«Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri- qanuni aktlarla mübarizə haqqında» Konvensiyaya qoşulmaq barəsində Azərbaycan Respublikasının Qanunu



Yüklə 80,21 Kb.
Pdf görüntüsü
tarix01.02.2018
ölçüsü80,21 Kb.
#22989


«Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-

qanuni aktlarla mübarizə haqqında» Konvensiyaya 

qoşulmaq barəsində 

Azərbaycan Respublikasının Qanunu 

Azərbaycan Respublikasının Milli Məclisi qərara alır: 

I. Azərbaycan Respublikası 1988-ci il martın 10-da Roma şəhərində imzalanmış «Dəniz 

gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizə haqqında» 

Konvensiyaya qeyd-şərtlə (qeyd-şərtin mətni əlavə olunur) qoşulsun. 

II. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. 



Azərbaycan Respublikasının Prezidenti  

İlham ƏLİYEV  

Bakı şəhəri, 9 dekabr 2003-cü il  

№ 548-IIQ.  

«Azərbaycan» qəzetində dərc edilmişdir (26 dekabr 2003-cü il, № 298) 

(«VneshExpertService» LLC). 

«Azərbaycan Respublikasının Qanunvericilik Toplusu»nda dərc edilmişdir (31 dekabr 

2003-cü il, № 12, I kitab, maddə 705) («VneshExpertService» LLC). 

 

Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-

qanuni aktlarla mübarizə haqqında

 

Konvensiya

 

Bu Konvensiyanın iştirakçısı olan dövlətlər



Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsində beynəlxalq sülhün və təhlükəsizliyin 

qorunmasına, dövlətlər arasında dostluq münasibətlərinin və əməkdaşlığın inkişaf 

etdirilməsinə aid olan məqsəd və prinsipləri nəzərə alaraq, 

«İnsan hüquqları haqqında Ümumi Bəyannamə»də, «Mülki və siyasi hüquqlar haqqında 

Beynəlxalq Pakt»da qeyd edildiyi kimi, hər bir kəsin xüsusilə yaşamaq, azadlıq və şəxsi 

toxunulmazlıq hüququnu tanıyaraq, 

dünyada günahsız insanların həyatını təhlükəyə məruz qoyan, yaxud onları həyatdan 

aparan, əsas azadlıqları təhlükə altında saxlayan və insan şəxsiyyətinin ləyaqətini ciddi 

surətdə təhqir edən terrorizm aktlarının bütün formalarının tədricən genişlənməsindən 

dərin narahatlıq keçirərək, 




dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktları insanların və 

əmlakın təhlükəsizliyinə təhdid, dəniz əlaqələrini ciddi şəkildə pozma və dəniz 

gəmiçiliyinin təhlükəsizliyinə dünya xalqlarının inamını sarsıtma amili olduğunu hesab 

edərək, 


belə aktları bütün dünya birliyini ciddi surətdə narahat edən məsələ zənn edərək, 

dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş bütün qeyri-qanuni aktların qarşısının 

alınması və onları törədən şəxslərin təqibi və cəzalandırılması ilə bağlı səmərəli və əməli 

tədbirlər işlənib hazırlanması və həyata keçirilməsi sahəsində dövlətlər arasında 

beynəlxalq əməkdaşlığı inkişaf etdirməyin son dərəcə zəruriliyini yəqin edərək, 

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin sair məsələlər sırasında «Bütün dövlətləri 

birtərəfli qaydada və digər dövlətlərlə, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq 

orqanları ilə əməkdaşlıq şəraitində beynəlxalq terrorizmin təməlində dayanan səbəblərin 

tədricən aradan qaldırılmasına kömək göstərməyə və müstəmləkəçilik, irqçilik və insan 

hüquqlarının, əsas azadlıqların kütləvi, kobud şəkildə pozulması ilə bağlı, habelə 

beynəlxalq terrorizmə səbəb ola biləcək və beynəlxalq sülhü, təhlükəsizliyi təhdid edə 

biləcək xarici işğal nəticəsində yaranmış vəziyyətlər də daxil olmaqla, bütün hadisələrin 

gedişinə xüsusi diqqət yetirməyə çağırır» ifadəsinin qeyd olunduğu 1985-ci il 9 dekabr 

tarixli, 40/61 saylı Qətnaməsinə istinad edərək, 

daha sonra, «harada və kim tərəfindən törədilməsindən asılı olmayaraq, o cümlədən 

dövlətlər arasında dostluq münasibətlərini və onların əmin-amanlığını təhlükə altında 

qoyan terrorizmin bütün aktlarını, metodlarını və təcrübəsini cinayət kimi qeyd-şərtsiz 

ittiham edir» ifadəsinin əks olunduğu 40/61 saylı Qətnaməyə istinad edərək, 

həmçinin Beynəlxalq Dəniz Təşkilatına «müvafiq tədbirlərə dair tövsiyələr vermək 

məqsədi ilə dəniz gəmilərinin göyərtəsində, yaxud dəniz gəmilərinə qarşı terrorizm 

aktları problemini öyrənmək» ifadəsinin təklif olunduğu 40/61 saylı Qətnaməyə istinad 

edərək, 


Beynəlxalq Dəniz Təşkilatının gəmilərin və onların sərnişinlərinin, heyət üzvlərinin 

təhlükəsizliyini təhdid edən qeyri-qanuni aktların qarşısının alınmasına dair tədbirlər 

işləyib hazırlamağa çağıran 1995-ci il 20 noyabr tarixli, A.584 (14) saylı Qətnaməsini 

nəzərə alaraq, 

gəminin göyərtəsindəki adi intizamın qorunub saxlanmasına dair normalarla tənzimlənən 

heyət üzvlərinin fəaliyyətinə bu Konvensiyanın aid olunmadığını qeyd edərək, 

gəmilərə və onların göyərtəsindəki şəxslərə qarşı yönəlmiş qeyri-qanuni aktların 

qarşısının alınmasına və belə aktlarla mübarizəyə aid olan norma və standartların 

monitorinqi istəyini, lazım gəldikdə, həmin norma və standartların təzələnməsi məqsədi 

ilə Beynəlxalq Dəniz Təşkilatının Dənizdə Təhlükəsizlik Komitəsi tərəfindən tövsiyə 

edilən gəmilərin sərnişinlərinə və göyərtəsindəki heyət üzvlərinə qarşı qeyri-qanuni 

aktların qarşısının alınmasına dair tədbirlərin məmnuniyyətlə nəzərə çatdırılmasını təsdiq 

edərək, 

daha sonra, bu Konvensiya ilə tənzimlənməyən məsələlərin, ümumi beynəlxalq hüququn 

norma və prinsipləri əsasında tənzimlənməsinin davam etdirildiyini təsdiq edərək, 



dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni aktlarla mübarizədə 

ümumi beynəlxalq hüquq normalarına və prinsiplərinə bütün dövlətlərin ciddi şəkildə 

riayət etməsinin zəruriliyini etiraf edərək, 

aşağıdakılar barədə razılığa gəlmişlər: 



Madd

ə

 1  

Bu Konvensiyanın məqsədləri üçün «gəmi» anlayışı dinamik prinsiplə qorunub 

saxlanılan gəmilər, sualtı aparatlar, yaxud hər hansı digər üzücü vasitələr daxil olmaqla, 

dənizin dibində daimi bərkidilməmiş istənilən gəmini bildirir. 



Madd

ə

 2  

1. Bu Konvensiya aşağıdakılara tətbiq edilmir: 

a) hərbi gəmilərə; yaxud 

b) hərbi-yardımçı gəmi kimi və ya gömrük, yaxud polis məqsədləri üçün istifadə 

olunan, dövlətə məxsus, yaxud onun istismar etdiyi gəmiyə; və ya 

c) istismardan çıxarılmış, yaxud körpüdə dayanmış gəmiyə. 

2. Bu Konvensiyada heç nə qeyri-kommersiya məqsədləri ilə istismar edilən hərbi 

gəmilərin və digər dövlət gəmilərinin toxunulmazlıq hüququna xələl gətirmir. 



Madd

ə

 3  

1. Hər hansı şəxs qeyri-qanuni və qəsdən aşağıdakı əməlləri törədərsə, o, cinayət törətmiş 

hesab edilir: 

a) gəmini zəbt edərsə, yaxud zorla, hədə və ya hər hansı digər qorxutma yolu ilə 

ona nəzarəti həyata keçirərsə; yaxud 

b) gəminin göyərtəsindəki şəxslərə qarşı həmin gəminin təhlükəsiz üzməsini 

təhdid edə bilən zorakılıq aktı törədərsə; və ya 

c) gəmini məhv edərsə, yaxud həmin gəminin təhlükəsiz üzməsini təhdid edə 

bilən hərəkət edərsə — gəmiyə və ya onun yükünə zərər vurarsa; yaxud 

d) gəminin göyərtəsinə hər hansı bir üsulla onu məhv edə bilən qurğu, yaxud 

maddə yerləşdirərsə və ya yerləşdirmək məqsədi ilə hərəkət edərsə, həmin 

gəminin təhlükəsiz üzməsini təhdid edən, yaxud ona təhlükə törədə bilən hərəkət 

edərsə — gəmiyə və ya onun yükünə zərər vurarsa; və ya 

e) gəminin təhlükəsiz üzməsini təhdid edə bilən növbəti aktlardan hər hansı birini 

törədərsə — dəniz naviqasiya avadanlığını məhv edərsə, yaxud ona ciddi zərər 

vurarsa və ya onun istismarına ciddi maneə yaradarsa; yaxud 

f) qəsdən yalan məlumatlar verilməklə, gəminin təhlükəsiz üzməsinə təhlükə 

yaradarsa; və ya 




g) «a» — «f» yarımbəndlərində qeyd edilmiş cinayətlərdən hər hansı birini 

törətməklə, yaxud törətməyə cəhd göstərməklə, istənilən şəxsə xəsarət yetirərsə 

və ya onu öldürərsə. 

2. Hər hansı şəxs aşağıdakıları törədərsə, cinayət törətmiş hesab edilir: 

a) 1 -ci bənddə qeyd olunmuş cinayətlərdən hər hansı birini törətməyə cəhd 

edərsə; yaxud 

b) 1-ci bənddə qeyd olunmuş cinayətlərdən hər hansı birini törətməyə istənilən 

şəxsi təhrik edərsə, yaxud belə cinayəti törədən şəxslə başqa şəkildə əlbir olarsa

və ya 

c) fiziki və ya hüquqi şəxsi şərtlə yaxud milli qanunvericilikdə nəzərdə tutulduğu 



kimi, şərtsiz hər hansı hərəkət etməyə və ya ondan imtina etməyə məcbur etmək 

məqsədi ilə 1-ci bəndin «b», «c» və «e» yarımbəndlərində qeyd olunmuş 

cinayətlərdən barəsində söhbət gedən gəminin təhlükəsiz üzməsinə təhlükə yarada 

bilən hər hansı birini törətməklə hədələyərsə. 



Madd

ə

 4  

1. Gəmi hər hansı bir dövlətin dəniz ərazisinin xarici sərhədindən və ya qonşu dövlətlərlə 

onun dəniz ərazisinin yan sərhədlərindən kənarda yerləşən su yollarında, su yollarından 

keçməklə üzərsə, yaxud onun marşrutu həmin yollarla üzməyi əhatə edərsə, bu 

Konvensiya tətbiq edilir. 

2. Bu Konvensiyanın 1-ci bəndə müvafiq surətdə tətbiq edilməməsi hallarının təsbit 

olunmasına baxmayaraq, cinayətkar və ya güman edilən cinayətkar 1-ci bənddə qeyd 

olunan dövlətlərin deyil, başqa iştirakçı dövlətin ərazisində olarsa, bu Konvensiya tətbiq 

edilir. 

Madd

ə

 5  

Hər bir iştirakçı dövlət 3-cü maddədə qeyd olunmuş cinayətlərin xarakterinin ağırlığını 

nəzərə almaqla, həmin cinayətlərə görə müvafiq cəzalar nəzərdə tutur. 

Madd

ə

 6  

1. Hər bir iştirakçı dövlət cinayət aşağıdakı tərzdə törədildikdə, 3-cü maddədə qeyd 

olunan cinayətlərlə əlaqədar onun (özünün) yurisdiksiyasını müəyyənləşdirmək üçün 

lazım ola bilən belə tədbirlər görür: 

a) bu cinayətin törədildiyi vaxtda həmin dövlətin bayrağı altında üzən gəmiyə 

qarşı və ya onun göyərtəsində; yaxud 

b) həmin dövlətin dəniz ərazisi daxil olmaqla, onun ərazisində; və ya 

c) həmin dövlətin vətəndaşı tərəfindən. 

2. İştirakçı dövlət aşağıdakı hallarda da hər hansı belə cinayətlə əlaqədar öz 

yurisdiksiyasını müəyyənləşdirə bilər: 




a) o, adətən həmin dövlətdə yaşayan, vətəndaşlığı olmayan şəxs tərəfindən 

törədildikdə; yaxud 

b) həmin dövlətin vətəndaşı onu törətdiyi vaxt tutulduqda, təhdidə məruz 

qaldıqda, yaralandıqda, yaxud öldürüldükdə; və ya 

c) o, həmin dövləti hər hansı hərəkəti törətməyə, yaxud ondan imtina etməyə 

məcbur etmək cəhdi ilə törədildikdə. 

3. 2-ci bənddə qeyd olunmuş yurisdiksiyasını müəyyənləşdirən hər hansı iştirakçı dövlət 

Beynəlxalq Dənizçilik Təşkilatının Baş katibinə (bundan sonra «Baş katib» adlanacaqdır) 

bu barədə xəbər verir. Əgər həmin iştirakçı dövlət sonralar belə yurisdiksiyadan imtina 

edərsə, o, Baş katibə bu barədə məlumat verir. 

4. Güman edilən cinayətkar iştirakçı dövlətin ərazisində olduğu və o, cinayətkarı bu 

maddənin 1-ci, 2-ci bəndlərinə müvafiq surətdə öz yurisdiksiyasını müəyyənləşdirən 

iştirakçı dövlətlərdən hər hansı birinə vermədiyi hallarda, hər bir iştirakçı dövlət 3-cü 

maddədə qeyd edilmiş cinayətlərlə əlaqədar onun (özünün) yurisdiksiyasını 

müəyyənləşdirmək üçün lazım ola bilən belə tədbirlər görür. 

5. Bu Konvensiya milli qanunvericiliyə müvafiq surətdə həyata keçirilən hər hansı bir 

cinayət yurisdiksiyasını istisna etmir. 

Madd

ə

 7  

1. Ərazisində cinayətkarın və ya güman edilən cinayətkarın olduğu hər hansı iştirakçı 

dövlət şəraitin bunu tələb etməsi qənaətinə gələrək, öz qanunvericiliyinə müvafiq surətdə 

onu həbsə alır, yaxud cinayət təqibini başlamaqdan (cinayət işi qaldırmaqdan) və ya onun 

verilməsi ilə bağlı hərəkət etməkdən ötrü lazım olan vaxt ərzində cinayətkarın iştirakını 

təmin edən digər tədbirlər görür. 

2. Belə dövlət dərhal öz qanunvericiliyinə müvafiq surətdə faktların ilkin təhqiqatını 

həyata keçirir. 

3. Barəsində 1-ci bənddə qeyd olunan tədbirlər görülmüş hər hansı şəxsin aşağıdakı 

hüquqları vardır: 

a) vətəndaşı sayıldığı dövlətin və ya təxirəsalınmaz əlaqə yaratmağa başqa şəkildə 

səlahiyyəti çatan dövlətin müvafiq yaxın nümayəndəsi, əgər o, vətəndaşlığı 

olmayan şəxsdirsə, adətən ərazisində yaşadığı dövlətin nümayəndəsi ilə belə əlaqə 

saxlamağa; 

b) həmin dövlətin nümayəndəsinin onun yanına gəlməsinə. 

4. 3-cü bənddə qeyd olunmuş hüquqlar, ərazisində cinayətkarın və ya güman edilən 

cinayətkarın olduğu dövlətin qanunlarına və qaydalarına müvafiq surətdə bu şərtlə həyata 

keçirilir ki, qeyd olunan qanunlar və qaydalar 3-cü bəndə əsasən verilən hüquqların 

nəzərdə tutduğu məqsədlərin tam həyata keçirilməsinə imkan vermiş olsun. 

5. İştirakçı dövlət şəxsi həmin maddəyə müvafiq surətdə həbsə aldıqda, o, 6-cı maddənin 

1-ci bəndinə əsasən yurisdiksiyasını müəyyənləşdirmiş dövlətlərə və əgər o, 

məqsədəuyğun hesab edərsə, hər hansı digər əlaqədar dövlətlərə belə bir şəxsin həbsə 




alınması və onun tutulub saxlanmasını tələb edən şərait barədə təxirə salınmadan 

məlumat verir. Bu maddənin 2-ci bəndinin nəzərdə tutduğu ilkin istintaqı aparan dövlət 

qeyd edilən dövlətlərə onun nəticələri barədə dərhal məlumat verir və yurisdiksiyasını 

həyata keçirib-keçirməyəcəyi ilə bağlı niyyətini bildirir. 



Madd

ə

 8  

1. İştirakçı dövlətin («gəminin dorunda bayrağı dalğalanan dövlət»in) gəmi kapitanı hər 

hansı şəxs barəsində onda 3-cü maddədə qeyd olunan cinayətlərdən birini onun törətməsi 

ilə bağlı məntiqi əsaslar olduqda, həmin şəxsi istənilən digər iştirakçı-dövlətin («qəbul 

edən dövlət»in) səlahiyyətli orqanlarına verə bilər. 

2. Gəminin dorunda bayrağı dalğalanan dövlət öz göyərtəsində hər hansı şəxs olan 

gəmisinin kapitanı — 1-ci bəndə əsasən həmin şəxsi vermək niyyətində olan kapitan 

tərəfindən bu işin praktiki surətdə həyata keçirilməsi mümkün olduqda, onun mütləq 

verilməsini və qəbul edən dövlətin dəniz ərazisinə gəmi daxil olana qədər qəbul edən 

dövlətin səlahiyyətli orqanlarına belə bir şəxsin verilməsi ilə bağlı niyyət və bunun 

səbəbləri haqqında məlumat bildirilməsini təmin edir. 

3. Qəbul edən dövlət onda şəxsin verilməsinə səbəb olan hərəkətlərə (fəaliyyətə) bu 

Konvensiyanın tətbiq olunmasının güman edilməsinə əsasların olduğu hallar istisna 

edilməklə, verilən şəxsi qəbul edir və 7-ci maddənin müddəalarına müvafiq surətdə 

hərəkət edir. Verilən şəxsin qəbul edilməsi ilə bağlı hər hansı imtina tədbiri onun 

səbəbləri haqqında bəyanatla (məlumatla) müşayiət olunur. 

4. Gəminin dorunda bayrağı dalğalanan dövlət öz gəmisinin kapitanı tərəfindən güman 

edilən cinayətə dair sərəncamında olan sübutların qəbul edən dövlətin səlahiyyətli 

orqanlarına mütləq verilməsini təmin edir. 

5. 3-cü bəndə müvafiq surətdə verilən şəxsi qəbul etmiş qəbul edən dövlət öz növbəsində 

həmin şəxsin verilməsini qəbul etmək xahişi ilə gəminin dorunda bayrağı dalğalanan 

dövlətə müraciət edə bilər. Gəminin dorunda bayrağı dalğalanan dövlət istənilən belə 

xahişə baxır və əgər həmin dövlət xahişi təmin edirsə, onda o, 7-ci maddəyə müvafiq 

surətdə hərəkət edir. Gəminin dorunda bayrağı dalğalanan dövlət xahişin təmin 

olunmasından imtina edərsə, o, qəbul edən dövlətə imtinanın səbəbləri şərh olunmaqla, 

bəyanat (məlumat) təqdim edir. 



Madd

ə

 9  

Bu Konvensiyada heç nə dövlətlərin bayrağı altında üzməyən gəmilərin göyərtəsində 

təhqiqat aparılmasına və ya məcburi tədbirlər görülməsinə dair yurisdiksiyanın həyata 

keçirilməsində onların səlahiyyətinə aid olan beynəlxalq hüquq normalarına hər hansı 

şəkildə toxunmur. 

Madd

ə

 10  

1. Ərazisində cinayətkarın və ya güman edilən cinayətkarın olduğu iştirakçı dövlət 6-cı 

maddə tətbiq edildiyi hallarda onu vermirsə, hər hansı istisnalar olmadan və cinayətin 

onun ərazisində törədilib-törədilməməsindən asılı olmayaraq, işi öz qanunvericiliyinə 

müvafiq surətdə araşdırma aparılması yolu ilə cinayət təqibi məqsədləri üçün təcili olaraq 

özünün səlahiyyətli orqanlarına verməlidir. Bu orqanlar həmin dövlətin qanunvericiliyinə 




əsasən ağır xarakterli hər hansı digər cinayət hallarına görə çıxarılan qərara uyğun şəkildə 

qərar qəbul edirlər. 

23-cü maddədə qeyd olunmuş hər hansı cinayətlə bağlı barəsində araşdırma aparılan 

istənilən şəxsə araşdırmanın bütün mərhələlərində onunla ədalətli rəftar olunacağına, o 

cümlədən ərazisində, olduğu dövlətin qanunvericiliyində belə araşdırma üçün nəzərdə 

tutulan bütün hüquqlardan və təminatlardan istifadə etməyə zəmanət verilir. 



Madd

ə

 11  

1. 3-cü maddədə qeyd olunmuş cinayətlər şəxsin verilməsinə səbəb olan cinayətlər kimi, 

hər hansı iştirakçı dövlətlər arasında mövcud olan həmin verilmə haqqında istənilən 

müqaviləyə daxil edilmiş cinayətlər sayılır. İştirakçı dövlətlər belə cinayətləri şəxsin 

verilməsinə səbəb olan cinayətlər kimi, onların arasında bağlanacaq həmin verilmə 

haqqında bütün müqavilələrə daxil etməyi öz üzərlərinə götürürlər. 

2. Şəxsin verilməsini müqavilənin mövcudluğu ilə şərtləndirən iştirakçı dövlət aralarında 

belə verilmə haqqında müqaviləsi olmayan digər iştirakçı dövlətdən şəxsin verilməsi 

barədə sorğu alarsa, sorğu alan dövlət öz mülahizəsinə əsasən 3-cü maddədə qeyd 

olunmuş cinayətlərlə əlaqədar bu Konvensiyanı şəxsin verilməsi üçün hüquqi əsas hesab 

edə bilər. Şəxsin verilməsi, sorğu alan iştirakçı dövlətin qanunvericiliyində nəzərdə 

tutulan digər şərtlərə müvafiq surətdə həyata keçirilir. 

3. Şəxsin verilməsini müqavilənin mövcudluğu ilə şərtləndirməyən iştirakçı dövlətlər öz 

aralarında 3-cü maddədə qeyd olunmuş cinayətləri sorğu alan dövlətin qanunvericiliyində 

nəzərdə tutulan şərtlərə riayət etməklə, şəxsin verilməsinə səbəb olan cinayətlər hesab 

edirlər. 

4. Lazım gələrsə, 3-cü maddədə qeyd olunmuş cinayətlər yalnız onların törədildiyi yerdə 

deyil, həm də şəxsin verilməsi məqsədləri üçün şəxsin verilməsi haqqında sorğu ilə 

müraciət edən iştirakçı dövlətin yurisdiksiyası hüdudlarındakı hər hansı bir yerdə 

törədilən cinayətlər kimi nəzərdən keçirilir. 

5. 7-ci maddəyə müvafiq surətdə yurisdiksiyasını müəyyənləşdirən dövlətlərdən şəxsin 

verilməsi haqqında bir dəfədən çox sorğu alan və cinayət təqibi başlamamaqla (cinayət 

işi qaldırmamaqla) bağlı qərar qəbul edən iştirakçı dövlət cinayətkarın, yaxud güman 

edilən cinayətkarın verilməli olduğu dövləti seçərkən, cinayətin törədildiyi vaxt gəminin 

dorunda bayrağı dalğalanan iştirakçı dövlətin maraqlarını (mənafeyini) və öhdəliklərini 

(vəzifələrini) nəzərə almalıdır. 

6. Güman edilən cinayətkarın bu Konvensiyaya müvafiq surətdə verilməsi haqqında 

sorğuya baxılarkən, sorğu alan dövlət güman edilən cinayətkarın 7-ci maddənin 3-cü 

bəndində qeyd olunmuş hüquqlarının sorğu edən dövlətdə həyata keçirilməsinin 

mümkünlüyü məsələsinə lazımi diqqət yetirir. 

7. Bu Konvensiyada qeyd olunmuş cinayətlərlə əlaqədar olaraq iştirakçı dövlətlər 

arasında şəxsin verilməsi barədə bütün müqavilə və sazişlərdəki qaydalar iştirakçı 

dövlətlər arasındakı münasibətlərdə həmin Konvensiya ilə bir araya sığmadığı dərəcədə 

dəyişdirilir. 



Madd

ə

 12  


1. İştirakçı dövlətlər 3-cü maddədə qeyd olunmuş cinayətlər üzrə başlanmış cinayət təqibi 

ilə bağlı, o cümlədən araşdırma aparmaq üçün zəruri olan onlardakı sübutların alınmasına 

kömək göstərilməsi məqsədi ilə, bir-birinə mümkün köməyi göstərirlər. 

2. İştirakçı dövlətlər onların arasında mövcud ola bilən qarşılıqlı hüquqi yardım haqqında 

hər hansı müqaviləyə müvafiq surətdə 1-ci bənd üzrə öhdəliklərini (vəzifələrini) yerinə 

yetirirlər. Belə müqavilələrin olmadığı hallarda iştirakçı dövlətlər bir-birinə onların 

(özlərinin) milli qanunvericiliyinə müvafiq surətdə kömək edirlər. 

Madd

ə

 13  

1. İştirakçı dövlətlər 3-cü maddədə qeyd olunmuş cinayətlərin aradan qaldırılmasında 

xüsusən aşağıdakı qaydada əməkdaşlıq edirlər; 

a) iştirakçı dövlətlərin ərazi hüdudlarında və ya hüdudlarından kənarda həmin 

cinayətlərin törədilməsinə onların müvafiq ərazi hüdudlarında görülən hazırlığın 

qarşısının alınmasına dair əməli surətdə həyata keçirilən bütün tədbirlərin 

görülməsi; 

b) iştirakçı dövlətlərin milli qanunvericiliyinə müvafiq surətdə informasiya 

mübadiləsi və 3-cü maddədə qeyd olunmuş cinayətlərin törədilməsinin qarşısının 

alınması məqsədi ilə inzibati və zərurət olduqda, tətbiq edilən digər tədbirlərin 

əlaqələndirilməsi. 

2. 3-cü maddədə qeyd olunmuş cinayətlərdən hər hansı birinin törədilməsi nəticəsində 

gəminin yola düşməsi (reysi) gecikdikdə, yaxud pozulduqda, ərazisində gəminin, 

sərnişinlərin və ya heyət üzvlərinin olduqları istənilən iştirakçı dövlət gəminin 

əsaslandırılmamış surətdə tutulub saxlanmasına və ya gəminin, onun sərnişinlərinin, 

heyət üzvlərinin, yaxud yükünün ləngidilməsinə yol verməməkdən ötrü bütün mümkün 

səyləri göstərməlidir. 

Madd

ə

 14  

3-cü maddədə qeyd olunmuş cinayətlərdən hər hansı birinin törədiləcəyinin güman 

edilməsinə əsasları olan istənilən iştirakçı dövlət özünün milli qanunvericiliyinə uyğun 

olaraq, ondakı hər hansı müvafiq məlumatı imkan daxilində tezliklə, onun mülahizəsinə 

əsasən, 6-cı maddəyə müvafiq surətdə yurisdiksiyasını müəyyənləşdirmiş dövlətlərdən 

sayılan dövlətə çatdırır. 



Madd

ə

 15  

1. Hər bir iştirakçı dövlət özünün milli qanunvericiliyinə müvafiq surətdə imkan 

daxilində qısa müddətdə aşağıdakılar barədə onda olan istənilən məlumatı Baş katibə 

bildirir: 

a) cinayət halları; 

b) 13-cü maddənin 2-ci bəndinə müvafiq surətdə edilmiş hərəkətlər; 

c) cinayətkar, yaxud güman edilən cinayətkar barəsində görülmüş tədbirlər və 

xüsusilə onun verilməsi və ya digər hüquqi hərəkətlər üzrə istənilən fəaliyyətin 

nəticələri. 



2. Ərazisində güman edilən cinayətkarın cinayət təqibinə məruz qaldığı iştirakçı dövlət 

özünün milli qanunvericiliyinə müvafiq surətdə araşdırmaların son nəticələri barədə Baş 

katibə məlumat verir. 

3. 1-ci və 2-ci bəndlərə müvafiq surətdə verilmiş məlumatı (informasiyanı) Baş katib 

bütün iştirakçı dövlətlərə, Beynəlxalq Dənizçilik Təşkilatının üzvlərinə (bundan sonra 

«Təşkilat» adlandırılacaqdır), digər əlaqədar dövlətlərə və müvafiq beynəlxalq qeyri-

hökumət təşkilatlarına bildirir. 

Madd

ə

 16  

1. Bu Konvensiyanın izahı, yaxud tətbiqi sahəsində iki və ya daha çox iştirakçı dövlət 

arasında səmərəli vaxt müddəti ərzində danışıqlar yolu ilə tənzimlənə bilməyən hər hansı 

mübahisə onlardan birinin xahişi ilə arbitraja verilir. Arbitraja xahişlə müraciət edildiyi 

gündən etibarən altı ay ərzində tərəflər arbitrajın təşkili barədə razılığa gələ bilmirlərsə, 

mübahisə həmin tərəflərdən hər hansı birinin xahişi ilə məhkəmənin statusuna müvafiq 

surətdə Beynəlxalq Məhkəməyə verilə bilər. 

2. Hər bir dövlət bu Konvensiyanı imzalayarkən, ratifikasiya, qəbul və ya təsdiq edərkən, 

yaxud ona qoşularkən, özünü 1-ci bənddəki hər hansı qayda və ya bütün qaydalarla bağlı 

hesab etmədiyi barədə bəyanat verir. Digər iştirakçı dövlətlər bəyanatla həmin qeyd-

şərtini bildirmiş hər hansı iştirakçı dövlətə münasibətdə belə qaydalarla bağlı 

olmayacaqlar. 

3. 2-ci bəndə müvafiq surətdə qeyd-şərtini etmiş hər hansı dövlət Baş katibi 

məlumatlandırmaqla, həmin qeyd-şərti istənilən vaxt geri götürə bilər. 



Madd

ə

 17  

1. Bu Konvensiya dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-qanuni 

aktlarla mübarizəyə dair beynəlxalq konfransda iştirak edən dövlətlər tərəfindən 1988-ci 

il martın 10-da Romada, bütün dövlətlər tərəfindən isə 1988-ci il martın 14-dən 1989-cu 

il martın 9-dək Təşkilatın qərargah mənzilində imzalanmaq üçün açıqdır. 

2. Dövlətlər bu Konvensiyanın onlar üçün məcburiliyinə razılığını aşağıdakı yolla ifadə 

edə bilərlər: 

a) ratifikasiya, qəbul etmə və ya təsdiq etmə ilə əlaqədar qeyd-şərtsiz imzalamaq; 

yaxud 

b) sonradan ratifikasiya, qəbul, yaxud təsdiq etməklə ratifikasiya, qəbul və ya 



təsdiqlə əlaqədar qeyd-şərt etməklə imzalamaq; və ya 

c) qoşulmaq. 

3. Ratifikasiya, qəbul, təsdiq etmək və ya qoşulma müvafiq sənədlərin Baş katibə 

saxlanca verilməsi yolu ilə həyata keçirilir. 



Madd

ə

 18  


1. Bu Konvensiya ratifikasiya, qəbul və ya təsdiq edilməklə əlaqədar ya on beş dövlətin 

qeyd-şərtsiz imzaladığı, ya da ratifikasiya, qəbul, təsdiq etmək, yaxud qoşulma haqqında 

müvafiq sənədlər saxlanca verildiyi tarixdən doxsan gün sonra qüvvəyə minir. 

2. Bu Konvensiyanın ratifikasiya, qəbul və ya təsdiq etmə, yaxud ona qoşulma haqqında 

sənədi saxlanmağa verən dövlətlər üçün Konvensiyanın qüvvəyə minməsindən ötrü 

zəruri sayılan şərtlər yerinə yetirildikdən sonra ratifikasiya, qəbul, təsdiq etmə, yaxud 

qoşulma müvafiq sənədlər saxlanmağa verildikdən doxsan gün sonra qüvvəyə minir. 

Madd

ə

 19  

1. Bu Konvensiya hər hansı iştirakçı dövlət tərəfindən bu Konvensiyanın həmin dövlət 

üçün qüvvəyə mindiyi tarixdən bir il keçdikdən sonra istənilən vaxt ləğv (denonsasiya) 

edilə bilər. 

2. Ləğvetmə bu barədə sənədin Baş katibə saxlanmaq üçün verilməsi yolu ilə həyata 

keçirilir. 

3. Ləğvetmə bu barədə sənədi Baş katibin aldığı tarixdən bir il, yaxud ləğvetmə haqqında 

sənəddə qeyd oluna bilən belə uzun müddət keçdikdən sonra qüvvəyə minir. 



Madd

ə

 20  

1. Təşkilat bu Konvensiyaya yenidən baxmaq və ya ona düzəlişlər etmək məqsədi ilə 

konfrans çağıra bilər. 

2. Baş katib hansı sayın çoxluq təşkil etməsindən asılı olaraq, iştirakçı dövlətin üçdə 

birinin, yaxud on iştirakçı dövlətin xahişi ilə Konvensiyaya yenidən baxmaq və ya ona 

düzəlişlər etmək məqsədi ilə bu Konvensiyanın iştirakçısı olan dövlətlərin konfransını 

çağırır. 

3. Bu Konvensiyaya düzəlişlərin qüvvəyə minməsi tarixindən sonra saxlanmağa verilmiş 

ratifikasiya, qəbul, təsdiq etmə, yaxud qoşulma haqqında hər hansı sənəd düzəliş edilmiş 

Konvensiyaya aid olan sənəd hesab edilir. 



Madd

ə

 21  

1. Bu Konvensiya saxlanmaq üçün Baş katibə verilir. 

2. Baş katib: 

a) bu Konvensiyanı imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə, habelə 

Təşkilatın bütün üzvlərinə aşağıdakılar barədə məlumat verir: 

I) Konvensiyanın hər yeni imzalanması, yaxud tarixləri göstərilməklə, 

ratifikasiya, qəbul, təsdiq etmək və ya qoşulma haqqında sənədin saxlanca 

verilməsi; 

II) bu Konvensiyanın qüvvəyə minməsi tarixi; 



III) bu Konvensiyanın ləğv edilməsi haqqında hər hansı sənədin alınması 

tarixi və ləğv etmənin qüvvəyə minməsi tarixi göstərilməklə, həmin 

sənədin saxlanca verilməsi; 

IV) bu Konvensiyaya müvafiq surətdə verilmiş hər hansı bəyanatın və ya 

bildirişin alınması; 

b) bu Konvensiyanın orijinal mətninin təsdiqlənmiş surətlərini Konvensiyanı 

imzalamış və ya ona qoşulmuş bütün dövlətlərə göndərir. 

3. Bu Konvensiya qüvvəyə mindikdən dərhal sonra onun əsl mətninin təsdiq olunmuş 

surəti Birləşmiş Millətlər Təşkilatı Nizamnaməsinin 102-ci maddəsinə müvafiq surətdə 

qeydiyyata alınmaq və dərc olunmaq üçün depozitari tərəfindən Birləşmiş Millətlər 

Təşkilatının Baş katibinə göndərilir. 

Madd

ə

 22  

Bu Konvensiya ingilis, ərəb, ispan, Çin, rus və fransız dillərində bir əsl nüsxədə tərtib 

edilmişdir və bütün mətnlər eyni qüvvəyə malikdir. 

Aşağıda imza edən, öz hökumətləri tərəfindən müvafiq qaydada səlahiyyətləndirilmiş 

şəxslər bu Konvensiyanı imzalamışlar. 

Min doqquz yüz səksən səkkizinci il martın onunda Romada yerinə yetirilmişdir. 



 

«Dəniz gəmiçiliyinin təhlükəsizliyinə qarşı yönəlmiş qeyri-

qanuni aktlarla mübarizə haqqında» Konvensiyaya dair 

Qeyd-şərt 

Azərbaycan Respublikası Konvensiyanın 16-cı maddəsinin 2-ci bəndinə uyğun olaraq 

bəyan edir ki, o, özünü Konvensiyanın 16-cı maddəsinin 1-ci bəndinin müddəaları ilə 

bağlı hesab etmir. 



 

© VneshExpertService LLC 

Yüklə 80,21 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə