Dərs icmalı Məzmun xətti: Komputer,informasiya-kommunikasiya texnologiyaları və sistemləri



Yüklə 35,13 Kb.
tarix21.04.2018
ölçüsü35,13 Kb.
#39622
növüDərs







Qaradağ rayonu 228 nömrəli məktəbin müəllimi İsgəndərova Vüsalənin İnformatika fənnindən

Mətn redaktoru” mövzusunda dərs icmalı



Məzmun xətti:

3. Komputer,informasiya-kommunikasiya texnologiyaları və sistemləri

Standart:

3.2.Tətbiqi proqramlarla işləmək bacarıqları nümayiş etdirir.

Alt standart

3.2.2. Mətni yadda saxlamaq və çap etmək bacarıqlarını nümayiş etdirir.

Təlim nəticəsi: Mətn redaktorunda işləmək bacarıqlarını nümayiş etdirir.

Mövzu: Mətn redaktoru

Məqsəd:

  • Sadə mətn sənədlərini yaratmaq, redaktə etmək;

  • komputerdə yazılmış mətndə olan səhvləri düzəltmək;

  • mətnin fraqmentini seçmək;

  • mətnin fraqmentini kəsib götürmək;

  • mətnin fraqmentinin surətini çıxarmaq;

Əsas anlayışlar: Mətn redaktoru, kursor, mətnin fraqmenti, mətnin surəti

Dərsin tipi : Praktik (empirik)

İş formaları: siniflə iş, qruplarla iş

Iş üsulları : beyin həmləsi,diskussiya,komputerdə iş

Təchizat: “İnformatika” v sinif dərslik,

iş vərəqləri, kompyuter, proyektor.

Fənnlərarası əlaqə; ədəbiyyat, az.dili, musiqi
Dərsin gedişi

Şagirdləri 3 qrupa bölünür. Jurnaldakı siyahı üzrə adları 1-dən 6-ya qədər olanları 1-ci , 7-12-yə qədər olanlar 2-ci, 12-19-a qədər olanları 3-cü qrup adlandırlır. Hər qrup özlərinə lider seçirlər və qrupu adlandıırırlar. Onlar özlərini “Günəş”, ”Ulduz”, ”Səma” adlandırırlar.Şagirdlər komputer qarşısında əyləşirlər. Əvvəlcə komputerlə davranış qaydalarını təkrarlayırıq.



Motivasiya( 7 dəqiqə)

Lövhədə S.Vurğunun “Azərbaycan” şerinin bir bəndi aşağıdakı kimi yazılır.

EL bilir ki, sən mənimsən,

Yuvam yurdum məskənimsən,

Ayrılarmı könül candan,

Doğma anam vətənimsən

Azərbaycan!

Və sinfə müraciət edilir.



Sual:

Siz bu şeri keçmisiniz.Kim deyər şerdə hansı səhvlər buraxılıb? Bu şeri dəftərinizdə yazsaydınız,buraxdığınız səhvləri necə düzəldərdiniz? Əgər bu yazı sizin üçün vacibdirsə, onu itirməmək üçün nə edərdiniz?

Şagirdlərin cavabları dinlənilir. Şerdəki səhvlər düzəldilir. Tədqiqat sualı qoyulur.

Tədqiqat sualı:


  • Komputerdə mətnin bir hissəsinin surətini necə almaq olar?




  • Mətninir hər hansı hissəsini bir yerdən başqa yerə necə köçürmək olar?




  • Komputerdə yazılmış mətni necə yaddaşda saxlamaq olar


Tədqiqatın aparılması (10 dəqiqə)

Dərslikdən istifadə edərək tədqiqatın aparılması davam etdirilir. Şagirdlərin iştirakı ilə mətnin fraqmentini seçdirilməsi, mətnin fraqmentinin yerinin dəyişdirilməsi; mətnin fraqmentinin surətini çıxardılması anlayışları izah edilir.

Tədqiqata başlamaq üçün şagirdlərə iş vərəqləri paylanılır .Şagirdlər iş vərəqlərində olan tapşırıqları yerinə yetirir. Əvvəlcə şagirdlərə qrupda iş barədə izahat verilir.

Qrupda iş.Tapşırıq 1.(5 dəqiqə)



Qrup1.

1.“Mətnin fraqmentinin seçdirilməsi”, “mətnin fraqmentinin yerinin dəyişdirlmıəsi” komandalarından istifadə etməklə verilmiş mətni elə dəyişdir ki,fikirlər doğru alınsın. Tapmacanın cavabını mümkünsə tapın.

Çiçəkləyir qar deyil,

Ağdı ama yun deyil,

İstisi var gül deyil.

2.Bu mətni və cavabını komputerdə yığın.

3.Yazılmış mətni komputerdə saxlayın.
Qrup2.

1.“Mətnin fraqmentinin seçdirilməsi”, “mətnin fraqmentinin yerinin dəyişdirlmıəsi” komandalarından istifadə etməklə verilmiş mətni elə dəyişdir ki,fikirlər doğru alınsın. Tapmacanın cavabını mümkünsə tapın.

Dağdan daşdan qan gəlir,

Qıvrılmış aslan gəlir,

Qabağında durmayın,

Qudurmuş ilan gəlir.

2.Bu mətni və cavabını komputerdə yığın.

3.Yazılmış mətni komputerdə saxlayın.



Qrup3.

1.“Mətnin fraqmentinin seçdirilməsi”, “mətnin fraqmentinin yerinin dəyişdirlmıəsi” komandalarından istifadə etməklə verilmiş mətni elə dəyişdir ki,fikirlər doğru alınsın. Tapmacanın cavabını mümkünsə tapın.

Ata minər paslanmaz,

Yerə düşər islanmaz,

Suya düşərsəslənməz.

2.Bu mətni və cavabını komputerdə yığın.

3.Yazılmış mətni komputerdə saxlayın.
Qruplar qarşılarına qoyulmuş işvərəqlərindəki tapşırığı yerinə yetirlər. Qruplar işlərini tamamladıqdan sonra onların işlərinə baxılır.Qrupun bir üzvü qrup adından işi təqdim edir. Təqdimatdan sonra yönəldici suallarla sinfə müraciət edilir.

Sual: 1.Bu tapşırığı yazmaqda məqsədimiz nə idi?

2. Hər qrup öz mətnində təkrar olunan sözləri 2-ci dəfə yığmamaq üçün onu mətnə asan yolla necə daxil etmək olar?

3.Mətni komputerin yaddaşında necə saxladınız?

Tapşırıq 2. (5 dəqiqə)

Aşağıdakı video görüntüyə baxıb və hər qrup ayrı ayrılıqda kiçik bir mətn qurun və mətni komputerdə yığın.Yığılmış mətni yaddaşda saxlayın.




Qruplar işlərini tamamladıdan sonra təqdim edirlər.Şagirdlərin işlərinə baxış keçirir və sonda suallar verilir.

1.Yığılmış mətn nə üçün yaddaşda saxlanılır?

2.Yığılmış mətni yenidən açıb dəyişikliklər aparmaq olar?
Yaradıcı tətbiqetmə: (5 dəqiqə)

Aşağıdakı sözləri düzgün yerinə yazmaqla cümlələlər qurun.




uçurdu, müxtəlif,çəmənlikə,kəpənəklər




uca,örtülmüşdü,başı,qarla,dağın




Yerindən ,qopartmışdı,ağacı,külək


Ümumiləşdirmə və Nəticə (5 dəqiqə)

Mətn redaktoru vasitəsilə komputerdə mətn yığmaq və onları redaktə etmək olar. Əgər mətni yaddaşda saxlamadan komputeri şəbəkədən ayırsanız, həmin sənəd itəcək. Ona görə də sənədi yaddaşda saxlamaq lazımdır. Yaddaşa yazılmış sənədi yenidən açıb onun üzərində dəyişikliklər etmək olar. Mətni komputerdə yığarkən onun hər hansı bir hissəsini çoxaldıb bir neçə dəfə təkrarlamaq, yaxud bu hissəni başqa bir yerə köçürmək lazım gəlir. Bunun üçün dərslikdəki alqoritmi yerinə yetirmək lazımdır.



Qiymətləndirmə (3 dəqiqə)

Aşağıdakı meyarlar üzrə qiymətləndirmə aparılır.



Meyarlar

Qiymət(+və ya-)

1

Mətnin hissələrini seçdirir.




2

Sənədi komputerin yaddaşında saxlayır.




3

Copy-paste komandalarının mənasını izah edir.




4

Mətnin hissəsinin surətini çıxardır




5

Mətnin hissəsini bir yerdən başqa yerə aparır.





Ev tapşırığı.(2 dəqiqə)

Hər şagird öz ailəsi haqqında kiçik mətn qursun.Və mətni komputerdə yığsın yaddaşda saxlasın




Yüklə 35,13 Kb.

Dostları ilə paylaş:




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə