Dərman vasitəsinin istifadəsi üzrə təlimat



Yüklə 21,58 Kb.

tarix02.03.2018
ölçüsü21,58 Kb.


Dərman vasitəsinin istifadəsi üzrə təlimat  

(xəstələr üçün) 

 

 

SİSTON 



®

     tabletlər 

CYSTONE 


®

 

 

Tərkibi 

Təsiredici maddələr:

Hər tabletin tərkibində: 



Ekstraktlar: 

Didimokarpus (Didymocarpus pedicellata)  

 

65 mq  


Daşqıran 

(Saxifraga 

ligulata) 

 

   49 



mq 

Marena (Rubia cordifolia)  

 

 

 



16 mq 

Cil (Cyperus scariosus)   

 

 

 



16 mq 

Qaba saman çiçəyi (Achyranthes aspera)  

 

16 mq 


Onosma (Onosma bracteatum)   

 

 



16 mq 

Vernoniya 

(Vernonia 

cinerea) 

 

   16 


mq 

Tozlar: 

Silisium əhəngi (Hajrul yahood bhasma)  

 

16 mq  


Təmizlənmiş şilajit (Shilajeet (Purified))   

 

13 mq 



 

Təsiredici maddələrdən ibarət tərkib aşağıdakı  dərman bitkilərindən alınan ekstraktın buxarı ilə 

işlənmişdir: Reyhan (Ocimum basilicum), Dəmir tikanı (Tribulus terrestris), Utancaq mimoza (Mimosa 

pudica), At taxılı (Dolichos biflorus), Ətirli pavoniya (Pavonia odorata), At quyruğu (Equisetum arvense), 

Tik ağacı toxumu (Tectona grandis seed). 

 

Köməkçi maddələr: maqnezium stearat, mikrokristallik sellüloza, sodium karboksimetilsellüloza, 

krospovidon, aerosil. 



 

Farmakoterapevtik qrupu 

Bitki mənşəli preparat. Litolitik, uroantiseptik vasitə. 

 

Farmakoloji xassələri 

Siston  sidiyin litogen maddələrlə doymasının qarşısını alır, kristal-kolloid tarazlığını  bərpa edir, 

oksamidlərin (daş  əmələ  gəlməsini sürətləndirən maddələr) bağırsaqdan sorulmasına nəzarət edir. 

Preparat daş  əmələ  gətirən maddələrin: oksalat turşusu, kalsium hidroksipirolin və s. miqdarını 

azaltmaqla daşların əmələ gəlməsini ləngidir. Siston kristal hissəciklərini birləşdirən mutsinə təsir edərək, 

konkrementlərin parçalanmasına səbəb olur. Mikrob əleyhinə təsir göstərdiyi üçün, preparat sidikçıxarıcı 

yollarda sidikdaşı xəstəliyi və kristalluriya fonunda əmələ gələn infeksiyaların qarşısını alır. Spazmolitik və 

iltihab əleyhinə təsirinə görə Siston duzların və xırda konkrementlərin xaric olmasına və böyrək sancıları, 

sidik ifrazı zamanı yaranan göynəmə və ağrı hissiyyatının aradan qalxmasına səbəb olur.  

 

İstifadəsinə göstərişlər 

1. Sidikdaşı xəstəliyi 

- oksalat daşları 

- fosfat daşları 

- uratlar və sidik turşusunun duzları 

- kristalluriya 

- qarışıq kristallar - qlikol turşuları 

- cərrahi əməliyyatdan sonrakı ağırlaşmaların qarşısının alınması. 

2. Köməkçi vasitə kimi: 

- sidik yollarının infeksiyası 

- hamiləlik zamanı sidik yollarının infeksiyası 

- qeyri-spesifik uretrit 

- sistit, pielit 

- sidik ifrazı zamanı ağrı və göynəmə hissi olduqda 

- podaqra və hiperurikemiya 

3. Qadınlarda sidik saxlamamanın kəskin formaları 



 

Əks göstərişlər 

Preparatın komponentlərinə qarşı yüksək həssaslıq. 




 

İstifadə qaydası və dozası 

Daxilə. 


Sidikdaşı  xəstəliyində  və kristalluriyada: 2 tabletdən gündə 3 dəfə olmaqla 3-4 ay ərzində, sonra 1 

tabletdən gündə 2 dəfə olmaqla daşlar xaric olanadək. 

Sidikçıxarıcı yolların iltihabında: 2 tabletdən gündə 3 dəfə olmaqla xəstəliyin ağırlıq dərəcəsindən asılı 

olaraq, sağalana qədər. 

Ağrılı sidik ifrazı zamanı: 2 tabletdən gündə 3 dəfə olmaqla, 4 gündən 2 həftəyə qədər müalicə kursu ilə 

və ya simptomlar aradan qalxana qədər.  

Cərrahi əməliyyatdan sonra böyrək konkrementlərinin təkrar əmələ gəlməsinin profilaktikası: 1 tabletdən 

gündə 3 dəfə olmaqla 4-5 ay ərzində. 



 

Xəbərdarlıqlar 

Böyük ölçülü konkrementlərlə obstruksiya təhlükəsi olduqda istifadəsi məqsədə uyğun deyil. 



 

Əlavə təsirləri 

Aşkar olunmayıb. 



 

Digər dərman vasitələri ilə qarşılıqlı təsiri 

Aşkar olunmayıb. 



 

Xüsusi göstərişlər 

Yoxdur. 


 

Buraxılış forması 

100 tablet olmaqla germetik flakonlarda buraxılır. Bir germetik flakon içlik vərəqə ilə birgə karton qutuya 

yerləşdirilir. 

 

Saxlanma şəraiti 

+25ºС-dən yuxarı olmayan temperaturda, quru, günəş  şüası olmayan və  uşaqların  əli çatmayan yerdə 

saxlamaq lazımdır. Dondurmamaq. 

 

Yararlılıq müddəti 

3 ildir. Qutunun üzərində göstərilən yararlılıq tarixi bitdikdən sonra istifadə etmək olmaz. 



 

Aptekdən buraxılma şərti 

Rеsеptsiz buraxılır. 



 

 

                            «The Himalaya Drug Company» -     

                            firması tərəfindən istehsal olunur. 

                            Makali, Bangalore 562 123, Hindistan 

                            www.himalayahealthcare.com 



                            ® - qeydiyyata alınmış ticarət nişanı 

 

                          Azərbaycanda rəsmi distribyutor  



                          «TETRADA» MMC - dir. 

AZ1102, 20Yanvar küçəsi,14  Bakı, Azərbaycan 

Теl.: (+994 12) 431-59-24, 431-05-41 

Faks: (+994 12) 430-80-51  

                          Е-mail: info@tetrada-az.com 

                          www.tetrada-az.com 



 

Document Outline

  • Farmakoloji xassələri 



Dostları ilə paylaş:


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2019
rəhbərliyinə müraciət

    Ana səhifə