВЕННАЯ

М ИССИЯ В «ОГУЗНАМЕ»

Резюме

Статья  называется  поговорки  Пророка  в  «Огузнаме».  Здесь  изучаются  некоторые 

поговорки Пророка,  приведенные  в  «Огузнаме».  Иногда эти  высказывания  прозвучали  от  Деде 

Коркут,  или  других  легендарных  героев.  Как  эти  высказывания  показали,  что  огузы  приняли 

ислам.  Высказывания  Пророка,  приведенные  в  «Огузнаме»  также  показал,  что  огузы 

тщательно следовали инструкциям  ислама во всех сферах их жизни.

Ключевые слова:  "Огузнаме", пророк,  поговорки. Бог, Деде Коркут

“Oğuznamə”lər haqqında bəhs edən müəlliflərdən biri olan Fəzlullah Rəşidəddin 

öz kitabmda hətta.  Dədə  Qorqudla Məhəmməd peyğəmbərin görüşməsindən bəhs edir: 

“İnal Yaqub xan yüz iyirmi il padşah oldu. Hakimi)Q^əti dövründə öz vəzirləri, naibləri, 

Qara  Biyat,  Dədə  Qorqud,  salurlardan  olan  Damkak  və  Oksi  ilə  həmişə  məsləhətlə­

şirdi.  Onun  hakimiyyəti  dövründə  ölkədə  və  vilayətlərdə  sülh  və  əmniyyət  var  idi. 

Onun  hökmdarlığı  başa  çatandan  sonra hakimiyyətə  oğlu  İnalsır  Yaqub  xan  gəldi.  O 

yeddi il padşah oldu və ölkədə sakit, xoşbəxt həyat yaratdı.  Salurlardan olan Oksi Xoca 

və  yivaitlərdən  olan  Taban  Xoca  onun  vəzirləri  idi.  özünün  yeddi  illik  hakimiyyəti 

dövründə  oğlu  Ala  Atlı  Kiş  Dəməkli  Qayı  İnal  xandan  çox  razı  idi.  Hələ  sağlığında 

Ala  Atlı  Kiş  Dəməkli  Qayı  İnal  xam  taxta  çıxardı.  Bu padşahın  vaxtında  peyğəmbər 

Mustafa  sələvatullah  zühur  etdi.  Hökmdar  onun  hüzuruna  Bayatlardan  olan  Dədə 

Qorqudu  səfir  kimi  göndərdi  və  islamı  qəbul  etdi.  Bu  Qorqud  bayatlardan  olan  Qara 

Xocamn oğlu idi. O çox ağıllı, müdrik və gözəl insan idi.  İnal xan Sır Yaqubun vaxtın­

da  yaşamışdır.  Deyirlər  o  iki  yüz  doxsan  beş  il  yaşamışdır.  Onun  natiqliyinə,  sağlam 

düşüncəsinə, şəxsiyyətinə aid çoxlu rəvayətlər var” (2, 70).




Dədə Qorqud •  2015/11

=21


Tarixi  mənbələrdə  olan  bu  məlumatlara əlavə  olaraq demək lazımdır ki,  dastaran 

özü  peyğəmbərin  yad  edilməsi  ilə  başlamr:  “Rəsul  əlehissəlam  zamamna  yaxm  Bayat 

boyundan  Qorqud  ata  diyərlər,  bir  ər qopdi.  Oğuzun,  ol  kişi  təmam  bilicisiydi -  nə  di­

yərsə, olurdı. Qaibdən dürlü xəbər söylədi. Həqq təala amn könlünə ilham elədi” (1,31).

Sonra  kitabda  Dədə  Qorqudun  dilində  peyğəmbər  kəlamları  söylənilir  və 

həmin kəlam lann özü belə bəzi alimlərdə belə  fikir yaratmışdır ki, “yarandığı  gündən 

Qorqud  Allahı  yeri-göyü  müdrikliklə,  haqq-ədalətlət  sistemləşdirdi...  Qorqud  Ata 

bilavasitə öz nəslinə, bütün insanlar üzərinə zəruri olan hakimiyyət verdi və onları  öz 

simasında Allah-Pir kimi tanıdı” (3, 3).

Həmin  alimlər  Dədə  Qorqudun  özünün  peyğəmbərlik  missiyasım  belə  əsaslan- 

dınrlar:  “Kitabm  ilk  cümlələrindən  göründüyü  kimi.  Qorqud  Ata  adi  adam  deyildir.  O 

hər  şeyi  bilir,  dedikləri  həyata keçir,  gələcəkdən  düzgün  xəbərlər  söyləyir.  Digər tərəf­

dən,  elçiliyə  gedən  Qorqudu Dəli  Qancar vurmaq  istədikdə  möcüzə  göstərib  Dəli  Qar- 

cann  əlini  qurudur.  Deməli,  Dədə  Qorqud  qeyri-adi  ilahi  xassələrə  malik  bir  insandır. 

Qırğız,  Qazax qam-şaman alqışlanmn birində deyilir:  “Ölü desəm ölü deyil,  diri  desəm 

diri  deyil,  övliya Ata Qorqud”  ...Qorqud ölməmişdir,  o  hər şeyi  əvvəlcədən bilir,  bəla- 

lan qorxudur və onu çağıranda da gəlir. Nəhayət, onun “Pir” adlandınhnası Qorqud Ata- 

mn  bilavasitə  qədim  Misirlə  əlaqəsi  olması  deməkdir.  Çünki  qədim  yunanlann  “firon” 

adlandndıqlan söz, qədim Misirdə Allah mənası verən Pir sözüdür” (3, 5).

Bu  kimi  fikirlər  nə  qədər  həqiqətə  uyğundur,  bunu  dərin  elmi  tədqiqatlar  sübut 

edəcəkdir,  ancaq  Dədə  Qorqudun  hikmətləri  peyğəmbər  kəlam lan  qədər  müdrikdir. 

Onlardan bir neçəsinə nəzər salaq:  “Allah-allah diməyincə işlər onmaz”,  “Qadir Tann 

verməyincə  ər  bayımaz”,  “əzəldən  yazimasa,  qul  başına  qəza  gəlməz”,  “Əcəl  vədə 

irməyincə kimsə ölməz”,  “Ölən adam dirilməz,  çıxan can geri  gəlməz”,  “Təkəbbürlük 

eyləyəni Tann sevməz”, “Dövlətsiz şərindən Allah saxlasın, xamm, sizi” (1, 31-32).

Eləcə  də  Dədə  Qorqud  öz  alqışlannda  islam  müqəddəslərinin  adını  çəkir: 

“Ağız  açıb  ögər  olsam,  üstümüzə  Tann  görklü!  Tann  dostu,  din  sərvəri  Məhəmməd 

görklü!  Məhyəmmədin  sağ  yanında  namaz  qılan  Əbubəkr  siddiq  görklü!...  Qılınc 

çaldı, din açdı şahi-mərdan Əli görklü.  Əlinin oğulları -  peyğəmbər nəvələri.  Kərbəla 

yazısında yəzidilər  əlində  şəhid  oldu.  Həsənlə  Hüseyn  iki  qardaş  belə,  görklü!  Yazı- 

hb-düzilib  göydən  endi  Tanrı  elmi  Quran  görklü.  Ol  Quranı  yazdı-düzdü  üləmalar 

öyrənincə  köydi-biçdi.  Alimlər  sərvəri  Osman Üffan  oğlu,  görklü.  Alçaq  evdə  yapı­

lıbdır  Tanrı  evi  Məkkə  görklü.  Ol  Məkkəyə  sağ  varsa,  əsən  gəlsə,  sidqi  bütün  hacı 

görklü...  Qamusinə bənzəmədi cümlə aləmləri yaradan A llah-Tann görklü” (2, 32).

Eyni  zamanda Dədə  Qorqudun tənələrində belə peyğəmbərlərin adı  keçir:  “Ol, 

Nuh  peyğəmbərin  eşşəyi  əslidür.  Andan  dəxi  sizi,  xanım,  Allah  saqlasın!”  (2,  33). 

“Kitabi-Dədə  Qorqud”  eposunda peyğəmbər  kəlam lan  boylara xüsusi  məna verir  və 

oğuzların düşüncə tərzini ifadə edir:

“Qadir Tanrı səni namərdə möhtac etməsin!

... Axır-sonu arı imandan qyırmasm!

“Amin” deyənlər didar görsin!

Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun!

Allah verən umudun üzülməsün!

Yağışdırsun, duruşdursun günahlarım

Adı görklü Məhəmməd mustafa yüzi suyuna bağışlasın, xamm, hey!” (2,51).



Dsdə Qorqud

 •  

2015/H

-İl

Hətta  xalq  arasında  indi  geniş  yayılmış  “Allahın  əmri,  peyğəmbərin  şəriəti” 

ifadəsi  də  eposun  dilində  var:  “Tanrının  buyruğu  ilə,  peyğəmbərin  qövlilə...  qız 

qardaşın Banuçiçəyi Bamsı Beyrəyə diləməgə gəlmişəm” (2, 56).

Qeyd  etdiyimiz  kimi,  eposun  Bamsı  Beyrək  haqqındakı  boyunda  biz  Dədə 

Qorqud  obrazının  özündə  belə  peyğəmbər  keyfiyyətləri  görürük:  “Dəli  Qarcar 

qılıncın  əlinə  aldı.  Yuxarısından  öygə  ilə  həmlə  qıldı.  Dəli  bək  dilədi  ki.  Dədəyi 

dəpərə  çala.  Dədə  Qorqud  ayıtdı:  “Çalırsan,  əlin  qurusun!”  -   dedi.  Haqq  təalanın 

əmrilə Dəli  Qancann əli yuxarıda asılı qaldı.  Zira Dədə Qorqud vilayət issi idi, diləgi 

qəbul  oldu.  Dəli  Qarcar  aydır:  “Mədəd,  aman,  əlaman!  Tanrının  birliyinə  yoxdur 

güman!  Sən mənim əlimi  sağaldı  gör.  Tanrının buyruğu ilə,  peyğəmbərin  qövlilə qız 

qarmdaşı  Beyrəgə  verəyim!” -  dedi.  Üç  kərə  ağzından  iqrar  eylədi.  Günahına tövbə 

eylədi.  Dədə  Qordud  dua  eylədi.  Dəlinin  əli  Haqq  əmrilə  sapasağ  oldu”  (1,  56). 

Mətndə  işlənən  “issi”  kəlməsi  “müqəddəs”  mənasındadır.  Müqəddəs  adamlara  əl 

qaldırmaq  günah  olduğundan  oğuzlar  üç  dəfə  “ağızdan  iqrar”  edib  “tövbə” 

edərmişlər.  Dəli  Qarcar da tövbə  edib  bağışlanır.  Belə  adətlər müsəlman dünyasmda 

peyğəmbərlərin müqəddəsliyi ilə bağlıdır.

Eposda  hətta  islamda  olan  ibadətlər  də  lazımınca  verilmişdir:  “Qazan  bək 

gördü  ki,  kafər  qatı  yaqlandı.  Atından  endi,  arı  sudan  abdəst  aldı.  Ağ  alnın  yerə 

qoydu,  iki  rükət  namaz  qıldı.  Adı  görklü  Məhəmmədi  yad  gətirdi.  Qara  dinli  kafərə 

göz qarartdı” (2, 71).

Eposda  dua  edərkən  islami  etiketlərdən  istifadə  edirlər:  “Yaradan  haqqı  üçün, 

baba!”  (2,  74).  Yaxud da Dədə  Qorqudun  özü alqışlarında Məhəmməd  peyğəmbərin 

şəriətinə  uyğun  dualar  edir:  “Dədəm  Qorqud  gəlib  şadlıq  çaldı,  boy  boyladı,  soyı 

soyladı.  Qazi ərənlər başına nə gəldigün söylədi

İmdi qanı dedigim bəg ərənlər?

Dünya mənim deyənlər?

Əcəl aldı, yer gizlədi.

Fani dünya kimə qaldı?

Gəlimli, gedimli dünya.

Son ucu ölümlü dünya!

Əcəl gəldiyində an  imandan ayırmasın!

Qadir Tann səni namərdə möhtac etməsin!

Allah verən ümidin üzülməsin!

Ağ alnunda beş kəlmə dua qıldıq, qəbul olsun!

“Amin” deyənlər didar görsün!

Yığışdursun, duruşdursun günahınızı.

Adı görklü Məhəmməd Mustafaya bağışlasın, 

xanım, hey!  “ (2, 93).

Eposundakı  boyların  sonunda  peyğəmbərin  adı  çəkilir  və  ona  dualar  oxunur. 

Ərənlərin şəninə alqışlar söylənilir.

Eposda  diqqəti  cəlb  edən  məqamlardan  biri  də  “Duxa  qoca  oğlu  Dəli  Domdul” 

boyundakı  əfsanədir.  Bu  boyda  səmavi  dinlərin  ehkamlardan  irəli  gələn  mifik motivlər 

var:  “Dəli  Domrul  aydır:  “Mərə  yigidinizi  kim  öldürdü?”  Aytdılar:  “Vallah,  bəg  yigit, 

Allah təaladan buyruq oldu.  Al qanatlı  Əzrayıl ol yigidin camn aldı”.  Dəli Domdrul ay- 

du: “Mərə, Əzrayıl dedügün nə kişidir kim, adamm canun alur? Ya qadir Allah, birligin-




Dədə Qorqud

 •  

2015/11

=23


varlığın haqqıçün,  Əzraili  mənim  gözümə  göstərgil,  savaşayım,  çəkişəyim,  dürişəyim -  

yaxşı  yigidin  camn  qurtarayım.  Bir  dəxi  yaxşı  yigidin  canm  almıya”  -   dedi.  Qayıtdı- 

döndü Dəli Domrul,  evinə gəldi.  Həqq təalaya Domrulun  sözü xoş  gəlmədi:  “Bax, bax, 

mərə dəli qavat. Mənim birligim bilməz, yarligümə şükr qılmaz.  Mənim ulu dərgahımda 

gəzə,  mənlik  eyləyə?”  -   dedi.  Əzrayıla buyruq  elədi  kim,  ya  Əzrayıl,  var  ol  dəxi,  dəli 

qavatm gözünə görüngil, bənzini sarartğıl! -  dedi; сашш xırtlatfıl, alğıl! -  dedi” (2,79).

Beləliklə,  Dəli  Domrul  40  igidlə  yeyib-içib  oturarkən  Əzrayıl  gəlir  və  Dəli 

Dorul  vahiməyə düşür.  Eposda onların dialoqu verilir.  Biz artıq dini  düşüncədən irəli 

gələn  mifik  obrazın  bədii  təcəssümünü  görürük.  Əzrayıl  Dəli  Domrula  onun 

ünvanına  dediyi  sözləri  xatırladır.  Deyir  ki,  səni  gen  yerdə  axtarırdım,  dar  yerdə 

əlimə  düşdün.  Dəli  Domdul  qılınc  çəkib  onu  öldürmək  istəyir,  bu  vaxt  Əzrayıl 

göyərçin olub pəncərədən uçub qaçır.

Dəli  Domrul  igidlər  qarşısında  öyünərək  deyir  ki,  Əzrayıl  məndən  qorxub  quş 

olub  uçdu.  Sonra Dəli  Domrul  evinə  gəlir və  Əzrayıl  onun  atını  ürküdərək  yerə  salıb 

sinəsinə  qonur.  Dəli  Domrul  Əzrayıla yalvararaq  ondan əhv diləyir.  Əzrayıl  isə  deyir: 

“Ya  pəs  can  verən,  can  alan  Allah  təaladır”  (2,  80-81)  Bunu  biləndən  sonra  Dəli 

Domrul Qurani-Kərimdə də öz əksini tapan belə bir duanı edir:

“Yucalardan yucasan.

Kimsə bilməz necəsən.

Görklü Tann,

Neçə cahillər səni 

Gögdə arar, 

yerdə istər.

Sən xud möminlər kölündənsən 

Daim duran cəbbar Tanrı.

Baqi qalan səttar tanrı.

Mənim cuanumi alır olsan.  Sən alğıl!

Əzrailə almağa qoymagil!  -  dedi.

Allah talaya Dəli  Domrulun burada  sözü xoş  gəldi.  “Əzrayıla nida eylədi  kim, 

çün dəli qavat mənim birligim bildi, birligimə  şükr qıldı, ya Əzrail,  Dəli Domrul  can 

yerinə can bulsun.  Onun canı azad olsun!  -  dedi” (2,  81).

Eposun sonrakı epizodlar maraqlı  süjet xətti üzrə qurulmuşdur.  Dəli Domrul yaşlı 

atasına və anasına müraciət edib, onun yerinə canlanndan keçmələrini diləyir,  ancaq va­

lideynləri buna razı  olmur.  Belə  olanda Əzrayıl  yenidən peyda olur və  Dəli  Domruldan 

camn tələb edir.  Dəli Domrul  deyir:  “Yad qızı həlalım var, indan mənim iki oğlancığım 

var, əmanətim var, ismarlaram onlan, ondan sonra mənim cammı alsan” (2, 82).

Dəli Domrul halahnm yamna gəlib əhvalatı ona anladn. Halalı isə ona belə deyir: 

“ ...  Səndən sonra m ən neylərəm?

Yaylar olsam, mənim gorum olsun!

Soyuq-soyuq suların içər olsam.

Mənim qanım olsun!

.... Yer tanıq olsun,  göy tanıq olsun,

Qadir Tanrı tanıq olsun.

Mənim  canım sənin canına qurban olsun!” (2, 93).

Bu  ifadələrdə  islami  inanclardan  irəli  gələn  ifadələrlə  yanaşı,  həm  də  İsa



Dada Qorqud

  •  

2015/11

=24


peyğəmbərin  kəlam lanna  aid  olan  bir  ifadə  işlənir;  soyuq  suların  “mənim  qanım 

olsun” deyilməsi, İsa peyğəmbərin “çörəkdən yeyin, mənim bədənim olsun, şərabdan 

için,  mənim  qanım  olsun”  kəlamlarından  irəli  gəlir.  Qadir  Allahı  “tanıq”  (şahid) 

tutmaq isə islami inanelarla bağlıdır.

Ərinin  yerinə  öz  canını  təklif edəndə  Əzrayıl  nazil  olub  vəzifəsini  icra  etmək 

istəyir.  Bu  vaxt  Dəli  Domrul  Allaha  yalvarır.  Biz  bu  yalvarışda  yenə  də  Qurani- 

Kərim  ayələrindən  olan  tərcümənin  şahidi  oluruq:  “U calann  ucasan,  kimsə  bilməz 

necəsən!  Görklü Tanrı,  çox cahillər Səni göydə arar, yerdə istər.  Sən xud möminlərin 

könlündəsən.  Daim duran cabbar Tann...  Kərəmi çox qadir Tanrı!” (2,  83).

Allaha Dəli  Domrulun bu yalvanşı  xoş  gəlir və  Əzrayıla əmr  edib  onun  valideyn­

lərinin  canlannı  aldınr və  Dəli  Domrula həyat yoldaşı  ilə birlikdə yüz qırx  il  əlavə ömür 

verir.  Dədə  Qorqud  gəlib  “Bu boy Dəli  Domrulun olsun,  məndən sonra alb ozanlar söy­

ləsin!  Alm  açıq comərd ərənlər dinləsin!” (2,  83) -  deyir.  Sonra yenə də  adəti  üzrə islam 

dinin etiketlərinə uyğun olaraq Dədə Qorqud vaxtilə peyğəmbər kəlamlan olan dualar edir:

“Qadir Tanrı  səni namərdə möhtac etməsin!

Ağ alnında beş kəlmə dua qıldıq, qəbul olsun!

Yığışdırsın, duruşdursun!

Günahımızı adı görklü Məhəmmədə bağışlasın!

Xanım, hey!!!  “ (2,  84)

Bu  sözlərlə  boy  başa  çaür.  Diqqətlə  boyun  məzmununa nəzər  salanda  görürük  ki, 

oradakı  motivlərin  çoxu  antik  dünya  ədəbiyyatmdakı  əfsanələrdə,  əsatirlərdə  belə  var. 

“Odisseya”, “İlliada” kimi antik Yunan ədəbiyyatı nümunələrindəki bəzi mifik düşüncələr 

bu boyda da müşahidə olunur. Allahı, Əzrayıh mifik obraz kimi ədəbiyyata gətirib onlann 

bədii təcəssümünü vermək dünya haqqmda fantastik düşüncənin bədii təcəssümüdür.

Məlum məsədir ki,  islami  düşüncə bizim məişətimizə VII  əsrdən etibarən daxil 

olmuşdur.  İslam  fəlsəfəsinin bir  çox  müddəaları  həm  də  Azərbaycan  ədəbi  düşüncə­

sini  formalaşdırmışdır.  Qeyd  etdiyimiz kimi,  qədim dini  inanclarda can almaq missi­

yası olmadığından və insanın əməllərinə görə hansı  şəkildə yenidən dünyaya gəlməsi 

əsas  konsepsiya  kimi  götürüldüyündən,  həmin  dövr  ədəbi  mənbələrində  Əzrayıl 

obrazı  ola  bilməzdi.  Ona  görə  də,  ədəbi  düşüncə  öz  idealını  başqa  istiqamətdə 

axtarırdı  və onun bədii təcəssümünü verirdi.  Sudaşan ikinci  həyatında ona görə kahin 

olmuşdur  ki,  birinci  həyatında  son  dərəcə  xeyirxah  olmuşdur.  İslami  inanclarda  isə 

qəhrəmamn xeyirxahlığı ikinci dəfə dünyaya hansı sifətdə gəlməsinə xidmət etmir: 

Ulu yollar üzərinə.

İmarətlər yapayım.  Sənin üçün!

Ac görsəm doyuralım.  Sənin üçün!

Yalıncıq görsəm, tonadayım  Sənin üçün!

...  Kərəmi çox qadir Tanrı!  (2,  83)

Onun  dualan  bu  dünyadan  əməli  saleh  getmək  və  dönüşü  olmayan  gələcək 

dünyanm cənnət-məkamnda yaşamaqdır. Axirət üçün yaşamaq və əbədi dünyanı rövnəq­

ləndirmək,  islami ehkamlann əsas müddəalanndandır.  Klassik Azərbaycan ədəbiyyatm- 

dakı  peyğəmbərlik  missiyası  da  bu  ideya  üstündə  köklənmişdir.  Peyğəmbər  kəlamlan 

axirəti  rövnəqləndirməyin  yoludur -  haqq  yoludur.  İşıqlı  dünyamn  əbədi  sakini  olmaq 

xülyası  çoxlannm xoşuna  gəlir və  bu şirin xəyallann ağuşunda yaşamaq  insanlara zövq 

verir,  onlarda  həyat  hadisələrinə  qarşı  maraq  oyadıb,  qurmağa-yaratmağa  stimul  verir.



Dada Qorqud •  2015/11

=25


Dini  ehkamlar  içərisində  rasionallığma  görə  ən  optimal  ideya budur.  Klassiklərimiz  də 

bunu həqiqət sayıb, islami ehkamlan əsasında həyat fəlsəfəsini yaratmışlar.

“Kitabi-Dədə  Qorqud”  eposımda Allah kəlamlan,  demək olar ki,  hər an qəhrə­

manların  dilində  olur:  “Qap  qayalar  başında  yuva  tutan,  qadir,  ulu  Tanrıya  yaxın 

uçan” (  78,  89),  ’’Qadir Allah bilir, mən sənə munisəm, yarım,  qıyma mənə!” (2,  92), 

“Qadir Allah yüzün ağ etsin, Basat!” (2,  103)

Eposun “Qazlıq  qoca oğlu  Yeknək”  boyunda isə  Qurani-Kərimin  112-ci  surəsi 

olan “əl-İxlas” və başqa surələrdən surəsindən olan bəzi tərcümələrdir:

Yucalardan yucasan, uca Tann!

Kimsə bilməz necəsən, əziz Tann!

Anadan toğmadın Sən, atadan olmadın Sən!

Kimsə rizqin yemədin!

Kimsəyə güc etmədin!

Qamu yerdə əhədsən, Allahu səmədsən!

Adəmə Sən tac urdun.

Şeytana lənət qıldın.

Bir suçdan ötrü dərgahdan sürdün.

Nəmrud göyə ox atdı.

Qamı yanq balığı qarşu tutdun.

Ululuğuna həddin.  Sənin boyun-qəddin yox!

Ya cismlə cəddin yox!

Urdığm ulatmıyan ulu Tann!

Basdığın bəlürtməyən bəllü Tann!

Götürdügün göyə yetürən görklü Tann!

Qaqduğun qəhr edən qəhhar Tanrı!

Birligünə sığındım, çələbim, qadir Tanrı!

Mədəd Səndən!  (2, 96).

Qurani-Kərimin  “əl-İxlas”  surəsi  isə belədir:  “Ya peyğəmbər!  Allahın zatı və  si­

fətləri  haqqında səndən somşan müşriklərə de:  O,  Allah birdir.  Allah möhtac deyildir! 

O nə doğmuş, nə də doğulmuşdur!  Onun heç bir tayı-bərabəri də yoxdur!” (4,606).

Mətnşünas  alim  K.Şərifli  yazır:  “Buna  nümunə  olaraq,  “Kitabi-Dədə  Qorqud” 

abidəsini  dilə  gətirmək  olar.  Türk  xalqlanmn  bu  misilsiz  mədəniyyət  abidəsində  islam 

dini  və  Qurani-Kərimlə  bağlı  kifayət  qədər  çoxlu parçalara təsadüf edirik.  Bunlann bir 

qismi  islamın  müqəddəs  kitabından  verilmiş  bədii  tərcümələrdir”.  Həmin  tərcümələr 

ardıcıl xarakter daşımasa da, məzmun etibarilə Quran ayələrinə işarələrlə bəzənmişdir:

“Yucalardan yucasan!

...İbrahimi tutdurdun.

Xam gönə çulğadm.

Götürüb oda atdırdım.

Odu bustan qıldın (1,109).

Eposun  “Bəkil  oğlu  İmran”  boyunda,  hətta kafirlə  müsəlmanın  mübahisəsi  ve­

rilir.  Bu da eposda münazirənin ən gözəl nümunəsi hesab edilər bilər:

“Kafər  aydır:  “Oğlan,  indi  Tanrınamı  yalvanrsan?  Sənin  bir  Tanrın  varsa, 

mənim  yetmiş  iki  bütxanəm  var!” -   dedi.  Oğlan  aydır:  “Ya  asi  məlin,  sən  bütlərinə 

yalvarırsan,  mən  aləmləri  yoxdan  var  edən  Allahıma  sığındım”  -   dedi.  Həqq  təala



Dadə Qorqud •  2015/11

=26


Cəbanla  buyurdu  kim:  “Ya  Cəbrayıl,  var,  şol  qulama  qırx  ərcə  qüvvət  verdim”  -  

dedi.  Oğlan kafəri  götürdü, yerə vurdu” (1,  109).

“Oğuznamə”lərə peyğəmbər kəlamları onlara dərin  məzmun verdiyi  kimi, həm 

də  həm  də  onların  poetikasını  gücləndirmişdir.  Obrazların  dilindən  və  təhkiyələrdə 

söylənilən  həmin  kəlamlar  hadisələrin  axannda  elə  verilir  ki,  həmin  kəlamlar  fikri 

tamamlayır və bədii nitqi gücləndirir.

Türklərin  fəlsəfi  düşüncəsindən  doğan  atalar  sözü  və  zərbi-məsəllərdən  ibarət 

“Oğuznamə”lərdə də kifayət qədər peyğəmbər kəlamlarına rast gəlirik. Məsələn: 

Allah işin bulur.

Allah yüzi yoxsulluğa göstərməsin.

Allah təala qullarını qaşıq bir düşmən şərindən saxlasın.

Allah sağ gözü sol gözə möhtac etməsin.

Allah öldürmədiyin kimsə öldürməz (1,  19).

İstəyən Tanrısın bulur (1,28).

Eşşəyin dişini, kosanın yaşını, Allahın işini Allahdan başqa kimsə bilməz 

(1,39).


Ötən qüdrət iyunudur, bilməyənə qaz gəlir.

Tanrının neməti çox, bilməyənə az gəlir (1,44).

İşıqlara yetişənin adıyla sanı yetər;  danişməndlərlə  irişənin dini ilə  imanı yetər, 

bəylərlə irişənin başıyla malı yetər (1,51).

Anun kim dərdi var, dərman anundur,

Anun kim sidqi var, iman anundur (1,51).

Tanrı, kişiyə kəndüyə müti olmaz oğul versin (1,  85).

Tanrıyı göz ilə görmüş kimsə yox, əqllə bulurlar.

Tanrı nişan vurduğu quldan qorxmaq gərək (1,  86).

Doğruya Allah yardımçı (1,132).

Eyibsiz bir Allahdır.

İsa üçün Musanı qınama (1,136).

Qeybi Allahdan başqa kimsə bilməz.

Qəribin kimsəsi yox, Allahı vardır (1,  139).

Nə yerdə ki, var qadı.

Tanrı buyruğun qoda.

Nə yerdə ki, var qoca.

Nə Quran bilir, nə heca!  (1,179).

Nəticə.  “Oğuznamə”lərdə  olan  bu  kimi  ilahi  kəlamlar  türk  bədii  təfəkkürünün 

poetikasını  daha  da  zənginləşdirmişdir.  Həmin  kəlamlarda  haqqın  ifadəsi,  həqiqətlərin 

açan sirlərin izahı var.  Həyat həqiqətləri sonsuzdur, onlann dərki üçün ən münasib poe­

tik ifadələr olmalıdır. Həmin poetik ifadələrin əksəriyyətini “Oğuznamə”lərdə tapınq.

ƏDƏBİYYAT

1. Oğuznamə (tərtibçi S.Əlizadə). Bakı, Yazıçı,  1987, 223  s.

2. Kitabi-Dədə Qorqud. Bakı, Yazıçı,  1988, 265  s.

3. Kilarbəyli F. Azər oğlu. Qorqud -  Allahımız qayıdır. Bakı, Qanun,  1998, 42 s.



4. Qurani-Kərim. (tərc.Z.Bünyadov, V.Məmmədəliyev) Bakı, Qismət,  1997, 656 s.

Çapa tövsiya edan: fü.ü.e.d., prof.  Hüseyn İsmayılov

Yüklə 74,08 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə