DəDƏ qorqud a r a ş d ı r m a L a r ı



Yüklə 1,74 Mb.
səhifə1/77
tarix25.06.2018
ölçüsü1,74 Mb.
#51680
  1   2   3   4   5   6   7   8   9   ...   77


 

 



DƏDƏ QORQUD

 

a r a ş d ı r m a l a r ı

 

 

 

 

 

 

 

 

•Folklor, Mifologiya və

 Etnoqra fi ya   

•Onomastika, Dialektologiya və

 Etimologi ya   

•Pedaqogika, Fə

ls

ə

f

ə

  v

ə

 Psixologi ya  

 

 

 

 

 

  

BAKI 



 2014 

ADPU-nun n

əşriyyatı

 

3

3

 

 

 



 

Dövlət Pedaqoji Universiteti 



“Dədə Qorqud elmi-tədqiqat mərkəzi” 

 

R E D A K S İ Y A   H E Y Ə T İ: 



Yusif Məmmədov, AMEA-nın müxbir üzvü, f.-r. üzrə e. d., prof. 

(sədr) 

Vilayət Əliyev, fil. üzrə e. d., prof. (sədr müavini) 

Ramazan Qafarlı, fil. üzrə e. d., prof. (məsul redaktor) 

 

Buludxan Xəlilov, fil. üzrə e. d., prof. 



Əzizxan Tanrıverdi, fil. üzrə e. d., prof.  

Fərrux Rüstəmov, ped. üzrə e. d., prof. 

Himalay Qasımov, fil. üzrə e. d., prof.  

İbrahim Bayramov, fil. üzrə e. d., prof.  

İramin İsayev, prof. 

Qəzənfər Paşayev, fil. üzrə e. d., prof.  

Muxtar Kazımoğlu (İmanov), fil. üzrə e. d., prof.  

Məhərrəm Qasımlı, fil. üzrə e. d., prof.  

Nizami Cəfərov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof.  

Nizami Xudiyev, fil. üzrə e. d., prof.  

Rəfail Hüseynov, AMEA-nın müxbir üzvü, fil. üzrə e. d., prof. 

Seyfəddin Rzasoy, fil. üzrə e. d. 

Tərlan Novruzovfil. üzrə e. d., prof.  

Zahid Xəlil, fil. üzrə e. d., prof.  

Cavad Heyət (İran) 

Faiq Çələbiyevsənətşünaslıq doktoru, prof. (Rusiya) 

Fikrət Türkmən, doktor-prof. (Türkiyə) 

Osman Sərtqaya, doktor- prof. (Türkiyə) 

Pərixanım Soltanqızı, filologiya üzrə fəlsəfə doktoru 

Aynurə Əliyeva, elmi işçi 

Qafarlı Aynur, böyük laborant (məsul katib) 

 

Dədə Qorqud araşdırmaları - III, - Bakı, ADPU-nun nəşriyyatı, 2014. - 



248  s.  “Dədə  Qorqud  elmi-tədqiqat  mərkəzi”nin  yeni  dərgisinin  III 

buraxılışında  türk  mədəniyyətinin  tarixinə  və  ədəbi-nəzəri  problemlərə  həsr 

olunan apaşdırmalar toplanmışdır.  

 

© Dədə Qorqud araşdırmaları - III, Bakı - 2014 



 

 



 

Folklor, Mifologi ya v



ə

 Etnoqra fi ya   

 

Ramazan Qafarlı, 

Filologiya üzrə elmlər doktoru 

 

MƏHƏMMƏD FÜZULİ  

MİFİK GÖRÜŞLƏR (“TANRI ELMİ”) VƏ ELMİ 

BİLİKLƏR HAQQINDA 

 

Mifin özünəməxsusluğu və təfəkkürdə hegomonluğu daha çox 

ilkin mədəniyyət mərhələsində özünü biruzə vermişdi. Bu dövrdə 

mif  «mənəvi  aləm»in  və  «elm»in  ekvivalenti  rolunu  oynayırdi. 

Xüsusi  mif  sistemləri,  anlayışları,  kateqoriyaları,  modelləri  ilə 

dünyanı dərk etməyə, öyrənməyə və təsvirə təşəbbüs edilirdi. Bu 

mərhələdə mifologiya dünyanın sirlərini açmağın əsas vasitəsi idi 

(bu  gün  də  miflərdən  bir  sıra  məsələlərə  aydınlıq  gətirmək  üçün 

açar kimi istifadə olunur) və elmi kəşflərin bünövrə daşlarını təş-

kil edirdi. Nəticə olaraq xüsusi vurğulamaq lazımdır ki, yaradıcılı-

ğın  bütün  formaları,  fəlsəfi  düşüncə  və  elmlər  mifik  dünyagörü-

şündən mayalanaraq meydana gəlmişdir.  

Mifik  görüşlər  həm  də  qədim  insanların  maraqlarının  təmin 

edilməsi tələbatından doğmuşdur. Əvvəl dünyanın onlar özləri ya-

şadıqları  dövrdəki  vəziyyətini  (yerin  relyefini,  heyvan  növlərini, 

bitkilər aləmini, ulduzlar sistemini, həyat tərzini, sosial təbəqələş-

məni, əməyin səmərəliliyini, ovun uğurluluğunun təşkilini, maddi 

nemətlərin əldə edilməsini, mənəviyyatın-dinin yaranmasını və s.) 

müəyyənləşdirməyə çalışmış, sonra başqa sorğulara cavab (mifik 

obrazların meydana gəlməsi səbəblərini) axtarmışlar. Bu mənada 

mifologiyada hadisələrin baş verməsinin uzaq keçmişlə, qədimlər-

lə əlaqələndirilməsi həm kainatın quruluşunu təsvir etmək və həm 

dünyanın  onlar  yaşadığı  dövrdəki  vəziyyətini  izah  etmək  üsulu 

kimi nəzərə çarpır. Y.M.Meletinskinin sözləri ilə desək, mifik əh-

valatlar mifik zamanda qurulan «mifik dünya» modelinin «kərpic-

ləri»dir.  Mifik  zaman  «əvvəlki»,  «ilkin»,  «başlanğıc»  zamandır. 

Bu, əsil zamanın «ərəfəsi»dir, zamana qədərki zamandır, yəni in-



 

diki  zamanın  tarixinin  hesablanmağa  başlanmasına  qədərki  za-



mandır».

1

.  



Bu, ən ulu əcdadın zamanıdır, hər şeyin ilkin yaranma, «yuxu-

görmə» zamanıdır. Emprik, tarixi zamandan fərqli olaraq, sakral, 

möcüzəli zamandır. Mifik zamansız bəşəriyyət mədəniyyət sahə-

sində  nailiyyətlər  qazana,  sosial  münasibətləri  formalaşdıra  bil-

məzdi, elmi tərəqqi, inkişaf olmazdı. Dünya bu günü üçün məhz 

mifologiyaya  və  mifik  zamana  borcludur.  Çünki  inkişafa  təkan 

verən bütün strukturlar mifik zamanda yaradılmışdır. Eləcə də cə-

miyyəti formalaşdıran ünsürlər, qaydalar, əxlaq normaları miflər-

də,  mifik  zamanda  «təcürbədən»  keçirilmişdir.  İncəsənətin  əksər 

növlərinin  doğulmasına  təkan  verən  rituallar  (mərasimlər),  ayin-

lər, kultlar da mifik zamanın məhsuludur. 

Maraqlıdır  ki,  zamanla  bağlı  müasir  alimlərin  son  vaxtlarda 

gəldiyi qənaətlərə Məhəmməd Füzuli beş yüz il qabaq gəlmiş və 

özünəməxsus  şəkildə  şərh  etmişdir.  Onun  «Mətləül-etiqad»  əsə-

rində  oxuyuruq:  «Aləm  qədimdir;  çünki  o  tam  səbəbdən  dərhəl 

nəşət  etmişdir.  Buna  görə  də  aləmdən  əvvəl  yoxluğun  olmaması 

(yəni  mifik  zamanın  -  R.Q.)  lazım  gəlir;  çünki  ilkinlik  zaman 

tələb edir. Zaman isə varlığa aid olunduğundan, yoxluqla bir ara-

ya sığmaz».

2

 Şair demək istəyir ki, zamandan söz açılırsa, nəyinsə 



mövcudluğu təsəvvürə gətirilməlidir. Məkan, varlıq yoxdursa, de-

məli zaman da yoxdur. Mifik zamana münasibət də bu şəkildədir. 

Mifik  zaman  yoxluq  zamanı  deyil,  dünyada  mövcud  olanların 

meydana gəlməyə başladığı zamandır.  

Füzuli  Yunan  filosoflarının  fikirlərini  ümumiləşdirərək  belə 

qənaətə gəlir ki, sonradan törəyən öz yoxluğundan qabaq mövcud 

ola bilməz. Bu mə’nada  varlığı iki qismə ayırır:  birincisi, mütləq 

varlıqdır  ki,  Tanrının  varlığı  buna  misaldır.  Belə  varlıq  dəyişil-

məzdir və başqasından alınmamışdır. İkincisi, əldə edilən, sonra-

dan  alınan  varlıqdır.  Belə  varlıq  dəyişiləndir  və  başqasının 

yardımı ilə meydana gətirilir. Miflərin dili ilə desək, dünyanın və 

                                                           

1

Мелетинский  Е.М.  Общее  понятие  мифа  и  мифологии.  -  в  кн. 



«Мифологический словарь», М., 1991, с. 654. 

2

 Füzuli. Əsərləri. V cild. - Bakı, 1985, s. 110 




Yüklə 1,74 Mb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   77




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə