Demokratik ölkələr



Yüklə 13,87 Kb.
tarix14.01.2022
ölçüsü13,87 Kb.
#82864
İndi fərz edək ki


İndi fərz edək ki, "Demokratik ölkələr" çoxluğu qurmaq istəyirik.  Bu, daha mürəkkəb və maraqlı məsələdir, çünki əvvəla, burada universum, yəni elementlərini qiymətləndirdiyimiz çoxluq daha geniş -bütün dünyadır. Digər bir çətinlik isə onunla bağlıdır ki, demokratiyanın, demokratik ölkənin dəqiq tərifi yoxdur və məsələnin həlli böyük araşdırmalar, statistik göstəricilər tələb edir. Aydındır ki, sərhədləri dəqiq olmayan bu çoxluğa hər hansı bir ölkə az və ya çox dərəcədə daxil ola bilər və ya heç olmaya bilər.  Bu dərəcə elementin çoxluğa mənsubiyyət dərəcəsi adlanır və 0-1 arası qiymətlər alır. Məsələn, 2018-ci ilin reytinq cədvəlinə əsasən (bu cədvəl sorğu əsasında hazırlanır)  ilk yerlərdə duran Norveç, İslandiya, İsveçrənin bu çoxluğa mənsubiyyət dərəcəsini 1-ə çox yaxın, hətta 1 götürə bilərik, siyahıdakı digər ölkələrin- demokratiyası qüsurlu və ya natamam ölkələrin mənsubiyyət dərəcəsi getdikcə aşağı düşəcək və  son yerləri tutan avtoritar ölkələrin mənsubiyyət dərəcəsi sıfra yaxın və ya sıfır olacaq. Qeyd edim ki, mənsubiyyət dərəcəsi  hər sahənin ekspertləri tərəfindən təyin olunur. Elementlər və onlara uyğun mənsubiyyət dərəcələri mənsubiyyət funksiyasını təşkil edir. Ancaq sıfırdan birə qədər qiymətlər ala bilən bu funksiya Zadə nəzəriyyəsinin bir möcüzəsidir, çünki nəzəriyyənin riyazi aparatı məhz bu funksiyanın köməyilə qurulub.

Bilirik ki, müasir dünyamızda İQ səviyyəsi və bilik müəyyən testlərlə qiymətləndirilir. Burda hər testin doğru cavabına 1, səhv cavabına isə 0 verilir, yəni cavablar binar məntiqlə qiymətləndirilir. Halbuki, xüsusilə humanitar fənlərin test cavablarında bəzən doğru cavaba çox yaxın və ya qismən yaxın cavablar olur və bu cavablara tamamilə səhv cavabla eyni-  0 bal verilməsi biliyi dəqiq qiymətləndirmir və ədalətli deyil. Doğru cavaba bir çoxluq kimi baxsaq, həmin cavablar da bu çoxluğa müəyyən mənsubiyyət dərəcəsi ilə daxildir və müvafiq balla qiymətləndirilə bilər. Başqa sözlə, test sistemində Zadənin qeyri-səlis məntiqinə keçilməsi biliyin daha adekvat qiymətləndirilməsinə səbəb olardı.
Yüklə 13,87 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2022
rəhbərliyinə müraciət

    Ana səhifə