Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 16,67 Kb.
Pdf görüntüsü
tarix02.10.2017
ölçüsü16,67 Kb.
#2533


Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 



 

 

RİNZASİP  

daxilə qəbul etmək üçün həll olunan (portağal, limon, qara qarağat) toz. 

RINZASIP 

 

 



Tərkibi 

Hər 5q tozun tərkibində: 



Təsiredici maddələr:  

Parasetamol 

   750 

mq 


Kofein  (susuz)  

 

   



  30 mq 

Feniramin maleat 

 

 

  20 mq 



Fenilefrin hidroxlorid 

 

 



  10 mq 

Köməkçi maddələr: susuz limon turşusu, natrium saxarin, natrium-sitrat, saxaroza; 

Rəngləyici: Sarı sanset FCF, portağallı toz üçün - portağal dadvericisi; 

Rəngləyici: Sarı xinolin, limonlu toz üçün - limon dadvericisi

Rəngləyici: karmazin, qara qarağatlı toz üçün - qara qarağat dadvericisi. 

 

Farmakoterapevtik qrupu  

KRVİ simptomlarını aradan qaldırmaq üçün dərman vasitəsi.  



 

ATC kodu: N02BE71 

 

Farmakoloji xüsusiyyətləri 

Kombinə olunmuş preparatdır. 

Parasetamol - qızdırmasalıcı, analgetik təsirə malik olub, soyuqdəymə xəstəliklərində müşayiət olunan ağrı 

sindromu: boğaz ağrısı, başağrısı, əzələ və oynaq ağrılarını azaldır, yüksək hərarəti endirir. 

Fenilefrin - damardaraldıcı təsir göstərməklə yuxarı tənəffüs yollarında ödemi və hiperemiyanı azaldır. 

Feniramin - allergiya əleyhinə təsir etməklə gözdə, burunda, boğazda qıcıqlanmanı, burun-boğaz və burun 

ciblərinin selikli qişalarının ödem və hiperemiyasını azaldır. 

Kofein - MSS-nə stimullaşdırıcı təsir göstərməklə yorğunluğu və yuxululuğu aradan qaldırır, əqli və fiziki iş 

qabiliyyətini artırır. 

 

İstifadəsinə göstərişlər 

Soyuqdəymə xəstəliklərinin, qripin, KRVİ-nin simptomatik müalicəsi. 

 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq; 

15 yaşa qədər uşaqlar. 

 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

MAO-nun inhibitorları  və 

β-blokatorları ilə birlikdə ehtiyatla təyin olunur. Tərkibində parasetamol olan digər 

preparatlarla istifadəsi məsləhət deyil. Rinzasip qəbul edən zaman spirtli içkilər qəbul etmək, trankvilizatorlar 

və digər psixotrop maddələrin qəbulu  əks göstərişdir. Uşaqlara, hamilə qadınlara və süd verən analara  

qəbulu məsləhət deyil. 

 

İstifadə qaydası və dozası 

1 paketin tərkibindəki toz stəkanda qaynar suda həll edilir və içilir. Preparat qida qəbulundan 1-2 saat sonra 

qəbul edilir. 

Böyüklər və 15 yaşdan yuxarı uşaqlar 1 paketdən gündə 3-4 dəfə 4-6 saat intervalla qəbul edirlər. Maksimal 

gündəlik doza 4 paketdir. Müalicə kursu 5 gündür. 

 

Doza həddinin aşılması 

Ən çox parasetamolla əlaqəli olub, sonuncunun 10-15 q-dan artıq dozada qəbulu nəticəsində  baş verir. 

Dəridə solğunluq, anoreksiya, ürəkbulanma, qusma, hepatonekroz, qaraciyər transaminazalarının aktivliyinin 

artması, protrombin müddətinin uzanması ola bilər. Bu zaman həkimə müraciət etmək lazımdır. 

Mualicəsi: mədə yuyulduqdan və aktiv kömür qəbul edildikdən sonra simptomatik müalicə aparılır. 

 

Əlavə təsirləri 

Allergik reaksiyalar (dəri səpgiləri, qaşınma, məxmərək, angionevrotik ödem), başgicəllənmə, yuxunun 

pozulması, oyanıqlığın artması, midriaz, arterial təzyiqin artması, taxikardiya, ürəkbulanma, qusma, 

epiqastral nahiyədə ağrı, ağızda quruluq, gözdaxili təzyiqin artması, anemiya, bronxoobstruksiya və s. 



 

Buraxılış forması 

Bir paketdə 5q toz olmaqla 5 paket içlik vərəqə ilə birgə karton qutuya yerləşdirilir. 

 

Yararlılıq müddəti 

3 ildir.  

Yararlılıq müddəti bitdikdən sonra istifadə etmək olmaz. 

 

Saxlanma şəraiti 

25ºC-dək temperaturda qaranlıq və uşaqların əli çatmayan yerdə saxlamaq lazımdır. 

 

Aptekdən buraxılma şərti 

Reseptsiz buraxılır. 

 

 



Qeydiyyat şəhadətnaməsinin sahibi 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2. 

 

İddiaları qəbul edən təşkilat 

«Conson & Conson» MMC 

Rusiya 121614, Moskva ş., Krılatskaya küç, 17, tikinti 2; tel: (495) 726-55-55 

 

İstehsalçı 

«Yunik Farmasyutikal Laboratoriz» 

(«C.B.Kemikals & Farmasyutikals MMC» - nin bölməsi) 

Vorli, Mumbay - 400 030, Hindistan. 

® - ticarət nişanı 

 

Azərbaycanda rəsmi distribyutor 

«TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14; Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51 

Е-mail: info@tetrada-az.com 

www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xüsusiyyətləri 

Yüklə 16,67 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə